Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə20/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   ...   61

 
42 
dilləri. Daşkəsəndəki Qoşqar dağ adı ilə tutuşdur); iləri = irəli (oğuz) – burun (qıpçaq); alın 
(oğuz) – manqlay (qıpçaq); qurd (oğuz) – börü (ümumtürk); buyruq (oğuz) – yarlıq (çigil)  
vb.     
 
b)  qıpçaq  türkcəsi  variantının  üstün  gəldiyi  durum.  Bu  durumda  qıpçaq  türkcəsi 
variantı  daha  çox  oğuz  variantı  ilə  (bəzən  də  o  biri  türk  dilləri  variantları  ilə)  qarşılaşaraq 
çoxvariantlılıq  yaratmış  və  variantlararası  toqquşmada  qıpçaq  variantı  üstün  gələrək  ədəbi 
dilimizdə işlənmə hüququ qazanmışdır. Örnəyin:   
 
yaxĢı  (qıpçaq)  –  eyi  (oğuz);  tapmaq  (qıpçaq)  –  bulmaq  (oğuz);  öz  (qıpçaq)  –  kəndi 
(oğuz);  tumĢuk//dumduk  =  dimdik  (qıpçaq)  –  alıq  (oğuz);  kürən  (qıpçaq  vb.)  –  ətrək 
(oğuz) vb. 
 
c)  türkkökənli  çoxvariantlılığın  sinonimləĢərək  qoĢa  iĢləndiyi  durum. Bu durumda 
oğuz, qıpçaq və ya o biri türkcələrə aid sözlər ilk öncə bir araya gəlib çoxvariantlılıq yaratmış, 
ancaq variantlararası toqquşmada bu variantların heç biri tam uduzub sıradan çıxmadığı üçün 
onların  hamısı  ədəbi  dildə  qorunub  saxlanmış  və  sinonim  (eşanlamlı)  sözlərə  çevrilmişdir. 
Örnəyin:  
 
köpək (oğuz) – it (qıpçaq); əl (oğuz) – qol (qıpçaq); toy (qıpçaq) – düyün (oğuz); özgə 
(oğuz) – baĢqa (qarluq); arıq (oğuz və qıpçaq) – turuq//tırıq (o biri türk dilləri); oxĢamaq 
(yemek, yabaku vb. elatlarda) – menğzemek=bənzəmək (o biri türk dilləri) vb.  
 
ç) baĢqa türk dilləri variantlarının üstün gəldiyi durum. Bu durumda variantlararası 
toqquşma  aparıcı  oğuz  və  ya  qıpçaq  türkcələrinin  yox,  o  biri  türk  boy  və  oymaq  dillərinin 
üstünlüyü ilə sonuclanmışdır. Örnəyin:  
 
muĢ > piĢik (çigil) – çetük (oğuz); qum (çiqil) – qayır (oğuz); saman (çigil) – küvük 
(oğuz);  yüligü  =  ülgüc  (o  biri  türk  dilləri)  –  kerey  (oğuz);    demək  (o  biri  türk  dilləri)  – 
ayıtmaq (oğuz, qıpçaq);  talak//dalaq (o  biri türk  dilləri) – sulaq (qıpçaq); vələs (bulqar) – 
ulas (oğuz);  ana (o biri türk.) – aba (oğuz) – apa (qarluq, türkmən); taz =  daz (o biri türk 
dilləri) – aluk (oğuz) vb.   
 
Dilimizin  söz  dağarcığının  türk  boy  və  oymaq  dilləri  baxımından  araşdırılması 
Azərbaycan türkcəsinə yönəlik bilgilərimizin  dərinləşdirilməsi  yönündə çox  dəyərli sonuclar 
doğura  bilər.  Ona  görə  də,  bu  soruna  ayrıca  göz  yetirilməsi  və  onun  geniş  araşdırılması 
dilçiliyimiz qarşısında duran önəmli məsələlərdən biridir. 
 
3.  XVI  –  XVII  yüzilliklərədək  bölgəsəl  özül  üzrə  çoxvariantlılığın  yaranmasını  ortaya 
qoyan  faktlar  bizə  bəlli  deyil  və  o  nədənlə  də,  bölgəsəl  özül  üzrə  yaranan  tarixi 
çoxvariantlılığı  sərgələyəcək  elə  bir  örnək  verə  bilmirik.  Çünki  tarixən  var  olan  örnəklər 
bölgəsəl  özülün  yox,  boy  və  oymaq    özülünün  bəlirtisi  kimi  görünməkdədir.  Ona  görə  də, 


 
43 
bizim  daha  doğru  saydığımız  budur  ki,  coğrafiyaya  söykənən  bölgəsəl  özül,  əsasən,  XVI  – 
XVII yüzilliklərdən sonra ortaya çıxaraq boy və oymaq özülünü əvəz etmiş və ədəbi dilimizi 
yaratmaqda yox, artıq neçə yüz ildən bəri var olan ədəbi dilimizin yavaş-yavaş milli ədəbi dilə 
çevrilərək  daha  da  zənginləşməsində  ciddi  önəm  daşımışdır.  Bu  sürəc  XIX  yüzillikdən 
başlayaraq  daha  açıq  bir  düzeyə  yüksəlmiş  və  bölgəsəl  özül  bir  sıra  alınma  sözlərin  milli 
sözlərlə əvəzlənməsində, ortaya çıxan yeni anlayışların öz sözlərimizlə adlandırılmasında vb. 
çox önəmli rol oynamışdır. İndinin özündə də çağdaş milli ədəbi dilimizin zənginləşməsində 
ən önəmli qaynaqlardan biri bölgəsəl özülün yaratdığı ləhcələrimizdir.  
 
Gözdən  keçirdiklərimiz  ortaya  qoyur  ki,  XVI  –  XVII  yüzilliklərədək  xalq  danışıq 
dilimizdə çoxvariantlılıq 1. kökən özülü və 2. boy-oymaq özülü üzrə yaranmışdır. Ona görə 
də, xalq danışıq dili koynesinə  əsaslanan  ədəbi dilimizdə  standartlaşdırılıb  normaya  çevrilən 
hər  hansı  bir  dil  faktı  öz  qaynağını  ya  başqa  dillərdən,  ya  da  çeşidli  türk  boy-oymaq 
dillərindən  almışdır.    XVI  –  XVII  yüzilliklərdən  sonra  isə  boy-oymaq  özülünün 
çoxvariantlılıq  yaratması  sıradan  çıxmış  və  yerinə  bölgəsəl  özül  keçmişdir.  Təbii  ki,  boy-
oymaq  özülünün  sıradan  çıxması  aralıqsız  sürüb  gələn  dış  etgilərin  güclənməsinə  və  zaman 
içində dilə ciddi zərbə dəyməsinə nədən ola bilərdi. Ona görə də, sıradan çıxan boy-oymaq 
özülü yerinə bölgəsəl özülün keçməsi yad etgiyə qarşı uğurlu dirəniş baxımından böyük önəm 
daşıyırdı. XVII yüzilliyin ortalarından başlayaraq getdikcə güclənən bu sürəcdə, uzmanların 
göstərdiyi  kimi,  ən  önəmli  məsələ  ədəbi  dil  normalarının  demokratikləĢməsi  və 
milliləĢmənin yaranması idi. Başqa sözlə, bölgəsəl özül üzrə yaranan çoxvariantlılıq heç də 
Azərbaycanın  çeşidli  bölgələrini  üz-üzə  qoymağa  qulluq  etmirdi,  tərsinə,  çalışırdı  ki,  boy-
oymaq  özülü  sıradan  çıxdığı  üçün  yaranan  boĢluğu  doldursun və kökən özülündən irəli 
gələn  alınma  dil  faktlarını  bacardıqca  azaltsın,  ədəbi  dildə  xalq  danışıq  dilinin  çəkisini  daha 
da artırsın və ədəbi dillə bağlı ortaya çıxan yeni gərəksinmələrin ödənilməsində qaynaq rolu 
oynasın.  Əgər  kökən  özülü  üzrə  çoxvariantlılıqda  alınma  dil  faktlarına  qarĢı  türk  boy-
oymaq  dil  faktları  dururdusa  və  boy-oymaq  özülü  üzrə  çoxvariantlılıqda  ayrı-ayrı  türk 
boy-oymaq  dilləri  bir-birilə  toqquĢurdusa,  bölgəsəl  özül  üzrə  olan  çoxvariantlılıqda  türk 
boy-oymaq  dil  faktları  (yaxud  ayrı-ayrı  bölgələrə  aid  dil  faktları)  fərq  qoyulmadan  milli  dil 
faktları  düzeyində  birləşir  və  bütövlükdə  hər  cür  alınma  dil  faktına  qarĢı  dayanırdı
Təsadüfi  deyil  ki,  bölgəsəl  özüldə  ayrı-ayrı  bölgələrimiz  üz-üzə  durub  toqquşmadı,  tərsinə, 
bütün  bölgələrimiz  eyni  bir  milli  dil  faktı  qaynağı  olaraq  birləşdi  və  bu  da  klassik-kitab 
üslubundan irəli gələn ərəb-fars etgisinə qarşı danışıq-folklor üslubunun tam aparıcı duruma 
yüksəlməsi  və  ədəbi  dilimizdə  türk  dillərinə  bağlı  özəlliklərin  alınma  özəlliklərə  üstün 
gəlməsi  baxımından  çox  önəmli  rol  oynadı.  İndinin  özündə  belə  bölgəsəl  özüllə  bağlı 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə