Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə19/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   61

 
40 
tutalqalardan  biri  olaraq  bulqar  türkcəsində  bəlli  bir  dil    qaydasına  göz  yetirək:  oğuz 
türkcəsində qapalı ünlü ilə baĢlayan  sözlər bulqar türkcəsində açıq ünlü ilə deyilir və 
sözün  önünə  də  bir  dodaq-diĢ  v  ünsüzü  artırılır. Bu özəllik Azərbaycan türkcəsi ilə əski 
bulqar  türkcəsi  və  onun  çağdaş  dillərindən  olan  çuvaşca  arasında  çox  açıq  biçimdə  özünü 
göstərməkdədir (tutuşdur: Azərb. utan- = çuvaş. vatan-; Azərb. üç = çuvaş. veç; Azərb. ulus 
= çuvaş. volos; Azərb. uzaq = çuvaş. varax; Azərb. uzun = çuvaş. varam vb.).  
 
Bu  fonetik  özəllik  ağvan//alban  dil faktlarında bir  sistem  oluşdurur  və o  sistemə  daxil 
olan  adları,  sözləri  bulqar  türkcəsindən  bu  biri  türkcələrə  “çevirdikdə”  onların  anlamı  çox 
asanlıqla anlaşılır. Örnəyin: 
 
Vaxan//Vağan//Vahan  =  türk.  uğan  “gücü  yetən,  qüdrətli;  Tanrı”  (əski  türkcə:  u- 
“qüdrətli olmaq, qadir olmaq” + -ğan  feli sifət şəkilçisi. Uğan  Tenqri = qüdrətli Tanrı. Ad 
xəzər türklərinin Boxan  şəxs adı ilə tutuşdurulur ki, əslində elə Boxan adı da uğan sözünün 
bulqar variantından başqa bir nəsnə deyil); 
 
Vanakan = türk. unağan “razı olan, qəbul edən” (əski türkcə: una- “razı olmaq, qəbul 
etmək”+ -ğan feli sifət şəkilçisi. Əski türk Unağan Çur  şəxs adı ilə tutuşdur); 
 
Varaz//Varoz//Varos  =  türk.  Uruz//Uraz//Urus.  Adın  bulqar  türkcəsi  variantı 
(Varaz...)  ilə  yanaşı,  ağvan//alban  elində  bu  biri  türkcələrə  xas  Oroys  variantı  da  əski 
qaynaqlarda  göstərilməkdədir.  Oroys  variantı  türklərdə  geniş  yayılmış  Uruz    adı  ilə 
tutuşdurulur və ad türk dillərinin uraz//uras//oraz//oruz...  ” bəlirti, nişanə; xoş əlamət; rifah, 
xoş  güzəran,  firavanlıq”  sözünə  bağlanılır.  Deməli,  Uruz  adının  bulqar  türkcəsindəki 
Varaz...variantı da bu sıradandır. 
 
Vorazakian  =  türk.  Uruz//Uraz//Urus  +  -ak  +  -ian  (Türkcənin  “Börüsak”  adı  ilə 
tutuşdurulur. Bizcə, ad Uruz kökünə əski türkcənin kiçiltmə bildirən sözdüzəldici -ak şəkilçi 
və fars dilindən erməni dilinə keçmiş -ian (-yan) şəkilçisi artırmaqla yaranmışdır); 
 
Vaçe.  Əski  türk  Vaça  şəxs  adı  və  İran  kökənli  sayılan  vaç  “haqqı  ödəyən”  sözü  ilə 
tutuşdurulur.  Ancaq  çağdaş  çuvaşcada  əski  türk  uça  “arxa,  kürək;  uca”  sözü  vaça  və 
öc//üç//uç  “qisas,  intiqam”  sözü  isə  veçe    biçimində  işlənir  (bu  biçimlərin  əski  bulqar 
türkcəsində də varlığını düşünmək yanlış olmaz). Bizcə, həm Vaçe, həm də Vaça adları türk 
uça sözünün və ya öc//üç//uç sözünün bulqar türkcəsindəki variantıdır. Sanmaq olar ki, İran 
kökənli sayılan vaç “haqqı ödəyən” sözü də elə türkcənin  öc//üç//uç = veçe sözünün bulqar 
variantı ilə bağlıdır); 
 
Vaçaqan.  Adla  bağlı  iki  variant  irəli  sürülə  bilər:  1.  Vaçaqan  =  türk.  uçağan  “uçan, 
uçağan” (əski türkcə. uç- // bulqar türkcəsi. vaç- “uçmaq” + -ağan//-aqan feli sifət şəkilçisi); 


 
41 
2.  Vaçaqan  =  türk.  uça  //  bulqar  türkcəsi.  vaça  “arxa,  kürək;  uca”  +  qan//xan  “hökmdar, 
xan” vb. 
 
Göründüyü  kimi,  bulqar  türkcəsi  özəlliklərindən  yanaşdıqda  Azərbaycan  türkcəsi 
tarixinin  qaranlıq  səhifələrindən  biri  nisbətən  aydınlana  bilir.  Məhz  bulqar  türkcəsi  işığında 
görünür ki, oğuzların ulas ağac adı nə üçün Azərbaycan türkcəsində vələs  olaraq işlənir, nə 
üçün  ağvan//alban  kökənli  sayılan  udi  boy  adı  Araz  vadisində  Vedi  (Vedibasar  bölgəsi) 
variantında  qorunur
18
,  nə  üçün  Vedibasara  yaxın  Ulu  dağ  adı  Veli  dağı  kimi  (Sədərək) 
deyilir,  ağvan  nəslindən  olmaları  qəbirüstü  yazılı  abidələrlə  tam  təsdiqlənmiş  Urut  kəndi 
Voratan kimi (Zəngəzur) göstərilir vb. 
 
Təbii  ki,  Azərbaycanda  bulqar  türkcəsi  sorunu  (Qafqazdakı  balkar  türklərini  də 
unutmayaq)  ayrıca  geniş  araşdırma  gərəkdirir  və  mövzumuzdan  çox  uzaqlaşmamaq  üçün 
indilik  biz  yuxarıda  dediklərimizlə  yetinir,  daha  çox  boy  və  oymaq  özülündən  irəli  gələn  
çoxvariantlılıq üzərinə qayıdırıq. Quşqusuz, burada hər nəsnədən öncə, türk dillərinin ortaq 
sözləri ilə ayrı-ayrı türk boy və oymaq dillərinə aid özümlü sözlər bir-birindən ayrılmalıdır. 
Ortaq sözlər daha çoxdur və biz onlardan ayrıca danışmağa gərək duymuruq. Özümlü sözlər 
isə bir və ya bir neçə türk boy və oymaq dilində işlənmiş sözlərdir. Bu sözlər haçansa üz-üzə 
gələrək toqquşmuş, öncə yanaşı işlənərək çoxvariantlılıq yaratmış, sonra isə variantlardan biri 
üstünlük qazanıb ədəbi dildə standartlaşaraq normaya çevrilmişdir. 
 
Doğrudur,  indiki  Azərbaycan  türkcəsi  xalq  danışıq  dilində  (özəlliklə  onun  bölgəsəl 
ləhcələrində)  işlənən  boy  və  oymaq  özüllü  sözlər  ədəbi  dildə  işlənənlərdən  daha  çoxdur. 
Ancaq  biz  onlardan  yox,  əsasən,  çağdaş  Azərbaycan  türkcəsi  ədəbi  dilində  işlənən    boy  və 
oymaq özüllü sözlərdən danışırıq.   
 
Tarixən  boy  və  oymaq  özülü  üzrə  var  olmuş  çoxvariantlılığı  sonrakı  gəlişmə  durumu 
baxımından aşağıdakı qruplara ayırmaq olar:                                                                                                                                
 
a)  oğuz  türkcəsi  variantının  üstün  gəldiyi  durum.  Bu  durumda  bir  yandan  oğuz 
türkcəsi  variantı,  o  biri  yandan  isə  başqa  türk  boy  və  oymaq  dillərinə  aid  variantlar  (yaxud 
türk dilləri üçün ortaq variantlar) bir araya gələrək çoxvariantlıq oluşdurur və variantlararası 
toqquşmada oğuz variantı üstün gələrək ədəbi dildə sabitləşir. Azərbaycan türkcəsində boy və 
oymaq özülü üzrə yaranmış tarixi çoxvariantlılıq içərisində oğuz türkcəsi variantları daha çox 
üstün  gəlmiş  və    Azərbaycan  türkcəsi  oğuz  dillərindən  biri  kimi  tarix  səhnəsinə  çıxmışdır. 
Örnəyin
19

 
 (oğuz) – ürünq (qıpçaq vb.); yüzərlik = üzərlik (oğuz) – yıdhıq ot (Kaşgar ağzı) – 
eldrük (Uc və Barsqan ağzı); pamuk = pambıq (oğuz) – kəbəz (o biri türk dilləri. Gəncədəki 
Kəpəz  dağ  adı  ilə  tutuşdur);    sağ  (oğuz)  –  ong  (çigil);  qoç  (oğuz)  –  qoçngar  (o  biri  türk 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə