Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə18/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   ...   61

 
38 
 
Kökən  özülü  üzrə  yaranan  çoxvariantlılıqda  bir  alınma  variantın  başqa  bir  alınma 
varianta üstün gəlmə durumundan da söz açıla bilər. Biz bu duruma ayrıca toxunmağı gərəkli 
bilmədik. 
 
2.  XVI  –  XVII  yüzilliklərədək  kökən  özülü  ilə  yanaşı,  ədəbi  dilimizdə  boy  və  oymaq 
özülü  üzrə  də  çoxvariantlılığın  yaranması  geniş  yayılmış  bir  durumdur.  Bu  durumda 
çoxvariantlılığı  oluşduran  sözlərin  hamısı  türk  kökənli  milli  sözlərdir  və  variantlararası 
toqquşma eyni türk kökənli, ancaq ayrı-ayrı türk boy və oymaq dillərinə aid çeşidli sözlərin 
qarşılaşması ilə baş verir. İş burasındadır ki, bütün türk dilləri üçün çoxluğu oluşduran ortaq 
sözlərlə yanaşı, ayrı-ayrı türk boy və oymaqlarının özümlü sözləri də var. Bu özümlü sözləri 
araşdırmaqla ayrıca götürülmüş çağdaş  türk dillərindən hər birinin tarixən hansı türk boy və 
oymaq  dillərinin  qovuşması  (konsolidasiyası)  sonucu  yarandığını  aydınlaşdırmaq  olar  ki, 
bunun  da  bilimsəl  önəmi  çox  böyükdür.  İndiyədək  türk  dillərinin  ortaq  sözləri  az-çox 
araşdırılsa  da,  türk  boy və  oymaq  dillərinə  aid özümlü  sözlər  ayrıca  az  öyrənilmişdir  və  bu 
yöndə bir boşluq özünü göstərməkdədir. O sıradan, Azərbaycan türkcəsi də indiyədək boy və 
oymaq özülü üzrə  geniş araşdırılmamış, Azərbaycan türklüyünü yaradan türk boy və oymaq 
dillərinin özəllikləri heç də bütün yönləri ilə öyrənilməmişdir. Ayrı-ayrı araşdırmalarda ötəri 
toxunulan  və  ümumi  şəkildə  bildiyimiz  gerçəklik  budur  ki,  Azərbaycan  türkcəsi  ümumxalq 
dili  oğuz  türkcəsinin
16
  tam  üstünlüyü,  qıpçaq  türkcəsinin  (sak,  kuman,  hun  vb.)  ikinciliyi 
ilə  biçimlənmiş  və  bu  biçimlənməyə  zaman-zaman  bulqar  türkcəsinin  (subar//sabar//suvar, 
bulqar,  ağrı,  vənənd,  onoqur,  kutriqur,  haylanturk,  buntürk,  barsil,  xəzər  vb.),  qarluq 
türkcəsinin (çigil, cığatay vb.) və uyğur türkcəsinin də bəlli bir düzeydə qatqıları olmuşdır.    
 
Bütün  faktlar göstərir ki,  Azərbaycan xalq danışıq dilinin biçimlənməsində aparıcı rol 
oğuz  və  qıpçaq  türkcələrinindir,  ancaq  bunlardan  sonra  gələn  o  biri  türkcələrin    də  önəmi 
qətiyyən  unudulmamalıdır.  Örnək  üçün  vurğulayaq  ki,  indiyədək  Azərbaycanda  ayrı-ayrı 
bulqar  boy,  oymaq  və  ellərinin  adı  çəkilsə  və  onlardan  bəlli  bir  ölçüdə  danışılsa  da, 
Azərbaycan  türklərinin  və  Azərbaycan  türkcəsinin  biçimlənməsində  bulqar  türklüyünün  rolu 
geniş  araşdırılmamışdır.  Ancaq  çox  ilgincdir  ki,  Azərbaycan  türkcəsi  ümumxalq  dilində 
işlənmə düzeyinə görə bulqar türkcəsi oğuz və qıpçaqcadan sonra gəlsə də, tarix baxımından 
qədimliyinə  görə  birinci  yerdə  durur.  Daha  doğrusu,  bilinən  əski  çağlardan  –  İ.ö.  IV  –  III 
minilliklərdən  tutmuş  İ.s.  I  minilliyin  ikinci  yarısınadək  (Subartu//Subar  bəyliyindən 
Ağvan//Alban  dövlətinə  və  Xəzər  xaqanlığınadək)  çağdaş  Azərbaycan  torpaqlarında  çeşidli 
adlarla  bulqar  türkcəsi  geniş  yayılmış,  İ.ö.  I  minilliyin  ortalarından  başlayaraq  bölgədə 
güclənən  qıpçaq  türkcəsi  (sak,  kuman,  hun  vb.)  getdikcə  daha  irəli  çıxmış,  İ.s.  I  minilliyin 
ikinci yarısında isə  oğuz türkcəsi üstün gələrək tam aparıcı olmuşdur. Artıq İ.s. I minilliyin 


 
39 
sonlarına  doğru  Azərbaycan  şifahi  ədəbi  dili  yarananda  oğuz  türkcəsinin  tam  üstünlüyü, 
qıpçaq  türkcəsinin  ikinciliyi  və  başda  bulqar  türkcəsi  olmaqla  bulqar,  qarluq  və  uyğur 
türkcələrinin  üçüncülüyü  açıq-aydın  biçimdə  ortada  idi  və  bu  durum  indiyədək  dəyişmədən 
qorunmaqdadır
17
.  Çeşidli  nədənlərdən  türkə  yağı  kəsilmiş  “Azərbaycan  tarixçiləri”  daha 
öncəki  bulqar,  qıpçaq  vb.  türk  gerçəkliyini  (onların  içərisində  ayrı-ayrı  oğuz  boylarının  da 
varlığı  istisna  deyil)  indiyədək  hər  vasitə  ilə  danmağa  və  Azərbaycan  türklüyünün  tarixini 
yalnız  Səlcuq  oğuzlarından  başlamağa  çalışmışdır.  Faktlarsa  göstərir  ki,  Səlcuq  oğuzları 
gələrkən  Azərbaycanda  öncədən  var  olan  aparıcı  bir  türk  etno-dil  çevrəsinə  düşmüş  və 
Azərbaycan  türklüyü  içərisində  oğuzların  çəkisini  daha  da  artırmaqdan  uzağa  getməmişlər. 
Başqa  sözlə,  Səlcuqlar  Azərbaycan  türklüyünü  yaradan  deyillər,  daha  öncələrdən  var  olan 
bulqar  və  qıpçaq  özüllü  Azərbaycan  türklüyü  içərisində  yalnız  oğuzların  sayını  artıranlardır. 
Ona görə də, əski çağlardan tutmuş İ.s. I minilliyin sonlarınadək olan dönəmdə Azərbaycanın 
dil  və  etnik  biçimlənmə  sorununu  doğru-düzgün  araşdırmaq  üçün  ümumtürk  özəllikləri  ilə 
yanaşı,  mütləq  qıpçaq,  ən  çox  da  bulqar  türkcəsinin  özəlliklərinə  söykənilməlidir.  Bu 
özəlliklərə söykənilməməsi bir sıra yanlışlıqların, yanılma və yanıltmaların ortaya çıxmasına 
yol açmışdır. Örnəyin, Azərbaycanın ağvan//alban sorununu götürək.  
 
Azərbaycanın  quzeyində  İ.ö.  IV  –  İ.s.  VIII  yüzilliklər  arasında  var  olmuş 
Ağvan//Albaniya  dövlətini  quran  etnosların  kimliyinə  yönəlik  dartışmalar  artıq  bu  gün 
bilimsəl alandan siyasi alana daşınmışdır. Türkə yağı kəsilən İqrar Əliyevçi tarixbazlıq aparıcı 
ağvan//alban  etnoslarının  türklüyünü  kökündən  danır,  bu  etnosların  Dağıstandilliyini  irəli 
sürərək  Rusiya  KQB-sinin  qısqırtması  ilə  Azərbaycana  qarşı  ərazi  iddiaları  irəli  sürən  ləzgi 
“Sadval”  coğasının  ideoloji  özülü  rolunu  oynayırlar.  Burada  suç  təkcə  “Sadval”çılarda  və 
onlara  xidmət  edən  “Azərbaycan  tarixçiləri”ndə  deyil,  həm  də  aparıcı  ağvan//alban 
etnoslarının  türklüyünü  deyən  araşdırıcılardadır.  Çünki  bu  araşdırıcılar  aparıcı  ağvan//alban 
etnoslarına  daha  çox  oğuz  türkcəsinin  dil  faktlarından  yanaşır  və  bununla  da  açıq-aydın 
görünən  bir  sıra  başqa  türk  dil  faktlarının  gözdən  yayındırılmasına  nədən  olurlar.  Örnəyin, 
ağvan//alban  xanları  içərisində  iki  Vaçe,  üç  Vaçaqan  adı  vardı  və  aparıcı  ağvan//alban 
boylarının türklüyünü ortaya qoyan dəyərli araşdırıcılardan birinə görə, bu adlar türkkökənli 
deyil, türklərin Orta Asiyadan gətirdikləri İranmənşəli adlardır.  
 
Gerçəklik isə budur ki, aparıcı ağvan//alban etnosları oğuz və ya qıpçaq yox, ilk sırada, 
bulqar  türkləri  idi  və  ona  görə  də,  bu  etnosların  araşdırılmasına  ümumtürk  özəllikləri  ilə 
yanaşı,  daha  çox  bulqar  türkcəsi  özəlliklərindən  yanaşılmalıdır.  Ümumi  mövzumuzdan  çox 
uzaqlaşmamaq  üçün  bu  soruna  geniş  toxunmuruq,  ancaq  qısaca  bildirək  ki,  Azərbaycanın 
ağvan//alban  türklüyü  içərisində  bulqar  türkcəsi  geniş  yayılmışdır.  Bunu  doğrulayan 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə