Arif Rəhimoğlu


  Ədəbi dildə işlədilməsini istədiyimiz türk kökənli milli sözlərimizi verəcək və aydınlıq üçün ayrac



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə61/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   53   54   55   56   57   58   59   60   61

 
127 

Ədəbi dildə işlədilməsini istədiyimiz türk kökənli milli sözlərimizi verəcək və aydınlıq üçün ayrac 
(mötərizə, parantez) içərisində alınma qarşılıqlarını da göstərəcəyik.
  
GiriĢ 

 
Azərbaycan türkcəsini danaraq kor-koranə Türkiyə türkcəsini yamsılamaq davranışı ilə Azərbaycan 
türkcəsini  gəlişdirmək  üçün  Türkiyə  türkcəsindən  də  söz  almaq  hərəkəti  ayrı-ayrı  məsələlərdir  və 
qarışdırılmamalıdır.  Örnək  üçün  “baxaq”  yerinə  “bakalım”  demənin  heç  bir  olumlu  yönü  yoxdur, 
ancaq  “təyyarə”  əvəzinə  “uçaq”    işlətmə  dilimizin  milli  sözlər  hesabına  gəlişməsi  baxımından  çox 
önəmlidir.  Başqa  sözlə,  burada  olumsuz  yamsılama  ilə  olumlu  etgilənmə  anlayışları  bir-birindən 
fərqləndirilməlidir.   

 
Qıpçınmaq  “bir  nəsnəni  ələ  keçirmək  üçün  ciddi  cəhd  göstərmək,  canfəşanlıqla  buna  çalışmaq” 
anlamında Azərbaycanın güneyində (Sarab vb. bölgələrdə) işlədilən əski sözlərimizdən biridir. Bizcə, 
qıpçınmaq feli “nəsə qazanmaq üçün canfəşanlıq etmək” anlamında  ədəbi dilimizə gətirilməlidir. 

 
Unutmayaq  ki,  XX  yüzilin  başlarında  Azərbaycanın  quzeyində  də  bu  cür  danışıqla  eyniləşdirilmə 
xətti  olmuş  (”Molla  Nəsrəddin”  dərgisini  xatırlayaq)  və  bu  xətt  ədəbi  dilimizin  xalq  danışıq  dilinə 
yaxınlaşdırılması yönündə çox önəmli rol oynamışdır. Görünür, standart  ədəbi dil normalarının xalq 
danışıq  dilinə  yaxın  bir  özül  üzrə  biçimlənməsi  üçün  ilk  addımlardan  biri  ədəbi  dillə  xalq  danışıq 
dilinin  eyniləşdirilməsidir.  Ancaq  bu  eyniləşdirilmə  uzun  sürməməli  və  öz  yerini  standart  normalara 
verməlidir.  
Birinci bölüm 

 
Azərbaycanın  güneyindəki  ləhcələrimizdən  aldığımız  coğa  (dəstə)  və  yığva  (qrup,  dəstə,  kruq) 
sözlərinin ədəbi dilimizdə də işlədilməsini gərəkli bilirik.   

 
Xatırladaq ki, arqo termini fransızca ”argot” sözündən alınmışdır. Fransızca argot sözü XVIII 
yüzildə öncə ”oğru coğası”, sonra isə ”oğru danışığı” anlamında işlənmişdir və indi arqo dedikdə 
təkcə oğru coğasının yox, hər cür özəl coğaların və qapalı yığvaların danışığı anlaşılır. 

 
Jarqon  termini  fransızcanın  jargon  ”ləhcə,  jarqon”  sözündən  törəmişdir  və  araşdırıcılara  görə, 
fransızlar da bu sözü  əski qall - Roma tayfa dillərinin gargone ”cəfəngiyyat, boşboğazlıq” sözündən 
alaraq ona yeni anlam vermişlər. İngiliscənin slang ”slenq” sözü də anlayış kimi, əsasən, jarqonla eyni 
anlam daşıyır.  

 
Azərbaycanın güneyində işlənən adlım “məşhur” sözünün ədəbi dilimizə gətirilməsi çox yaxşı olar.
 

 
Koyne termini yunancanın koinos “ümumi, gənəl” sözündən götürülmüşdür. Qaynaqlara görə, yunan 
ləhcələrindən  biri  olan  Attika  ləhcəsi  İ.ö.  IV  yüzillikdə  –  Makedoniyalı  İsgəndərin  yürüşləri 
dönəmində bütün Yunanıstan üçün ümumi dilə (yunanca: koine diálektos) çevrilir. Çağdaş dilçiliyin 
koyne termini də buradan alınmışdır.
  


 
128 

 
Kərkük mərkəzli Türkmaneli (İraq) bu türkman adımızı indiyədək yaşatmaqdadır. Eyni zamanda, 
çağdaş Azərbaycandakı tərəkəmə adı da türkman adının ərəbcə cəmlik variantı olan tərakimə sözü ilə 
bağlanılmaqdadır.
 

 
Osmanlı imperiyasından sonra Türkiyə Cümhuriyyəti qurulduğu kimi, Qacar dövlətindən sonra da 
Azərbaycan  Cümhuriyyəti  qurulsa  idi,  quşqusuz,  tarixə  baxış  ayrı  cür  olardı  və  heç  kim  Azərbaycan 
türk dövlətlərini fars İran (=Persiya) dövlətləri kimi qələmə verməyə yeltənməzdi. 

 
M.  Kaşğarlı  oğuzların  “boy”  sözündən  danışarkən  yazırdı:  “Bir-birini  tanımayan  iki  adam 
qarşılaşdıqları  zaman  öncə  salamlaşar,  sonra  “boy  kim?”  deyə  soruşarlar  ki,  “hansı  boydansan?” 
deməkdir...  Beləliklə,  biri  o  birinin  boyunu  tanımış  olur  və  bundan  sonra  danışmağa  başlar,  yaxud 
durmayıb ayrılarlar” (Divanü luğat-it türk. Çevirən: Besim Atalay. Ankara. 1941. lll cild, səh.141). 

 
Vurğulayaq ki, dilimizdə işlənən alınma sözlərə yönəlik araşdırmalar az deyil və bu araşdırmaların 
çoxunda dilimizdəki alınma sözlər, onların özəllikləri doğru-düzgün ortaya qoyulmaqdadır. Ancaq bir 
sıra  durumlarda  sözün  alınma  olub-olmamasını  bəlirləyəcək  özül  qaydalara  önəm  verilmədiyi  üçün 
yanlışlıqlar  ortaya  çıxır  və  türk  kökənli  sözlərin  alınma  olması  irəli  sürülür.  Örnəyin,  bəziləri  kilit 
sözünü yunan dilinə, çadır, çəkic, umud... sözlərini fars dilinə bağlamağa yeltənirlər. Ancaq belə bir 
dəyişməz qayda unudulmamalıdır ki, türk dillərində alınma sadə fel yoxdur və kökü sadə felə bağlı 
olan  adların  heç  biri  türk  dilləri  üçün  alınma  ola  bilməz.  Örnək  verdiyimiz  kilit,  ümid,  çadır, 
çəkic ...sözlərinin də kökündə sadə fel durduğu üçün onların  alınma ola bilməsi imkansızdır. 

   
Çox  ilgincdir  ki,  gürcü  və  erməni  dilləri  başda  olmaqla  bütün  Qafqaz  xalqlarına  türkcəmiz  çox 
güclü etgi göstərmiş, ancaq özü bu dillərdən çox da təsirlənməmişdir (Azərbaycan türkcəsində gürcü, 
erməni  və  başqa  Qafqaz  xalqlarına  məxsus  sözlər  barmaqla  sayılar,  ancaq  bu  dillərdən  hər  birində 
minlərlə  türk  sözləri  işlənir).  Bunun  nədəni  aydındır:  son  min  ildən  çox  sürə  boyu  Qafqaz  xalqları 
içərisində  biz  türklər  daha  aparıcı,  daha  güclü  olduğumuzdan  bölgənin  əsas  siyasi  güc  mərkəzi 
sayılmışıq  və  türkcəmiz  də  ümumünsiyyət  dili  olduğundan  Qafqaz  xalqlarının  dillərini  dərindən 
etgiləmişdir...  

 
Bəzən yalavac,  yek vb. bu cür bir sıra sözlərin sanskrit, çin, fars vb.dillərdən alındığı iddia edilir. 
Mövzumuzdan  çox  qırağa  çıxmamaq  üçün  bu  sözlərə  ayrıca  toxunmur,  ancaq  onları  türk  sözləri 
sayırıq. 

 
“Dədə Qorqud Kitabı” nda Qalın Oğuz eli iki oymaq (İç Oğuz və Dış Oğuz) və 24 boydan oluşurdu 
ki, onlardan ən azı 20 – 21 boyun adı Azərbaycan coğrafiyasında indiyədək qorunmaqdadır. 

 
Artıraq  ki,  İ.s.  II  minilliyin  ortalarına  doğru  Azərbaycanda  qarluq  kökənli  cığatay  boy  və 
oymaqlarının  etgisi  gücləndi,  özəlliklə  Əlişir  Nəvayi  dühası  nədənilə  Azərbaycan  türkcəsinə  qarluq 
türkcəsinin (cığataycanın) təsiri artdı, ancaq bu etgi keçici oldu və ədəbi dilimizin özülünə yönəlik elə 
bir köklü, yayğın, qalıcı dəyişim yaratmadı. 


 
129 

 
Bəzən əski qaynaqlarda udilərin Araz vadisində göstərilməsini anaxronizm sayırlar. Ancaq Vedi adı 
tam ortaya qoyur ki, burada heç bir anaxronizm yoxdur, sadəcə, bu udilər “Azərbaycan tarixçiləri”nin 
dediyi Qafqazdilli udinlər deyil, türkdilli boylardan biridir (udulular da ola bilər).  

 
Türk  boy  və  oymaq  dillərinə  aid  sözlərin  çoxunu  Mahmud  Kaşğarlının  “Divanü  luğat-it-türk” 
əsərindən  aldıq və bir azını da çağdaş türkoloji araşdırmalardan seçdik. 
Ġkinci bölüm  
20
 
Transkripsiya  –  latınca  trans  ”köçürmə”  və  criptio  ”yazı”  sözlərindən  olub  ”üzünü  köçürmə” 
anlamı  verir.  Terminoloji  baxımdan  isə  fonetik  transkripsiya  səsin  doğru  göstərilməsi  üçün  hərfin 
bəlirli fərqləndirici (diakritik) işarələrlə birgə işlənməsini bildirir. 
21
 
Bir  sıra  qaynaqlarda  qısa  deyilən  ünlülər  fonem  variantları  sırasında  göstərilmir.  Ancaq  biz  prof. 
Ə.Dəmirçizadənin yanaşmasını daha doğru sayır və qısa ünlüləri fonem variantları sırasında veririk. 
Üçüncü bölüm  

 
Sözün  yunanca  əsli  ορθος  ”orthos//  orfos”  kimi  yazılır  və  buradakı  θ  -  teta  (çağdaş  yunancada: 
thita//fita) hərfi t,  s və f  səsləri arasında deyilir. θ  - teta hərfinin ingiliscə qarşılığı  th hərfi ilə, rusca 
qarşılığı  isə həm  т  (=t),  həm  də  ф  (=f  )  hərfi  ilə  verildiyi  üçün  söz    hər iki biçimdə  (orthos//orfos) 
yazıla bilir. Orfoqrafiya sözünün bəzi Avropa dillərində işlənən ortoqrafiya variantı da buradandır. 

   
Təbii  ki,  imla  sözünün  yoxlama  yazı  türü  anlamı  elə  düzgün  yazı  qaydaları  anlamından 
doğmuşdur  və  dilçilikdə  sözün  anlamca  bu  cür  gəlişməsinə  anlam  geniĢlənməsi  (semantik 
genişlənmə) deyilir.
  

 
Dilimizin  sisteminə  görə,  sözün  hansı  halda  işlənəcəyini  fel  (bütövlükdə,  xəbər)  bəlirləyir  və 
“təşəkkür edirik” xəbəri  təşəkkür bildirmə işinin başlanğıc/çıxışlıq nöqtəsini (kimdən?) yox, yönünü 
(kimə?) ortaya qoyduğu üçün “siz” əvəzliyi Çıxışlıq halda yox, Yönlük halda işlədilməlidir. “Sizdən 
təşəkkür  edirik”  dedikdə  isə,  dilimizin  qaydalarına  görə,  sizdən  kiməsə  (yəni  sizə  yox,  sizin 
əvəzinizdən başqasına) təşəkkür etmiş oluruq.
    

 
Bu  düşüncəyə  qarşı  çıxıla  və  deyilə  bilər  ki,  elə  yazarıqsa,  örnəyin,  BoĢ  (Bosch)  şirkət  adı  ilə 
dilimizin  boĢ  sözü  qarışıq  salınar.  Təbii  ki,  bu  cür  bir  neçə  örnək  tapıla  bilər,  ancaq  onlar  ümumi 
qaydanı  pozmamalı  və  məsələnin  təməl  qoyuluşunu  dəyişdirməməlidir.  Nə  əlifbamızda,  nə  də 
yazımızda heç bir hərf birləşməsi, o sıradan Ģ səsi bildirən sch hərf birləşməsi yoxdur və dilimizə hərf 
birləşməsi gətirmə də özünü doğrulda bilməz. Unutmayaq ki, təkcə böyük – kiçik yazılışına görə yox, 
mətndəki  özəlliklərinə  görə  də  BoĢ  şirkət  adı  və  boĢ  sifəti  asanlıqla  fərqlənir  (gərəkərsə,  ayrac 
içərisində  adın  özgün  biçimi  də  yazıla  bilər).  Eyni  zamanda,  yazılışdan  asılı  olmayaraq,  deyilişdə 
şirkətin adı məhz BoĢ kimi deyilir və deyildiyi kimi də yazılması bizim dilimiz üçün tam normaldır. 

 
İstənilən durumda hansı sözün necə yazılacağını dəqiq bilmək üçün imla sözlüyünə baxılmalıdır. 

 
Artıraq ki, həm slavyan dillərinin ц (tse) səsi, həm də az sonra toxunacağımız almanca z (tset) səsi 
qovuşuq (affrikat) səslər olub t və s səslərinin birləşməsindən yaranmışdır. Azərbaycan türkcəsi ədəbi 


 
130 
dilində bu cür qovuşuq iki səs – ç (və Ģ səslərinin qovuşması) və c (d və j səslərinin qovuşması) olsa 
da,  ayrıca  bir    ç
ı
  =  ts  (t  və  s  səslərinin  qovuşması)  səsi  yoxdur.  Ləhcələrdə,  özəlliklə  Naxçıvan 
yörələrində  isə  bu  qovuşuq  səs  var  və  ədəbi  dildə  iki  ayrı-ayrı  səs  olub  yanaşı  işlənən  ts  səsləri 
Naxçıvan  yörəsində  ayrıca  bir  qovuşuq  ç
ı
  (  t  və  s  səslərinin  qovuşması)  ünsüzü  olaraq  özünü 
göstərməkdədir. Əski bulqar türkcəsi ilə bağlı çağdaş türk dillərində bu qovuşuq ç
ı  
(=ts) səsinin olması 
imkan verir ki, Naxçıvanda işlənən qovuşuq  ç
ı  
(=ts) ünsüzünü də əski bulqar türkcəsindən qalma bir 
iz kimi dəyərləndirək. 

 
Defis  (latınca  divisio  “ayırma”)  işarəsi  yazıda  işlədilən  ən  qısa  bir  üfiqi  cızıqdır  (-)  və  onu 
Azərbaycan türkcəsində cızqı adlandırmaq daha yerində olar. Azərbaycanın güney ləhcələrindən alıb 
“defis”  anlamında  işlətdiyimiz  cızqı  sözü  əslində  dilimizdəki  cizgi  sözünün  bir  variantıdır.  Hesab 
edirik  ki,  eyni  bir  sözün  çeşidli  fonetik  variantlarını  fərqli  anlamlarda  işlətmək  dilimizdə  ümumişlək 
cizgi “xətt” sözü ilə terminoloji anlam yüklənən cızqı “defis” sözlərini bir-birlərindən ayırmağa imkan 
verir  və  bu  üsul  dilimizin  söz  yaradıcılığı  üsullarından  biri  kimi  maraq  doğurmaqdadır.  Tutuşduraq: 
dağ  “yerin  hündür  hissəsi”  və  tağ  “dağa  oxşar  yarımdairə  formalı  qapı,  pəncərə  vb.  bildirən  tikinti 
termini” (əslində dağ və tağ eyni bir sözün fərqli fonetik variantlarından başqa bir nəsnə deyil). 

 
Cızqıdan  (-)  bir  az  uzun  olan  tire  (–)  fransızca  tirer  “dartmaq,  çəkmək”  sözündəndir  və  onu 
dilimizdə ayırtı adlandıra bilərik. Öz görəvinə görə, cızqı (-) iki sözü bir-birinə yaxınlaşdırıb onların 
bir  mürəkkəb  söz  kimi  dərk  olunmasını  biçimləndirir  və  bu  mürəkkəb  sözün  yarımbitişik-yarımayrı 
yazılış  tərzini  ortaya  qoyur;  ayırtı  (–)  isə  tərəfləri  bir-birindən  ayırır  və  onların  ayrı-ayrılıqda 
anlaşılmasını  irəli  sürür.  Ayırma  görəvi  daşıması  bizə  imkan  verir  ki,  tireni  dilimizdə  ayırtı 
adlandıraq.
   
 
Dördüncü bölüm  
30
 
Bildiyimiz  qədəri  ilə,  cizgisəl  iĢarələr  yönündə  ilk  addımlardan  biri  2006-cı  ildə  rus  dilçiliyində 
atılmış  və  qeyri-hərfi  imla  iĢarələri  (rusca:  небуквенные  орфографические  знаки)  adı  altında  
defis,  apostrof,  vurğu  və  əyri  cızıq  (/)  haqqında  ayrıca  danışılmışdır.  Ancaq  əyri  cızıq  alternativlik 
bildirən  söz  işarəsi  olduğu  üçün  buradan  çıxarılmalı  və  bütövlükdə,  işarə  qrupu  daha  dərindən 
araşdırılmalıdır.  Hələlik  bu  məsələni  ayrıca  araşdırma  amacımız  olmadığı  üçün  cizgisəl  işarələr 
üzərində çox dayanmır və buraya nələrin daxil olmasına geniş toxunmuruq.
   
31
 
Rusca:  пробел;  ingiliscə:  Space;  fransızca:  approche;  isveçcə:  mellanslag  vb.  kimi  verilən  bu 
anlayışın Azərbaycan türkcəsində boĢluq adlanmasını qəbul edirik. 
32
 
Ədəbi  dilimizdə  abzas,  rusca:  абзац  <  almanca:  Absatz;  isveçcə:  indrag;  ingiliscə:  indentation 
vb. kimi verilən bu anlayışın Azərbaycan türkcəsində önara adlanmasını qəbul edirik.
 
33
 
Bəzən bu anlayış iki nöqtə termini ilə verilir. Ancaq üç nöqtə (...) işarəsinə uyğun olaraq, iki nöqtə 
də  yan-yana  işlənən  (..)  işarəsini  çağrışdırır  və  nöqtələrin  yan-yana  yox,  üst-üstə  (:)  verilməsini  
bəlirtmək üçün, bizcə, işarənin qoĢa nöqtə adlandırılması daha doğrudur. 


 
131 
34
 
Yan-yana  qoyulan  üç  nöqtə  bəzən  çox  nöqtə  də  adlanır,  ancaq  bu  çoxluqda  üç  nöqtənin  (...
göstərilməsi daha geniş yayıldığı üçün terminin üç nöqtə kimi verilməsi daha məntiqlidir. 
35
 
Əski türkcədə tutruq “vəsiyyət”, oxsınmaq “peşman olmaq” deməkdir. 
36
 
 
1144 – 1234-cü illərdə yaşamış adlım Azərbaycan filosofu Ömər Sührəverdi nəzərdə tutulur. 
37
 
Fransızca  tirer  “dartmaq,  çəkmək”  sözündən  alınmış  tire  termini  Türkiyə  türkcəsində  ya  olduğu 
kimi  qorunur,  ya  da  uzun  çizgi  adı  ilə  verilir.  Biz  bu  terminin  Azərbaycan  türkcəsində  ayırtı 
adlanmasını qəbul edirik. 
 
 
 
 
 
 
 
 
 
 
 
Ədəbiyyat  
1. Ağasıoğlu Firudin. Azər xalqı(Seçmə yazlar).II nəşri. “Çıraq” nəşriyyatı, Bakı, 2005. 
2. Azərbaycan dilinin orfoqrafiya lüğəti (artırılmış və təkmilləşdirilmiş üçüncü nəşri). “Elm” 
nəşriyyatı, Bakı,1975.  
3. Azərbaycan dilinin orfoqrafiya lüğəti. “Lider” nəşriyyatı, Bakı, 2004. 
4. Azərbaycan  dilinin  orfoqrafiya  qaydaları. B, 1958 
5. Azərbaycan ədəbi dili tarixi. “Elm” nəşriyyatı, Bakı,1991.  
6. Azərbaycan ədəbi dili tarixi (sovet dövrü). “Elm” nəşriyyatı, Bakı,1982. 
7. Budaqоva Z. Azərbaycan dilində durğu işarələri. “Еlm” nəşriyyatı, Baкı,1977. 
8. Cahangirov M.Azərbaycan milli ədəbi dilinin təşəkkülü. “Elm” nəşriyyatı, Bakı,1978 
9. Cərullaqızı Nigar. Fəlsəfi-bədii fikir tarixində şəxsiyyət konsepsiyası. .”Günəş” nəşriyyatı, 
Bakı, 2000. 
10. Dəmirçizadə Ə.M. «Kitabi-Dədə Qorqud» dastanlarının dili. APİ nəşri, Bakı, 1959. 
11.  Dəmirçizadə  Ə.M.  Azərbaycan  ədəbi  dilinin  tarixi.  I  hissə.  “Maarif”  nəşriyyatı,  Bakı, 
1979. 


 
132 
12.  Dəmirçizadə  Ə.M.  Müasir  Azərbaycan  dili.  I  hissə  (Fonetika,  orfoepiya,  orfoqrafiya). 
”Maarif” nəşriyyatı, Bakı, 1984. 
13. Ergin Muharrem. Türkçenin  Tarihi Gelişimi. Bax: http://www.bilgicenneti.com/d-8643-
Turkcenin+Tarihi+Gelisimi.html 
14. Əfzələddin Əsgər, Məmmədəli Qıpçaq.Türk savaş sənəti. ”Yazıçı” Ədəbi Nəşrlər Evi
Bakı,1996. 
15. 
Əfsələddin  Əsgər.  Türkmanlar  (Tarixi-etnoqrafik  oçerk).  http://kitab.az/cgi-
bin/catlib/item.cgi?lang=az&item=20031203075903759 
16. Əzizоv Е. Azərbaycan dilinin tarixi dialекtоlоgiyası. Baкı, BDU nəşri, 1999, 
17. Gabain Annemarie von. Eski Türk Yazı Kültürü ve Matbaası. Çeviren: Arzu Ekinci. Bax: 
http://turkoloji.cu.edu.tr/ESKI%20TURK%20DILI/gabain_01.pdf 
18.  Gabain  Annemarie  von.  Eski  Türkcenin  Yazı  Dili.  Çeviren:  Sabit  S.Paylı.  Bax: 
http://turkoloji.cu.edu.tr/ESKI%20TURK%20DILI/gabain_02.pdf  
19. Hacıyеv M.Ə. Durğu işarələri. AПI, Baкı, 1961. 
20. Hacıyev T.İ. Azərbaycan ədəbi dili tarixi. I hissə. Bakı, 1976. 
21. Hacıyev T.İ. Azərbaycan ədəbi dili tarixi. II hissə. “Maarif” nəşriyyatı, Bakı, 1987. 
22.  Hacıyev  T.İ.,  Vəliyev  K.N.  Azərbaycan  dili  tarixi.  Oçerklər  və  materiallar.  “Maarif” 
nəşriyyatı, Bakı, 1983.  
23. Hüseynzadə M. Müasir Azərbaycan dili. Morfologiya. III hissə. ”Maarif” nəşriyyatı, Bakı, 
1983. 
24. Xudiyev Nizami. Azərbaycan ədəbi dili tarixi. Ankara, 1997. 
25. Kafesoğlu İbrahim. Türk Milli Kültürü. 7 Baskı. Boğaziçi Yayınları, İstanbul, 1991. 
26.  Kalankatuklu  Moisey.  Albaniya  tarixi.  (Müqəddimə,  qeyd,  tərcümə  və  şərhlər  akad. 
Z.Bünyadovundur) «Elm» nəşriyyatı, Bakı, 1993. 
27.  Kazımov  Q.S.  Azərbaycan  dilinin  tarixi.Ən  qədim  dövrlərdən  XIII  əsrə  qədər.  Bax: 
http://www.uludil.gen.az/mundericat.html 
28.  Kazımov  Q.  “Orfoqrafiya  qaydaları”nın  yeni  layihəsi  haqqında.  Bax:  http://dil-tarix-
poeziya.iatp.az/2_014.php  
29. Kaşğari Mahmud. “Divanü Luğat-it-Türk” Tercümesi. Çevirən: Besim Atalay. I – III c. 
Ankara. 1939 – 1941. 
30. Qeybullayev Qiyasəddin. Azərbaycan türklərinin təşəkkülü tarixindən.Azərbaycan Dövlət 
Nəşriyyatı, Bakı, 1994. 
31.  Qoñurat  Kemal.  Qırımtatar  Edebiy  Tiliniñ  İmlâ  Qaideleri  Toplamı.  Bax: 
http://www.vatankirim.net/default.asp  


 
133 
32. Qurbanоv A. Dil və nоrma. AПU, Baкı, 1992. 
33.  Məmmədova  F.  Azərbaycanın  (Albaniyanın)  siyasi  tarixi  və  tarixi  coğrafiyası.  - 
Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1993.
  
34. Mirzəzadə H.İ.. Azərbaycan dilinin tarixi morfologiyası. Maarif, Bakı, 1962 
35.  Rəhimoğlu  Arif.  Elçibəyçi  düşüncə  sistemi  və  onun  ”Bütövləşmə,  Millətləşmə, 
Dövlətləşmə!” devizi (Yenidən işlənmiş və genişləndirilmiş variant). Bakı, 2007. 
36. Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. “Maarif” nəşriyyatı, Bakı, 1967 
37.  Thomsen  Vilh.  Orhon  ve  Yenisey  Yazıtlarının  Çözümü.  İlk  Bildiri.  Çözülmüş  Orhon 
Yazıtları. Çeviren: Vedat Köken. Türk Tarih Kurumu Basımevi, Ankara, 1993.  
38. Türk Dil Kurumu. Yazım Kılavuzu.
 
Yazım Kuralları. Bax: http://tdk.org.tr 
39.  Türk  Dili  Yazı  Quralları  Birinci  və  İkinci  Türk  Dili  Ortoqrafi  Seminarının  Aldığı 
Qərarları 
Son İncələmə: 5 Oktyabr, 2001. Bax:www.ocaq.net/meqale/mql0052.
 
 
40. Бондалетов В.Д. Социальная лингвистика. Москва, 1987. 
41. Боровков А.К. Лексика среднеазиатского тефсира XII-XIII вв. Москва, 1963. 
42.  Виноградов  В.В.  Литературный  язык.  Bax:  http://www.philology.ru/linguistics1/ 
vinogradov-78.htm 
43. «Вопросы развития литературных языков народов СССР». Алма-Ата, 1964. 
44. Гарипов Т. М. Кыпчакские языки Урало-Поволжья. Москва, 1979. 
45. Горбацевич К.С. Изменение норм литературного языка
. Л
енинград, 1971. 
46. Грачев М.А. Русское арго. Монография. Н. Новгород, 1997 
47. Грунин Т.И. Документы на половецком языке ХVI в. Москва, 1967.  
48. Древнетюркский словарь. 
Л
енинград, 1969. 
49. Жирмунский В.М. Национальные языки и социальные диалекты. 
Л
енинград, 1936. 
50. Мечковская Н.Б. Социальная лингвистика. Москва, 1994. 
51.  Мильчин  А. Э. ,  Чельцова  Л. К. Справочник  издателя  и  автора.  Редакционно-
издательское оформление издания. ОЛМА-Пресс, Мoskva, 2003.  
52.  Наджип  Э.Н.  Исследования  по  истории  тюркских  языков  XI-XIV  веков.  Наука. 
Мoskva. 1989 г. 
53.  Наджип Э.Н. Кыпчакско-огузский литературный язык мамлюкского Египта  ХIV в. 
Москва, 1965. 
54. Пириев А. Словарь жаргона преступников. Баку, 1987  
55.  Розенталь  Д.Э.,  Теленкова  М.А.  Словарь-справочник  лингвистических  терминов. 
Москва, 1985. 


 
134 
56.  Розенталь  Д.Э.,  Джанджакова  Е.В.,  Кабанова  Н.П.  Справочник  по  правописанию, 
произношению,  литературному  редактированию.  ЧеРо,  Москва,  1999.  Bax:  
http://evartist.narod.ru/text1/20.htm 
57.  Щерба  Л.  В.  Основные  принципы  орфографии  и  их  социальное  значение.  Bax: 
http://www.philology.ru/linguistics2/shcherba-57a.htm 
58.  Skrivregler  för  svenska  och  engelska  från  TNC  (TNC  100).  Terminologicentrum  TNC, 
Solna, 2001. 
59.  Svenska  skrivregler.  Utgivna  av  Svenska  språknämnden.  Redaktör:  Eva  Raam-Inghult. 
Svenska språknämnden och Almqvist & Wiksell Förlag AB. Uppsala, 1992.  
60.  Svenska  skrivregler.  Utgivna  av  Svenska  språknämnden.  Redaktion:  Sara  Santesson. 
Liber AB. Falköping, 2000. 
61.  Myndigheternas  skrivregler.  Regeringskansliet.  Statsrådsberedningen.  Ds  2001:32. 
Stockholm, 2001.  
62. TNCs Skrivregler (TNC 83). Tekniska nomenklaturcentralen, Stockholm,1986.  
 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə