Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə59/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   53   54   55   56   57   58   59   60   61

 
122 
olduğu kimi, bilik sözü öz anlayış və məna tutumuna görə elm sözündən daha genişdir və 
qədimdir (Ə. Elçibəy) vb.    
 
4.  Ədəbi  əsər,  musiqi  və  rəssamlıq  əsərləri,    filmlər,  kütləvi  informasiya  vasitələri, 
çeşidli  qurumlar,  orden  və  medallar,  maşın,  gəmi,  uçaq,  silah  adları  vb.b.k.  özəl  adları 
ayırmaq  üçün;  örn.:  Şəhriyarın  Heydərbabaya  salamı  Bütöv  Azərbaycan  Yurdunun  əbədi 
bir  türküsüdür  (Ə.Elçibəy);  Məsələn,  Danişməndani-Azərbaycan”  kimi  fundamental  bir 
əsərin müəllifi Təbrizli Məhəmmədəli Tərbiyət öz əsərində Azərbaycanın güneyini və quzeyini 
ayırmadan,  Dərbənddən  Həmədana  qədər  Bütöv  Azərbaycanın  ziyalılarını,  böyük 
şəxsiyyətlərini bir yerə toplamışdır (Ə.Elçibəy) vb. 
 
Qeyd:  Dırnaq  içindəki  söz,  yaxud  ad  şəkilçi  qəbul  edərsə,  bu  şəkilçi  dırnaq 
bağlandıqdan  həmən  sonra  yazılır  və  dırnaqla  şəkilçi  arasında  boşluq  buraxılmır;  örn.:  
“Şahnamə”ni  oxuyarkən  istər-istəməz  öz-özünə  düşünürsən:  “Uşaqlar  üçün  padşah 
nağılları” (Ə.Elçibəy) vb.  
Durğu iĢarələrinin yanaĢı iĢlədilməsi  
 
Bəlli  durumlarda  eyni  bir  söz  və  va  cümlələrdən  sonra  bir  neçə  durğu  işarəsi  yanaşı 
işlənə  bilər.  Yanaşı  işlənmə  ən  azı  iki  durğu  işarəsinin  öz  varlığını  qorumaqla  bir  araya 
gəlmələri  səbəbinə ortaya çıxır, ancaq nöqtəli  vergül bu sıraya daxil deyil. Çünki nöqtə və 
vergüldən düzəlsə də, nöqtəli vergül bir durğu işarəsidir və vahid bir anlamda işlədilir. Yanaşı 
gələn  durğu  işarələrində  isə  hər  durğu  işarəsi  öz  varlığını  qoruduğundan  ayrı-ayrı  anlamlar 
daşıyır və özümlü keyfiyyətlərini qoruyurlar.  
 
Bir  neçə  durğu  işarəsinin  yanaşı  işlənməsi  şifahi  nitqdəki  fonetik  özəlliklərin  yazıda 
daha  dəqiq  ifadə  olunması  istəyi  ilə  bağlıdır.  Tutaq  ki,  dırnaqdan  sonra  vergül  və  ayırtı 
işlənirsə,  deməli,  birbaşa  nitq,  yaxud  alıntıdan  (dırnaq)  sonra  bir  az  ara  verilir  (vergül)  və 
sonra  gələn  sözlər  öncəkilərdən  ayrılıb  fərqləndirilir  (ayırtı).  Örn.:  Düzünü  de...Düzünü 
de...”,  –    deyə  Alpay  Aysunu  yamsıladı  cümləsində  Düzünü  de...Düzünü  de...”  birbaşa  nitq 
olub Aysuya məxsusdur və dırnaqda yazılmışdır, Aysunun bu sözlərindən sonra vergüllə gözə 
çarpdırılan  ara  verilir  və  sonra  da  ayırtı  ilə  Alpayın  sözləri  Aysunun  sözlərindən  ayrılır. 
Göründüyü kimi, yanaşı işlənən bu durğu işarələrindən hər biri öz anlamını və görəvini ayrı-
ayrılıqda qorumuşdur. 
 
Yanaşı işlədilən durğu işarələri sırasında aşağıdakılar daha geniş yayılmışdır: 
 
1.  Nida  iĢarəsinin  təkrarlanması.  Bu  durumda  nidanın  (bəzi  durumlarda  isə  soru 
işarəsinin)  təkrarlanması  ilə  mənanın  qüvvətləndirilməsi  və  anlamın  daha  qabarıq  gözə 
çarpdırılması  nəzərdə  tutulur;  örn.:  ...dur  zalıma  de  ki,  mənə  zülm  yox,  səadət  gətirmisən!! 


 
123 
(Ə.Elçibəy); Əhsən bizə! Həm tirzəniz, həm hədəfiz biz!!! (M.Ə.Sabir); Heyhat və heyhat və 
heyhat  və  heyhat!!!  Get  уat  və  get  yat  və  get  уat  və  get  уat!!!  (M.Ə.Sabir);  Ancaq  təfavüt 
burasındadır  ki,  Dövlət  dumasını  bağladılar  padşah  əmri  ilə,  amma  "Molla  Nəsrəddin" 
jurnalını danos ilə!!! (Üzeyir bəy Hacıbəyov) vb. 
  
2.  Nida  və  soru  iĢarələrinin  yanaĢı  iĢlədilməsi.  Bu  durumda  cümlənin  duyğusallığı, 
hiss-həyəcanlı və ya kinayəli münasibət bildirməsi cavab almaq üçün soru sorma işindən daha 
qabarıq  olduğuna  görə,  öncə  nida,  sonra  da  soru  işarəsi  işlənir;  örn.:  İki  gözlərimdi  pulum, 
kişi,  bir  məgər  qanırsan!?  (M.Ə.Sabir);  Nədir  dünyanı  tutmuş  elmlər,  irfanlar,  insanlar!? 
(M.Ə.Sabir); Nə yerdə qalmısız bəylər, ağalar, xanlar, insanlar!? (M.Ə.Sabir); Mən ol vəqt, 
haşa, edəm ictinab!? (M.Ə.Sabir) vb. 
 
3.  Nida  və  üç  nöqtənin  yanaĢı  iĢlədilməsi.  Bu  durumda  cümlənin  duyğusallığı,  hiss-
həyəcanlı  və  ya  kinayəli  münasibət  bildirməsi  daha  qabarıq  olduğuna  görə,  öncə  nida  gəlir, 
ancaq cümlə tam bitmədiyinə, yaxud bitirilmədiyinə görə nidadan sonra üç nöqtə də qoyulur; 
örn.:  Qah,  qah!..  Qəribə  gülməlisən  xaniman  xərab!..  (M.Ə.Sabir);  Düşdü  bütün  qəzetlər 
qiymətdən, ay can, ay can!.. Xalqın canı qurtardı töhmətdən, ay can, ay can!.. (M.Ə.Sabir); 
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!.. (M.Ə.Sabir);  Yox, yox, xəta edirsən, haşa 
və  sümmə  haşa!..  (M.Ə.Sabir);    Ах!..  Aх!..  О  keçən  günlərimiz  noldu,  xudaya!  (M.Ə.Sabir) 
vb. 
 
Qeyd:  Nidanın  da  bir  nöqtəsi  olduğu  üçün  birləşmədə  dörd  nöqtədən  biri  düşür  və 
yanaşı  işlənən  durğu  işarələri  nida  ilə  iki  nöqtə  kimi  görünür.  Bəzən  üçdən  çox  nöqtə 
qoymağa çalışırlar ki, buna elə bir ehtiyac yoxdur. 
 
4. Soru və nida iĢarələrinin yanaĢı iĢlədilməsi.  Bu durumda cümlədəki soru sorma işi 
duyğusallıqdan, hiss-həyəcanlı və ya kinayəli münasibət bildirmədən daha  qabarıq olduğuna 
görə, öncə soru, sonra da nida işarəsi işlənir; örn.: Bəs, sən hardasan, ay biçarə Vətən?! (Cəlil 
Məmmədquluzadə);  Millət  necə tarac  olur  -  olsun, nə  işim  var?!  Düşmənlərə  möhtac olur  - 
olsun,  nə işim  var?!  (M.Ə.Sabir);  Daş  qəlbli  insanları  neylərdin,  ilahi?!  Bizdə  bu  soyuq 
qanları neylərdin, ilahi?! (M.Ə.Sabir); Axı niyə Berlin divarı aradan götürülməli, Araz boyu 
tikanlı məftillər isə iki Azərbaycanın ortasında əbədi göz dağı kimi qalmalı idi?! (Ə.Elçibəy) 
vb. 
  
5.  Soru  və  üç  nöqtənin  yanaĢı  iĢlədilməsi.  Bu  durumda  cümlənin  soru  sorma  amacı 
daha  qabarıq  olduğuna  görə,  öncə  soru  işarəsi  gəlir,  ancaq  cümlə  tam  bitmədiyinə,  yaxud 
bitirilmədiyinə  görə  də, soru  işarəsindən  sonra  üç  nöqtə  qoyulur;  örn.: Mən  demədimmi,  var 
buna  dumduru  iştibahımız?..    (M.Ə.Sabir);  Mən  də  dedimmi,  çox  yemə,  tez  pozular 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə