Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə54/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   50   51   52   53   54   55   56   57   ...   61

 
112 
 
1. Cümlə və ya sözün bitmədiyini, yaxud oxucunu düşündürmək üçün bitirilmədiyini və 
bənzər anlayışların sadalanmasının davam edə biləcəyini göstərmə durumlarında; örn.: Rusiya 
tarixçi,  səyyah  və  agentləri  Azərbaycana  aid  nə  varsa  hamısını  “Persiya”ya  aid  etmişlər... 
(Ə.Elçibəy); Hərb sənəti, memarlıq sənəti, yüz minlərcə əlyazma kitabı... böyük mədəniyyətdir 
(Ə.Elçibəy);  Səttar  xan,  Xiyabani,  Məmmədəmin  Rəsulzadə,  Pişəvəri...  nə  faciələr,  bəlalar 
görmədilər!  (Ə.Elçibəy);  Mən  demişəm  ki,  Təbriz  azad  olmayınca  ora  getməyəcəyəm... 
(Ə.Elçibəy) vb.  
 
2.  Mətndə  hansısa  hissələrin,  cümlələrin  və  sözlərin  buraxıldığını  göstərmə 
durumlarında; örn.: ...Türkün taleyi kökdən onun dilinə və dil birliyinə bağlıdır (Ə.Elçibəy); 
Tarix  boyunca  ən  müxtəlif  qüvvələr  türkləri  Azərbaycandan  yox  etməyə  dəfələrlə  ən  ciddi 
şəkildə  çalışıblar,  onları  buradan  təmizləməkçün  təkrar-təkrar  soyqırımlarına,  amansız 
assimilyasiya tədbirlərinə...əl atıblar (Ə.Elçibəy); ...Sabah Azərbaycanın güneyində müstəqil 
bir dövlət yaranarsa, Qarabağın azadlığı, əlbəttə, sürətlənər (Ə.Elçibəy) vb.  
 
Qeyd:  Mətndə  nələrinsə  buraxıldığını  gözə  çarpdırmaq  üçün  bəzən  üç  nöqtə  ayrac 
içərisində  də  verilir;  örn.:  [...]  Güney  Azərbaycan  Türk  Cümhuriyyəti  yaratmaq  şüarı  da 
meydana atılıb (Ə.Elçibəy);  [...] Azərbaycanın güneyində yeni bayraq yaranmayacaq  oraya 
bu bayraq gedəcək! (Ə.Elçibəy) vb.  
 
3.  Alıntıların  (sitatların)  yarımçıq  verildiyi  durumlarda;  örn.:  Ə.Elçibəy  yazırdı: 
...Millətinə  bağlı  olmaq  insanı  həm  güclü,  həm  xoşbəxt  edir,  onu  müqəddəs  bir  inamla 
yaşadır”;  Ə.Elçibəyin  fikrincə,  “...biz  mənəvi-mədəni  cəhətdən  birik  –  heç  şey 
parçalanmayıb”  vb.   
 
4. Xitabların, nidaların, təsdiq və inkar sözlərinin yüksək hiss-həyəcanla, duyğusallıqla 
deyildiyi və özlərindən sonrakı sözlərdən dayanıb-durma, ara vermə ilə ayrıldığı durumlarda; 
örn.:   Səfir.Yaxşıdır... (mülayim səslə). Bəs eşitdim ki, məşrutə vermək istəyirsiniz? (Üzeyir 
bəy  Hacıbəyov);  Şah.  Axı  bəs...  onlar  gəlib  İranı  alarlar...  (Üzeyir  bəy  Hacıbəyov);  Mirzə 
Məhəmmədəli.    Hə  ...    gülərsiniz,  gülərsiniz.  Vay  sizin  halınıza!...    Afərin  lüğət  yazanlar! 
(Cəlil Məmmədquluzadə); 
 
5. Qarşılıqlı danışıqda tərəflərdən birinin cavab vermədiyi, yaxud cavab verə bilmədiyi 
durumlarda; örn.: Qapı döyüləndə Elay ucadan soruşdu: 
 
– Kimsən? 
 
 – ... 
 
– Ay adam, kimsən? 
 
– ...  
 
– Adın yoxdu? Kimsən axı?.. vb. 


 
113 
 
6.  Əxlaqa  uyğun  olmayan  tərbiyəsiz  sözlərin,  toplum  içərisində  deyilməsi,  oxunması 
ayıb  sayılan  kobud,  vulqar  sözlərin,  söyüşlərin  açıq  işlədilməsini  önləmə,  onları  ört-basdır 
etmə durumlarında; örnək üçün XVIII yüzildə yazıya alınmış bəzi atalar sözlərinə göz yetirək: 
P...a  görə  təzək;  Hesab  bilmirsən,  ya  g...n  çubuq  görməyib?!;  Duran  öküz  yatan  öküzün 
başına s...;Qəh...n qazanduğu ənlik və kirşana gedər vb. 
4. Vergül  [ 
,
 ] 
 
Vergül  termini  fransız.  virgule  <  latın.  virgula  “çubuq,  incə  budaq”  sözündən 
götürülmüşdür.  Şəmsəddin  Saminin  “Qamusi-türki”  əsərində  göstərildiyi  kimi,  XIX  yüzildə 
vergül  anlayışı  türkcədə  ərəb  kökənli  fasilə  (fasıla)  sözü  ilə  ifadə  edilirmiş.  Maraqlıdır  ki, 
“vergül” anlamında işlənən isveç. komma, ingilis. comma sözləri də latın və yunan dillərində 
“kəsmək; kəsilmiş hissə” mənalarında açıqlanmaqdadır.    
 
Nöqtənin bitmə durğusundan fərqli olaraq, nitqi kəsməni və azacıq susub nəfəs dərməni 
yansıdan  vergül  həm  daha  az  fasilə  verilməsini  –  dayanılıb-durulmasını  gərəkdirir,  həm  də 
vergülün  ortaya  qoyduğu  durğu  bitməmə,  davamlılıq,  sadalama  özəlliyi  daşıyır.  Bu  özəllik 
həm  vergüldən  öncəki  ilə  sonrakı  sözləri  bir-birinə  bağlamağa,  həm  də  onların  birini  o 
birindən ayırmağa, yaxud ayırdığı sözü aydınlaşdırmağa, dəqiqləşdirməyə vb. xidmət edir.  
 
Azərbaycan  türkcəsi  ədəbi  dilində  vergülün  işləndiyi  durumlar  çoxdur  və  onların 
hamısından danışa bilməsək də, bəzilərini göstərək: 
 
1.  İstər  tabeli,  istərsə  də  tabesiz  mürəkkəb  cümlələrin  tərkib  hissələri  arasında  vergül 
qoyulur.  Örnəyin:  Ölkəni  tərk  edirlər  ki,  bu  cür  rejimdə  yaşamaqdan  qəriblik  yaxşıdır, 
həbsxanalara  gedirlər  ki,  belə  rejimdə  yaşamaqdansa,  həbsxana  yaxşıdır  (Ə.Elçibəy); 
Xalqlara  azadlıq  verilmir,  ölkədə  hərbi-polis  diktaturası  hökm  sürür,  vicdan  azadlığı,  söz 
azadlığı yoxdur – kim müxalif söz desə onu asır, qətlə yetirirlər (Ə.Elçibəy); Azərbaycan xalqı 
o qədər güclü,  o qədər qüdrətli  bir xalqdır ki, ayağa qalxdımı,  fars şovinizmi,  rus şovinizmi 
onun qarşısında duruş gətirə bilməz (Ə.Elçibəy) vb.  
 
2.  Cümlənin  həmcins  üzvləri  bir-birlərindən  vergüllə  ayrılır.  Örnəyin:  Təbriz,  Urmiya, 
Zəngan,  Həmədan,  Ərdəbil,  Sava,  Xoy,  Mərənd  uzun  zamanlar  mənim  gecə  yuxularım  olub 
(Ə.Elçibəy); Biz Məmmədəminin, SəttarxanınBağırxanınXiyabaninin yolunu davam etdirən 
insanlarıq  (Ə.Elçibəy);  Xiyabanilər,  Sabirlər,  Səttarxanlar,  Üzeyir  bəylər,  Şəhriyarlar, 
Rəsulzadələr Vətənin – Bütöv Azərbaycanın şərəfli övladlarıdır, onları təkcə bir bölgəyə aid 
etmək böyük yanlışlıqdır (Ə.Elçibəy) vb.  
 
3. Yanlış anlaşılmanı önləmək və özəlliklə, mübtədanı ayırıb-fərqləndirmək, yaxud o və 
bu  əvəzliklərinin  mübtəda  yerində  işləndiyini  göstərmək  üçün  vergül  qoyulur.  Örnəyin:  Bu, 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə