Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə53/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   49   50   51   52   53   54   55   56   ...   61
    Bu səhifədəki naviqasiya:
  • Qeyd

 
110 
 
Qeyd:  Cümlə  ixtisar  və  ya  qısaltma  ilə  bitərsə,  sonda  yalnız  bir  nöqtə  qoyulur  və  bu 
nöqtə  həm  cümləyə,  həm  də  cümlə  sonundakı  ixtisar  və  ya  qısaltmaya  aid  olur;  örn.:  Yəni 
burada  səhv  şey  yoxdur,  hamı  məsələnin  nə  şəkildə  olduğunu  görür,  amma  hərə  bir  cür 
düşünür ki, hələ dövrü deyil və s. (Ə.Elçibəy); Unudulmasın ki, türkcəmiz dünyanın ən əski 
dillərindən  biridir,  ən  zəngin  dillərindən  biridir,  dərin  düşüncələri,  mürəkkəb  fikirləri  ən 
kiçicik incəlilərinə qədər ifadə edə bilən möhtəşəm dillərindən biridir vb. 
 
5.  Tarix  yazılarkən  gün,  ay  və  ili  ayırmaq  üçün  onların  aralarına  qoyulur.  Örnəyin: 
27.08.1955; 10.09.2007 vb.  
 
6. Sıra düzümünü bildirən rəqəm və ya hərflərdən sonra işlənir. Örnəyin:  
 
 
 
 
 
1.  
a. 
I. 
 
 
2.  
b. 
II
 
 
3.  
c. 
IIIvb.  
 
Qeyd:  Sıra  düzümünü  bildirən  rəqəm  və  ya  hərflərdən  sonra  nöqtə  qoyulmuşsa,  cızqı 
(defis) çəkilə və -ıncı
4 
şəkilçisi (və ya onun ixtisarı) işlədilə bilməz. 
 
7.  Rəqəmlə  yazılmış  saat  və  dəqiqəni  bildirən  sözləri  ayırmaq  üçün  onların  aralarına 
qoyulur. Örnəyin: saat 11.15-dir, axşam saat 8.00-da vb.  
 
8. Elmi üslubun riyazi elmlər qolunda vurma əməlini bildirir. Örnəyin: 3 

7 = 21 vb.  
2. QoĢa nöqtə [ : ]  
  
Aydınlaşdırma, tanımlama, açıqlama və davamlılıq bildirmə durğusunun yazıdakı işarəsi 
olan  qoşa  nöqtə  özündən  sonra  eyni  və  ya  yaxın  anlayışların  sadalanmasını,  yaxud  öncə 
verilən cümlənin açıqlanmasını, bəlirtilməsini gərəkdirir.    
 
Azərbaycan türkcəsi ədəbi dilində qoşa nöqtə
33
 daha çox aşağıdakı durumlarda işlədilir: 
 
1. Eyni cinsə daxil ayrı-ayrı növləri birləşdirən və sadalanan anlayışlardan öncə işlənən 
ümumiləşdirici  sözlərdən  sonra;  örn.:  Bu  dövlətin  adı  iki  cür  səslənir:  “Azərbaycan  Xalq 
Cümhuriyyəti”, yaxud ... “Azərbaycan Demokratik Respublikası” (Ə.Elçibəy); Azərbaycanın 
bütünləşməsinə,  əsasən,  üç  qüvvə  qarşı  çıxacaq:  fars  şovinizmi,  rus  şovinizmi  və  bunların 
əlaltısı  ermənilər  (Ə.Elçibəy);  Mən  fikirləşirəm  ki,  cəmiyyət  3  ünsürün  üstündə  dayanır
birincisi, fərdin üstündə; ikincisi, ailənin üstündə; üçüncüsü, xalqın üstündə (Ə.Elçibəy)  vb.  
 
Qeyd: Qoşa nöqtəli ümumiləşdirici sözlərdən sonra sadalanan sözlər kiçik hərflə yazılır 
(özəl adları çıxmaqla). 
 
2.  Alıntı  (sitat)  gətiriləcəyini,  yaxud  örnək  veriləcəyini  göstərən  sözlərdən  sonra;  örn.: 
Rus çarı Yekaterina demişdir: “Rus qadınının ayağı dəyməyən yeri rus generalı ala bilməz” 
(Ə.Elçibəy);  İsmayıl  bəy  Qaspıralı  demişdir:  “Dildə,  fikirdə,  işdə  birlik!”;  Azərbaycanın 


 
111 
bütövlüyü həmişə şairlərimizin diqqət mərkəzində durmuşdur. Örnəyin: Şirvan xəlayiqü qamu 
Təbrizə daşına, Mülki-əcəm sorar kim, qiyamət xaçan qopar? (Ş.İ.Xətayi) və ya O tay-bu tay, 
fərqi yoxdu, Vətəndi! (M.H.Şəhriyar) vb.  
 
Qeyd: Gətirilən alıntı (sitat), yaxud verilən örnək yazanın yox, başqasının sözləridir və 
başqasının sözlərinin olduğu kimi, heç bir dəyişiklik edilmədən verilməsi dilçilikdə birbaĢa 
(vasitəsiz) nitq adlanır. Yazanın sözləri öncə gələrsə, ondan sonra qoşa nöqtə qoyulur, sonra 
da  dırnaq  içərisində və böyük hərflə  başlayan birbaşa (vasitəsiz) nitq verilir;  örn.:  Ə.Elçibəy 
demişdir:  “Azərbaycan  gəncliyi  düşüncəni  özünə  silah  edib  mübarizə  aparacaqsa,  qalib 
gələcək. Yox, etməyəcəksə, məğlub olacaq” vb. 
 
Əgər  birbaşa  nitq  yazanın  sözlərinin  ortasında  gələrsə,  o  zaman  birbaşa  nitqdən  öncə 
qoşa nöqtə qoyulur, dırnaq içindəki birbaşa nitqdən sonra isə cümləyə uyğun durğu (vergül, 
sual və ya nida) işarələrindən biri və dırnaqdan sonra da ayırtı işlənir. Örnəyin: Təkcə dahi bir 
şair deyil, bir milli qəhrəman Əhməd Cavad: “Uğrunda can verməyə cümlə hazırız!” – dedi 
və Azərbaycan uğrunda da canını verdi (Ə.Elçibəy);  Şübhəsiz ki, ulu Şəhriyar: “Azadlıqdır 
sənə məlhəm, mənə dərman, Azərbaycan!” – deyərkən  tam haqlı idi vb. 
 
3.  Özündən  öncəki  cümləyə  intonasiya  ilə  bağlanıb,  onu    açıqlayan,  izah  edib 
aydınlaşdıran cümlələrdən və ya cümlə üzvlərindən qabaq; örn.: “Səndən əvvəlki nəsil yoxdan 
bir  bayraq  –  müqəddəs  bir  ideal  rəmzi  yaratdı,  onu  min  bir  çətinliklə  ucaldaraq  dedi:  “Bir 
kərə  ucalan  bayraq,  bir  daha  enməz!”  (M.Ə.Rəsulzadə);  Bir  gedəydim  dağ-dərələr 
uzunu,Oxuyaydım“Çoban, qaytar quzunu” (M.H.Şəhriyar); Bu, əsas verir ki, fikrimizi qəti 
müəyyən  edək:  Azərbaycanın  şimalında  müstəqil  dövlət  qurulmayınca  Cənubi  Azərbaycan 
azad  ola  bilməyəcək  (Ə.Elçibəy);  Azərbaycan  xalqının  tək  bir  istəyi  vardır:  birləşmək! 
(Ə.Elçibəy) vb.  
 
4. Dialoqlarda kimin danışacağını bildirən sözdən sonra; örn.: Aslan müəllim arxasında 
oturduğu çox böyük masanı göstərib dedi: 
 
– Bu böyüklükdə dəyirman daşını qaldıra bilərsən?  
 
Dedim: 
 
– Yox! (Ə.Elçibəy) vb. 
 
5. Elmi üslubun riyazi elmlər qolunda bölmə əməlini bildirir. Örnəyin: 21 : 7 = 3 vb. 
3. Üç nöqtə [ ... ]  
 
Üç  nöqtə  cümlə  və  ya  sözün  bitmədiyini,  düşüncənin  yarımçıq  kəsildiyini,  mətndə 
hansısa  yerlərin  buraxıldığını,  dayanılaraq  ara  verildiyini  vb.  bildirmək  amacı  ilə  işlədilən 
durğu işarəsidir
34
.  
 
Azərbaycan türkcəsi ədəbi dilində üç nöqtə daha çox aşağıdakı durumlarda işlədilir: 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə