Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə49/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   45   46   47   48   49   50   51   52   ...   61

 
102 
içərisində  nitq axınının – danışığın müxtəlif dərəcəli fasilələr halında parçalara ayrılması ilə 
ortaya çıxan mənalı səslənmə növü – durğu (prof.Ə.Dəmirçizadə) çox böyük önəm daşıyır. 
Elə  ona  görə  də,  həmin  fonetik  özəlliklərin  yazıda  işarələrlə  göstərilə  bilən  qisminə 
Azərbaycan dilçiliyində durğu iĢarələri adı verilmişdir.  
 
Yalnız  bircə  üsulla  yazdığımız    və  yox  sözlərini  çeşidli  biçimlərdə  deyirik  və  bu 
deyiliş  müxtəlifliyinin  az,  ancaq  önəmli  bir  qismini  yazıda  da  verə  bilmək  üçün  durğunun 
necəliyini  göstərən  işarələrə  üz  tuturuq;  örn.:  Hə.  Hə?  Hə!  Hə,  Hə?!  Hə–  Hə:  Hə...  vb. 
Göründüyü kimi, burada bir yazılışın ən azı səkkiz deyilişi ilə üz-üzəyik.    
 
Təbii  ki,  danışıqda  var  olan  fonetik  özəlliklərin  heç  də  hamısını  yazıda  göstərmək 
mümkün deyil. Yalnız elə fonetik özəlliklər var ki, yazıda onlarsız ötüşmək olmur və onların 
yoxluğu,  yaxud  yerində  düzgün  işlədilməməsi  fikrin  təhrif  edilməsinə,  deyilənin  yanlış 
anlaşılmasına, hətta anlaşılmamasına gətirib çıxara bilər. Yazıda verilən durğu işarələri məhz 
bu  cür  fonetik  özəllikləri  göstərmə  amacına  qulluq  etməkdədir.  Örnəyin,  geniş  yayılan  və 
vergülün  önəmini  anlatmaq  üçün  tez-tez  müraciət  edilən    “Öldürmək  olmaz  buraxmaq” 
cümləsini götürək. Bir anlığa tutaq ki,  cümlə  əski  dönəmlərin yunan, latın  vb. yazıları kimi 
“öldürməkolmazburaxmaq” biçimində aralıqsız yazılıb  və quşqusuz, çağdaş dönəmdə belə 
yazılışlı  cümlələri  anlaya  bilmək  üçün  özəl  bir  “uzman  araşdırması”  gərəkəcəkdir.    Əgər 
“araşdırma” sonucu sözlərin sınırı doğru bəlirlənsə və “öldürməkolmazburaxmaq” cümləsində 
sözlərarası  boşluq  işarəsi  qoyulub  cümlə  “öldürmək  olmaz  buraxmaq”  kimi  yazılsa  (yaxud 
əski türk yazı gələnəyinə görə, araya qoşa nöqtə işarəsi qoymaqla sözlərin sınırı bir-birindən 
ayrılsa və “öldürmək:olmaz:buraxmaq” kimi göstərilsə) belə, yenə də məna tam aydın olmur. 
Çünki bu cümlənin deyilişində hansı sözdən sonra ara verilməsi (= yazıda hansı sözdən sonra 
vergül qoyulması) mənanı tam dəyişdirə bilir. Əgər “öldürmək” sözündən sonra ara verilirsə 
(vergül qoyulursa), bir anlam, “olmaz” sözündən sonra ara verilirsə (vergül qoyulursa), tam 
başqa bir anlam ortaya çıxacaq. Belə ki, “Öldürmək, olmaz buraxmaq!” durumunda adamın 
öldürülməsi,  “Öldürmək  olmaz,  buraxmaq!”  durumunda  isə  adamın  azad  buraxılması 
qabardılır.  Deməli,  cümləni  doğru  anlaya  bilməmiz  üçün  gərəkən  durğu  işarələri  dəqiq  və 
yerli-yerində işlədilməlidir. Yoxsa cümlənin anlamı dolaşdırılar və ya yanlış yozula bilər.  
 
Yaxud  geniş  yayılmış  başqa  bir  örnəyi  –  “Oxu  atan  kimi  eĢĢək  olma”  cümləsini 
götürək. Cümlədə vergül kimi qoşmasından sonra qoyularsa (“Oxu atan kimi, eşşək olma!”), 
adama deyilir ki, sən də atan kimi oxu, əgər oxumasan, eşşək olarsan; vergül oxu  sözündən 
sonra qoyularsa (“Oxu, atan kimi eşşək olma!”), adama deyilir ki, barı sən oxu, yoxsa sən də 
atan  kimi  eşşək  olarsan.  Bir  vergüllə  anlamın  belə  kəskin  dəyişməsi  səbəbinə  bu  örnəyi 
açıqlayan qaynaqların çoxunda deyilir ki, vergülün düzgün qoyulmaması atanı eşşək edər. 


 
103 
 
Nisbətən  bəsit  olsa  da,  gətirilən  örnəklərdən  açıqca  görünür  ki,  danışıqda  var  olan 
fonetik özəlliklərin yazıda da qorunması çox gərəklidir. Əgər bu qorunma yoxsa, düzgün yazı 
qaydalarına ciddi zərbə dəyər, yazı gərəyincə doğru anlaşılmaz, fikirlər dəqiq ifadə edilməz, 
duyğuların  bildirilməsi  imkansız  olar...  Buradan  da  irəli  gələrək  yazı  qaydalarını    nizama 
salmaqda böyük önəm daşıyan durğu işarələri ortaya çıxmış və durğu işarələrinin işlədilməsi 
qaydalarından bəhs edən ayrıca bir dilçilik bölməsi – punktuasiya yaranmışdır.  
Punktuasiya 
 
Dilçilikdə  durğu  işarələrindən,  onların  özəlliklərindən  və  işlənmə  qaydalarından  bəhs 
edən  bölmə  punktuasiya  adlanır  (latıncanın  punctuatio  <  punctum  “nöqtə”  sözündəndir). 
Punktuasiya  anlayışının  təməlində  “nöqtə”nin  durması  təsadüfi  deyil  və  durğu  işarələri 
içərisində  nöqtənin  qədimliyi,  daha  geniş  yayılması,  bir  sıra  başqa  durğu  işarələrinin 
yaranmasında  da  iştirakı  vb.  nədənlərlə  bağlıdır.  Türkiyə  türkcəsində  durğu  işarələrinə 
nöqtələmə iĢarələri (noktalama iĢaretleri) deyilməsi də elə bu özəllikdən irəli gəlməkdədir.  
 
Punktuasiyaya aid nəzəri araşdırmalarda durğu işarələrinin  işlənmə  nədəni  ya məntiqlə 
bağlanılır  və  fikrin  daha  aydın  ifadəsi  üçün  mətnin  anlamlı  hissələrə  bölünməsinə  xidmət 
etdiyi  göstərilir  (məntiqi  yön);  ya  cümlənin  quruluşu  ilə  əlaqələndirilir  və  hesab  edilir  ki, 
durğu  işarələri  cümlələri  və  onların  hissələrini  ayırıb  fərqləndirməklə  yazılı  mətnin 
anlaşılmasını  asanlaşdırmağa  xidmət  edir  (sintaktik  yön);  ya  da  irəli  sürülür  ki,  durğu 
işarələri  danışığın  intonasiyasını,  melodiyasını,    ritmini,  bütövlükdə,  duyğusal-psixoloji 
özəlliklərini ortaya qoymaqla yazılı nitqi anlamlı hissələrə ayırmaq amacı güdür (intonasiya 
yönü). Bəzən bu yönlərin üçü də eyni  dərəcədə əsas  götürülür, bəzənsə hər  üç yönün birgə 
varlığı, ancaq məntiqi yönün aparıcılığı vurğulanır.  
 
Təbii  ki,  nəzəri  araşdırmalarda  durğu  işarələrinin  işlənmə  nədəni  necə  açıqlanır-
açıqlansın,  mövzumuzla  bağlı  olaraq  bizim  üçün  durğu  işarələrinin  nəyə  yaraması  və  hansı 
məqamlarda işlədilməsi daha önəmlidir. Bu gün Azərbaycanın quzeyində sovet dönəmindəki 
ciddi  nəzarətin  ortadan  qalxması  və  yazıda  nisbi  sərbəstliyin  genişlənməsi,  Azərbaycanın 
güneyində  türkcə  yazıların  getdikcə  çoxalması  və  özəlliklə,  dünya  üzrə  Azərbaycan 
türkcəsində  internet  yazışmalarının  get-gedə  daha  da  artması  durğu  işarələrinə  özəl  diqqət 
yetirilməsini gərəkdirir. Unudulmasin ki, ədəbi dilimizdə olan durğu işarələrini doğru-düzgün 
işlətməyi bacarmaq Azərbaycan yazı mədəniyyətinə yiyələnmədə çox ciddi önəm daşıyır. Ona 
görə  də,  biz  bu  önəmi  gözə  alaraq  durğu  işarələrinin  hər  biri  üzərində  ayrıca  dayanırıq. 
Vurğulayaq ki, amacımız bu yöndə araşdırma aparmaq deyil, sadəcə, Azərbaycan türkcəsində 
düzgün  yazmağı  öyrənmək  istəyənlərə  (özəlliklə,  Azərbaycanın  güneyindən  olan 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə