Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə48/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   44   45   46   47   48   49   50   51   ...   61

 
100 
 
Başa  çatıb  tamam  olan  hər  bir  saatın  rəqəmlə  yazılışında  rəqəmdən  sonra  ya  tamam 
sözü, ya da ahəngə uyğun şəkilçi yazılır və rəqəmlə şəkilçi arasında cızqı qoyulur; örn.: saat 3 
tamamdır, saat 3-dür, saat 3-də vb.  
 
82. Tarix rəqəmlə yazılarkən aralarına nöqtə qoymaqla gün, ay və il biçimində sıralanır. 
İlin yazılışı tam da ola bilər, yalnız son iki rəqəmi də göstərilə bilər. ; örn.: 26.08.2007 və ya 
26.08.07 vb.  
 
Gün  və  il  rəqəmlə,  ay  sözlə  yazılarkən  il  tam  göstərilir  və  arada  heç  bir  durğu  işarəsi 
işlədilmir; örn.: 27 avqust 1955-ci il, 23 may 1958-ci il vb.  
 
83.  Tam  və  hissəni  göstərən  rəqəmlər  arasında  vergül  qoyulur  və  oxunuşda  öncə  tamı 
bildirən  rəqəm,  sonra  tam  sözü,  sonra  isə  hissəni  bildirən  rəqəm  deyilir;  örn.:  1,  5  (bir  tam 
onda beş); 3,50 (üç tam yüzdə əlli) vb. 
 
Təbii ki, yazıda işlənən işarələr çoxdur və onları hamının bilməsi heç də məcburi deyil. 
Örnəyin,  fərqləndirici  (diakritik)  işarələr  dilçilik  alanına,  kimyəvi  element  işarələri  kimya 
alanına vb. aid işarələrdir və onları daha çox uzmanlar bilir. Ancaq işarələrin elə bir qismi də 
var ki, hərflər kimi onları da hamının bilməsi məcburidir və bu işarələri bilmədən səviyyəli bir 
yazı mədəniyyəti mümkün deyil. Belə işarələr içərisində durğu işarələri öz böyük önəmləri ilə 
seçilməkdədir  və  amacımız  da  məhz  bu  məsələdən  danışmaqdır.  Ancaq  durğu  işarələrinə 
keçməzdən öncə aydınlıq üçün çox önəmli olan bir məsələyə qısaca toxunaq.  
 
Öz mahiyyətinə görə, yazı işarələri sistemi iki böyük yarımsistemə ayrıla bilər:  
 
a) çeĢidli alan iĢarələri (ayrı-ayrı sahələr üzrə işlədilən işarələr); 
 
b) imla (orfoqrafiya) iĢarələri
 
Ayrı-ayrı alanlar (riyaziyyat, kimya, fizika, astronomiya, texnika, topoqrafika, hərb vb.) 
üzrə işlədilən çeşidli işarələr mövzumuzdan qıraq olduqları üçün onlara toxunmuruq. Yazıda 
yararlanılan  və  haqqında  danışmaq  istədiyimiz    imla  işarələrini  isə  çeşidli  özəlliklərindən 
(hansı görəv daşıması, tutduğu mövqe, işlənmə biçimi, imlada oynadığı rol vb.) çıxış edərək 
ən azı beş yerə ayırmaq olar: 1. hərf işarələri;  2. diakritik işarələr; 3. söz işarələri; 4. cizgisəl 
işarələr; 5. durğu işarələri.  
 
Bir-biri ilə bağlı olan bu imla işarəsi qruplarından hər birinin özümlü xüsusiyyətləri var. 
Ən azı onu bildirək ki:    
 
Hərf  (və  ya  heroqlif)  iĢarələri  hər  xalqın  yazısının  özülü  olan  hərflərdir  (və  ya 
heroqliflərdir).  
 
Diakritik  iĢarələr  daha  çox  uzmanların  bildiyi  və  başqalarından  fərqləndirilməsi, 
ayrılması,  seçilməsi  üçün  hərflərin  altında,  üstündə  və  ortasında  qoyulan  çeşidli  yardımçı 
işarələrdir ki, indilik bu məsələ üzərində durmamıza ehtiyac yoxdur. 


 
101 
 
 Söz  iĢarələri  ayrı-ayrı sözlərin şərti işarələrlə bildirilməsidir  ki,  buraya    –  avro,  $  – 
dollar,    £  –  funt-sterlinq,  @  –  quyruqlu  a,    §  –  paraqraf,  /  –  alternativlik  (yaxud,  və  ya 
anlamında), % – faiz, * – qeyd vb.b.k. işarələr aiddir.   
 
Cizgisəl  iĢarələr imlada işlədilən, ancaq yuxarıdakı qruplardan heç birinə aid olmayan 
cızqı (defis), apostrof, vurğu vb. işarələrdir. Dilçilikdə hələ özümlü terminlə adlandırılmamış 
və bir qrup kimi ayrıca öyrənilməmiş bu işarə bölgüsü çox zaman “başqa imla işarələri” adı 
ilə verilir. Biz cızqı, apostrof və vurğunun qrafik görüntüsündən çıxış edərək bu işarə qrupunu 
Azərbaycan türkcəsində cizgisəl iĢarələr adlandırırıq
30
.  
 
Bəzən  cızqı  və  apostrofun  durğu  işarələrinə  daxil  olmayan  “başqa  imla  işarələri” 
sırasında  verilməsinə  etiraz  edir  və  onları  da  durğu  işarələri  sırasında  verməyə  çalışırlar. 
Həmçinin alternativlik bildirən əyri cızığı və yanaşılıq (paralellik) bildirən qoĢa əyri cızığı da 
durğu  işarələri  sırasına  daxil  etmək  istəyənlər  də  var.  Bu  məsələləri  geniş  araşdırma  amacı 
daşımadığımız üçün qısaca qeyd edək ki, əyri cızıq və qoşa əyri cızıq imlanın  söz işarələrinə, 
cızqı və apostrof isə imlanın cizgisəl işarələrinə daxildir və onların durğu işarələri sırasında 
verilməsinə elə bir səbəb yoxdur.  
 
Bəzən də sözləri bir-birindən ayırmaq üçün boş buraxılan aranı –  boĢluq iĢarəsini
31
 və 
mətn hissələrini bir-birindən fərqləndirərək sətir başında boş buraxılan yeri – önara (=abzas) 
iĢarəsini
32
 durğu işarələri sırasında verirlər ki, bu məsələnin də ayrıca araşdırılmasına ehtiyac 
var və sözü uzatmamaq üçün indilik onlara toxunmuruq. 
 
Biz  imla  işarələrinə  daxil  qrupların  hamısından  yox,  məhz  özəl  önəmi  olan  durğu 
işarələrindən  danışmaq  istəyirik.  Danışıqda  var  olan  çeşidli  fonetik  özəlliklərin  yazıda  ayrı-
ayrı  işarələrlə  bəlirtilməsi  olan  durğu  iĢarələri  düzgün  yazı  mədəniyyəti  baxımından  çox 
böyük önəm daşıyır. Ona görə də, biz hərflərdən sonra yalnız bu qrupa ayrıca göz yetirir və öz 
kütləviliyi  ilə  seçilən,  dilçilik  ədəbiyyatında  gələnəksəl  olaraq  durğu  işarələri  sayılan 
anlayışlardan hər biri üzərində ayrıca dayanırıq.    
DanıĢıqda durğu, yazıda durğu iĢarələri   
 
Tanınmış ingilis yazarı Bernard Şounun fikrincə, əlli cür , beş yüz cür də yox demək 
olar, ancaq bu sözləri yazmanın yalnız bircə üsulu var...  
 
Bu  maraqlı  və  doğru  düşüncə  yazı  ilə  tutuşdurmada  şifahi  nitqin  –  danışığın  daha  çox 
imkanlı  olmasını  ortaya  qoymaqdadır.  Unutmayaq  ki,  biz  dediklərimizin  gərəyincə 
anlaşılması,  düşüncələrimizin  daha  dəqiq  ifadəsi,  duyğularımızın  açıqca  bildirilməsi...  üçün 
danışığımızda çeşidli vurğulardan yararlanır, söz və cümlələrin deyiliş tonunu, intonasiyamızı 
dəyişdirir,  səsimizi  uzadıb-qısaldır,  alçaldıb-ucaldır,  yarımçıq  kəsir,  ara  verib  durur,  kəsik-
kəsik  danışır    vb.  bu  kimi  fonetik  özəlliklərdən  istifadə  edirik.  Həmin  fonetik  özəlliklər 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə