Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə50/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   46   47   48   49   50   51   52   53   ...   61

 
104 
insanlarımıza) yardımçı olmaq, milli  ədəbi dilimizdəki durğu işarələri, bu işarələrin işlənmə 
nədənləri  və  işlənmə  yerləri  ilə  bağlı  var  olan  ən  ümumi  bilgiləri  onlara  yetirməkdir.
 
  
 
Durğu  işarələri  çağdaş  dünya  yazı  sistemlərinin  yaxlaşıq  hamısında  işlədilməkdədir. 
Aralarında bəlli fərqlər olsa da, çeşidli yazı sistemlərindəki həmin durğu işarələrinin çoxu bir-
birinə  uyğundur  və  yaxlaşıq  hamısı  da  Batıdan  alınmışdır.  Var  olan  bəlli  fərqlər  içərisində 
örnək üçün aşağıdakıları göstərmək olar: ərəb əlifbalı yazıda soru işarəsinin, vergül və nöqtəli 
vergülün  tərsinə  çevrilməsi  və  sağdan  sola  yazılışa  uyğunlaşdırılması  ( 
  kimi);  latın 
kökənli  ispan  yazısında  soru  və  nida  işarələrinin  həm  sonda  düz  işlənməsi,  həm  də  öndə 
tərsinə  çevrilərək  başı  aşağı  yazılması  (¿..........?  və  ¡........!  kimi);  yunan  yazısında  nöqtəli 
vergülün (;) soru bildirməsi vb.  
 
Durğu  işarələri  baxımından  ən  çox  fərqlilik  göstərən  yazı  sistemlərindən  biri  tibet 
yazısıdır. Tibet yazısında sözlər arasında boşluq buraxılmır və bütün sözlər aralıqsız ard-arda 
yazılır, yalnız hər bir heca kompleksi o birindən çheq (tsheg) deyilən nöqtə ilə ayrılır. Cümlə 
bitəndə isə çheq yox, Ģad (shad) deyilən dik cızıq (|) qoyulur və o biri cümlənin ilk sözündən 
qabaq  da  dik  cızıq  işlənir.  Əgər  cümlənin  sonunda  bir  yox,  iki  dik  cızıq  yanaşı  qoyulursa, 
deməli,  mətndə  bölmə,  yaxud  fəsil  bitmişdir.  Daha  tibet  yazısında  ayrı  bir  durğu  işarəsi 
işlənmir və bu özəlliyinə görə tibet yazısı başqa yazılardan tam seçilir.  
 
Tibet yazısı ilə yanaşı, əski hind (sanskrit) yazısında da dik cızıq cümlələri bir-birindən 
fərqləndirir. Çağdaş efiop yazısında isə cümlələr bir-birindən iki qoĢa nöqtə (::) ilə ayrılır və  
sözlər arasında da qoĢa nöqtə (:) qoyulur.  
 
Efiop  durğu  işarələri  bizə  əski  türk  yazı  mədəniyyətindəki  durğu  işarələrini  andırır 
(xatırladır).  Bu  baxımdan,  türklərdə  tarixi  durğu  işarələri  məsələsinə  qısaca  göz  yetirməyi 
gərəkli bilirik.  
Türklərdə tarixi durğu iĢarələri  
 
Durğu  iĢarələri  fikrin  daha  dəqiq  yetirilməsi  və  bir  yandan  yazının  daha  asan,  daha 
düzgün oxunması, o biri yandan isə mətnin daha doğru anlaşılması üçün danışıqda var olan 
çeşidli  fonetik  özəlliklərin  yazıda  ayrı-ayrı  işarələrlə  bəlirtilməsidir.  Danışıq  səsləri  yazıda 
hərflərlə işarələndiyi kimi, danışıqda var olan çeşidli fonetik özəlliklər də çox əskilərdən bəri 
yazıda  durğu  işarələri  ilə  verilir.  Ancaq  təbii  ki,  əski  dönəmlərin  durğu  işarələri  öz 
səviyyəsinə görə, çağdaş dönəmin durğu işarələri ilə tən tutula bilməz.  
 
Araşdırıcılara görə, Osmanlıda ayırtı və nöqtədən ibarət ilk durğu işarələrini  birpərdəli 
“Şair evlənməsi” pyesində (1860) İbrahim Şinasi (1826-1871) işlətmişdir. 


 
105 
 
Azərbaycanda  isə  ilk  durğu  işarələrini  kimin  işlətməsi  ilə  bağlı  hələ  tam  aydınlıq 
yoxdur. 1832-ci ildə Azərbaycan türkcəsində çap edilmiş “Tiflis əxbarı” qəzeti əldə olmadığı 
üçün  bu  qəzetdə  durğu  işarələrinin  işlənib-işlənməməsi  hələlik  dəqiq  bilinmir.  Ancaq 
araşdırıcıların  fikrincə,  Azərbaycanda  durğu  işarələrinin  işlənmə  tarixi  yaxlaşıq  1830-cu 
illərdən  başlayır  və  bu  yöndə  ilk  addımı  Mirzə  Kazım  bəy  (1802  -  1870)  öz  qrammatika 
kitablarında  atmış,  sonra  M.F.Axundovun  (1812-1878)  əlifba  layihələrində  “əlamət”  adı  ilə 
durğu  işarələrinə də toxunulmuş, ancaq   nöqtə, qoşa  nöqtə, çox nöqtə, nida,  soru, ayırtı vb. 
durğu işarələri ilk dəfə  “Əkinçi” qəzetində (1875-1877) geniş və sistemli şəkildə işlənmişdir. 
Əlimizdə yetərli qaynaqlar  olmadığı üçün, biz bu yöndə elə bir dəqiq  sonuca  vara bilmirik. 
Ancaq  quşqusuz,  gələcək  araşdırmalar  bu  yöndəki  boşluğu  dolduracaq  və  məsələ  ilə  bağlı 
məlumatlarımızı  daha  da  dəqiqləşdirəcəkdir.  İndiliksə  biz  burada  çağdaş  durğu  işarələri 
sistemi ilə tarixi durğu işarələri sistemi anlayışlarını bir-birindən ayır və bu anlayışlara ayrı-
ayrılıqda diqqət yetirilməsini gərəkli bilirik. 
  
ÇağdaĢ  durğu  iĢarələri  bir  sistem  olaraq  Avropada  mətbəənin  yayılması  və  kitab 
çapının  gəlişməsi  ilə  ortaya  çıxmış  və  XV  –  XIX  yüzilliklər  arasında  biçimlənmişdir    (Bu 
sürəcdə  italyan  çapçısı    Aldo  Manuçionun  (Aldus  Manutius  .1449  -1515)  əməyi  ayrıca 
fərqləndirilməlidir).  Məhz  XIX  yüzillikdən  başlayaraq  çağdaş  durğu  işarələri  sistemi 
Avropadan Doğu ölkələrinə, o sıradan, Azərbaycana da keçmişdir
 
Araşdırıcılar  çağdaş  durğu  işarələri  sisteminin  ilkin  izlərini  tarixi  durğu  iĢarələri  ilə 
bağlayır və hesab edirlər ki, bu yöndə ilk addımı Efesli Zenodot (yaxlaşıq İ.ö.325 –İ.ö.260) 
atmış,  ardıcılları  Bizanslı  Aristofan  (İ.ö.257  -  İ.ö.180),  Aristarx  (İ.ö.216  -  İ.ö.144)  vb.  onu 
davam etdirmişlər. Onlar sətrin yuxarısında tam nöqtə, ortada ara nöqtə və aşağıda alt nöqtə 
işlətmişlər  ki,  bu  üç  nöqtə,  daha  doğrusu,  eyni  bir  nöqtənin  üç  ayrı-ayrı  yerdə  qoyulması 
mahiyyətcə  çağdaş  nöqtə, nöqtəli vergül  (bəzi  qaynaqlara  görə,  indiki  soru  işarəsini bildirir) 
və iki nöqtəyə uyğun tarixi durğu işarəsi olaraq dəyərləndirilməkdədir.   
 
Antik  Roma  yazılarında  isə  sözlər  arasına  bəzən  nöqtə  qoyulmuş,  bəzən  də  sarmaĢıq 
yarpağı Ģəkli çəkilmişdir ki, araşdırıcılar bunları da tarixi durğu işarələri saymaqdadır.  
 
Çox  yazıqlar  ki,  Doğuda  tarixi  durğu  işarələri  sistemi  ciddi  öyrənilməmiş,  dərindən 
araşdırılmamışdır.  Buna  görədir  ki,  bir  çoxları  Doğuda,  özəlliklə  də  türklərdə  XIX 
yüzilliyədək  durğu  işarələrinin  olmaması  düşüncəsini  irəli  sürməkdədir.  Gerçəkdə  isə 
tutalqalar (dəlillər) bunun tərsini göstərir.  
 
Əski  türk  yazıları  oxunandan  bəri  açıq-aydın  ortadadır  ki,  dünyanın  ən  əski  durğu 
işarələrindən biri qədim türk runik  (Orxon-Yenisey) yazılarında sözləri bir-birindən ayırmaq 
üçün işlədilən qoşa nöqtə (:) olmuşdur. Yazıları ilk dəfə oxuyan V.Tomsenin göstərdiyi kimi, 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə