Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə58/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   53   54   55   56   57   58   59   60   61

 
120 
özünüz gördünüz ki, onların hamısı iki Almaniyanın birləşməsinə razılıq verdilər (Ə.Elçibəy); 
Öncə dildə birlik olmalıdır, yəni elə etməliyik ki, Təbrizdə, Mərənddə, Ərdəbildə  hər yerdə 
dinimiz bir olduğu kimi ədəbi dilimiz də bütövləşsin, formalaşsın, bir ədəbi dilimiz yaransın... 
(Ə.Elçibəy); Xəzərin iki açarı Həştərxan və  Bakı imperiyanın daimi zərbə hədəfi olmuşdur 
(Ə.Elçibəy) vb.  
 
3.  Cümlədə  zamanın, yaxud  məkanın  başlanğıc və sonucu  göstərilərkən bu  başlanğıcla 
sonuc arasındakı sınır ayırtı ilə verilir:    
 
a) zaman sınırı; örn.: Azərbaycan xalqının 1722  23-cü illərdə rus imperiyasına qarşı 
apardığı  azadlıq  müharibəsi  türk  millətinin  ən  şanlı  və  şərəfli  tarix  səhifələrindəndir 
(Ə.Elçibəy);1918  1920-ci illərdə Azərbaycan xalqı ölüm təhlükəsini aradan qaldırıb özünü 
tarixdə  bir  daha  təsdiqlədi  (Ə.Elçibəy);  XVII    XVIII  əsrlərdə  Azərbaycanda  kitabxanaçılıq 
işi əvvəlki dövrlərə nisbətən daha da genişlənir (Ə.Elçibəy) vb. 
 
b)  məkan  sınırı; örn.: Müharibələr Azərbaycanda gedirdi  və  əslində Rus    Azərbaycan 
müharibələri idi, tarixə isə Rossiyskie  Persidskie voynı (“Rusiya – Persiya müharibələri”) 
adı ilə daxil edilirdi (Ə.Elçibəy); Onların demək olar, çoxu və həm də əsasları Urmiya gölü  
Həmədan  Kərkük arasında və onların qonşuluğunda...yerləşir (Ə.Elçibəy); Biz inanırıq ki, 
gec-tez Bakı  Təbriz qatarı işə düşəcəkdir vb. 
 
4. Qarşılaşdırılan, yaxud hər hansı bir məsələdə qoşa çəkilən çeşidli özəl adlar arasında 
ayırtı  qoyulur;  örn.:  Bəlli  olduğu  kimi,  əsərdə  bir  qədər  sonra  İran    Turan  müharibələri 
başlayır  (Ə.Elçibəy);  Bununla  yanaşı,  Midiya  ellərinin  –  tayfalarının  Ərdəbil    Qəzvin   
Zəngan    Həmədan    boylarında  yaşadığını,  gah  Mannaya  daxil  olub,  gah  da  müstəqil 
fəaliyyət  göstərdiklərini,  Mannalılar  zəiflədikcə  Midiyalıların  gücləndiyini  tarix  mübahisəsiz 
qəbul  edir  (Ə.Elçibəy);  Azərbaycana  qarşı  düşmənçilik    Rusiya    İran    Ermənistan 
üçlüyünün  başlıca  özüllərindən    biridir;  Azərbaycan    Ukrayna  danışıqları  uğurla 
sonuclandı; Coul  Lens qanunu  vb.  
 
5. Hər danışığın önündə gələrək onu başqalarından ayırır (Ona görə də, danıĢıq ayırtısı 
adlanır).  Yazılı  dialoqlardakı  ayrı-ayrı  danışıqlar  məhz  bu  danışıq  ayırtısı  ilə  bir-birindən 
fərqlənər.  Adətən,  dialoqlarda  müəllif  sözlərindən  sonra  qoşa  nöqtə  qoyular,  hər  danışıq 
ayrıca  sətirdə  verilər  və  önünə  danışıq  ayırtısı  artırılar;  örn.:  ...  Aslan  Atakişiyev  məni 
...çağırıb dedi: 
 
 Sən bilirsən ki, səni həbs edəcəklər? 
 
Dedim: 
 
 Bilirəm. 
 
 Niyə belə edirsən? 


 
121 
 
 Xalqa görə (Ə.Elçibəy) vb. 
 
6. Qarşılaşdırılan obyektləri daha qabarıq gözə çarpdırmaq üçün aralarına ayırtı qoyular 
(bu  özəllik  atalar  sözlərinin  yazılışında  daha  geniş  yayılmışdır);  örn.:  Bəli,  Vətən  müqəddəs 
bir  fikirdir,  ideyadır,  imandır.  Vətən  haqqı    Tanrı  haqqıdır!  (Ə.Elçibəy);  Qonşu  haqqı  – 
Tanrı haqqı; Yüz ölç – bir biç; Ağa durur  ağacan durur vb. 
10. Dırnaq [ " " ,“”, « » ] 
 
Dırnaq  mətndəki  birbaşa  (vasitəsiz)  nitqi,  özəlliklə,  alıntıları  göstərmək,  öz  gerçək 
anlamından fərqlənən yeni anlamlar yüklənmiş sözləri gözə çarpdırmaq vb. amaclarla işlənən 
cütüzvlü durğu işarəsidir.   
 
Dünya  üzrə  ayrac  biçimlərinin  sayı  çox  olsa  da,  Azərbaycan  yazısında  onlardan  üçü 
daha geniş yayılmışdır: düz dırnaq – " "vergüllü dırnaq –  “ ”  və bucaqlı dırnaq – « » 
 
Azərbaycan türkcəsi ədəbi dilində dırnaq işarəsi daha çox aşağıdakı durumlarda işlədilir:  
 
1.  Verilən  mətnin  birbaşa  nitq  və  ya  alıntı  olduğunu  göstərmək  üçün;  örn.:                Ə. 
Elçibəy  yazır:  Azərbaycanın  güneyi  Quzeydən  heç  bir  təsir  olmasa  belə,  öz  müstəqilliyini 
qazanacaq  və  müstəqilliyini  qazandıqdan  sonra  Azərbaycanın  quzeyinə  də  təsir  edəcəkdir
Az-çox  elmlə  bağlı  adam  qədim  yunan  filosofu  Heraklitin  Hər  şey  axır,  hər  şey  dəyişir 
fikrindən xəbərdardır (Ə.Elçibəy) vb.  
 
2. Fərqli anlam (çox zaman istehza məzmunlu) yüklənən, yaxud məcazi məna daşıyan, 
yaxud da razılaşılmayan, qəbul edilməyən, doğru sayılmayan vb. sözləri, fikirləri qabartmaq, 
gözə  çarpdırmaq  üçün;  örn.:    Bu  xoşbəxtlər,  deyəsən,  özlərinin  yalanına  özləri  inanmışdı 
(Ə.Elçibəy);  İndinin  özündə  də  kəndlinin  torpağa  ehtiyacı  yoxdur  deyə  torpağı  sizə 
qaytarmaq  istəmirlər  (Ə.Elçibəy);  Sizi  tərk  etməyən  mərəzinizdir:  xalq  düşməni”  tapmaq, 
tapılmasa  da,  şər  və  böhtanla  xalq  düşməni,  faşist,  agent  və  sovet  dövrünün  başqa 
damğalarını  vurmaq  (Ə.Elçibəy);  ...İranı  yalnız  millətlər  həbsxanası  deyil,  həm  də 
qadınlar  həbsxanası”  adlandırmaq  daha  doğru  olar  (Ə.  Elçibəy);  Bu  gün  gözümüzün 
önündə Azərbaycanın quzeyində Heydər Əliyev hakimiyyəti türk dilini yenidən Azərbaycan 
dili adlandırmağa cəhd göstərir (Ə. Elçibəy) vb.   
 
3.  Geniş  işlədilməyən,  yaxud  yeni  işlədilməyə  başlanan,  alışılmamış  söz  və  deyimləri 
qabartmaq,  yaxud  da  haqqında  danışılan  hər  hansı  bir  sözü  başqalarından  ayırıb  gözə 
çarpdırmaq  üçün;  örn.:  Çox  qəribədir  ki,  dərin  elmi  araşdırmalarla  avropamərkəzçilik 
tərəfdarlarını  təkzib  olunmaz  sübutlar  və  dəlillər  qarşısında  qoyanları  bəzən 
asiyamərkəzçilikdə  təqsirləndirirlər  (Ə.Elçibəy);  Əlyazmaçı  olmaq  üçün  şərqşünas-
filoloq,  tarixçi  müəyyən  dövrdə  ixtisaslaşma  mərhələsindən  keçməlidir  (Ə.Elçibəy);  Bəlli 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə