Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə60/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   53   54   55   56   57   58   59   60   61

 
124 
məzacımız?..  (M.Ə.Sabir);  Axı  o  övrətdən  Hacı  Ramazan  əl  çəkməyibdir?..  (Cəlil 
Məmmədquluzadə) vb. 
  
Qeyd:  Soru  işarəsinin  bir  nöqtəsi  olduğu  üçün  birləşmədə  nöqtələrdən  biri  düşür  və 
yanaşı işlənən durğu işarələri soru ilə iki nöqtə kimi görünür. 
 
6. Dırnaq və  baĢqa durğu iĢarələrinin yanaĢı iĢlədilməsi. Cütüzvlü dırnaq işarəsinin 
yanaşı  işləndiyi  başqa  durğu  işarələri  ilə  münasibətində  ən  önəmli  məsələ  o  biri  işarələrin 
dırnağın içərisindəmi, yoxsa dırnaqdan qıraqdamı yazılmasıdır. Bu baxımdan, dırnaq və başqa 
durğu işarələrinin yanaşı işlədilməsində iki durum fərqləndirilə bilər (bu iki durumun qarişiq 
halını ayrıca fərqləndirmirik):  
 
a)  Çeşidli  durğu  işarələri  dırnağa  alınan  söz  və  ya  cümləyə  yox,  dırnaqlı  söz  və  ya 
cümləni də içərən ümum cümləyə aiddirsə, o durğu işarələri  dırnaqdan qıraqda yazılır; örn.: 
Demə:  "Tiği-rəşadət  xiyrəsazi-çeşmi-imkandır"!  (M.Ə.Sabir);  Hanı,  dersən:  "Girizandır 
vətəndən  leyli-istibdad"?  (M.Ə.Sabir);  Əvət,  "səhrayi-İran  doğrudan  bir  odlu  meydandır", 
Fəqət ol odlu meydanda duran bir şiri-ğərrandır... (M.Ə.Sabir); Tatar qəzetlərinin biri İran 
barəsində söhbət açıb bir yerdə belə yazır: "Persiyada camaat şaxdan nedavolnudur", yəni 
istəyir desin ki, "İranda camaat şahdan narazıdır" (Cəlil Məmmədquluzadə)  vb. 
 
b)    Çeşidli  durğu  işarələri  dırnağa  alınan  söz  və  ya  cümlələrə  aiddirsə,  dırnağın 
içərisində,  daha  doğrusu,  bağlanan  dırnaqdan  öncə  yazılır;  örn.:  Kefim  istəyir  saxlayıram, 
kefim  istəmir  boşayıram  və  heç  bir  kəsin  haqqı  yoxdur  mənə  desin:  "Niyə  arvadını 
boşamırsan?",  yainki  "niyə  arvadını  boşayırsan?"  (Cəlil  Məmmədquluzadə);  Bir  neçə 
vaxtdan bəri idarəmizə gələn kağızların çoxunda bizdən soruşurlar ki, müsəlmanların axırı 
nə  olacaq?”  (Cəlil  Məmmədquluzadə);  "İqbal  zəbun  oldu,  mənimki  belə  düşdü!" 
(M.Ə.Sabir);  Bu  söhbət  və  mübahisələr  o  qədər  “böyümüşdü”  ki,  Moskva  və  Leninqradda 
(Peterburqda)  tez-tez  bizdən  soruşurdular:  Deyirlər  ki,  sizdə  də  millətçilik  və  antisovetizm 
baş qaldırıb?” (Ə.Elçibəy) vb. 
 
7.  Ayrac  və  baĢqa  durğu  iĢarələrinin  yanaĢı  iĢlədilməsi. Cütüzvlü ayrac işarəsi də o 
biri durğu işarələri ilə yanaşı işləndikdə:  
 
a) həmin durğu işarələri ayracdakı söz və ya cümləni də içərən ümum cümləyə aiddirsə, 
ayracdan  qıraqda  yazılır  və  bu  zaman  qoşa  nöqtə,  vergül,  nöqtəli  vergül,  ayırtı  kimi  durğu 
işarələri  yalnız  bağlanan  ayracdan  sonra  qoyulur;  örn.:  Əliallahiliyi  (IV  xəlifə,  imam  həzrət 
Əlini  Allah  sayanlar),  İsmailiyi  farslar  yaratdılar  (Ə.Elçibəy);  İndi  qulaq  asın,  keçmiş  qul 
həmkarım (Siz bunu qəbul etməsəniz də, ancaq belə olmuşdur, buna “oldu, bitdi” deyirlər), 
qayıdaq  sizin  məqalənizin  sonundan  gətirdiyim  iqtibasın  üstünə  (Ə.Elçibəy);  Ə.Elçibəy 


 
125 
yazırdı:...1975-ci  ilin  yanvar  ayının  13  –  14-də  mən  Tiflisə  –  arxadaşım  Vasim 
Məmmədəliyevin doktorluq dissertasiyasının müdafiəsinə getmişdim (DTK-nın dörd agentinin 
məni necə izləməsi başqa məsələdir) 
 
b)    həmin  durğu  işarələri  ümum  cümləyə  yox,  yalnız  ayracdakı  söz  və  ya  cümləyə 
aiddirsə,  ayrac  içərisində,  daha  doğrusu,  bağlanan  ayracdan  öncə  yazılır;  örn.:  Sözüm 
buradadır  ki,  bu  axır  vaxtlarda  bizim  yetişmiş  qızlarımıza  ər  tapılmır  və  bir  neçə  il 
gözləyirlər, – axırda da hər kəs rast gəlir, – gedirlər, amma çoxu da qalır evdə və özünə layiq 
oğlan  tapa  bilmir  ki  getsin  (Dövlətli  qoca  kişilərin  kefidir  ha!)  (Cəlil  Məmmədquluzadə); 
Rüstəm  bəy. Ay uşaq səs eləməyin, mən lüğət yazıram. (Rüstəm bəy qayıdıb oturur və yenə 
yazıb  oxumağa  cumur;  yenə  bir  dəqiqə  keçir,  çöl  qapını  taqqıldadırlar)  (Cəlil 
Məmmədquluzadə) vb. 
     
8. Ayırtı  və  baĢqa  iĢarələrinin  yanaĢı  iĢlədilməsi.  Cümlədən asılı olaraq bəzən ayırtı 
vergül,  nida,  soru  kimi  durğu  işarələri  ilə  yanaşı  işlənə  bilir.  Bu  durumlarda  ayırtı  işarəsi 
yanaşı  işləndiyi  o  biri  durğu  işarələrindən  sonra  gələr;  örn.:    Kimdir  arif?  –  deyə  sordum, 
dedilər, əsrə görə…(M.Ə.Sabir); Qonşumuz Kərbəlayi Heydərin iki oğlu var idi: biri doğma 
oğlu  Qasım,  –  səkkiz  yaşında,  biri  də  ögey  oğlu  Nəcəfqulu,  –  on  yaşında  (Cəlil 
Məmmədquluzadə); Bir neçə il də gözləyir, gözləyir və lap axırda ya bu da gəlir bir rus qızı, 
ya yəhudi qızı tapır, ya da Cəhənnəməgora!” – deyib, gedir bir müsəlman qızı alır (Cəlil 
Məmmədquluzadə) vb.   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
126 
 
Son söz  
 
Miladın I minilliyinin sonlarından günümüzədək var olan Azərbaycan türkcəsi ədəbi dili 
bu  gün  özünün  yeni  bir  yüksəliş  dönəmini  yaşayır.  İstənilən  ədəbi  dil  düz  xətt  üzrə  yox, 
qulluq  etdiyi  toplumun  siyasi-iqtisadi-hərbi-kültürəl...  durumundan  asılı  olaraq,  qalxıb-enən 
dalğalı xətt üzrə gəlişər. Artıq günümüzdə Azərbaycan türklüyü daha rus şovinizminin, yaxud 
fars  şovinizminin  boyunduruğu  altında  yaşamaq  istəmir,  öz  ərazi  bütünlüyünə  yetməyi,  öz 
birləşmiş  ölkəsində  azad,  bağımsız  və  demokratik  bir  düzən  içərisində  və  vahid  bir  milli 
bayraq  altında  yaşamağı  üstün  tutur,  bu  yolda  günü-gündən  genişlənən  qutsal  bir  mübarizə 
aparır. İstər rus şovinizmi, istər fars şovinizmi, istərsə də onlara uşaqlıq edənlər Azərbaycan 
türklüyünün  bu  yeni  sosial-siyasi  yüksəlişini  ortadan  qaldırmaq  gücündə  deyil.  Çünki 
Azərbaycan  türklüyü  daha  dünənki  zəif,  qocalmış,  yorulmuş,  öz  kimliyini  bilməyən  və  öz 
milli  varlığına  yiyə  durmayan  bir  toplum  deyil,  tərsinə,  öz  millətləşmə  sürəcinin  yeni  bir 
yüksəliş  dalğasını  yaşayan,  addım-addım  özünü  tanımağa  və  yabançı  boyunduruğundan 
qurtulub  bütövləşməyə  yeltənən 45  –  50  milyonluq  böyük  bir toplumdur.  Bu toplumun yeni 
sosial-siyasi yüksəlişinin göstəricilərindən biri də Azərbaycan türkcəsi ədəbi dilidir.  
 
Bu  gün  quzeyli-güneyli  Bütöv  Azərbaycan  üzrə  Azərbaycan  türkcəsi  ədəbi  dilində  bir 
yandan dilin quruluş göstəriciləri üzrə arıdılıb təmizlənmə, cilalanıb dəqiqləşmə, zənginləşib 
güclənmə  sürəci;  o  biri  yandan  isə  ədəbi  dilin  xidmət  alanının  genişlənməsi,  tamlaşması, 
bütün  sahələr  üzrə  işlərlik  qazanması  sürəci  özünü  göstərməkdədir.  Quşqusuz,  Azərbaycan 
türkcəsi  ədəbi  dilinin  yaşadığı  bu  yeni  yüksəliş  dönəmini  uğurla  başa  yetirmək  üçün 
Azərbaycan  türklüyü  vahid,  bütöv  bir  millət  olaraq  öz  dilinə  yiyə  durmağı,  özəlliklə  ədəbi 
dildə  bütövləşmə  və  standartlaşma  sorununa  ayrıca  göz  yetirməyi,  bu  sorunun  çözümündə 
yüksək bilinclilik (şüurluluq) ortaya qoymağı bacaracaqdır.  
 
Azərbaycan  türkcəsi  ədəbi  dilində  bütövləşib  standartlaşma  ilə  bağlı  bir  sıra  məsələlər 
var  ki,  onların  içərisində  imla  qaydaları  və  durğu  işarələri  özümlü  önəm  daşıyır.  Biz 
insanlarımızın  diqqətini  bu  önəmli  məsələyə  yönəltməyə  çalışdıq  və  ürəkdən  inanırıq  ki, 
Azərbaycan  türkcəsi  ədəbi  dilində  bütövləşib  standartlaşma  sorunu  Azərbaycan  aydınlarının 
günlük qayğısına çevriləcək və çox çəkmədən ən yüksək düzeydə çözülüb həll olunacaqdır.   
 
ÇıxarıĢ və qeydlər  
Ön söz 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə