Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə56/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   53   54   55   56   57   58   59   60   61

 
116 
 
1.  İstər  soru  intonasiyası,  istərsə  də  soru  əvəzliyi  və  soru  ədatları  ilə  işlədilən  soru 
cümlələrindən sonra; örn.: Bir görəydim ayrılığı kim saldıÖlkəmizdə kim qırıldı, kim qaldı? 
(M.H.Şəhriyar);  Öncə Vətənmi, yoxsa millətmi? (Ə.Elçibəy);  vb. 
 
Qeyd: Azərbaycan türkcəsində bəs, məgər, neçə, yoxsa, əcəba vb. soru ədatları ayrı, -

4 
(-mı, -mi, -mu, -mü) soru ədatı isə artırıldığı sözə bitişik yazılır.  
 
2.  Cavab  tələb  etməyən,  daha  doğrusu,  cavabı  özlüyündə  aydın  olan  ritorik  soru 
cümlələrindən sonra; örn.: Axı nə üçün 40 milyonluq Azərbaycan türkü param-parça olsun? 
Niyə birləşməsinNiyə onun vahid dövləti olmasın? (Ə.Elçibəy);  
 
3.  Tarix,  yer,  yazar,  söz  vb.  b.k.  faktların  dəqiq  bilinmədiyini  göstərmək  üçün  soru 
işarəsi qoyulur; örn.: Fəxr əd-Din Hinduşah Naxçıvani (? - 1328); Yunus Əmrə (Doğum yeri: 
?);  “Tutruq  (?)  yazmadığına  oxsındı  (?),  ancaq  artıq  gec  idi”  cümləsini  tam  anlaya 
bilmədim
35
  vb. 
 
4.  Hər  hansı  bir  bilginin  quşqu  doğurduğunu,  şübhəli  olduğunu  göstərmək  üçün 
qarşısında  ayrac  içərisində  soru  işarəsi  işlənər;  örn.:  İşə  bax  ki,  Azərbaycana  və  onun 
çevrəsinə miladdan öncə VIII-VII yüzillərdə gəlmiş farslar və miladdan öncə VI-V yüzillərdə 
gəlmiş ermənilər indi özlərini yerli (?), bu yörədə ən azı altı min illik yazılı tarixi olan türkləri 
isə gəlmə (?) kimi qələmə verməyə çalışırlar vb. 
7. Nida iĢarəsi [ ! ]  
 
Nida  işarəsi  artırıldığı  söz  və  ya  cümlədə  yüksək  hiss-həyəcan,  duysallıq  olduğunu 
gəstərən bir durğu işarəsidir.  
 
Azərbaycan türkcəsi ədəbi dilində nida işarəsi daha çox aşağıdakı durumlarda işlədilir: 
 
1.  Hiss-həyəcan  və  duyğusallıq  bildirən  nida  cümlələrindən  sonra;  örn.:  Azadlıq 
sevdasını  daşıyanlara  Savalan  ziyarəti  qismət  olsun!    (Ə.Elçibəy);  Tanrı  türkə  yar  olsun! 
Tanrı türkü qorusun! (Ə.Elçibəy); Azərbaycanın bütövlük ruhu parçalanmazdır! (Ə.Elçibəy); 
Ax, unudulmuş Vətən, ax, yazıq Vətən! (Cəlil Məmmədquluzadə) vb.   
 
2. Hiss-həyəcan və duyğusallıq intonasiyasına malik əsli nidalardan, həmçinin nida kimi 
işlənən  sözlərdən  sonra;  örn.:  Mirzə  Məhəmmədəli.  Pəh-pəh-pəh!  Elə  bizim  gənc  ədibimiz 
əskik  idi  (Cəlil  Məmmədquluzadə);  Vay,  vay!  Nə  yaman  müşkülə  düşdü  işim,  allah! 
(M.Ə.Sabir); Ey vay ki, heysiyyəti-millət götürüldü! (M.Ə.Sabir); Әsgər. Aha! Xalamın da işi 
düzəldi.  Əcəb!  (Üzeyir  bəy  Hacıbəyov);  Ax!..    Ax!...  Ay  keçən  günlərim!  Vay  mənə!  
(M.Ə.Sabir) vb. 
 
3.  Nida  intonasiyası  ilə  deyilərək  alqış,  təşəkkür,  təkid,  çağırış,  buyruq  bildirən  əmr 
cümlələrindən sonra; örn.: 
 
– Görmə! 


 
117 
 
– Baş üstə, yumaram gözlərim. 
 
– Dinmə!  
 
– Mütiyəm, kəsərəm sözlərim. 
 
– Bir söz eşitmə! 
 
– Qulağım bağlaram. 
 
– Gülmə 
 
– Pəkey, şamu səhər ağlaram. 
 
– Qanma! 
 
– Bacarmaram! Məni məzur tut
 
Böyləcə  təklifi-məhalı  unut!..  (M.Ə.Sabir);  Susmayın!  Fars  şovinizmini  ifşa  edin,  ona 
xidmət edənləri bu yoldan çəkindirin, haqq yoluna səsləyin və gətirin! (Ə.Elçibəy); Siz çalışın 
susun, qoyun onlar özləri axtarsınlar! (Ə.Elçibəy)  vb. 
 
4.  Səsləniş,  üz  tutma,  müraciət  və  xitablardan  sonra;  örn.:  Gənc  Türk!  Böyük  gələcək 
sənindir!  (Ə.Elçibəy);  Azərbaycan  gənci!  ...Qarabağı  sən  azad  edəcəksən!  Azərbaycanı  sən 
birləşdirəcəksən!  (Ə.Elçibəy);  Ey  Azərbaycan  türkü!  Ey  Azərbaycan  gəncliyi!  Bu  gün 
Vətənimiz  ,  Millətimiz    parça-parça  olduğu  halda  bəşəriyyətə  xidmət  etməyə  gücümüz 
çatmayacaqdır  (Ə.Elçibəy);  Ey  türklər!  Qars  –  Ərdahan  müsibətləri,  Urmu,  Qəsri-Şirin  və 
qeyri yerlərin talanı sizə bunu öyrətdi ki, başsız və pərakəndə milləti hər yetən döyür, incidir 
və öldürür (Yusif Vəzir Çəmənzəminli)  vb.  
 
5.    Hiss-həyəcanla,  duyğusallıqla  işlənən  təsdiq  və  inkar  sözlərindən  sonra;  örn.:  Bu 
bölmənin  başlanğıcında  soru  qoyulurdu:  Yurd  –  Vətən  bölünübmü?  İdealist  cavab:  Yox! 
Materialist  cavab:  Hə!  (Ə.Elçibəy);  Yox,  xanımlar,  bəylər,  yox!  (Ə.Elçibəy);  Əsla  yox! 
(Ə.Elçibəy);  Gülbahar.  Xeyr,  dadaş!  (Cəlil  Məmmədquluzadə);  Yo  ...  x!    Yo  ...  x!  Oğul, 
məktəbi-üsyandı bu! (M.Ə.Sabir) vb. 
 
6. Hər hansı bir sözün, anlayışın müsbət anlamda qabardılaraq gözə çarpdırılması, yaxud 
kiçimsənərək  kinayə,  istehza  hədəfi  kimi  mənfi  anlamda  göstərilməsi  üçün  qarşısında  ayrac 
içərisində nida işarəsi  işlənər; örn.: Təkrar edirik: yalnız  və yalnız  azad  (!) xalqın yaratdığı 
dövlət  onun  özünə  layiq  olur!  (Ə.Elçibəy);    Diktatorun,  müstəbidin  ədalətindən  (!) 
danışanlara nə ad verilməlidir?  vb. 
8. Ayrac [ ( ), [ ], { } ]  
 
Ayrac  artırıldığı  söz  və  ya  cümlələri  birbaşa  olmasa  da,  dolaylı  bir  biçimdə  açıqlayan, 
onları  bəlli  bir  yöndən  tamamlayıb,  aydınlaşdıran,  dəqiqləşdirən  və  cümlədə  öz  fərqli 
intonasiyası ilə seçilən söz, yaxud cümlələri ümumi mətndən ayırıb göstərmək üçün işlədilən 
cütüzvlü durğu işarəsidir. Bu işarə Azərbaycanın quzeyində ərəb kökənli mötərizə (üç samitli 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə