Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə55/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   51   52   53   54   55   56   57   58   ...   61

 
114 
düşmənçilik yox, rəqabət sayılır (Ə.Elçibəy); Bu, millətin öfkəsi idi, ağrısı idi... (Ə.Elçibəy); 
TuncaySavalanı ilk dəfə olaraq yaxından gördü . O, işi bir qırağa qoydu vb. 
 
4.  Alqış,  qarğış,  and,  nazlama  vb.  anlam  daşıyan  sözlərin  bir  və  ya  hər  iki  yanında 
vergül qoyulur. Vergülün harada qoyulması həmin sözlərin cümlədə işlənmə yerindən asılıdır: 
bu  sözlər  cümlənin  önündə  gələrsə,  onlardan  sonra,  cümlə  ortasında  gələrsə,  onların  hər  iki 
yanında, cümlə sonunda gələrsə, onlardan öncə vergül işlənər. Örnəyin: Nisgilli sözlərin məni 
otdadı, Ağrın alım, mənim bağrım çatdadı (M.H.Şəhriyar)Biz də, vallah, unutmarıq sizləri 
(M.H.Şəhriyar)Yox, axı, canım-gözüm, siz nəyə görə bu qrupların, təşkilatların, partiyaların 
qarşısını alırsınız? (Ə.Elçibəy) vb.   
 
5.  Anlamı  gücləndirmək  və  davamlılıq  bildirmək  üçün  təkrarlanan  sözlərin  arasında 
vergül qoyulur. Örnəyin: Azadlığı istəmirəm damcı-damcı, qram-qram. Qolumdakı bu zənciri 
gərək  qıram,  qıram,  qıram!  (Xəlil  Rza);  Baxın,  baxın,  yaxşı  baxın,  diqqətlə  baxın 
(C.Məmmədquluzadə) vb. 
 
6. Müraciət olunan  şəxs və ya nəsnəni  bildirən xitablar  özəl duyğysallıqla işlənməzsə, 
cümlədəki o biri sözlərdən vergüllə ayrılır. Belə xitablar cümlənin başında gələrsə, onlardan 
sonra,  ortada  gələrsə,  hər  iki  yanlarında,  sonda  gələrsə,  xitablardan  öncə  vergül  qoyular. 
Örnəyin:  Dədəm,  gözün  aydın,  ay  gözün  aydın!  (Ə.Elçibəy);  Sənə  uğurlar  olsun,  ulu  Türk! 
(Ə.Elçibəy) vb. 
 
7.  Danışanın  ifadə  etdiyi  düşüncəyə  münasibətini  bildirən  ara  sözlər  cümlədəki  o  biri 
sözlərdən vergüllə ayrılır. Ara söz cümlənin başında gələrsə, ondan sonra, ortada gələrsə, hər 
iki yanında, sonda gələrsə, ara sözdən öncə vergül qoyular. Örnəyin: Deməli, hamımızın bir 
ideyamız  olmalıdır  –  o  da  Azərbaycanın  azadlığıdır  (Ə.Elçibəy);  Başqa  sözlə,  demokratiya 
yalnız milli ruha söykənməklə mövcud ola bilər (Ə.Elçibəy);  İslam dini ən sonuncu, deməli, 
ən yeni dindir (Ə.Elçibəy) vb.  
 
8.  Təsdiq,  inkar,  soru,  buyruq  vb.  bildirən  sözlər  o  biri  sözlərdən  vergüllə  ayrılır. 
Örnəyin:  Bəli,  xalqın  “türk”  adını  “azərbaycanlı”  adı  ilə  əvəz  etmək  fikri  elə  Türkmənçay 
müqaviləsi  bağlanan  andan  meydana  çıxmışdı  (Ə.Elçibəy);  Soruşsanız,  soydaşlarımızın 
hamısı  deyər  ki,  bəli,  biz  Vətənimizin  birliyinin  tərəfindəyik  (Ə.Elçibəy);  XXI  yüzil  türk 
yüzilliyi olacaqdırşübhəsiz! vb. 
 
9.  Feli  sifət,  feli  bağlama,  məsdər  kimi  feli  birləşmələrin  bir  çoxundan  sonra  vergül 
işlənir. Örnəyin: Vuruşan, ölən, siyasəti və dövləti idarə edən türklər olduğu halda, ...Rusiya 
dövlət sənədlərində “persidskie dokumentı” (“fars sənədləri”), “voyna s Persiey” (“Persiya 
ilə  müharibə”)  və  s.  yazılırdı  (Ə.Elçibəy);    Çox  yazıqlar  ki,  türk  olmalarına  baxmayaraq, 
ömrü boyu farsa nökərçilik eləyən manqurtlarımız hələ də var vb. 


 
115 
 
10.  Rəqəmlə  yazılan  kəsr  saylarında  tamla  hissəni  bir-birindən  vergül  ayırır.  Örnəyin: 
3,5; 2,1 vb.  
5. Nöqtəli vergül [ ; ]  
 
Nöqtəli  vergül  cümlənin  tərkib  hissələri  arasında  dayanıb-durmanın,  ara  vermənin 
nöqtədən  zəif,  vergüldən  güclü  olduğu  durumlarda  işlənir.  Nöqtəli  vergül  həm  eyni  bir 
cümlənin tərkib hissələrindən birinin bitib, o birinin başladığını, həm də bu tərkib hissələrin 
bi-biri ilə bağlı olduğunu, aralarında davamlılığın varlığını göstərir.  
 
Azərbaycan  türkcəsi  ədəbi  dilində  nöqtəli  vergül  daha  çox  aşağıdakı  durumlarda 
işlədilir: 
 
1. Qoşa nöqtədən sonra müstəqil olmayan ayrı-ayrı cümlələr maddə və bəndlər halında 
ardıcıl sadalanırsa, sonuncudan öncəki cümlələr nöqtəli vergüllə işlənir; örn.: ...Fars şovinizmi 
öz  varlığını  yaşadıb,  dirçəldib,  hakim  mövqe  tutmaq  üçün:  1.  dinləri  mifləşdirib;  2.  mifləri 
tarixləşdirib;  3.  tarixi  mişləşdirib  (Ə.Elçibəy);  Buradan  iki  nəticə  çıxarmaq  olar:  1)  ya 
Azərbaycan xalqı həddən artıq güclü və qorxuludur; 2) ya da imperiya elə çürüyüb ki, başını 
tamam itirib  (Ə.Elçibəy) vb  
 
2. Bağlayıcısız işlənən uzun və geniş mürəkkəb cümlələrin tərkib hissələrindən hər hansı 
birinin daxilində vergüllə ayrılan həmcins üzvlər varsa, tərkib hissələr arasında nöqtəli vergül 
qoyulur; örn.: Demokratiya bizim varlığımız deməkdir, mənəviyyatımız deməkdir; ət, yağ deyil 
ki,  talonla  alaq  (Ə.Elçibəy);  Belə  ki,  İbn  Sinanın  həyatının  bir  bölməsi  Azərbaycanla  bağlı 
olmuşdur;  İbn  Sina  görkəmli  Azərbaycan  filosofu  Bəhmənyarın  müəllimi  olmuş,  əhalisinin 
əsas  hissəsi  Azərbaycanlılar  olan  Qəzvin  və  Həmədanda  da  yaşayıb  işləmişdir  (Ə.Elçibəy); 
Böyük  türk  irqinə  mənsub  olduğumuz  üçün  türk  idarəsinin  ədalətini  saxladıq;  bu  gün 
vətənimizdəki xırda millətlər bizim ilə bərabər yaşamalıdırlar, bunların hüququ heç bir qanun 
ilə təhdid olunmayub və olunmayacaqdır (Yusif Vəzir Çəmənzəminli)  vb. 
 
3.  Ancaq,  amma,  lakin,  çünki,  ona  görə  ki,  o  səbəbə  görə  ki,  halbuki  vb. 
bağlayıcılardan  biri  ilə  işlənən,  tərkib  hissələri  daxilində  vergüllə  ayrılmış  həmcins  üzvlər 
olan uzun və geniş mürəkkəb cümlələrdə bağlayıcıdan öncə nöqtəli vergül qoyulur; örn.:  Sən 
milləti  dağıda  bilməzsən;  heç  mümkün  də  deyil,  çünki  onun  dili  də,  mədəniyyəti  də  ayrıdır 
(Ə.Elçibəy);  
6. Soru iĢarəsi [ ? ]  
 
Soru  işarəsi  soruşma  və  soraqlama  amacı  ilə  işlədilən  cümlələrdən,  sözlərdən  sonra 
qoyulan durğu işarəsidir.  
 
Azərbaycan türkcəsi ədəbi dilində soru işarəsi daha çox aşağıdakı durumlarda işlədilir: 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə