Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə51/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   47   48   49   50   51   52   53   54   ...   61

 
106 
bu  qoşa  nöqtənin  hərdən  sətir  sonunda  da  qoyulması    onun  bəzən  həm  də  cümlələri  bir-
birindən  ayırması  anlamında  açıqlana  bilər.    Ancaq  nəinki  görməməzlikdən  gələn,  hətta  bu 
faktı danmayan, tərsinə, vurğulayan araşdırıcıların belə bir çoxu dərhal qabardır ki, əski türk 
runik yazısında başqa durğu işarəsi yoxdur. Vəssalam. Bununla da məsələ bitir və əski türk 
durğu  işarələri  sistemi  araşdırmalardan  qıraqda  qalır.  Halbuki  əski  türk  yazılarında  durğu 
işarələri çoxdur və runik yazılarla yanaşı, əski uyğur türkcəsi yazılarına da baxmaq yetərlidir 
ki, əski türklərdə durğu işarələrinin bir sistem oluşdurması açıq-aydın ortaya çıxsın.  
 
Əski uyğur türkcəsi yazılarında işlənmiş bəzi durğu işarələrini xatırladaq:  
 
Manixeyçi uyğur mətnlərindəki durğu işarələri: bir qara nöqtə; yanaĢı iĢlənən iki qara 
nöqtə;  bir  və  ya  iki  qara  nöqtəni  çevrələyən  qırmızı  dairə;  bir  və  ya  iki  qara  nöqtəni 
çevrələyən səkkiz bucaqlı qırmızı halqa vb.  
 
Nəsturi (nestorian) uyğur mətnlərindəki durğu işarələri: qara  nöqtə  topaları;  tənyanlı 
(bərabəryanlı) dördbucaq biçimli iki cüt qara (bəzən üz-üzə duran ikisi qırmızı) nöqtə; 
səkkizə bənzər qırmızı halqa içindəki qoĢa nöqtə; yanbayan iki nöqtə vb.   
 
Buddaçı uyğur mətnlərindəki durğu işarələri: üst-üstə qoyulan əyrı qoĢa nöqtə vb.  
 
Buddaçı uyğur  mətnlərində özəl vurğu və sayğı ilə deyilməsi gərəkən bir sıra sözlərin 
bəzən  qırmızı  mürəkkəblə  yazılmasını  vb.  əlamətləri  də  gözə  alsaq,  əski  türk  yazı 
gələnəyində  durğu  işarələrinin  nəinki  varlığından,  hətta  yunan  və  Roma  durğu  işarələri  ilə 
tutuşdurmada  daha  yetkin,  daha  bitkin  bir  sistem  düzeyində  olmasından  söz  aça  bilərik. 
Ancaq çox yazıqlar ki, əski türk yazıları durğu işarələri baxımından hələ tam öyrənilməyib, 
bir  sıra  yönləri  hələ  yaxşı  aydınlaşdırılmayıb  və  işlənən  durğu  işarələrinin  görəvləri  açıq-
aydın ortaya qoyulmayıbdır. Deyək ki, Buddaçı uyğur mətnlərindəki nöqtə topası dördlükləri 
və bölmələri bir-birindən ayırmağa qulluq edir, bəs yanbayan iki  nöqtə (..) ilə üst-üstə qoĢa 
nöqtə  (:)  arasında  nə  fərq  var?  Niyə  iki  cüt  qoĢa  qara  nöqtənin  (::)  üz-üzə  duran  ikisi 
hərdən  qırmızı  mürəkkəblə  yazılır  və  bu  durğu  işarəsinin  vəzifəsi  nədir?  Nə  üçün  eyni 
məqamda bəzən bir, bəzən iki nöqtə qoyuluq? Bu nöqtələrin bəzən qırmızı dairə ilə, bəzən 
də  səkkiz  bucaqlı  qırmızı  halqa  ilə  verilməsi  nə  deməkdir  və  dairəli,  halqalı  nöqtələrlə 
bunlarsız  işlənən  o  biri  nöqtələr  arasında  funksional  ayrılıq  varmı?..  Sorular  çoxdur  və 
hamısı  öz  araşdırmaçısını  gözləyir,  ancaq  indidən  bir  nəsnə  aydındır:  əski  türk  yazı 
gələnəyində dönəmi üçün gəliĢmiĢ bir tarixi durğu iĢarələri sistemi vardı və ona görə də, 
XIX yüzilliyədək türklərdə durğu işarələri olmamışdır hökmü özünü doğrulda bilməz.  
 
Hətta  “əski  türk  yazısı  dönəmində  yox,  ərəb  əlifbası  dönəmində  durğu  işarələri 
olmamışdır” deyilsə belə, yenə gerçəklik ortaya qoyulmur. Çünki ərəb əlifbasında da bəlli bir 
tarixi durğu işarələri işlənmişdir. Örnəyin, bəllidir ki, qutsal Quranın istər əlyazma, istərsə də 


 
107 
əski çap nüsxələrində ayələr arasına nöqtə yerinə ulduz, yaxud gül şəkli çəkilmiş və ya bəlli 
rəqəmlər  qoyulmuşdur.  Yaxud  “Dədə  Qorqud  Kitabı”nın  Drezden  nüsxəsində  cümlələr  bir-
birindən ləhn “not” işarəsi ilə ayrılmışdır ki, uzmanlar buna ümumiləşmiş durğu işarəsi kimi 
yanaşmaqdadırlar vb.  
 
Deməli,  ərəb yazı sistemində də özümlü  tarixi  durğu  işarələrinin  varlığından danışmaq 
olar.  Bu  hesabla,  danılmaz  tutalqalar  göstərir  ki,  tarixi  yazı  sistemlərimizdə  özgün  durğu 
işarələri  olmuşdur.  Ancaq  təbii  ki,  bu  gün  işlətdiyimiz  çağdaş  durğu  işarələri  bir  sistem 
olaraq, Batıdan alınmışdır və bunda heç bir quşqu yoxdur.  
ÇağdaĢ durğu iĢarələri və onların iĢləndiyi durumlar 
 
Çağdaş durğu işarələri və onların işləndiyi durumlar Azərbaycan türkcəsi ədəbi dilinin 
bütövləşmə  sorununda  göz  yetirilməsi  gərəkən  önəmli  məsələlərdən  biridir.  Təbii  ki,  Bütöv 
Azərbaycana  latın  kökənli  əlifba  daha  çox  uyğun  olduğundan,  durğu  işarələrinin  işlənmə 
qaydaları da məhz latın əlifbası özülündə qurulmalıdır.  
 
Çağdaş  Azərbaycan  türkcəsi  ədəbi  dilində  başlıca  olaraq  on  durğu  işarəsi  var  və 
onlardan  bəziləri  yanaşı  işlənməklə  yeni  anlam  çaları  qazana  bilir.  Həmin  başlıca  durğu 
işarələri bunlardır: 1.  nöqtə  (  .  );  2.  qoĢa  nöqtə  (:);  3.  üç  nöqtə  (...);  4.  vergül  (  ,  );        5. 
nöqtəli vergül (;); 6. soru iĢarəsi (?); 7. nida iĢarəsi (!); 8. ayrac [ ( ), [ ], { } vb.]; 9. ayırtı 
(–); 10. dırnaq (" ", “ ”, « ») .    
 
Xatırladaq ki, Batının çeşidli imla sistemlərində bir-birindən fərqlənən üç cür ayırtı (tire) 
var:  1.  -  qısa  ayırtı  [cızqı  (defis)  ilə  eyni  deyil  ];  2.    ayırtı;  3.  ––  uzun  ayırtı.  Ancaq 
Azərbaycan imlasında ayırtının bu bölgüsü yayılmamışdır və çağdaş Azərbaycanda daha çox 
ayırtı (tire) sabitləşmiş, - qısa ayırtı ilə - cızqı (defis) yaxlaşıq eyni sayılmış və  –– uzun ayırtı 
durğu işarələri sırasına daxil edilməmişdir.  
 
Həmçinin  bir  sıra  imla  sistemlərində    –  ayırtı  və  dialoqlarda  fərqləndirmə  üçün  hər 
danışığın önünə qoyulan  danıĢıq ayırtısı (–) ayrı-ayrı durğu işarələri kimi işlənir (tutuşdur: 
isveçcə tankstreck “ayırtı” və talstreck “danışıq ayırtısı”). Azərbaycan imlasında isə bunlar 
fərqləndirilmir  və  həm  danışıq  ayırtısı  (Türkiyə  türkcəsində:  konuşma  çizgisi),  həm  də 
riyaziyyatdakı çıxaq (minus) elə ayırtı kimi (– biçimində) verilir.  
 
Son dönəmlərdə qoşa dırnaq işarəsi ( “-----” ) ilə yanaşı, tək dırnaq (  '-----' ) işarəsi də 
ortaya çıxmışdır (bunda bilgisayarın etgisi az deyil). Ancaq Azərbaycan imlasında bu işarələr 
hələ tam sabitləşmədiyi üçün onlara ayrı-ayrılıqda toxunmuruq.  
 
Bəzən  ayracın  – bağlanan yay ayrac; – açılan bucaqlı ayrac və } – bağlanan bucaqlı 
ayrac  kimi  hissələri  müstəqil  durğu  işarəsi  olaraq  təqdim  edilir.  Ancaq  bunlar  əslində 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə