Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə57/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   53   54   55   56   57   58   59   60   61

 
118 
trz  kökündən),  Azərbaycanın  güneyində  və  Türkiyədə  isə  fransızparantez 
(
Türkiyədə  son  dönəmlər  parantez  yerinə  öztürkcə  ayraç  sözü  işlədilməkdədir  ki,  biz  də  bu 
sözün Azərbaycan türkcəsində ayrac kimi işlədilməsini daha doğru sayırıq.  
 
Dünya  yazı  sistemlərində  çeşidli  ayrac  biçimləri  işlədilsə  də,  Azərbaycan  yazısında 
onlardan üçü daha geniş yayılmışdır: yay ayrac – ( ), düz ayrac  – [ ]  bucaqlı ayrac – { }. 
 
Azərbaycan türkcəsi ədəbi dilində ayrac daha çox aşağıdakı durumlarda işlədilir: 
 
1.  Söz  və  ya  cümləyə  artırılan  əlavə  bilgiləri,  açıqlamaları,  dəqiqləşdirmələri... 
göstərdikdə;  örn.:  Dünyada  tapılan  yeddi  ən  əski  insan  sümüyündən  biri  (Azıxantrop 
insanının çənə sümüyü) Azərbaycanda tapılmışdır (Ə.Elçibəy); Millətimizin ən böyük tarixi 
faciəsi  onun  iki  (əslində  bir  neçə)  yerə  parçalanmasıdır  (Ə.Elçibəy);  Mən  əminəm  ki, 
xalqımız  bir  gün  bu  meydanda  (Azadlıq  meydanı)  Azərbaycanın  güneyi  ilə  birləşmək  üçün 
yığışacaq (Ə.Elçibəy) vb. 
 
2. Alıntıların qaynağı (müəllifin kimliyi, əsərin adı, çap yeri, çap ili vb.) göstərildikdə; 
örn.: Dahi İsmayıl bəy Qaspıralının (1851-1914) zamanın sınağından çıxmış “Dildə, fikirdə, 
işdə birlik!” çağrısının dərin və ölməz mənasını bu gün biz türklər daha yaxından anlamağa 
başlamışıq (Ə.Elçibəy); ...Asya xanım Manafova “Naxçıvan” qəzetində (25 yanvar 1997-ci il) 
...deyir... (Ə.Elçibəy) vb. 
 
3.  Dram  əsərlərində  və  ssenarilərdə  surətlərin  davranışı,  danışığı  vb.  ilə  bağlı    yazarın 
sözlərini (remarka) surət dilindən fərqləndirdikdə; örn.: Teymur. Əcəba, məğrur Yıldırım nə 
düşünür?  
 
Yıldırım.  Düşünəcək  bir  şey  yox.  Əvət,  sən  qalibsən.  Lakin  bu  qələbə  türk  əqvamını 
deyil,  yalnız  fürsət  bəkləyən  qonşu  hökumətləri  məmnun  etdi.  (Acı  bir  köks  keçirdikdən 
sonra, çox mütəəssir və şiddətli) Ah, daha doğrusu İslam aləmini başsız qoydu.  
 
Teymur (iki-üç addım axsayaraq Yıldırıma doğru yürür, məğrur və gur bir səslə) Heç 
maraq etmə, Xaqanım! Sən kor bir abdal, mən də dəli bir topal! Əgər dünyanın zərrə qədər 
dəyəri  olsaydı,  yığın-yığın  insanlara,  ucu-bucağı  yox  məmləkətlərə...  sənin  kimi  bir  kor, 
mənim kimi bir topal müsəllət olmazdı (Hüseyn Cavid. “Topal Teymur”) 
   
4.  Sözün  daha  dəqiq  anlaşılması,  yaxud  özgün  ilk  biçiminə  uyğun  olmasının 
göstərilməsi üçün onun qarşılığı, tərcüməsi, variantı, sinonimi, geniş yayılıb bilinən biçimi vb. 
verildikdə;  örn.:  O  zaman  dövlətin  başında  türk  İştimenqü  (yunanca:  Astiaq)  dururdu 
(Ə.Elçibəy);  O,
36 
sufi  sözünün  türk  sözü  olduğunu  göstərir  (Əs-Sufi  ismun  turkiyyun) 
(Ə.Elçibəy); ...Sultan Səlahəddindən sormuşlar: 
 
– Deyirlər ki, Siz kürdsünüz. Bu doğrudurmu? 


 
119 
 
Sultan: 
 
–  Xeyir!  Biz  Azərbaycandanıq.  Əmim  Şirkuh  deyirdi  ki,  biz  əz-Zib  (ərəbcə:  qurd) 
tayfasındanıq (Ə.Elçibəy); ...görkəmli alim İbn...”Vəfayat əl-Ayan” əsərində... yazır: “Şirkuh 
demişdir ki, bizim nəsəbimiz (soy kökümüz) Gök Böridir! (Göy Qurd) (Ə.Elçibəy) vb.  
 
5. Yabançı özəl adların özgün biçimini də göstərmək gərək olduqda; örn.:  Monteskyö 
(Montesquieu);  Rişelye (Richelieu) ;  Şekspir (Shakespeare)  vb. 
 
6. Ayrac içində ayrac işlənərsə, o zaman yay ayrac düz ayracın içərisində yazılar; örn.: 
Azərbaycanın  milli  qəhrəmanı  Babək  Xürrəmi    [Cəfər  Cabbarlının  “Od  gəlini”  (1928  ) 
əsərində Elxan Biləgənliçağdaş Azərbaycan gəncliyi içərisində çox sevilməkdədir vb. 
 
7. Alıntıda verilən sözün, fikrin doğru olmadığını gözə çarpdırmaq, deyilənə bir  qədər 
də istehza və lağ ilə yanaşmaq anlamında ayracdan yararlanılır və ayrac içərisində həm sözlə, 
həm  də  soru  işarəsi  ilə  münasibət  bildirilir;  örn.:    ...Asya  xanım  Manafova  “Naxçıvan” 
qəzetində  (25  yanvar  1997-ci  il)  ...deyir:  “Sizin  diqqətinizi  bir  fakta  (fakta  ha  –  Ә.E.)  cəlb 
etmək  istərdim.  Azərbaycanın  eks-prezidenti  Əbülfəz  Elçibəy  oğluna  vəsiyyətində  türk  xalqı 
müstəsna olmaqla qalan bütün xalqların bizə (?) düşmən olduğunu qeyd edir” (Ə.Elçibəy); 
 
9. Ayırtı [ – ]  
 
Ayırtı  (tire)
37
  vergüldən  daha  güclü  bir  dayanıb-durmanın,  ara  vermənin  yazıdakı 
bəlirtisi olan durğu işarəsidir. Adətən, ayırtı bəlli bir cümlə üzvünü, yaxud cümlənin müəyyən 
tərkib hissəsini, yaxud da mətndə bir danışığı vb. o birilərdən ayırmaq, fərqləndirmək amacı 
ilə işlənir. 
 
 
Azərbaycan türkcəsi ədəbi dilində ayırtının işləndiyi durumlardan bəzilərini göstərək:  
 
1.  Təyini  çıxmaqla  cümlə  üzvlərindən  (mübtəda,  xəbər,  tamamlıq,  zərflik)  hər  birini 
aydınlaşdırmaq,  dəqiqləşdirmək  üçün  işlənən  əlavələrlə  artırıldıqları  üzvlər  arasında  ayırtı 
qoyulur;  örn.:  Azərbaycanlıların    Azərbaycan  ərazisində  yaşayan  əhalinin  yüzdə  səksəni 
türkdür  (Ə.Elçibəy);  Elm  tərəfindən  qəbul  edilmiş  adi  bir  həqiqətdir  ki,  farslar  bizə  – 
Azərbaycan  türklərinə  məxsus  bu  ərazilərə  miladdan  öncə  VIII  yüzildə  gəlmiş  və  güneydə   
indiki  Fars  əyalətində  yerləşmiş,  yerli  əhali  ilə  qaynayıb  qarışaraq  300  il  sonra  hakimiyyəti 
ələ keçirmişlər  (Ə.Elçibəy); Fars və rus şovinizmi isə Azərbaycan kimi yağlı bir tikəni  onun 
neftini, pambığını, taxılını...itirmək istəmir (Ə.Elçibəy) vb. 
 
2. Ümumiləşdirici söz sadalanan üzvlərdən sonra gələrsə, ondan öncə bir qayda olaraq 
ayırtı qoyulur; ümumiləşdirici söz sadalanan üzvlərdən qabaq gələrsə, ondan sonra ayırtı da 
qoyula bilər, qoşa nöqtə də; örn.: Almaniyanın parçalanmasında dünyanın ən böyük dövlətləri 
  Amerika,  İngiltərə,  Fransa  və  Rusiya  birbaşa  iştirakçı  idilər,  lakin  zamanı  gəldikdə  siz 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə