Sərbəst iş Kafedra: Azərbaycan dili və Ədəbiyyat Fənn: Dünya ədəbiyyatı 3



Yüklə 32,34 Kb.
tarix30.12.2023
ölçüsü32,34 Kb.
#164127
aytacdünya


Azərbaycan Respublikası Təhsil Nazirliyi
A
zərbaycan Universiteti

Sərbəst iş
Kafedra:Azərbaycan dili və Ədəbiyyat
Fənn: Dünya ədəbiyyatı - 3
İxtisas: Filologiya (Azərbaycan dili və Ədəbiyyat)
Qrup: 212205
Kurs: 3
Mövzu: A.S.Eqzüperinin- “Balaca şahzadə” əsəri
Müəllim: Əliyeva Ülviyyə
Tələbə: Hüseynova Aytac

Bakı: 2023

Antuan de Sent-Ekzüperi (1900-1944) Lionda, sığorta məmuru Jan-Mark Sent-Ekzüperinin ailəsində dünyaya göz açıb. Antuan ailədə beş uşaqdan üçüncüsü idi. Dörd yaşın tamamında atası beynə qan sızmadan dünyadan köçür.


1908-ci ildə Lionda Müqəddəs Varfolomey xristian qardaşlarının məktəbinə daxil olur, sonra qardaşı Fransua ilə birlikdə Mansda Sent-Krua kollecində təhsilini davam etdirir, burada 1914-cü ilə qədər oxuyur. Daha sonra Friburda təhsil alır. 1919-cu ildə gözəl sənətlər və memarlıq akademiyasında dinləyici olur.
1921-ci il taleyində dönüş nöqtəsi sayıla bilər, bu zaman o, Fransada ordu sıralarına çağırılır. Antuan Strasburqda 2-ci qırıcı aviasiya polkuna yazılır. Əvvəlcə onu işçi qrupuna təyin edirlər, daha sonra, nəhayət o, mülki təyyarəçi olmaq üçün imtahan verir.
Alman faşistlərinə qarşı döyüşlərdə iştirak edir, hərbi şücaətlər göstərir. Mexanik kimi çox sayda ixtiraların müəllifidir.
Olduqca sürətli həyat tərzi keçirdən yazıçı, İkinci dünya müharibəsində Korsikadan havaya qalxmış və bir daha da geri dönməmişdir.
İkinci Dünya Müharibəsində Marsel (Fransa) yaxınlığında Ezüperinin təyyarəsi vurulur və dənizə düşür. Təyyarənin qalıqları bir də 2000-ci ildə tapılır. Onun təyyarəsini vuran alman pilot 2009-cu ildə Ekzüperinin təyyarəsini vurduğunu etiraf edir və deyir ki, əgər pilotun kim olduğunu bilsəydim atəş açmazdım. Gördüyümüz kimi yazıçının ölümü də həyatı kimi çox sürətli və müəmmalı olmuşdur.
Yəqin ki, dünyada elə bir adam tapılmaz ki, fransız yazıçısı Antuan de Sent-Ekzüperinin qəhrəmanı Balaca şahzadəni tanımamış olsun. Bu ibrətamiz nağıl, yazıçının uşaqlıq xatirələri və yaşadıqlarını əlavə elədiyi avtobioqrafik pritça fransız dilindən ən çox çevrilən və oxunan kitab hesab olunur.
Balaca şahzadə alleqorik hekayədir. İlk dəfə 6 aprel 1943-cü ildə Nyu-Yorkda çap olunub. Kitabda şəkilləri Ekzüperi özü çəkib.
Dünyanın ən çox satılan və oxunan kitablarından biri olan “Balaca şahzadə” romanı uzaq bir planetdən gələn kiçik şahzadənin gözü ilə böyüklərin dünyasına baxır. İnsanların hamısı nə zamansa uşaq olublar, lakin indi onların heç biri o günləri xatırlamır. Balaca şahzadə isə oxucuları, bəşəriyyəti II Dünya Müharibəsinin baş verdiyi illərdə uşaqlıq dünyasına aparır. Ona görə də bu roman uşaqlar üçün olduğu qədər həm də böyüklər də üçündür.
“Balaca şahzadə” insanlara həyatın mənasını, onlar arasında baş verən faciə və bədbəxtlikləri təlqin edir.
Ekzüperi hekayəsinin elə ilk səhifəsində əsərinin əsas ideyalarından birini ön plana çəkir: dostluq. Onun fikrincə, dostluq bu dünyadakı yadlaşma və digər qüsurların buzunun qırılmasında böyük rol oynayır.
Kitabda Balaca Şahzadənin gözü ilə böyüklərin, yetkin insanların həyatı, düşüncələri, həyat fəlsəfələri, sevgi mövzularına toxunulur. Kitabda qarşılaşılan personajlara uyğun olaraq oxuyucuya dərin mənası olan fəlsəfi mesajlar verilir.
Böyüklər də uşaqların həyatında inanılmaz dərəcədə mühüm rol oynayır. Bunu bir cümlə ilə ifadə edim: axı uşaqlar həyat haqqında ilkin məlumatları böyüklərdən alırlar.
Balaca Şahzadə kitabı 27 bölümdən ibarətdir. Hər bölümdə bizə çatdırılan hadisələr, düşüncələr, əlaqələr kitabın “dostluq vasitəsi ilə məğlub edilən yalnızlıq” əsas mövzusunu müxtəlif tərəflərdən tamamlayır. Sevgi, dostluq və xoşbəxtliklə bərabər içinə qapanmaq və yalnızlıq.
Balaca Şahzadənin planetini tərk edib 6 planetə səyahət etməsi zamanı qarşısına çıxanlar, böyüklərin həyatını tərənnüm və tənqid edir. Hər planetdə bir nəfər yaşayır ki, yazıçı burada bizə tipik böyüklərin yaşamlarının necə monoton olduğunu və nə istədiklərini bilmədiklərini çatdırmaq istəyir. Balaca Şahzadə onların nə işlə məşğul olduqlarını öyrənmək üçün onlara suallar verir, cavablar alır və öz fikirlərini bildirir. Amma hamısında görünən ortaq xüsusiyyət var: özünə qapanmışlıq və yalnızlıq. Yəni Balaca Şahzadənin rastlaşdığı insan tipləri real həyatda tez-tez rastlaşdığımız tipləri simvolizə edir.
Planetlərin birində kral xeyirxah olsa da, hər şeyin məhz onun əmrinə görə icra edilməsini istəyir. Günlərin birində onun qarşısına bir sərxoş insan çıxır. İçdiyinə, eyş-işrətlə məşğul olduğuna görə bu adam utanır. Ancaq utanc hissini unutmaq üçün içməkdə davam edir. Biznesmenlə rastlaşarkən şahzadə birə-on təəccüblənir, bu adam gecəli-gündüzlü payına düşən “ulduzları” və ya fənərləri saymaqla məşğuldur, hər dəqiqə fənəri yandırıb-söndürür və yuxu yatmağa bircə dəqiqə vaxtı da qalmır. Şahzadənin rastına çıxan coğrafiyaçı alim onu daha çox təəccübləndirir, bu adam səyyahların dediklərinə qulaq asıb qalın-qalın kitablar yazır, ancaq öz planetində nələrin olduğundan xəbərsizdir.
Balaca şahzadə bu planetlərdə insanı məlum çərçivədən çıxaran bütün qüsurları böyüdülmüş fokusda görür və müşahidə edir: hakimiyyət ehtirası, lazımsız qürur, sərxoşluq, yalançı alimlik. Məhz bu məqamda balaca şahzadə insan mühakiməsinin doğruluğuna şübhələnir.
Səyahət müddətində biz şöhrətpərəstlik, depressiya və bəzi insanların həyatlarının absurdluğuna aid işarələr alırıq.
Balaca şahzadə əvvəldə insanları axtarırdı, sonra ona belə bir şey məlum oldu ki, insanların olmaması yaxşı deyilsə də, insanlarla da pisdir.
Balaca şahzadənin ən son gəldiyi və ən uzun müddətli qaldığı planet Yer planetidir. Burada o, öz planetində tərk etdiyi gülü üçün darıxır və bu da yalnızlığın pik nöqtəsidir. Sahib olduqlarımıza zamanında dəyər verməyimiz üçün düşündürücü digər bir məqamdır.
Əsərin səhifələrində balaca şahzadə planetləri gəzib-dolaşır, müxtəlif insanlarla tanış olur. Müəllifin təhkiyəsində təqdim edilən fantastik dünyalar bir-birindən fərqlənir. Bu planetləri müxtəlif xarakterli insanlar idarə edir. Bu yaşlı insanlar onda qəribə təəssüratlar oyadır.
Bütün bunlar süjetin yalnız zahiri tərəfidir. Süjetin daxili qatında başqa mətləblər yatır. Əsərin bütün fəlsəfəsi məhz buradadır. Üst qatda xəfifcə hiss edilən ironiya dərin qatlarda fəlsəfi mənaların açımına gətirib çıxarır. Məsələ belədir ki, alman idealist filosofları belə bir tezislə çıxış edirdilər ki, insan Allaha bərabərdir, insan elə Yaradanın özü kimi ideya yarada və onu həyata keçirə bilər. Ancaq insan mənəvi ipostasları unudaraq yalnız maddi olan şeylər uğrunda yaşamağa başlayır. Dünyada şər o zaman kök atmağa başlayır ki, insan Allaha tən olduğunu unudur. Yalnız uşaq ürəyi, həm də həqiqi sənətkarın qəlbi merkantil maraqlardan uzaqdır və şərə qulluq etmir. Məhz bu səbəbdən romantiklərin yaradıcılığında uşaqlıq kultu qabarıq nəzərə çarpır. Buna görə də əsərdə varlıq fəlsəfəsi bir müddəa kimi qoyulur – real varlıq keçicidir, ideal mövcudluq əbədi. İnsan ömrünün mənası ideal olana maksimum yaxınlaşmaqdadır. Balaca şahzadə əlində əsa, ayağında çarıq bütün dünyanı gəzib-dolaşaraq həyatın gizli mənalarını axtaran bir obrazdır.
Ümumiyyətlə əsərin kuliminasiya nöqtəsi Balaca Şahzadənin minlərlə gül sahəsini gördüyü anda, insanların monoton və darıxdırıcı, çox şeydən məhrum olmuş həyatlarını və həyata aid bir çox məqamı, öz fəlsəfi anlatım tərziylə bizlərə və balaca şahzadəyə çatdıran tülkünün gəlməsi təşkil edir. Bu məqamda biz Eqzüperinin bizə çatdırmaq istədiklərini, psixologiyanı istifadə edərək necə ustalıqla çatdırdığını görürük.
Bütün bu planetləri gəzməkdə Balaca Şahzadənin məqsədi öz çiçəyinə daha yaxşı necə davrana, qulluq edə biləcəyini öyrənməkdir. Hamısından çox məyus olaraq ayrılır. Kitabın sonlarına doğru pilot təyyarəsini təmir edir və ölkəsinə qayıdır, Balaca Şahzadə də öz planetinə.
“Balaca şahzadə”nin sətirlərinə bütün insanlığın müdrikliyi cəmlənib. Məsələn, tülkünün şahzadəyə dediyi sözlər: “...yalnız ürəklə yaxşı görmək olur. Ən əsas şeyləri gözlə görmək olmur...”. Qızılı saçlı şahzadə quzuya rəsmini çəkdiyi qutunun deşiyindən baxır. Bax, elə buna görə də o, insan sözlərinin və əməllərinin dərindən dərin mənasını anlaya bilirdi. Bəsirət gözü uşaqlarda olur!
Yazıçı hər şeydən əvvəl uşaqlıq dövrünü mükəmməl tanıyır. Öz uşaqlığını yaşamaq üçün darıxır və həmin illərə heç bir əngəl olmadan qayıda bilir. Balaca şahzadə bu üç xüsusiyyətin yazıçının bədii ifadə istedadı ilə birləşməsinin məhsuludur.
Əsərin “İthaf” hissəsində belə bir məqam var: “ Léon Werth-ə. Bütün uşaqlardan bu kitabı bir yetkin insana həsr etdiyim üçün üzr istəyirəm. Bunun üçün çox yaxşı üzrxahlığım var; bu yetkin insan mənim yer üzündə ən yaxın dostumdur. Mənim bir üzrxahlığım daha var; həmin yetkin insan hər şeyi başa düşür, hətta uşaq kitablarını da. Mənim hətta üçüncü bir üzrxahlığım da var; o, acından ölməyə və donmağa məhkum olduğu Fransada yaşayır. Onun təsəlliyə çox ehtiyacı var. Əgər bütün bu üzrxahlıqlar kifayət etmirsə, onda bu kitabı həmin yetkin insanın keçmişdəki uşaqlığına ithaf edirəm. Bütün böyüklər bir zamanlar uşaq olub, lakin bunu xatırlayanlar azdır. Deməli, ithafımı düzəldirəm:
Uşaq vaxtlarındakı Léon Werth-ə”.
Saint-Exupéry-nin təyyarəsi 1944-cü ilin iyul ayında Aralıq dənizi üzərində yoxa çıxdıqdan bir ay sonra Werth radio vasitəsi ilə bundan xəbər tutur. Daha əvvəl “Balaca şəhzadə” haqqında məlumatı olmayan tənqidçi, bir il əvvəl Birləşmiş Ştatlarda nəşr olunan kitabın ona həsr olunduğunu həmin ilin noyabr ayında öyrənir.
II Dünya müharibəsi bitdiyi zaman Léon Werth — „Toniosuz (Saint-Exupéry) sülh, tam olaraq sülh deyil.” — sözləri ilə qədim dostunu yad edir.
“İnsanların artıq nəyisə tanımağa vaxtı yoxdur. Onlar artıq hər şeyi mağazadan hazır alırlar. Lakin dost almaq üçün heç bir dükan yoxdur. Ona görə də, insanların artıq dostları yoxdur.”
Balaca şahzadə, böyüklər üçün yazılmış nağıl olmaqla, həyatda ən yaxşı şeylərin hələ də ən sadə olanlar və həqiqi sərvətin başqaları ilə bölüşmək olduğunu incə və ciddi şəkildə xatırladır.
“Gözlər kordur, qəlbinlə baxmalısan. İnsan yalnız qəlbi ilə aydın görə bilər; əsl olan gözə görünməzdir.”
Əsər çox kiçik olsa, uşaq hekayəsi kimi görünməsə də, əslində dərin və fəlsəfi məna daşımaqdadır. Eyni zamanda “hər uğurlu kişinin arxasında bir qadın var” fikri burada da özünü təsdiq edir. Belə ki, Ekzüperiyə bütün dünyada məşhurluq gətirən bu əsərini yazmağa da həyat yoldaşı Kansuela ilham mənbəyi olub.
“İncil”dən sonra ən çox dilə tərcümə olunan kitab hesab olunur. Əsər audio yazılar, radio tamaşalar, teatr tamaşaları, film, televiziya, opera, balet kimi bir çox müxtəlif incəsənət və media növlərinə adaptasiya olunmuşdur.
Bundan başqa, Fransa və Kanadada olmaqla 2 məktəb, Braziliyada bir prospekt (“Avenida Pequeno Príncipe” — portuqalca, balaca şahzadə xiyabanı, yazıçının hava poçtunda işlədiyi müddətdə oradan keçməsi milli şənlik halını almışdı), İsraildə bir oyun parkı, nəhayət, kiçik asteroid ay “Balaca şahzadə”nin adını daşıyır.
“Balaca Şahzadə” 180 dil və dialektlərə tərcümə olunub. Çində 30-dan və Koreyada 60-dan çox dillərdə nəşrlər var. Azərbaycan dilinə ilk dəfə 1987-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən Ceyms Fenimor Kuperin əsərləri ilə birgə çap olunmuşdu.
2001-ci ildə “Əbilov, Zeynalov və oğulları” nəşriyyatı tərəfindən Əziz Gözəlov və Yaqut Qurbanovanın tərcüməsi, 2008-ci ildə isə Fransanın Azərbaycandaki səfirliyinin köməyi ilə yenidən çap olundu.
2016-cı ildə Cavanşir Yusifli tərəfindən yenidən Azərbaycan dilinə tərcümə edilmiş, Parlaq İmzalar nəşriyyatı tərəfindən Bakıda nəşr olunmuşdur.

ƏDƏBİYYAT

  1. Antoine de Saint-Exupéry (Wikipedia)

  2. The Little Prince (Wikipedia)

  3. Küçük Prens-Antoine de Saint Exupery

  4. Küçük Prens Hakkında Pek Bilinmeyen 10 Şey

Yüklə 32,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə