ˆ Azərbaycan dövləti xalqımızın və bəşəriyyətin tarixindəki bütün unudulmaz hadisələrə daim hörmət və ehtiramla yanaşmaq ənənəsini davam etdirir. Ötən əsrin



Yüklə 50,79 Kb.

tarix12.03.2018
ölçüsü50,79 Kb.


 

ˆ

Azərbaycan dövləti xalqımızın və bəşəriyyətin 



tarixindəki bütün unudulmaz hadisələrə daim hörmət və 

ehtiramla yanaşmaq ənənəsini davam etdirir. Ötən əsrin 

30-cu illərindən etibarən Avropanın və bütün dünyanın 

başı üzərində ölüm saçan, qan-qada gətirən qara buludlar 

kimi əsən faşizm üzərində 9 may 1945-ci il tarixli 

qələbənin bütün ildönümlərinin qeyd edilməsi də məhz 

həmin ənənənin tərkib hissəsidir. 

Təsadüfi deyil ki, Azərbaycan 

Prezidenti İlham Əliyev bu 

möhtəşəm Qələbənin qazanılma-

sında xidmətləri olmuş insanlara 

qayğı göstərilməsi üçün daim xüsusi 

sərəncamlar imzalayır. Dövlət başçı-

mızın bu il aprelin 24-də imzaladığı 

“1941-1945-ci illər İkinci dünya 

müharibəsi iştirakçılarına, həlak 

olmuş və ya sonralar vəfat etmiş 

döyüşçülərin dul arvadlarına, arxa 

cəbhədə fədakar əməyinə görə orden 

və medallarla təltif edilmiş şəxslərə 

birdəfəlik maddi yardım verilməsi 

haqqında” sərəncamı da məhz 

müharibə veteranlarına və onlara tay 

tutulan şəxslərə göstərilən dövlət 

qayğısının tərkib hissələrindəndir.

Sənəddə deyilir: Azərbaycan 

Respublikası Konstitusiyasının 109-cu 

maddəsinin 32-ci bəndini rəhbər tu-

taraq, 1941-1945-ci illər İkinci dün-

ya müharibəsində Qələbənin 72-ci 

ildönümü ilə əlaqədar qərara alıram: 

“1941-1945-ci illər İkinci dünya 

müharibəsi iştirakçılarına 1000,0 

(min) manat məbləğində, İkinci dün-

ya müharibəsində həlak olmuş və 

ya sonralar vəfat etmiş döyüşçülərin 

dul arvadlarına, həmin dövrdə arxa 

cəbhədə fədakar əməyinə görə orden 

və medallarla təltif edilmiş şəxslərə, 

İkinci dünya müharibəsi illərində 

döyüş cəbhələrinin arxa hüdudla-

rı, yaxud döyüşən donanmaların 

əməliyyat zonaları daxilində ordu-

nun və donanmanın mənafeyi üçün 

tapşırıqları yerinə yetirmiş xüsusi 

birləşmələrin işçilərinə, İkinci dünya 

müharibəsi dövründə Leninqrad 

şəhərinin müdafiəsinə görə müvafiq 

medal və döş nişanı ilə təltif edilmiş 

şəxslərə, habelə Leninqrad şəhərinin 

mühasirəsi iştirakçılarına 500 (beş 

yüz) manat məbləğində birdəfəlik 

maddi yardım verilsin”.

Əmək və Əhalinin Sosial 

Müdafiəsi Nazirliyinin rəsmi say-

tında qeyd edilir ki, dövlət başçı-

sının sərəncamı, ümumilikdə, 13 

min 312 nəfər şəxsə şamil olunub. 

Onlardan 1941-1945-ci illər İkinci 

dünya müharibəsi iştirakçıları 

olan 763 nəfərin hər birinə 1000 

(min) manat məbləğində birdəfəlik 

maddi yardım ödənilib. Qalan 12 

min 549 nəfər isə İkinci dünya 

müharibəsində həlak olmuş və ya 

sonralar vəfat etmiş döyüşçülərin 

dul arvadları, həmin dövrdə arxa 

cəbhədə fədakar əməyinə görə orden 

və medallarla təltif edilmiş şəxslər, 

İkinci dünya müharibəsi illərində 

döyüş cəbhələrinin arxa hüdudla-

rı, yaxud döyüşən donanmaların 

əməliyyat zonaları daxilində ordu-

nun və donanmanın mənafeyi üçün 

tapşırıqları yerinə yetirmiş xüsusi 

birləşmələrin işçiləri, İkinci dünya 

müharibəsi dövründə Leninqrad 

şəhərinin müdafiəsinə görə müvafiq 

medal və döş nişanı ilə təltif edilmiş 

şəxslər, habelə Leninqrad şəhərinin 

mühasirəsi iştirakçılarıdır. Həmin 

vətəndaşların hər birinə isə 500 (beş 

yüz) manat məbləğində birdəfəlik 

maddi yardım verilib. 

Xüsusilə qeyd edilməli daha 

iki fakt vardır. Birinci, sərəncamda 

nəzərdə tutulan şəxslərə birdəfəlik 

maddi yardımlar avtomatlaşdırıl-

mış qaydada onların pensiya üzrə 

plastik kart hesablarına köçürü-

lüb. İkinci fakt isə ondan ibarətdir 

ki, Azərbaycanda İkinci dünya 

müharibəsi iştirakçılarına verilən 

birdəfəlik maddi yardımın məbləği 

MDB-yə üzv ölkələrdə həmin 

insanlara ödənilən müvafiq yardım 

məbləğlərindən ən yüksəyidir.

O ki qaldı xalqımızın qəhrəman 

övladlarının faşizm üzərindəki 

Qələbənin qazanılmasındakı 

roluna, qətiyyətlə deyə bilərik ki, 

Azərbaycan faşizm üzərində tarixi 

Qələbəyə sanballı töhfələr vermiş-

dir. Bu şanlı Qələbədə böyük payı 

olan Azərbaycan xalqı cəbhəyə 680 

min oğul və qızını yola salmış, onla-

rın təxminən yarısı döyüş meydan-

larından geri qayıtmamışdır. Həmin 

müharibə zamanı göstərdikləri 

igidliyə görə 130-dan çox 

Azərbaycan vətəndaşı Sovet İttifaqı 

Qəhrəmanı adına layiq görülmüş, 

170 mindən çox əsgər və zabitimiz 

isə müxtəlif orden və medallarla 

təltif edilmişdir. Azərbaycanlılardan 

formalaşdırılan 77-ci, 223-cü, 

336-cı, 402-ci və 416-cı milli 

atıcı diviziyaları şanlı döyüş yolu 

keçmişdir. Xalqımızın qəhrəman 

övladları Moskva, Leninqrad

Kiyev, Stalinqrad, Simferopol, 

Odessa və irili-xırdalı yüzlərlə digər 

yaşayış məntəqəsi uğrunda rəşadətlə 

döyüşmüşlər. Həmyerlilərimiz Pol-

şa, Çexoslovakiya, Yuqoslaviya və 

digər ölkələrin azad olunmasında da 

yaxından iştirak etmişlər. 

Təsadüfi deyil ki, İkinci dünya 

müharibəsində qəhrəmanlıq və 

şücaət göstərmiş azərbaycanl 

əsgər və zabitlərin keçdiyi hərb 

yolu   Avropanın bütün ölkələrində 

hörmət və ehtiramla anılır. Çün-

ki həmin ölkələrdə davam edən 

partizan hərəkatlarında iştirak 

edən soydaşlarımız saysız-he-

sabsız qəhrəmanlıq nümunələri 

göstərmişlər. Ona görə də şərəfli 

döyüş yolu keçən Azərbaycan 

övladlarının qəhrəmanlıq və şücaəti 

heç vaxt yaddaşlardan silinmir, 

gənc nəsil üçün əsl vətənpərvərlik 

nümunəsidir.

Adıçəkilən müharibə haqqında 

hazırlanmış ensiklopediya materi-

allarında göstərilir ki, Azərbaycan 

xalqı faşizmə qarşı müharibədə 

döyüş meydanları ilə yanaşı, arxa 

cəbhədə də əsl şücaət və əzmkarlıq 

göstərmişdir. Belə ki, Qələbənin 

qazanılmasında Bakı nefti əvəzsiz 

rol oynamışdır. 1941-1945-ci illər 

müharibəsi zamanı Sovet İttifaqının 

sərf etdiyi neftin 70 faizindən çoxu

benzinin 80 faizi, motor yağlarının 

isə 90 faizi Azərbaycanda istehsal 

olunmuşdu. 

Böyük Qələbənin qazanılmasın-

da Azərbaycan qadınının da kifayət 

qədər rolu olmuşdur. Çünki həmin 

illərdə iqtisadiyyatı başdan-başa 

müharibə dövrünün tələblərinə 

uyğun qurulmuş respublikamızda 

orduya səfərbər edilmiş işçilərin 

əvəzinə qadınlar və yeniyetmələr 

cəlb olunmuşdular. Müharibənin ilk 

ilində neft sənayesində işləməyə 11 

min qadın gəlmişdi. Gənclərdən ix-

tisaslı kadrlar hazırlanması üzrə bö-

yük işlər görülürdü. Müəssisələrdə 

və kolxozlarda işləyənlərin 

təxminən 70 faizi qadınlar idi.

Çox təəssüf ki, Azərbaycan 

öz dövlət müstəqillini bərpa 

edəndən sonra ölkəmizə 

rəhbərlik edən siyasət naşıları 

9 May – Qələbə Gününün ölkə 

miqyasında qeyd olunmasını 

qadağan etmişdilər. Məhz ulu 

öndər Heydər Əliyevin siyasi 

hakimiyyətə qayıdışından sonra 

İkinci dünya müharibəsi iştirak-

çılarının mənəvi haqları özlərinə 

qaytarılmışdır və 1994-cü ildən 

başlayaraq Azərbaycanda Qələbə 

Günü qeyd olunur. Ölkəmizdə 

müharibə veteranlarına qayğının 

və onların sosial müdafiəsinin 

gücləndirilməsi dövlət siyasətinin 

əsas istiqamətlərindən biridir.

Sevindirici haldır ki, 

Azərbaycanın daha da 

qüdrətləndirilməsi üçün Heydər 

Əliyev siyasətinin bütün 

incəliklərindən məharətlə və 

yaradıcılıqla istifadə edən Pre-

zident İlham Əliyev də İkinci 

dünya müharibəsinin ağır və çətin 

sınaqlarından keçmiş veteranların 

qayğılarına həssaslıqla yanaşır. Bu 

həssaslıq barədə yuxarıda söz açdıq. 

Əlavə edilməli məqam isə ondan 

ibarətdir ki, 1941-1945-ci illər Bö-

yük Vətən müharibəsi əlillərinin və 

onlara bərabər tutulan şəxslərin xü-

susi avtonəqliyyatla təmin edilməsi 

barədə Prezident İlham Əliyevin 

imzaladığı müvafiq sərəncamlar 

Azərbaycanın dövlət siyasətinin 

insan amilinə söykənməsi və huma-

nist mahiyyət kəsb etməsinin bariz 

nümunəsidir.

Bəli, müharibə illərində bütün 

azərbaycanlılar faşizm üzərində 

Qələbənin yaxınlaşdırılmasına öz 

töhfələrini verirdilər. Hamı bilirdi 

ki, Hitler Almaniyasının planlarında 

Azərbaycanı da işğal etmək var idi. 

Fürer hətta Bakının sənaye və hərbi 

əhəmiyyətli obyektlərinin dəqiq 

xəritəsini hazırlamaq barədə tapşırıq 

da vermişdi. Tarixi mənbələrdə 

göstərilir ki, Qafqaza hücum planın-

da Bakının tutulmasının dəqiq vaxtı 

belə göstərilmişdi.

Dəfələrlə qeyd etdiyimiz 

kimi, həmin əsrin son onilliyində 

daha bir faşist, Hitlerdən də betər 

qaniçənlik etmiş Serj Sarkisyan da 

Azərbaycanın Xocalı əhalisini qır-

mış, şəhəri xarabazara çevirmişdir. 

Amma yaxşı ki, tarix təkrar olunur. 

Məhz o təkrar nəticəsində biz 1945-

ci il mayın 9-dakı Qələbənin sevin-

cini Sarkisyanın burnunu sındıraraq 

Xankəndiyə, Şuşaya Azərbaycan 

bayrağını sancanda da yaşaya-

cağıq... Ötən ilin aprel döyüşləri 

göstərdi ki, həmin gün uzaqda deyil. 

İttifaq MİRZƏBƏYLİ,  

“Xalq qəzeti” 

9 May – Faşizm üzərində Qələbə Günüdür 

Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya 

və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün 

Azərbaycan xalqı bilməlidir ki, İkinci dünya müharibəsinin 

veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara 

qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini 

həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər 

bir Azərbaycan vətəndaşının borcudur.

Heydər ƏLİYEV 

Ümummilli lider

Azərbaycan xalqı faşizmə qarşı 

müharibədə əsl fədakarlıq göstərmişdir

İkinci dünya müharibəsi iştirakçıları etibarlı 

sosial müdafiə sistemi ilə əhatə olunublar

 

ˆ

1941-1945-ci illərdə İkinci dünya müharibəsində 



alman faşizmi üzərində Qələbənin əldə olunmasında yaxından 

iştirak edərək, müstəsna xidmətləri ilə seçilən Azərbaycan bu 

gün, eyni zamanda, bu müharibənin iştirakçılarının etibarlı 

sosial müdafiəsinin təmin olunması istiqamətində fəal dövlət 

siyasətinə malikdir. 

Ölkəmiz dövlət müstəqilliyini 

bərpa etdikdən sonra ilk vaxtlar-

da bu təbəqədən olan insanlara 

biganə münasibət özünü göstərsə 

də, ümummilli lider Heydər 

Əliyevin 1993-cü ildə xalqımızın 

iradəsi ilə yenidən respublikaya 

qayıdışından sonra bu ədalətsiz 

yanaşmaya son qoyulub. İkinci 

dünya müharibəsi iştirakçılarını 

cəmiyyətimizin ən hörmətli insan-

ları kimi dəyərləndirən ulu öndər 

9 May – Qələbə Gününün yenidən 

dövlət bayramları sırasına daxil 

edilməsini, həmin müharibənin 

iştirakçılarının sosial müdafiəsi 

sahəsində mühüm addımların 

atılmasını təmin edib.

2003-cü ildən etibarən 

Azərbaycan Prezidenti tərəfindən 

bu siyasət uğurla davam etdirilir. 

Dövlət başçısının müvafiq fərmanı 

ilə 2008-ci il sentyabrın 1-dən 

müharibə əlillərinə, o cümlədən 

İkinci dünya müharibəsi əlillərinə 

Azərbaycan Respublikası Prezi-

dentinin aylıq təqaüdünün təyin 

olunaraq ödənilməsinə başlanı-

lıb. Ötən dövrdə bu təqaüdlərin 

məbləği orta hesabla 2 dəfədən 

çox artırılaraq, I qrup əlillər üçün 

165 manata, II qrup əlillər üçün 

143 manata, III qrup əlillər üçün 

110 manata çatdırılıb. Müharibə 

iştirakçılarından hazırda 431 

nəfəri müharibə əlili kimi, 332 

nəfəri isə müharibə iştirakçısı 

kimi Prezident təqaüdü alır. 

Həmçinin  dünya müharibəsi 

iştirakçıları, həmin dövrdə 

Leninqrad şəhərinin mühasirəsi 

zamanı şəhərin müəssisələrində, 

idarə və təşkilatlarında işləmiş və 

“Leninqradın müdafiəsinə görə” 

medalı, “Leninqrad mühasirəsində 

yaşayan” döş nişanı ilə təltif edil-

miş şəxslərə də aylıq 110 manat 

məbləğində olmaqla Azərbaycan 

Prezidentinin təqaüdləri verilir. 

Bu sosial təminat növü ilə 

bərabər, İkinci dünya müharibəsi 

əlilləri və iştirakçıları əmək 

pensiyaları ilə təmin olunur-

lar və onların yaşa görə əmək 

pensiyalarının baza hissəsinin 

üzərinə qanunvericilikdə nəzərdə 

tutulmuş qaydada əlavələr də 

hesablanıb. Ötən dövrdə digər 

müharibə əlilləri ilə yanaşı, 102 

nəfər İkinci dünya müharibəsi 

əlilinin mənzillə, bu təbəqədən 

olan 1117 nəfərin minik av-

tomobili ilə təminatı həyata 

keçirilib. Həmin vətəndaşların 

dövlət hesabına bərpa-müalicə 

xidməti, sanator-kurort put-

yovkaları və s. ilə təminatı 

sahəsində də məqsədyönlü işlər 

görülür. Eyni zamanda, sosial 

xidmətlərə ehtiyac duyan 32 nəfər 

dünya müharibəsi iştirakçısına 

müraciətlərinə uyğun olaraq, 

sosial işçilər tərəfindən evlərində 

sosial xidmətlər göstərilir. 

Hər il 9 May – Qələbə Günü 

ərəfəsində Prezident İlham 

Əliyev tərəfindən İkinci dünya 

müharibəsi iştirakçılarına, həlak 

olmuş və ya sonradan vəfat etmiş 

döyüşçülərin dul arvadlarına, 

arxa cəbhədə fədakar əməyinə 

görə orden və medallarla təltif 

edilmiş şəxslərə birdəfəlik maddi 

yardımların verilməsi barədə 

sərəncamların imzalanması da 

həmin insanlara yüksək diqqət 

və qayğıdan xəbər verir. Bu il də 

qeyd olunan şəxslərə birdəfəlik 

yardım verilməsi barədə dövlət 

başçısı tərəfindən 24 aprel 2017-

ci il tarixli sərəncam imzalanıb 

və bu məqsədlə Azərbaycan 

Respublikası Prezidentinin ehti-

yat fondundan 7,2 milyon manat 

vəsait ayrılıb. 

Sərəncamın icrası olaraq, 

ümumilikdə, 13 312 nəfər şəxs 

ƏƏSMN tərəfindən birdəfəlik 

maddi yardımlarla təmin olunub. 

Onlardan 1941-1945-ci illər 

müharibəsi iştirakçıları olan 

763 nəfərin hər birinə 1000 

manat məbləğində, qalan 12 549 

nəfərin isə hər birinə 500 manat 

məbləğində birdəfəlik maddi 

yardım ödənilib. Ümumilikdə, 

Azərbaycan MDB-yə üzv ölkələr 

arasında hər il Qələbə günü 

ərəfəsində dünya müharibəsi iş-

tirakçılarına ən yüksək məbləğdə 

birdəfəlik maddi yardımın verildi-



yi ölkədir.

Zərifə BƏŞİRQIZI, 

“Xalq qəzeti”

9 may 2017-ci il, çərşənbə axşamı

12



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə