Identification



Yüklə 74,54 Kb.
tarix08.10.2017
ölçüsü74,54 Kb.
növüMühazirə


Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

PHSC 111 - Fizika -3 kredit

Departament

Elektronika, telekomunikasiya və radiomühəndislik

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Yaz, 2014

Fənni tədris edən müəllim

Fəridə Tatardar, Ph.D.

E-mail:

tatardar.farida@rambler.ru

Telefon:

(+994 12) 421-10-93 (daxili 255)

Mühazirə otağı/Cədvəl

#203, Bazar ertəsi 10:30-13:20

Çərşənbə axşamı 10:30-13:20



Cümə axşamı 13:40-15:10

Məsləhət saatları

Cümə axşamı, 15:00 – 16:30

Prerekvizitlər

Fizika

Tədris dili

Azəri

Fənnin növü (məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Ədəbiyyat

1. Qocayev Niftalı Mehralı oğlu. Ümumi fizika kursu. I cild (mexanika), II cild (molekulyar fizika), IV cild (optika). [Mətn]: [ali məktəblər üçün dərslik]. Rəyçilər. F.r.e.d., prof., Mirzəli Murquzov, prof., Bəhram Əsgərov, Prof. Eldar Məsimov. Azərb. Resp. Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti.- Bakı: Bakı Universiteti, 2011.540 s.

2.Əhmədov Faiq Abduləvvəl oğlu. Ümumi fizika kursu. Rəyçilər. F.r.e.d., prof., A.H.Kazımzadə, f.r.e.d., prof., N.M. Mehdiyev. Ali məktəblət üçün dərs vəsaiti. Bakı, 2006, 348 s.

3. B.D. Əliyev, Q.T.Həsənov. Ümumi fizika kursu. Rəyçilər. F.r.e.d., prof., E.M. Qocayev, f.r.e.d., prof., N.M. Mehdiyev. Ali məktəblət üçün dərs vəsaiti. Bakı, 2004, 660 s.

4.Əliyev Bayram Zeynal oğlu. Ümumi fizika kursu. Rəyçilər. F.r.e.d., prof., S.A. Hacıyev, f.r.e.n., dos., Q.İ. Qəribibov. Ali məktəblət üçün dərs vəsaiti. Bakı, Elm, 2010, 294 s.


Kursun vebsaytı




Tədris metodları

Mühazirə

x

Qrup müzakirəsi

x

Praktiki tapşırıqlar

x

Praktiki məsələnin təhlili

x

Digər

x

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı




30

Praktiki məsələ







Fəallıq




10

Tapşırıq və testlər




20

Kurs işi (Layihə)







Prezentasiya/Qrup müzakirə







Final imtahanı




40

Digər







Yekun




100

Kursun təsviri

Ümumi fizika kursu tələbələrin müasir hazırlıq sistemində əsasdır. O aşağı il tələbələri üçün tədris edilir və onun əsas məsələsi fundamental bilik bazasının yaradılmasıdır ki, onun əsasında sonradan fizikanın bütün bölmələrinin daha dərindən və incəliklə öyrənilməsini inkişaf etdirmək olar. Bununla bağlı olaraq “Ümumi fizika” kursunda qarşıya qoyulan əsas tələblər formalaşır: Onlardan birincisi kursun metodoloji və dünyagörünüşünün inkişafı istiqamətində olmasıdır. Tələbələrdə bizi əhatə edən ətraf aləmin vahid, səlist, məntiqi fiziki mənzərəsini formalaşdırmaq zəruridir. İkincisi, klassik fizikanın vahid yanaşması çərçivəsində təbiətdə baş verən bütün hadisə və proseslərə baxılmalıdır, onlar arasında əlaqə yaradılmalıdır, əsas qanunlar aşlanmalı və onları riyazi şəkildə ifadə etmək lazımdır. Üçünçüsü isə, tələbələrə fiziki eksperimentlərin aparılması, nəticələrin təhlili və alınmış verilənlərin analizi aşlanmalıdır.

Kursun məqsədləri

Bu kurs Xəzər Universitetinin fizika ixtisası üzrə tələbələr üçün işlənib hazırlanmışdır.

Kursun məqsədləri:

  • Klasssik mexanikanın qanunauyğunluqlarını tələbələrə aşlamaqdır.

  • Tədris boyunca tələbələri əyani vəsaitlərlə tanış etmək

Tədrisin (öyrənmənin) nəticələri

Kurs materialının çatdırılmasında əsas forma mühazirələrdir. Ümumi fizika üzrə mühazirələrin vacib tərəfi budur ki, real və kompüterdə fiziki eksperimentlər aparılmalı, tədris filmləri, model kompüter proqramları istifadə olunmalıdır. Kursun proqramında mühüm bölmələr seminar dərslərə çıxarıla bilər. Bir qayda olaraq, seminarlarda mürəkkəb riyazi aparat tələb edən nəzəri materiallara, məsələlərin müxtəlif həll metodlarına baxılır. Seminarlarda alınan materialların möhkəmlənməsu üçün tələbələr müxtəlif səpgili ev tapşırıqları ala bilər.

Qaydalar (Tədris siyasəti və davranış)

  • Sinif üçün hazırlıq

Bu kursun strukturu sinifin xaricində sizin fərdi tədqiqatınızı və hazırlığınızı çox vacib edir. Mühazirə materialı mətndə təqdim edilən əsas məsələlər üzərində fikrini cəmləşdirəcək. Kursdan əvvəl təyin edilmiş fəsilləri oxumaq və onlarla bir qədər tanışlığa malik olmaq mühazirənin başa düşmənizə çox kömək edəcək. Mühazirənin və ya fəsilin sonunda siz tipik imtahan suallarını, qeydlərinizi, həll edilmiş problemləri və hadisələri öyrənməlisiniz.


  • Effektivlik (keçid /uğursuzluq)

Bu kurs ardıcıl olaraq Mühəndislik fakultəsinin apardığı qiymətləndirmə siyasətini ciddi izləyir. Beləliklə, tələbə kursdan normal olaraq keçmək üçün ən azı 60% həddi aşmalıdır. Müvəffəqiyyətsizlik halında, o növbəti müddət və ya ili kursu təkrar etməyə məcbur olacaq.


  • Yalan/ plagiat

Yoxlama sorğuları, aralıq və buraxılış imtahanları ərzində aldadaraq və ya başqa plagiatdan istifadə nəticədən imtinaya gətirəcəkdir. Bu halda tələbə avtomatik olaraq heç bir müzakirələrsiz sıfır (0) alacaq.


  • Professional davranış direktivləri

Tələbələr sinif saatları ərzində professional olaraq əlverişli akademik ətraf mühiti yaratmaq üçün davranacaqlar. Kursa aid olmayan müzakirələr və qeyri-etik davranış ciddi qadağan edilir.




Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılmış)

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar

1

10.02.14-13.02.14


Mexanika (4 saat)

Maddi nöqtənin kinematikası. Zaman və məkan. Maddi nöqtənin dinamikası. Saxlama qanunları. Qeyri-inersial hesablama sistemləri. Nisbilik nəzəriyyəsinin əsasları.



Qocayev N.M. Ümumi fizika kursu. I cild (mexanika). Səh. 41-57, 11-116.

Əhmədov F.A. Ümumu fizika kursu. Səh. 5-27, 35.

2

17.02.14-20.02.14


Maye və qazların mexanikası (4 saat)

Hidro- və aerostatikanın əsasları. Paskal qanunu. Bernulli tənliyi. Mayelərin özlülüyü. Dalğalar. Eninə və uzununa dalğalar. Dalğaların əks olunması və sınması. Dalğaların interferensiyası. Akustika elementləri. Ultrasəs.



Qocayev N.M. Ümumi fizika kursu. I cild (mexanika). Səh. 383 – 397.

Əhmədov F.A. Ümumu fizika kursu. Səh. 87 – 96, 120 -139


3

24.02.14-27.02.14

Molekulyar fizika (4 saat)

Sistemin istilik tarazlığı. Tarazlıq şərti. İdeal qaz. Temperatur anlayışı. Sürət baxımından qaz molekullarının səpilməsi. Broun hərəkəti. Molekulyar hadisələrin şərhində termodinamik yanaşma. Termodinamik parametrlər.



Qocayev N.M. Ümumi fizika kursu. II cild (molekulyar fizika). Səh. 27 -52

B.D. Əliyev, Q.T. Həsənov. Ümumi fizika kursu. Səh. 156- 178.



4

03.03.14-06.03.14

Termodinamika (4 saat)

Sistemin istilik tutumu. Dövri proseslər. İstiliyin işə çevrilməsi. Karno tsikli və onun effektivliyi. Termodinamik sistemlərdə entropiya anlayışı. Entropiya və ehtimal. Real qaz və mayelər. Mayelərdə səth effektləri. Səthi gərilmə əmsalı. Kristal və amorf hallar. Maye kristallar haqqında anlayış.



Qocayev N.M. Ümumi fizika kursu. II cild (molekulyar fizika). Səh. 103 – 129, 143-163.

Əhmədov F.A. Ümumu fizika kursu. Səh. 178-234



5

10.03.14-13.03.14


Elektrik və maqnetizm (4 saat)

Elektrostatika. Elektrik sahə gərginliyi vektoru. Naqillər elektrostatik sahədə. Kristalların elektrik xassələri. Pyezoelektriklər. Sabit elektrik cərəyanı.



B.D. Əliyev, Q.T. Həsənov. Ümumi fizika kursu. Səh. 250-280, 295-310


6

17.03.14-20.03.14


Sabit maqnit sahəsi (4 saat)

Elektromaqnetizm. Maqnit sahəsinin induksiya vektoru. Amper qanunu. Molekulyar cərəyanlar haqqında anlayış. Domen strukturu. Elektromaqnit induksiyası. Faradeyin elektromaqnit induksiya qanunu. Fuko cərəyanı.



B.D. Əliyev, Q.T. Həsənov. Ümumi fizika kursu. Səh. 370-397


7

24.03.14-27.03.14


Elektromaqnit rəqsləri (4 saat)

Rəqs konturu. Konturda məxsusi rəqslər. Harmonik rəqslər tənliyi. Dəyişən sinusodial cərəyan.




B.D. Əliyev, Q.T. Həsənov. Ümumi fizika kursu. Səh. 435-441


8




Aralıq imtahan




9

07.04.14-10.04.14


Keçiricilər (4 saat)

Yarımkeçiricilər. Yarımkeçiricilərin keçiriciliyi. p və n tip yarımkeçiricilər. P-n keçid. Yarımkeçiricilərin tətbiqi: yarımkeçirici diodlar, tranzistorlar, fotodiodlar, fotorezistorlar. Kontakt hadisələri. Termoelektriklik. Termocüt. İfrat keçiricilik.



B.D. Əliyev, Q.T. Həsənov. Ümumi fizika kursu. Səh. 340 – 350

B.Z.Əliyev.Ümumi fizika kursu. Səh. 341 - 347




10

14.04.14-17.04.14

Elektrolitlər (4 saat)

Faradey qanunu. Qazlarda cərəyan. Vakuumda elektrik cərəyanı. Termoelektron emissiya. Elektrik və maqnit sahələrində yüklü hissəciklərin hərəkəti. Elektromaqnit dalğaları. Maksvel tənliyi. Dalğa tənliyi.



B.D. Əliyev, Q.T. Həsənov. Ümumi fizika kursu. Səh. 356 – 361, 414, 435-438

B.Z.Əliyev.Ümumi fizika kursu. Səh. 347 -350.




11

21.04.14-24.04.14

Optika (4 saat)

Dualizm. Işığın elektromaqnit nəzəriyyəsinin əsasları. Həndəsi optika. Həndəsi optikanın əsas anlayışları. İşıq şüası. İşıq şüasının yayılması. Ferma prinsipi. İşığın sınma və əks olma qanunları.



Qocayev N.M. Ümumi fizika kursu. II cild (optika). Səh. 51 -61, 87-102, 268 -280


12

28.04.14-01.05.14


İşığın interferensiyası (4 saat)

Monoxromatik dalğaların interferensiyası. Kvazimonoxromatik işığın interfernsiyası. İşığın difraksiyası. İşığın maddə ilə qarşılıqlı təsiri. İşığın dispersiyası. Qeyri-xətti optik hadisələr.



B.D. Əliyev, Q.T. Həsənov. Ümumi fizika kursu. Səh. 454-468


13

05.05.14-08.05.14

Atom fizikası (4 saat)

Dalğa və kvantlar. Atomun Tomson modeli. Atomun planetar modeli və onun dayanıqlıq problemi. Hissəcik və dalğalar. Kvant mexanikasının əsasları. Stasionar və qeyri-stasionar hallar. Xarici qüvvələrin sahəsi altında atom. Molekul.



B.D. Əliyev, Q.T. Həsənov. Ümumi fizika kursu. Səh. 583-603

B.Z.Əliyev.Ümumi fizika kursu. Səh. 535 - 551.




14

12.05.14-15.05.14


Atom nüvəsi və hissəciklər fizikası (4 saat)

Atom nüvəsinin xassələri. Radioaktivlik. Radiaktiv parçalanma qanunu. Nuklon-nuklon əlaqəsi və nüvə qüvvələrinin xassələri. İki nuklonlu sistemlər.



B.D. Əliyev, Q.T. Həsənov. Ümumi fizika kursu. Səh. 611-618


15

19.05.14-22.05.14


Nüvə reaksiyaları (4 saat)

Nüvə şüalanmasının maddə ilə qarşılıqlı əlaqəsi. Hissəciklər və qarşılıqlı əlaqələr. Fundamental qarşılıqlı əlaqələrin 4 növü. Sürətləndiricilər. Elektromaqnit qarşılıqlı əlaqəsi. Güclü və zəif qarşılıqlı əlaqəsi.



B.D. Əliyev, Q.T. Həsənov. Ümumi fizika kursu. Səh. 627-644

B.Z.Əliyev.Ümumi fizika kursu. Səh.557 - 562.










Final imtahan






Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə