Dərslik komplekti Müəlliflər: Mirzəli Murquzov



Yüklə 76.23 Kb.

tarix11.07.2018
ölçüsü76.23 Kb.
növüDərslik



 

 



 

 

 

Respublikanın ümumtəhsil məktəblərinin 

6-cı sinifləri üçün “Fizika” dərslik komplekti 

 

 

Müəlliflər: Mirzəli Murquzov 

Rasim Abdurazaqov 

Rövşən Əliyev 

Əlişah Gərayev 

Zaur İsayev 

 

 

Bakı: Bakı Nəşr, 2015. 

 

 

 

Dərslik komplekti ilə bağlı TQDK-ya daxil olmuş və açıq 

müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında 

hazırlanmış 

 

 

YEKUN RƏY 

 


 

 

Yekun

 

rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 



1. Məzmunun işlənməsi baxımından 

2. Dil və yazı üslubu baxımından 

3. Dizayn və bədii tərtibat baxımından 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından 

5.  “Müəllim  üçün  metodik  vəsait”in  (MMV-nin)  məzmununun  işlənməsi 

baxımından 

 

1.

 

Məzmunun işlənməsi baxımından

 

 

Dərslik komplekti dərslik və müəllim üçün metodik vəsaitdən ibarətdir. Dərslik 



4  tədris  vahidi  üzrə  (“Fizika  nəyi  öyrənir”,  “Materiya”,  “Maddə  və  onun 

xassələri”“Qarşılıqlı  təsirlər  və  hərəkət”) 25  mövzunu əhatə  etmişdir.  Dərslikdə 

“Maraqoyatma”“Araşdırma”“İzahlar”“Bilirsinizmi”“Mühüm bacarıqlar”

“Bu  maraqlıdır”,  “Öyrəndiklərinizi  tətbiq  edin”,  “Nə  öyrəndiniz”,  “Açar 

sözlər”,  “Öyrəndiklərinizi  yoxlayın”,  “Layihə”,  “Ümumiləşdirici  tapşırıqlar” 

kimi  təlim  materialları  verilmişdir.  Dərsliyin  sonunda  “Əlavələr”  hissəsində 

cədvəllər şəklində verilmiş məlumatlar şagirdlərə tapşırıqları həll etməkdə köməklik 

göstərən bir vasitədir. 

Dərslikdə  verilmiş  materiallarla  yeni  təhsil  proqramına  (kurikulum)  əsasən  3 

məzmun  xətti  (“Fiziki  hadisələr,  qanunauyğunluqlar,  qanunlar”,  “Maddə  və 



sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər”, “Eksperimental fizika və müasir həyat”) 

üzrə 5 əsas və 14 alt standartın reallaşdırılması nəzərdə tutulmuşdur. 

Materiallar  elmilik,  mövzular  üzrə  məqsədlərin  dəqiqliyi,  fəndaxili  və 

fənlərarası inteqrasiya mövcudluğu, fizika sahəsində şagirdlərin dünyagörüşünün, söz 

ehtiyatının  və  nitq  mədəniyyətinin  formalaşması  baxımından  standartların 

reallaşdırılmasına yönəlmişdir. Burada tapşırıqların mövzularla uyğunluğu, elmiliyi, 

sadədən  mürəkkəbə  prinsipinin  gözlənilməsi,  dil  və  ifadə  tərzi  şagirdlərin  yaş 

səviyyəsinə uyğunluğu baxımından təqdirəlayiqdir. 

Qeyd  etmək  lazımdır  ki,  Tələbə  Qəbulu  üzrə  Dövlət  Komissiyası  tərəfindən 

dərslik komplektinin 2013-cü il nəşrinə dair hazırlanmış yekun rəydə göstərilən  irad 

və təkliflərin xeyli hissəsi bu nəşrdə nəzərə alınmışdır. Lakin bəzi iradlar olduğu kimi 



 

qalıb,  əlavə  və  dəyişikliklər  zamanı  isə  yeni  səhvlərə  yol  verilmişdir.  Bunlar 



aşağıdakılardır: 

 

Səhifə 10. Sonuncu abzasda “Təbiətdəki bütün canlı və cansız varlıqlar fiziki 



cisim  və  ya  cisim  adlanır”  cümləsində  “varlıqlar”  əvəzinə  əşyalar”  yazılması 

məqsədəuyğundur. Çünki heç də bütün varlıqlar cisim deyil. Məsələn, sahə varlıqdır, 

lakin  cisim deyil. Bu irad səhifə 39-a da aiddir. 

Səhifə  16.  Səhifənin  sonunda  “Reaktiv  hərəkət  [latınca  “re”  –  əks  və 

“activus”– fəal] – cisimdən kənara atılan qaz, buxar, su şırnağının və s. itələyici 

təsiri  ilə  bu  cismin  əks  istiqamətdə  hərəkətidir”  fikrinin  “Reaktiv  hərəkət  

cisimdən  bir  hissə  müəyyən  sürətlə  ayrılaraq  hərəkət  etdiyi  zaman  onun  qalan 

hissəsinin  əks  istiqamətdə  hərəkət  almasıdır”  kimi  yazılması  məqsədəuyğundur

Çünki qaz, buxar və s.-nin yaratdığı təsirə əsaslanan hərəkət reaktiv olmaya da bilər.



  

Səhifə  18.  Fizikada  hadisələrin  öyrənilmə  metodlarına  aid  verilmiş  sxemin 

çıxarılması tövsiyə edilir. Çünki fizikada üç öyrənmə metodu mövcuddur: müşahidə, 

eksperiment və nəzəriyyə.   

Səhifə  39.  “Maraqoyatma”  mövzunu  tam  əhatə  etmir.  Mövzu  “Maddə  və 

cisim”  olduğu  üçün  “Maraqoyatma”nın  aşağıdakı  kimi  verilməsi  tövsiyə  edilir: 

Eyni  bir  qaşığı  misdən,  qızıldan,  poladdan  hazırlamaq  mümkündür.  Bəzən  də 



gümüşdən saat, qab-qacaq, bilərzik hazırlanır. 

 



Bunlardan hansılar eyni cisimdir? 

 



Bunlardan hansılar eyni maddədir? 

 



Cisimlər maddələrdən nə ilə fərqlənir?  

Səhifə  47.  “Maraqoyatma”  mövzunu  tam  əhatə  etmir.  Belə  ki,  verilmiş 

şəkillər  şagirdlərə  nə  öyrənəcəyini  düşünməyə  vadar  etmir.  Həmin  şəkillər  



səhifə 45-dəki “Suyun təbiətdə üç halı” şəkli ilə əvəz edilərsə, mövzuya daha uyğun 

olar.  “Maraqoyatma”nın  “Fizikada  təbiət  hadisələrini  yalnız  müşahidə  və  təsvir 



etmək  deyil,  həmçinin  onları  izah  etmək  də  lazımdır.  Məsələn,  suyun  soyuq  havada 

donaraq  buza,  qaynadıqda  buxara  çevrildiyini  müşahidə  etmisiniz”  kimi  yazılması 

məqsədəuyğundur. Sualların isə aşağıdakı kimi verilməsi tövsiyə edilir: 

 

Nə üçün suyu dondurduqda buza, qaynatdıqda buxara çevrilir? 



 

Nə  üçün  çaydandakı  çayı  armudu  stəkana  tökdükdə  dərhal  onun  formasını 



alır? 


 



 

Qənd  parçası  stəkana  atılarsa,  onun  stəkanın  formasını  almamasına  səbəb 

nədir? 

 



Su buxarı formasını saxlaya bilirmi? 

 

Səhifə  63.  “Öyrəndiklərinizi  yoxlayın”  bölməsində  verilmiş  “1.  Müxtəlif 



cisimlərin  ağırlığı  onların  həcmlərinin  böyük,  yaxud  kiçikliyindən  asılıdırmı?” 

sualının  birmənalı  cavabı  yoxdur.  Çünki  müxtəlif  cisimlərin  ağırlığı  onların 

həcmlərinin böyük,  yaxud kiçik olmasından asılı ola və ya olmaya da bilər. 

Səhifə 75.  “Araşdırma 2”də verilmiş oyunun və şəklin mahiyyəti aydın deyil. 

Səhifə  81.  Sonuncu  abzasda  “Maqnitlərin  uc  hissələri  maqnit  qütbləri 

adlanır” cümləsinin “Maqnit xassələri güclü olan hissələr maqnitin qütbləridir” kimi 

yazılması məqsədəuyğundur. Çünki kürə şəklində də maqnitlər olur. 



Səhifə  86.  Mövzu  “İstilik  hərəkəti”  adlandırılmışdır,  mövzunun  adına  uyğun 

olaraq  mətndə  atom-molekulların  istilik  hərəkəti  (məsələn,  Broun  hərəkəti  və  ya 

diffuziya)  haqqında  yazılmalı  olduğu  halda,  istilikvermənin  növü  olan  konveksiya 

haqqında izah verilmişdir. Ancaq konveksiyanın izahı da  düzgün verilməmişdir. 



Səhifədə  89.  Mövzu  başlığının  “Elektrik  hərəkəti.  Elektrik  cərəyanı”  deyil, 

Elektrik yüklərinin hərəkəti. Elektrik cərəyanı” kimi verilməsi tövsiyə edilir. Çünki 

fizikada  “elektrik  hərəkəti”  termini  deyil,  “elektrik  yüklərinin  hərəkəti”  termini 

mövcuddur.  

Dərsliyin rus dilində olan variantında aşağıdakı qüsurlara rast gəlinir: 

Səhifə  14.  “Что  вы  узнали”  bölməsində  “Ключевые  слова”  hissəsində  

“Механическое  явление”  ifadəsinin  “Механические  явления”,  “Свет”  sözünün  

Световые  явления”,  “Тепловое  явление”  ifadəsinin  “Тепловые  явления”, 



“Звук” sözünün “Звуковые явления” kimi yazılması tövsiyə edilir. 

Səhifə  53.  1-ci  abzasda  “Однако  молекулы  твердых  тел  не  могут 

свободно поменять свое место, поэтому между твердыми телами диффузия 

протекает  очень  медленно”  cümləsinin  Однако,  молекулы  твердых  тел  не 

могут  свободно  поменять  свое  место,  поэтому  диффузия  в  твердых  телах 

протекает очень медленно kimi yazılması məqsədəuyğundur. 

Səhifə  60.  Mövzuda  “в  системе  СИ”  ifadəsinin  “в  СИ”  kimi  yazılması 

məqsədəuyğundur.  Bu irad səhifə  61, 63, 65, 66-ya da aiddir. 




 

Yenə  həmin  səhifədə  “Применение  полученных  знаний”  bölməsində 



“Вычислите  средний  объем  одной  горошины”  cümləsinin  “Вычисление 

среднего объема одной горошины” kimi yazılması məqsədəuyğundur. 

Səhifə  65.  Mövzunun  izahında  3-cü  abzasda  “Единица  измерения 

плотности  в  системе  СИ:”  deyil,  “Плотность  выражается  в  СИ:”; 

“Плотность часто выражают в 1

3



г

 deyil, “На практике плотность часто 

выражают в 

3



г

” kimi yazılması məqsədəuyğundur. Sonuncu cümlədə isə “тела” 

əvəzinə “вещества” yazılmalıdır. 

Səhifə  68.    Sonuncu  abzasda  “Наиболее  часто  используемый  принцип 

действия  термометров  основан  на  свойстве  теплового  расширения 

жидкостей”  cümləsinin  “Принцип  действия  наиболее  часто  используемых 

термометров  основан  на  свойстве  теплового  расширения  жидкостей”  kimi 

yazılması tövsiyə edilir. 



Səhifə  70. “Исследование  2” bölməsində son cümlədə və “Что  вы  узнали” 

bölməsində  2-ci  cümlədə  “принцип  работы”  ifadəsinin  “принцип  действия”  ilə 

əvəz edilməsi məqsədəuyğundur. 

Səhifə  72.  “Обобщающие  задания”  bölməsində  2-ci  tapşırığın  d  bəndində 

verilmiş  cümlədə  “Вещества”  sözünün  “Жидкости  ilə,  4-cü  tapşırıqda  verilmiş 

cümlədə “жемчуга” sözünün “жемчужины” ilə əvəz edilməsi, 5-ci tapşırıqdan isə 

“Расплавив, их смешали” cümləsinin çıxarılması məqsədəuyğundur. 5-ci tapşırıq 

6-cı sinif şagirdləri üçün çox çətindir. Verilmiş tapşırığın çətinlik dərəcəsi şagirdlərin 

yaş səviyyəsinə uyğun olan tapşırıqla əvəz edilməsi tövsiyə edilir. 

Səhifə  75.  1-ci  abzasda  “Все  тела  испытывают  воздействие  других, 

окружающих  их  тел,  и  сами  они  действуют  на  них”  cümləsinin  “Все  тела 

испытывают действие других, окружающих их тел, и сами действуют на них” 

kimi yazılması məqsədəuyğundur. 



Səhifə  89.  “Мотивация”  bölməsində  “Представьте  себе,  что  внезапно  в 

вашей 

квартире 

отключили 

подачу 

электричества” 

cümləsində 



“электричества” əvəzinə “напряжения” yazılması məqsədəuyğundur. 

 

 



 

 



 

2. Dil və yazı üslubu baxımından 



 

Dərslikdə  verilmiş  təlim  materialları,  əsasən,  dil  və  yazı  üslubu  baxımından 

şagirdlərin  yaş  səviyyəsinə  uyğundur  və  sadə  şəkildə  yazılmışdır.  Yeni  termin  və 

sözlərin izahı verilmişdir.  

Bununla yanaşı, bəzi qüsurlara da rast gəlinir. Bunlar aşağıdakılardır: 

Səhifə  27.  “Araşdırma  2”də  “Nəticəni  müzakirə  edin”  hissəsində  “Şəkildə 

təsvir  edilən  xətkeş  hansı  vahidlə  ölçür?”  cümləsinin  “Xətkeşlə  ölçülən  uzunluq 

hansı vahidlə ifadə olunur?” kimi yazılması məqsədəuyğundur. 

Səhifə  65.  Mövzu  başlığının  “Sıxlıq  və  onun  təyin  edilməsi”  kimi  yazılması 

düzgün  deyil.  Çünki  sıxlıq  çox  məna  kəsb  edir,  məsələn,  cərəyan  sıxlığı,  maddənin 

sıxlığı,  enerji  sıxlığı,  əhalinin  sıxlığı  və  s.  Burada  məhz  maddənin  sıxlığı  nəzərdə 

tutulduğundan,  mövzu  başlığının  “Maddənin  sıxlığı  və  onun  təyin  edilməsi”  kimi 

yazılması tövsiyə edilir. 

Səhifə  69.  3-cü  abzasda  “Əvvəlcə  termometrin  şkalası  üzərində  bu  iki 

temperatura  uyğun  nöqtələr  qeyd  olunur”  cümləsində  “termometr  şkalası” 

ifadəsinin “temperatur şkalası” kimi yazılması məqsədəuyğundur. 

 

3. Dizayn və bədii tərtibat baxımından 

 

Dərsliyin  tərtibatı,  burada  verilmiş  illüstrasiyalar  və  sxemlər  dərsliyin 



məzmunu  ilə  uyğunluq  təşkil  edir.  Üz  qabığının  tərtibatı  dərsliyin  məzmununa 

uyğundur. Bununla yanaşı, bəzi qüsurlara da rast gəlinir. Bunlar aşağıdakılardır: 



Səhifə  41.  “Bəzi  maddələrin  atom  modelləri”nin şəklində kürələrlə təsvirə 

ehtiyac yoxdur. Çünki növbəti səhifədə atomun modeli daha düzgün verilmişdir. 



Səhifə  59.  “Araşdırma  1”də verilmiş  cədvəldə dərsliyin  Azərbaycan və  rus 

dilində  olan  variantları  arasında  fərq  mövcuddur.  Belə  ki,  dərsliyin  Azərbaycan 

dilində olan variantında cədvəldə “Cisim” başlığı və cismin adı (“Qaşıq”) verildiyi 

halda,  dərsliyin  rus  dilində  olan  variantında  bu  yoxdur.  Həmçinin  şəklə  əsasən 

menzurkaya salınmış qaşığın həcmi 50 ml-dir. Bu həcm hətta xörək qaşığı üçün də 

çox böyük həcmdir. Onu bir xeyli (reallığa uyğun) kiçiltmək lazımdır. 



Səhifə 65. “Araşdırma 1”də təchizat kimi “tərəfləri 1 sm olan plastilin və 

penoplast  kub”  verilsə  də,  şəkildə  plastilin  və  penoplast  kub  deyil,  paralelepiped 

formasındadır.  Həmçinin  “penoplast”  əvəzinə  “taxta  tircik”  yazılması 

məqsədəuyğundur. 



 

Səhifə  83.  “Araşdırma  1”

  b  şəklində  velosipedçinin  hərəkət  istiqaməti 

aydın deyil. Velosipedçinin bir istiqamətli hərəkətinin təsvir edilməsi tövsiyə edilir. 



Səhifə 91. “Araşdırma 2”

  2-ci tapşırıqdakı şəkildə verilmiş naqildən axan 

cərəyanın  istiqamətinə  uyğun  olaraq  kompasın  əqrəbinin  vəziyyəti  düzgün 

göstərilməmişdir.  Belə  ki,  kompasın  əqrəbinin  vəziyyətini  müəyyən  etmək  üçün 

batareyanın  qütbləri  aydın  olmalı  (yəni  “+”  və  “–”  qütbü),  buna  əsasən  cərəyanın 

istiqaməti  müəyyənləşdirilməli  və  cərəyanın  istiqamətinə  görə  maqnit  əqrəbinin 

vəziyyəti təyin edilməlidir.

 

 



4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından 

 

Dərslikdəki  tapşırıqlar  əsas  etibarı  ilə  mövzulara  uyğun  verilmiş,  burada 



biliklərin  tətbiqini  tələb  edən,  məntiqi  düşüncəyə  və  idraki  bacarıqların 

formalaşmasına  yönəlmiş  tapşırıqlar  üstünlük  təşkil  etmişdir.  Burada  fiziki  hadisə, 

anlayış,  model  və  kəmiyyətlərin,  fiziki  qanunların  dərk  edilməsi  və  mahiyyətinin 

mənimsənilməsinə yönəlmiş keyfiyyət, hesablama xarakterli, müxtəlif tip və çətinlik 

səviyyələrində olan məsələ və tapşırıqların yer alması təqdirəlayiqdir. 

Bununla yanaşı, müəyyən qüsurlara da rast gəlinir. Bunlar aşağıdakılardır: 



Səhifə  34.  “Ümumiləşdirici  tapşırıqlar”da  1-ci  tapşırığın  şərtində  fiziki 

hadisələrlə yanaşı, bir neçə fiziki olmayan hadisələrin də verilməsi tövsiyə edilir.

 

Səhifə  54.  “Öyrəndiklərinizi  yoxlayın”  bölməsində  3-cü  tapşırıqda  “Bir 

stəkan  mərcimək  dənəsini  noxudla  dolu  iri  kasaya  daşdırmadan  əlavə  etmək 

olarmı?”  əvəzinə  “Noxudla dolu  kasaya  daşdırmadan  manna  əlavə  etmək  olarmı?” 

yazılması tövsiyə edilir. 



Səhifə  72.  “Ümumiləşdirici  tapşırıqlar”da  2-ci  tapşırığın  c  bəndində  “Su 

yeganə  maddədir  ki,  təbiətdə  üç  halda  mövcuddur:  buz  ...  ,  buxar  ...  və  su  isə 

onun ... halıdır” cümləsinin “Su təbiətdə üç halda mövcuddur: buz ... , buxar ... və su 

isə  onun  ...  halıdır”  kimi  yazılması  məqsədəuyğundur.  Çünki  təbiətdə  üç  halda 

mövcud olan maddə yalnız su deyil. 



Səhifə  76.  “Araşdırma  1”in mövzu ilə, yəni qravitasiya qarşılıqlı təsirlə və ya 

Günəş  sistemi  ilə  qətiyyən  uyğunluğu  yoxdur.  Bu  araşdırmanın  dərslikdən 

çıxarılması tövsiyə edilir. 

Səhifə  95.  “Ümumiləşdirici  tapşırıqlar”da  2-ci  tapşırıq  korrekt  deyil.  3-cü 

tapşırığın  a  bəndində  isə  verilmiş  “Fiziki  sahə”  cavabı  şagirdlər  tərəfindən  doğru 

cavab kimi qəbul edilə bilər. Çünki qravitasiya sahəsi də fiziki sahənin bir növüdür. 



 

Odur ki, “Fiziki sahə” cavabı “Elektromaqnit sahəsi” ilə əvəz olunarsa, doğru cavab 



məhz e bəndi, “Qravitasiya sahəsi” olar. 

 

 



5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin)(2013) 

məzmununun işlənməsi baxımından 

 

Müəllim  üçün  metodik  vəsait  96  səhifədən  ibarətdir.  Burada  “Dərslik 



komplekti  haqqında”,  “Dərslik  komplektinin  strukturu”,  “VI  sinif  fizika  fənn 

proqramı  (kurikulumu)  haqqında”,  “Fənn  üzrə  məzmun  standartlarının 

reallaşma  cədvəli  və  illik  planlaşdırma  nümunəsi”,  “Fənlərarası  inteqrasiya”, 

“Fənlərarası  inteqrasiya  cədvəli”,  “Layihələr  üzrə  işin  təşkili”,  “Diferensial 

təlim  imkanları”,  “Şagird  nailiyyətlərinin  qiymətləndirilməsi”,  “Mənbələr”

“Kitabın  içindəkilər”  və  hər  tədris  vahidi  üzrə  kiçik  summativ  qiymətləndirmə 

nümunələri verilmişdir. 

Vəsaitdə  fənn  kurikulumunun  tələblərinin  reallaşma  mexanizmlərinin  şərhi  və 

əsaslandırılması  verilmişdir.  Təlim  məqsədlərində  əlaqəlilik,  mərhələlilik 

gözlənilmişdir.  Dərs  zamanı  əlavə  vəsaitlərə  istiqamətləndirmə  verilmişdir. 

Qruplaşdırılmış  təlim  materialları  üzrə  işin  texnologiyası,  əsasən,  şərh  edilmişdir. 

Qiymətləndirmənin müxtəlif növlərinə aid vasitələr qismən verilmişdir. 

Bununla yanaşı, müəyyən qüsurlara da rast gəlinir. Bunlar aşağıdakılardır: 



Səhifə  3.  “Maraqoyatma  (motivasiya)”  yarımbaşlığında    “Verilən  suallar 

əvvəllər  qazanılmış biliklərə  əsaslanır və  şagirdləri  aktiv  fəaliyyətə  cəlb  etməyi 

nəzərdə  tutur”  cümləsinin  “Verilən  suallar  əvvəllər  qazanılmış  biliklərə  əsaslanır, 

şagirdləri nə öyrənəcəyini düşünməyə sövq edir və onları aktiv fəaliyyətə cəlb etməyi 

nəzərdə tutur” kimi yazılması məqsədəuyğundur. 

Səhifə  32.  “I  tədris  vahidi  üzrə  kiçik  summativ  qiymətləndirmə”də  5-ci 

tapşırıqda  “Düyməciyin  boyu  nə  qədərdir?”  əvəzinə  “Bir  düymün  uzunluğu  nə 



qədərdir?” kimi yazılması məqsədəuyğundur. Çünki “düyməcik” dedikdə şagirdlərin 

onu  düym  kimi  başa  düşmələri  demək  olar  ki,  mümkünsüzdür.  4-cü  tapşırığın 

cavabları  içərisində  doğru  cavab  yoxdur.  8-ci  tapşırıqda  verilmiş  təsvirdəki  dairə 

şəkillərinin  kvadrat  şəkilləri  ilə  əvəz  edilməsi  tövsiyə  edilir.  Çünki  dairələrin 

bucaqlarla kəsişməsindən alınan fiqurlar üçbucaq deyil, sektor olur. 



10 

 

Səhifə  44.  2-ci  abzasda  “2.  Molekullar  arasında  qarşılıqlı  cazibə  qüvvələri 



daha  da  böyükdür” cümləsinin “2. Molekullar arasında qarşılıqlı cazibə qüvvələri 

itələmə qüvvələrindən daha  böyükdür”, “3. Molekullar arasında itələmə qarşılıqlı 

qüvvələri  daha  böyükdür”  cümləsinin  “3.  Molekullar  arasında  itələmə  qarşılıqlı 

qüvvələri cazibə qüvvələrindən daha böyükdür” kimi yazılması məqsədəuyğundur. 

Səhifə  50.  “Qiymətləndirmə  və  ya  refleksiya”  hissəsində  qiymətləndirmə 

meyarı  kimi  “Məsələ  həlletmə”  ifadəsi  işlənilsə  də,  həmin  mövzular  ilə  bağlı  nə 

dərslikdə, nə də MMV-də məsələlər verilməmişdir. Bu irad səhifə 52, 54, 56, 58, 60, 

65, 67, 71, 75, 77- ə də aiddir. 

Səhifə  62.  “III  tədris  vahidi  üzrə  kiçik  summativ  qiymətləndirmə”də 

MMV-nin Azərbaycan dilində olan variantında 8-ci tapşırıq qapalı tipli test tapşırığı  

şəklində (cavablarla), rus dilində olan variantında isə açıq tipli sual şəklində (səh. 61)  

(cavabsız)  verilmişdir.  10-cu  tapşırığa  aid  şəkildə  çəki  daşlarının  və  menzurkanın 

ölçülərinin aydın göstərilməsi tövsiyə edilir. 

Səhifə  66. Sondan 2-ci abzasda MMV-nin Azərbaycan dilində olan variantında 

cizgi  filminin  adı  “Quantum  Ray”,  rus  dilində  olan  variantda  isə  “Cosmic 



Quantum Ray” kimi verilmişdir. Uyğunsuzluğun aradan qaldırılması tövsiyə edilir.  

Səhifə  76.  “B”  blokunda  “Sıxaclar  arasına  qoyulmuş  maddələrdən 

hansıların  elektriki  keçirdiyi  və  lampanı  işıqlandırdığını  müəyyən  etdilər” 

cümləsində 



“işıqlandırdığını” 

sözünün 


közərdiyini” 

kimi 


yazılması 

məqsədəuyğundur. 



Səhifə  80.  “IV  tədris  vahidi  üzrə  kiçik  summativ  qiymətləndirmə”də  1-ci 

tapşırığın  şərti  korrekt  deyil.  Bu  səbəbdən  verilmiş  tapşırığın  birmənalı  cavabı 

yoxdur. 

Səhifə  81.  “IV  tədris  vahidi  üzrə  kiçik  summativ  qiymətləndirmə”də  7-ci 

tapşırığa  aid  verilmiş  1-ci  şəkildə  hansı  enerji  növlərinin  çevrilməsinin  baş  verdiyi 

aydın deyil. 

Səhifə  82.  “Maraqoyatma”da  verilmiş  hava  şarı  şəklinin  əvəzinə  istənilən  bir 

cismin lampa ilə qızdırılmasına aid şəklin verilməsi tövsiyə edilir. 

Müəllim üçün metodik vəsaitin rus dilində olan variantında aşağıdakı qüsurlara 

rast gəlinir: 



Səhifə  60.  “Малое  суммативное  оценивание  по  разделу  3”  bölməsində 

1-ci tapşırıqda  “В каких явлениях диффузия не происходит?” cümləsinin  “В 



каких явлениях диффузия происходит?” kimi yazılması məqsədəuyğundur. 


11 

 

Səhifə  61.  “Малое  суммативное  оценивание  по  разделу  3”  bölməsində 

9-cu tapşırıqda maddələrin sıxlıqları göstərilməmişdir. 

 

 



 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə