Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə16/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   61

 
34 
 
O dönəmdə ayrı-ayrı türk boy və oymaqları bölünərək Azərbaycanın çeşidli bölgələrinə 
səpələnsələr və zaman-zaman oturaqlaşsalar da, quşqusuz, dərhal öz etnik kimliklərini unudub 
bölgəsəl kimliklərini qabartmır, etnik kimliklərinin bir bəlirtisi olaraq gələnək üzrə öz boy və  
oymaq dillərini (danışıqlarını) qoruyurdular. Bu da Azərbaycanın tarixi ləhcələrinin bölgəsəl 
özüldən çox etnik özül üzrə qurulmasını şərtləndirirdi. 
 
Bəllidir ki, XVI – XVII yüzilliklərədək toplum yaşamında kültürəl kimlik və boy-oymaq 
kimliyi bölgə kimliyindən daha aparıcı və daha yayğın bir toparlayıcı amillər olmuşdur (din-
məzhəb  kimliyi  ayrı  bir  alandır  və  mövzumuz  dışında  olduğundan  ona  toxunmuruq). 
Özəlliklə,  o  dönəm  Azərbaycan  mentalitetində  insanların  bir-birini  tanıma  istəyi  daha  çox 
etnik özülə söykənirdi və hansı bölgədən olma anlayışı yox, hansı boydan olma anlayışı öndə 
gəlirdi  (Xatırladaq  ki,  Mahmud  Qaşqarlı  “Divan”ında  bu  anlayış  “boy  kim?”  sorusuna 
verilən  cavabla  ortaya  qoyulurdu.
12
  Elat  kültürünün  aparıcı  olduğu  durum  boyu  bu  özəllik 
qorunmuşdur).   
 
XVI – XVII yüzilliklərdən sonra isə insanlarımız bir-birini etnik özül üzrə yox, bölgəsəl 
özül  üzrə  tanımağa  önəm  verdi  və  bununla  da,  şair  demişkən,    “dilimizin  “haralısan?” 
qabarı”  ortaya  çıxdı  (Azərbaycan  ədəbiyyatında  Azərbaycanla  bağlı  bölgə  və  yer-yurd 
adlarının  daha  çox  XVIII  yüzildən  çoxalmağa  başlaması  da  buradandır).  Artıraq  ki,  zaman 
içində millətləşmə sürəci dərinləşdikcə bölgəsəl özül önəmini itirər və Vətən  özülü qabarıb 
önə çıxar, bölgə kimliyi yerinə milli kimlik əsas götürülər (Bu soruna bizim “Millətləşmənin 
harasındayıq?” kitabımızda geniş toxunulacaq).   
 
Çağdaş  dönəmdə  Azərbaycan  ləhcələri  bölgələr  üzrə  adlandırılır,  ancaq  təbii  ki,  bu 
adlandırma  XVI  –  XVII  yüzilliklərədək  olan  tarixi  ləhcələrimiz  üçün  tam  keçərli  deyil  və 
daha çox nisbi özəllik daşıyır. Çünkü o dönəmdə ləhcələrimiz bölgəsəl özül üzrə yox, etnik 
özül  üzrə  öz  varlığını  ortaya  qoyurdu  və  tarixi  ləhcələrimizə  də  məhz  bu  yöndən 
yanaşılmalıdır.  Eyni  zamanda,  istər  xalq  danışıq  dilimizin  çoxvariantlılığı,  istərsə  də  ədəbi 
dilimizin  bu  variantlardan  birini  standartlaşdırıb  normaya  çevirməsi  daha  çox  etnik  özülə 
söykənirdi.  
 
XVI – XVII yüzilliklərdən sonra isə Azərbaycanda elat kültürü aparıcı önəmini itirdi və 
tam üstünlük qazanan oturaq kültür toplumun boy-oymaq sistemini qarışdırıb sıradan çıxardı, 
boy  kimliyinə  önəm  verən  boydaşlıq  yerinə,  bölgə  kimliyini  qabardan  yerdaşlıq  anlayışı 
getdikcə  aparıcı  oldu.  Özəlliklə,  Azərbaycanda  xanlıqlar  dönəminin  yaşanması  boy-oymaq 
kimliyindən bölgəsəl kimliyə keçid baxımından az rol oynamadı. Bu nədənlə ləhcələrimizdə 
boy-oymaq  özəlliyi  bəlli  bir  düzeydə  qorunsa  da,  bölgə  kimliyi  önəm  qazandığı  üçün  dil 
faktlarının  işlədilməsində  daha  boy-oymaq  amili  yox,  bölgə  amili  üstün  oldu,  hətta  bir  sürə 


 
35 
sonra  boy  kimliyi  unuduldu.  Artıq  XVII  –  XIX  yüzilliklərdə  ləhcələrimizdəki  dil  faktlarının 
boy-oymaq mənsubluğu deyil, bölgə mənsubluğu əsas götürülməkdədir. Ancaq unudulmasın 
ki,  bu  dönəmdə,  yəni  boy-oymaq  amilinin  bölgəsəl  ləhcələrə  çevrildiyi  XVII  –  XIX 
yüzilliklərdə  ədəbi  dilimizin  öncəki  xalq  danışıq  dili  koynesi  nəinki  tam  qorundu,  həm  də 
bölgəsəl  ləhcələr  nədənilə  daha  da  zənginləşərək  ədəbi  dildə  xalq  dili  özəlliklərini  daha  da 
gücləndirdi və ərəb-fars etgisini çox-çox azaltdı.  
 
Xatırladaq  ki,  ədəbi  dil  normasına  çevriləcək  standartlaşdırma  üçün  öncə  bəlli  bir 
çoxvariantlılıq gərəkdir və bu çoxvariantlılıq ayrı-ayrı özüllər üzərində yaranır. Ona görə də, 
ədəbi  dilimizin  tarixi  gəlişimi  baxımından  çoxvariantlılıq  yaradan  özüllərin  gözdən 
keçirilməsi önəmli məsələlərdən biridir. 
Çoxvariantlılıq yaradan özüllər 
 
Yuxarıda  dedik  ki,  ədəbi  dil  var  olan  çoxvariantlılıq  içərisində  seçmə  və  əvəzetmə 
əməliyyatı aparmaqla standartlaşdırılıb normaya salınmış dildir. Deməli,  seçmə və əvəzetmə 
əməliyyatı  apara  bilmək  üçün  öncə  çoxvariantlılıq  olmalıdır.  Çoxvariantlılığı  hansı  özül 
yaradırsa,  ədəbi  dildə  standarta  çevrilən  normalar  da  həmin  özüldən  irəli  gəlir.    Ona 
görə də, xalq danışıq dilimizdə tarixən daha çox hansı özül üzrə çoxvariantlılığın yaranmasına 
və ədəbi dilimizdə seçilib standartlaşdırılan  variantların hansı özüldən gəldiklərinə qısaca göz 
yetirməmiz  çox  gərəklidir  (təbii  ki,  oxucunu  yormamaq  üçün  burada  işin  qolayına  əl  atır  və 
yalnız sözləri örnək veririk).  
 
Üzərində çoxvariantlılıq yaranan üç özüldən danışmaq olar: 1. kökən özülü;      2. boy 
və oymaq özülü; 3. bölgəsəl özül.  
 
1.  İstər  XVI  –  XVII  yüzilliklərədək,  istərsə  də  ondan  sonra  kökən  özülü  üzrə 
çoxvariantlılığın yaranması daha geniş yayılmış bir olaydır və burada çoxvariantlı dil faktının 
kökən (mənşə) baxımından alınma, yoxsa milli olması başlıca sorundur. Yaxşı bilinir ki, yer 
üzündə  başqa  dillərin  etgisinə  uğramayan,  ən  azı  başqa  dillərdən  söz  almayan  heç  bir  dil 
yoxdur və bizim dilimiz də həm başqalarından etgilənmiş
13
, həm də başqalarını etgiləmişdir. 
Unutmayaq  ki,  bu  etginin  ortaya  çıxması  təkcə  dildən  yox,  həm  də  dildışı    faktorlardan  – 
siyasi,  hərbi,  iqtisadi,  dini,  kültürəl,  coğrafi  vb.  amillərdən  asılı  bir  olaydır.  Örnəyin,  farslar 
İ.ö.VIII – VII yüzilliklərdə Azərbaycana və onun yaxın çevrəsinə gəlmiş  və çağlar boyu ya 
Azərbaycan  türklərinin  ağalığına  boyun  əymiş,  ya  da  dövləti  ələ  keçirərək  Azərbaycan 
türkləri üzərində ağalıq etmişlər. Bu dildışı faktor nədənilə farsların ağa olduğu dönəmdə daha 
çox fars dilindən türkcəyə sözlər keçmiş, türklərin ağa olduğu dönəmlərdə isə, tərsinə, daha 
çox farsca türkcədən sözlər almışdır.  


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə