Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə24/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   ...   61

 
50 
 
 Bəlli  olduğu  üzrə,  istənilən  əlifba  ilə  bağlı  ən  önəmli  məsələlərdən  biri,  bəlkə  də 
birincisi əlifbanın hərflərilə dilin səsləri arasındakı uyğunluq sorunudur. Adətən, dildəki səslər 
əlifbadakı hərflərdən çox olar və bu səslər dildə anlam fərqi yaradıb-yaratmamasına görə iki 
yerə bölünər: fonem və fonem variantı. 
 
Geniş və dərin araşdırmalara toxunmadan qısaca xatırladaq ki, dilin anlam fərqi yaradan 
səsləri  fonem  (latın.  fon  “səs”  sözündən)  adlanır  və  hər  fonem  əlifbada  ayrıca  hərflə 
göstərilir.  Dilin  anlam  fərqi  yarada  bilməyən  səsləri  isə  fonem  variantı  adlanır  və  adətən, 
fonem variantları ayrıca hərflərlə işarə edilmir.  
 
Azərbaycan türkcəsinin səs sistemində ünlü səsləri bildirən doqquz fonem (a, e, ə, ı, i, o, 
ö, u, ü) və ünsüz səsləri bildirən iyirmi beş fonem (b, c, ç, d, f, g, ğ, h, x, j, k (+ k
I
 və x
I
), q, l, 
m, n, p, r, s, Ģ, t, v, y, z) vardır ki, dilimizin bu otuz dörd fonemi latın kökənli əlifbamızda 
otuz iki hərflə göstərilmişdir. Ancaq dilimizin səsləri bu otuz dörd fonemlə bitmir və çağdaş 
Azərbaycan türkcəsi ədəbi dilində anlam fərqi yaratmayan ən azı on fonem variantını da gözə 
alsaq, həmçinin xalq danışıq dilimizdə, ən çox da ləhcələrimizdə işlənən ŋ – sağır n səsini də 
saysaq,  qırx  beş  səsimizin  olduğunu  deyə  bilərik  (ləhcələrimizdə  işlədilən  w,  ç
ı
  [=t+s]  vb. 
səsləri  bəlli  bölgə  ilə  sınırlı  olduqlarına  görə,  bu  ümumi  sıraya  qatmırıq).  Bu  səslər 
əlifbamızda ayrıca hərflərlə işarələnmir, dilçilikdə isə onlar yalnız fonetik transkripsiyanın
20
 
yardımı ilə yazılır.  
 
Anlam  fərqi  yaratmadığı  üçün  əlifbamızda  ayrıca  göstərilməyən,  ancaq  dilimizdə  var 
olan fonem variantları aşağıdakı səslərdir: 
 
Uzun  deyilən ünlü fonem variantları – a:, e:, ə:, i:, o:, ö:u: (hərfin yanına qoyulan 
qoşa nöqtə uzunluq bildirir). Örnəyin: alim [a:lim], elan [e:lan], məna [mə:na], zinət [zi:nət], 
dovşan  [do:şan],  tövbə  [tö:bə],  xüsusi  [xüsu:si].  Göründüyü  kimi,  bu  uzun  səslər  daha  çox 
alınma  sözlərdə,  azacıq  da  deyiliş  zamanı  səsdüşümünə  uğrayan  milli  sözlərin  tələffüzündə 
özünü göstərir. Kiril əlifbasında yazarkən bu uzunluq aşağıdakı biçimlərdə ifadə olunurdu: 
 
1.  heç bir əlavə işarə işlətmədən bir sıra alınma sözlərdə incə ünlülü hecadan öncə gələn 
qalın  ünlülü  hecadakı  ünlü  səsin  uzun  deyilməsi  ilə.  Örnəyin:  ali  [a:li],  alim  [a:lim],  aləm 
[a:ləm] vb.  
 
2. bir sıra alınma sözlərdə eyni ünlü səsin qoşa hərflə yazılması ilə. Örnəyin: saat [sa:t], 
təbii [təbi:], camaat [cama:t] vb. 
 
3.  bir  sıra  ərəb  sözlərindəki    -  əyn  hərfinin  qarşılığı  sayılan  apostrof  işarəsinin 
işlədilməsi ilə. Örnəyin: ə’la [ə:la], bə’zi [bə:zi], mə’ na [mə:na] vb.  


 
51 
 
Latın  əlifbasına  keçildikdən  sonra  uzun  saitlərin  yazıda  ifadəsinə  yönəlik  birinci  və 
ikinci yol öz varlığını eynilə qorudu, üçüncü yol – apostrof isə əlifbamızdan çıxarıldığı üçün 
yazıda işlədilməsinə də gərəksinim qalmadı. 
 
Qısa  deyilən  ünlü  fonem  variantları
21
  –  ı.,  i.,  u.  (hərfin  yanına  qoyulan  tək  nöqtə 
qısalıq bildirir). Qısa ünlülərin işləndiyi sözə ünlü ilə başlayan şəkilçi artırıldıqda, qısa ünlü 
düşür. Örnəyin: ağız – + ı [ağı.zı] > ağzı; beyin – + i [beyi.ni] > beyni; burun – +u [buru.nu]  
> burnu vb. 
 
Ayrıca  hərflə göstərilməyən ünsüz fonem sorunu.  Çağdaş Azərbaycan əlifbasında 
hərfi üç səsi bildirməkdədir:   
 
1.  k  =  [k]  fonemi  (cingiltili  g  ünsüzünün  kar  qarşılığı  olan  ke  ünsüzünü  bildirir. 
Örnəyin: kənd, kirpi; kələm vb.) 
 
 
2.  k  =  [k
ı
]  fonemi  (cingiltili  q  ünsüzünün  kar  qarşılığı  olan  ka  ünsüzünü  bildirir. 
Örnəyin:  traktor,  marka,  kran  vb.).  Bu  səs  bəzən  q  hərfi  ilə  də  verilə  bilir:  toqqa  [tok
ı
qa], 
doqquz [dok
ı
quz], məqsəd [mək
ı
səd] vb.   
 
3.  k  =  [x
ı
]  fonemi  (cingiltili  y  ünsüzünün  kar  qarşılığı  olub  ih  kimi  deyilən  ünsüzü 
bildirir. Örnəyin: kəklik [kəklix
ı 
], çiçək [çiçəx
ı 
], külək [küləx
ı
] vb.). Sonu  k = [x
ı
]  ilə bitən 
sözlərə  ünlü  ilə  başlayan  şəkilçi  artırdıqda  k  =  [x
ı
]  səsi  öz  cingiltili  qarşılığı  olan  y  səsinə 
çevrilir. Örnəyin: kəklik → kəkliyi; çiçək → çiçəyə; külək → küləyin vb.  
 
[k],  [k
ı
]    [x
ı
]  səslərinin  latın  əlifbasında  k  (qismən  də  q)  hərfilə  verilməsi  yeni  bir 
özəllik  olmayıb ərəb və kiril əlifbalarında da özünü göstərməkdədir. Belə ki,  bu səslər  ərəb 
əlifbasında ک (qismən də ) hərfi ilə, kiril əlifbasında isə к (qismən də г) hərfi ilə işarələnir 
və onlar üçün ayrıca işarələr yaradılmamışdır. Ancaq unutmayaq ki, bu üç səs dilimizin o biri 
ünsüz fonemləri kimi bütün durumlarda çox da açıq-aydın anlam fərqi yarada bilmirlər. Ona 
görə  də,  hər  üç  səs  üçün  istər  ərəb,  istər  kiril,  istərsə  də  latın  əlifbamızda  ayrıca  hərfin 
yaradılmasına gərəksinmə duyulmamışdır və onlarla fonem variantı kimi davranılmışdır. 
 
Azərbaycan türkcəsində ŋ  –  sağır  n səsi tarixən işlək olmuş, ancaq son dönəmlərdə öz 
işləkliyini itirərək qismən xalq danışıq dilimizdə, daha çox isə ləhcələrimizdə qorunmuşdur. 
Eyni  zamanda,  bu  səs  ləhcələrimizdə    ya    v  səsinə  (ataŋa  ~  atava),  ya  y  səsinə  (sözüŋə  ~ 
sözüyə),  ya n səsinə (başıŋa ~ başına)... çevrilmiş,  ya da düşmüşdür (ataŋa ~ ata:) vb. İndi 
sağır  n səsi yerinə ədəbi  dildə n burun  ünsüzü işlənir,  sağır  n səsi isə fonem variantı  kimi 
yalnız transkripsiyada  ŋ işarəsilə göstərilir.   
 
Bu hesabla, dilimizdə qırx beş səs işlənir ki, onlardan otuz ikisi açıq-aydın anlam fərqi 
yaradan  fonemlərdir  və  latın  kökənli  əlifbamızda  bu  fonemlərdən  hər  biri  üçün  ayrıca  hərf 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə