Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə22/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   61

 
46 
 
Bütün  üslubların  varlığı  dilin  işlənmə  çevrəsinin  tamlığını  –  bütövlüyünü  göstərir  və 
əgər  bir  dildə  üslubların  hamısı  yoxdursa,  deməli,  o  dilin  işlənmə  çevrəsinin  genişliyindən 
yox, məhdudluğundan danışıla bilər.  Bu isə o deməkdir ki, işlənməyən üslubların aid olduğu 
sahələrdə dil topluma xidmət edə bilmir, dilin xidmət alanı sınırlıdır və bu yöndə dilin gəlişmə 
düzeyi çox da yüksək deyil. Çox yazıqlar ki, dilin üslubi rəngarəngliyi və xidmət alanı üzrə 
XX yüzildə Azərbaycan türkcəsinin çağa uyğun gəlişməsi əngəllənmiş, özəlliklə milli ədəbi 
dilimizin  hərbi,  rəsmi-sənəd,  siyasi-publisist  vb.  üslubları  sıradan  çıxarılmış,  yaxud  çox 
ciddi  biçimdə  sarsıdılmış  və  bununla  da  dilimizin  işlənmə  dairəsi  daraldılmış,  ünsiyyət 
vasitəsi  kimi  xidmət  göstərdiyi  sahələr  məhdudlaşdırılmışdır.  Toplum  yaşamının  hər 
sahəsindən  çıxarıldıqca  ədəbi  dilimiz  təkcə  o  sahəyə  aid  üslubu  itirmədi,  həm  də  həmin 
üslubda  işlədilən  özümlü  sözləri,  deyimləri,  ifadə  biçimlərini,  cümlə  növlərini  vb.  dil 
faktlarını  da  addım-addım  itirdi.  Örnəyin,  dilimiz  hərbi  sahədən  uzaqlaşdırılınca  həm  hərbi 
üslubu itirdik, həm də hərbi anlayışları bildirən nə qədər sözlərimiz, çeşidli dil birimlərimiz 
işlədilmədiyindən yavaş-yavaş unuduldu...    
 
Ədəbi  dildə  hər  hansı  bir  üslubun  yaranması  və  toplum  içində  oturuşmuş  bir  düzeyə 
yetməsi asanlıqla başa gələn qısa sürəli bir olay deyil, tərsinə, uzun çəkən və bəlli bir zaman 
boyunca  addım-addım  yaranan,  çeşidli  gəlişmə  səhifələri  üzrə  çalxalanıb  özümlü  dil 
faktlarına,  sözlərə,  ifadələrə,  bəlli  qaydalara  vb.  yiyələnməklə  biçimlənən  bir  sürəcdir.  Ona 
görə  də,  çağdaş  ədəbi  dilimizdə  var  olan  məişət  üslubu,  bədii  üslub,  elmi  üslub,  publisist 
üslub  (siyasi  üslub  növü  də  daxil),  rəsmi  üslub,  hərbi  üslub  vb.  ilə  bağlı  Azərbaycanın 
quzeyində  qazanılan  təcrübə  Bütöv  Azərbaycan  baxımından  işlənib  dəyərləndirilməli,  bu 
üslubların  daha  da  zənginləşdirilməsi  və  daha  da  milliləşməsi  üçün  isə  Azərbaycanın 
güneyinə özəl diqqət yetirilməlidir.  
 
Təbii  ki,  standart  ədəbi  dil  normaları  sisteminə  daxil  bütün  məsələlər  üzərində  yox, 
mövzumuzla bağlı olaraq yalnız düzgün yazı qaydaları – imla (orfoqrafik) normalar üzərində 
durmamız gərəkir. Ancaq Azərbaycanın quzeyində latın əlifbası, Azərbaycanın güneyində isə 
ərəb  əlifbası  işləndiyinə  görə,  qarışıqlıq  olmasın  deyə  öncə  əlifba  məsələsini  qısa  biçimdə 
ayrıca gözdən keçirək.    
 
 
Ġkinci bölüm 
Azərbaycan əlifbası  


 
47 
 
Danışıq  səslərini  bildirən  hərflərin  bəlli  bir  sıra  ilə  düzülüşü  əlifba  adlanır.  İstənilən 
əlifba  bir  yandan  dilə  bağlı  bir  kültür  faktı,  o  biri  yandan  isə  toplumun  siyasi  yönəlişini 
bəlirləyən strateji bir amildir. Bu iki yön üst-üstə düşməyəndə toplum üçün sorun yaranar və 
sonucda,  toplum  ya  öz  siyasi-strateji    yönəlişində  bir  yenilik  etməli,  ya  da  əlifbasını 
dəyişdirməli olar (bəzən də hər iki yön dəyişər). Örnəyin, əski türk əlifbası özgün (orijinal) bir 
əlifba  olub  türklüyü  başqalarından  fərqləndirirdi  və  əsarətə  düşəndə  bağımsız  dövlət  üçün 
yanıb-yaxılan, bağımsız dövlət qurub güclənəndə isə dörd bulunqa – dünyanın dörd cəhətinə 
yiyələnmə  düşüncəsi  ilə  yola  çıxan  əski  türk  dövlətçilik  sisteminə  uyğun  idi.  Ancaq  türklər 
müsəlman olduqdan sonra bu uzlaşımı qoruya və öz əlifbalarını öz siyasi-strateji yönəlişlərinə 
uyğun gəlişdirib yaşada bilmədilər. Çünki çeşidli əlifbalara xoş baxan və xalqları yalnız bir 
əlifbada  yazmağa  zorlamayan  xristianlıqdan  fərqli  olaraq,  islam  dini  qutsal  Quranın  ərəbcə 
olmasını  əsas  götürüb  ərəb  əlifbasının  da  qutsallığını  irəli  sürdü  və  müsəlman  xalqların  bu 
əlifbada  yazması  gərəkdiyini  ortaya  qoydu.  Sonucda,  dörd  bulunqa  yiyələnib  dünya  ağalığı 
qurmaq  düşüncəsi  daşıyan  türklük  özünün  bu  cahan  hakimiyyəti  siyasi-strateji  yönəlişini 
islamla birləşdirdi və bu yolda öz əlifbasını qurban verərək ərəb əlifbasını qəbul etdi...  
 
1926-cı  il  I  Bakı  Türkoloji  qurultayı  dünya  türk  xalqlarının  latın  əlifbasına  keçməsi 
qərarını verdi və bu qərar gəlişmiş Batı düzeyinə yönəlişi əsas alan bağımsız türk dövlətçiliyi 
baxımından tam doğru addım idi. Ancaq Rusiya imperiyasına nə bağımsız türk dövlətçiliyi, 
nə  də  türklüyün  Batıya  yönəlişi  gərək  idi  və  ona  görə  də,  milyonlarla  insanı  öldürərək 
türklərin Rusiya mərkəzli “sosializmə” yönəlişini zorla gerçəkləşdirməyə çalışdı ki, bu yolda 
atdığı əsas addımlardan biri də türklərə kiril əlifbasını məcburən sırıması oldu.  
 
Bu gün Azərbaycan Respublikasının  Batıya yönəlişi yenidən əsas götürməsi və yenidən 
latın  əlifbasını  qəbul  etməsi  o  deməkdir  ki,  Azərbaycan  1920  –  1930-cu  illərdə  qarşısı 
kəsilmiş  gəlişmə  yolu  ilə  irəliləyişini  yenidən  başlamışdır.  Bağımsızlıq  qazanmış  o  biri  türk 
cümhuriyyətləri  də  eyni  yolu  izləməkdədirlər,  ancaq  örnək  üçün,  Tatarıstan  Cümhuriyyəti 
hələ bağımsızlıq qazana bilmədiyi üçün latın əlifbasına da keçə bilmir (Doğrudur, Tatarıstan 
da  latın  əlifbasına  keçmə  qərarı  verdi,  ancaq  onun  yeni  siyasi-strateji  yönəlışını  əngəlləmək 
üçün  Rusiya  tez  bu  qərarı  ortadan  qaldırdı).  Deməli,  açıqca  görünür  ki,  türklər  üçün  indiki 
anda  bağımsızlığa  yönəliş  və  latın  əlifbası  bir-biri  ilə  bağlı  qoşa  qanadlardır.  Bu  isə  o 
deməkdir  ki,  bu  gün  əsarətdə  olan  bir  türkün  bağımsız  dövlət  qurması  baxımından  latın 
əlifbasına keçməsi də çox gərəklidir, yaxud bu gün latın əlifbasına keçmək əsarətdə olan bir 
türkün  yarınkı  bağımsızlığa  yönəlişini  də  ortaya  qoymaqdadır  (Təbii  ki,  biz  bağımsızlığın 
siyasi,  iqtisadi,  sosial,  kültürəl  vb.  şərtlərini  unutmuruq,  sadəcə,  məsələnin  öz  mövzumuzla 
bağlı yönünə – əlifba faktına toxunuruq).  


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə