Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə30/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   26   27   28   29   30   31   32   33   ...   61

 
63 
ədəbi dili zənginləşdirmək olmaz və quşqusuz, öz dil normamız
24
 (“Sizə təşəkkür edirik”) ola-
ola gərəksiz alınma normanı ədəbi dilə gətirmənin anlamı yoxdur.  
 
6. Yazımızın düzənlənməsində az-çox rol oynaya biləcək bütün yazı qaydaları açıq-
aydın göstərilməli və heç bir boĢ alan buraxılmadan hər sahədə standart normanın nə 
olması  ortaya  qoyulmalıdır.  Çünki  45-50  milyonluq  Azərbaycan  toplumunun  bütövləşmiş 
standart yazı  qaydalarına yiyələnə bilməsi  üçün öncə önəmlilik düzeyinin  ən aşağı  ucundan 
tutmuş ən yuxarı ucunadək bütün yazı qaydalarının dəqiq bilinməsi gərəkir. Özəlliklə, hamı 
üçün gərəkli “Azərbaycan türkcəsinin imla sözlüyü” (yaxud çap edilmiş adı ilə “Azərbaycan 
dilinin orfoqrafiya lüğəti”) kimi özül qaynaqlarda bütün qaydalar verilməli və bütün durumlar 
üzrə yazımızın standart qaydaları göstərilməlidir. Yalnız bundan sonra ayrı-ayrı kəsimlər üçün 
ən önəmli və aparıcı yazı qaydaları seçilib yarımçıq halda ortaya qoyula bilər.  
 
7.  Ġmla  (ümumiyyətlə,  ədəbi  dil)  normaları  üzrə  bütövləĢmə  sorunu  bir  yandan 
Azərbaycan türkcəsi  ədəbi  dilində, o biri yandan isə  çağdaĢ  türk  ədəbi dilləri  arasında 
özünü  göstərməkdədir.  Ona  görə  də,  Azərbaycan  türkcəsi  ədəbi  dilində  orfoqrafiya 
normalarının bütövləşməsinə çalışmaqla yanaşı, Azərbaycan türkcəsi, Türkiyə türkcəsi, özbək 
türkcəsi,  qazax  türkcəsi,  qırğız  türkcəsi,  türkmən  türkcəsi,  uyğur  türkcəsi,  tatar  türkcəsi  vb. 
çağdaş  türk  ədəbi  dilləri  arasında  orfoqrafiya  normalarının  bir-birinə  yaxınlaşmasına  və 
uyğunlaşmasına  da  özəl  diqqət  yetirilməlidir.  Çağdaş  türk  ədəbi  dillərində  bir-birindən 
öyrəniləsi məsələlər az deyil. Örnəyin, Azərbaycan türkcəsinə yönəlik araşdırmalarda varlığı 
tək  olan əşya adlarına xüsusi isim (=özəl ad) deyilir və onların ilk hərfinin böyük yazılması 
bir qayda olaraq irəli sürülür; varlığı tək olmayan eynicinsli əşyaların adları isə ümumi isim 
sayılır  və  onların  kiçik  hərflə  yazıldığı  bildirilir.  Deməli,  adların  özəl  və  ümumi  adlara 
ayrılmasının məntiqi bölgü özülü varlığı tək olan – varlığı tək olmayan anlayışıdır. O halda 
millət,  xalq,  oymaq,  boy,  dil,  din,  mifik  surət  vb.  bu  kimi  varlığı  tək  olan  adların  özəl  ad 
sayılıb  böyük  hərflə  yazılmaması  məntiqi  bölgü  özülünün  vahidliyi  ilkəsinə  zidd  deyilmi? 
Quşqusuz,  ziddir  və  bu  uyğunsuzluq  Azərbaycan  orfoqrafiya  normalarının  yanlışlıqlarından 
sayılmalıdır  (Bu  yanlışlıq  hələ  rəsmən  düzəldilmədiyi  üçün  və  yazımızda  ikilik  yaranmasın 
deyə  biz  indilik  özəl  adları  kiçik  hərflə  yazmaqda  davam  edir,  ancaq  inanırıq  ki,  bunlar 
gələcəkdə böyük hərflə yazılacaqdır).  
 
Çağdaş  Türkiyə  türkcəsi  yazı  qaydalarında  isə  millət,  boy,  oymaq,  dil,  ləhcə,  din, 
məzhəb, mifologiya ilə bağlı adlar özəl ad sayılır və böyük hərflə yazılır ki, bizcə, doğrusu da 
budur və bu doğru qaydanın Azərbaycanda da qəbul edilməsi çox gərəklidir.  
 
Quşqusuz, qardaş türk ədəbi dilləri ilə uyğunlaşma anlayışı heç də o anlama gəlməz ki, o 
biri  türk  ədəbi  dillərində  olan  nə  varsa  hamısı  doğrudur  və  qəbul  edilməlidir.  Örnəyin, 


 
64 
Türkiyə  türkcəsi  yazı  qaydalarında  yabançı  özəl  adların  yazılış  qaydalarındakı  bir 
uyğunsuzluğa  ötəri  toxunaq.  Qaydalarda  deyilir  ki,  rus  özəl  adlarının,  yaxud  yunan 
adlarının  yazılıĢında  rus,  yaxud  yunan  hərflərinin  səs  dəyərini  qaĢılayan  türk  hərfləri 
yazılır (örn.: Bolşevik, Brejnev, Çaykovski, yaxud  Homeros, Platon vb.). 
 
Bizcə,  bu  qayda  çox  gözəl  və  bütün  türk  ədəbi  dilləri  üçün  keçərli  ola  biləcək  bir 
qaydadır.  Ancaq  bunun  ardınca  göstərilir  ki,  latın  yazı  sistemini  iĢlədən  dillərdəki  özəl 
adlar  özgün  biçimləri  ilə (yəni qaynaq dildə olduğu kimi) yazılır; örn.: Beethoven, Byron, 
Rousseau,  Shakespeare vb. Bu yazılışın  törədəcəyi  çətinlikləri bir  az  asanlaşdırmaq  üçün  də 
məsləhət  görülür  ki,  Batı  dillərində  işlədilən  adların  oxunuşları  ayrac  içində  göstərilə  bilər: 
Shakespeare (Şekspir) vb. kimi. 
 
Açıq-aydın ortadadır ki, burada çox doğru olan qaynaq dildəki hərflərin səs dəyərini 
qarĢılayan  türk  hərfləri  yanaşması  unudulur  və  məntiqi  bölgü  özülü  pozularaq  latın  yazı 
sistemli  dillərin  yazı  qaydalarından  asılılığa  gedilir.  Ancaq  o  dillərdə  özünü  göstərən  hərf 
birləşmələrinin türk yazı sisteminə gətirilməsi qatma-qarışıqlıq yaratmaqdan başqa bir nəsnə 
deyil və türk dilləri baxımından heç bir anlam daşımır. Məntiqi bölgü özülü pozulmamalıdır 
və hansı yazı sistemli qaynaq dilə aid olur-olsun, bütün yabançı adlar, sözlər qaynaq dildəki 
hərflərin səs dəyərini qarĢılayan milli hərflərlə verilməlidir
25
. Öz dilimizdə Jan Jak Russo 
əvəzinə,  Jean  Jaques  Rousseau  yazırıqsa,  fransız  dilinin,  Şekspir  əvəzinə  Shakespeare 
yazırıqsa, ingilis dilinin, Fridrix Nitsşe əvəzinə Friedrich Nietzsche yazırıqsa, alman  dilinin... 
özəlliklərini  bilməliyik  ki,  bu  da  insanımızı  çaşdırmaqdan  və  yabançı  dil  orfoqrafiya 
normalarını kor-koruna yamsılamaqdan başqa bir nəsnə deyil. Əgər adın qaynaq dildə ozgün 
(orijinal) yazılışını da göstərmək gərəkərsə, bunu yabançı adın öz dilimizdəki ilk yazılışının 
qarşısında ayrac içərisində vermək olar; örn.: Jan Jak Russo (Jean Jaques Rousseau) vb.   
 
Deməli, çağdaş türk ədəbi dilləri arasında imla normalarının bütövləşməsi sorunu ciddi 
araşdırmalar,  müzakirələr  gərəkdirir  və  bizcə,  ortaq  orfoqrafiya  normaları  hazırlanarkən 
yabançı dil özəllikləri yox, bütün durumlarda türk dil özəllikləri əsas götürülməlidir. Örnəyin, 
yabançı  özəl  adların  türk  ədəbi  dillərində  vahid  yazılış  qaydası  olaraq  bütün  durumlarda 
qaynaq dildəki hərflərin səs dəyərini qarşılayan milli hərflər özülündən çıxış edilməsi bu cür 
türk dil özəlliklərindən biridir. 
 
  Biz  Azərbaycan  türkcəsi  ədəbi  dilinin  bütövləşməsinə  yönəlik  vahid  orfoqrafiya 
normaları  yaradılmasında izlənəcək yolun  ana cizgiləri ilə bağlı bütün incəliklərə toxunmaq 
düşüncəsində deyilik. Sadəcə, onlardan yeddi ana cizgiyə toxunmaqla yetinir və bundan sonra 
düzgün  yazı  qaydalarımızdan  örnəklər  verməyi  gərəkli  bilirik.  Təbii  ki,  bu  örnəklər  düzgün 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə