Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə27/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   23   24   25   26   27   28   29   30   ...   61

 
57 
bilmir, yaxud bəzən düzgün deyiliş (orfoepiya) qaydaları ilə düzgün yazılış qaydaları arasında 
bəlli bir qarışıqlıq yaranmasına nədən olur ki, bu da normal bir ədəbi dil üçün yolverilməzdir. 
Ona görə də, buraxılan açıqları qapatmaq və düzgün yazı qaydalarımızı daha da bitkin, daha 
da yetkin bir düzeyə qaldırmaq üçün həm fonetik ilkə üzrə çeşidli fonem variantlarının yox, 
yalnız  fonemlərin  yazılışı  əsas  götürülür,  həm  də  düzgün  yazı  qaydalarımızın 
düzənlənməsində fonetik ilkə ilə yanaşı, o biri ilkələrə də geniş yer verilir.  
 
Morfoloji  ilkə  irəli  sürür  ki,  söz  və  şəkilçilər  deyildiyi  kimi  yox,  öz  morfoloji 
quruluşuna uyğun vahid formada yazılmalıdır. Bu ilkə o deməkdir ki, bir sıra durumlarda söz 
və  şəkilçilərin  deyildiyi  kimi  yazılması  yanlışlıq  yaradar  və  düzgün  yazılış  üçün  onların 
deyilişi  yox,  morfoloji  quruluşu  əsas  götürülməlidir.  Örnəyin,  “Narın  yağış  çiləyirdi” 
cümləsindəki çiləyirdi sözü deyilişdə asanlıq üçün [çiliyirdi] kimi tələffüz olunur və əgər bu 
sözün  yazılışında  yalnız  fonetik  ilkəni  əsas  alsaq,  sözü  elə  çiliyirdi  kimi  də  yazmalıyıq. 
Ancaq  sözün  morfoloji  quruluşuna  göz  yetirəndə  bəlli  olur  ki,  söz  çilə-  +  -yir  +  -di 
hissələrindən  ibarətdir  və  burada  -di  ünsürü  fel  şəkillərinin  hekayəsini  yaradan  idi 
hissəciyinin  şəkilçiləşmiş  qısa  biçimidir,  ünlü  səslə  qurtardığı  üçün  y  bitişdirici  ünsüzü 
artırılmış -ir (-yir) felin indiki zaman şəkilçisidir, sözün kökü isə çilə- felidir və dilimizdə bu 
felin ayrıca bir çili- variantı yoxdur. Başqa sözlə, asanlıq üçün [çiliyirdi] kimi deyilən sözün 
kökündə  çili-  yox,  çilə-  feli  durur  və  bu  morfoloji  quruluş  ortaya  qoyur  ki,  sözün  düzgün 
yazılışı  da  məhz  elə  söz  kökünə  uyğun  çiləyirdi  kimi  olmalıdır  (Tutuşdur:  [baĢlıyırdı]  < 
baĢlayırdı; [oynuyurdu] < oynayırdı; [gözlüyürdü] < gözləyirdi vb. ).               
 
Yaxud  bəllidir  ki,  dilimizin  cəmlik  bildirən  -lar,  -lər  şəkilçisi  artırıldığı  sözün 
tərkibindəki  səslərdən  asılı  olaraq  çeşidli  biçimlərdə  deyilir.  Örnəyin:  [qızdar]  <  qızlar, 
[bizdər]  <  bizlər;  [qarrar]  <  qarlar,  [tirrər]  <  tirlər;  [annar]  <  anlar,  [günnər]  <  günlər  vb. 
sözlərin  deyilişinə  söykənsək,  belə  çıxır  ki,  -lar,  -lər  şəkilçisi  ilə  yanaşı,  dilimizdə  cəmlik 
bildirən -dar,  -dər,  -rar,  -rər,  -nar,  -nər şəkilçiləri  də  varmış.  Ancaq  morfoloji  ilkə  ortaya 
qoyur  ki,  bu  -dar,  -dər,  -rar,  -rər,  -nar,  -nər  əslində  -lar,  -lər  şəkilçisinin  deyiliş  məqamına 
bağlı variantlarıdır və onların hamısı yalnız -lar, -lər kimi yazılmalıdır.   
 
Tarixi-gələnəksəl  ilkə  irəli  sürür  ki,  söz  və  şəkilçilər  tarixən  necə  yazılmışdırsa, 
dəyişdirilməməli  və  gələnək  üzrə  bu  gün  də  elə  yazılmalıdır.  Tarixi-gələnəksəl  ilkə  üzrə 
yazılışda  istər  fonetik  ilkənin  deyiliş,  istərsə  də  morfoloji  ilkənin  əslinə  uyğunluq  tələbi  bir 
qırağa qoyulur və  “keçmişdə yazıldığı kimi yazılma” təməlindən çıxış edilir. 
 
Bu  gün  fonetik  və  morfoloji  ilkələr  düzeyində  olmasa  da,  Azərbaycan  türkcəsi  ədəbi 
dilində imla normaları düzənlənərkən tarixi-gələnəksəl ilkədən də yararlanılır.  Örnəyin, son 
səsi  həm  z,  həm  də  s  ilə  deyilən  sözlər  gələnək  üzrə  z  ilə  yazılır  (deyilişdə:  almas,  Aras, 


 
58 
palas... –  yazılışda: almaz,  Araz, palaz...); son səsi həm  d, həm də t ilə deyilən sözlər d ilə 
yazılır  (deyilişdə:  yaşıt,  söyüt,  süt,  ot...  –    yazılışda:  yaşıd,  söyüd,  süd,  od...);  sonu  ng 
ünsüzləri ilə bitən sözlər deyildiyi kimi, yaxud hətta morfoloji quruluşuna uyğun olaraq yox, 
gələnək  üzrə  elə    ng  ilə  yazılır  (deyilişdə:  qəşək//qəşəx
ı
,  tüfək//tüfəx
ı
,  pələx
ı
...  –  yazılışda: 
qəşəng, tüfəng, pələng...) vb.  
 
Tarixi-gələnəksəl  ilkə  yabançı  özəl  adların  yazılışında  çox  böyük  önəm  daşıyır  və  bu 
baxımdan,  yabançı  özəl  adların  yazılışında  tarixi-gələnəksəl  ilkədən  yox,  başqa  bir  ilkədən 
çıxış  edilməsi  tariximizə, öz yazı gələnəyimizə qarşı  hörmətsizlikdən başqa bir nəsnə  deyil. 
Örnəyin,  mümkündür  ki,  gürcü  dilinin  orfoqrafiya  qaydaları  Tiflis  adının  Tbilisi  kimi 
yazılışını gərəkdirsin. Ancaq bu, Azərbaycan türkcəsinin yox, gürcü dilinin qaydasıdır və biz 
yüzillər boyu yazdığımız Tiflis adını niyə bir qırağa qoymalı, öz tarixi-gələnəksəl yazılışımızı 
dəyişdirməliyik?  Deyək  ki,  almanlar  öz  ölkələrini  Döyçland  adlandırırlar  və  Döyçlanda 
ingilislər  Germany  (=Göməni)  və  ruslar  da  buna  uyğun  Германия  (=Qermaniya),  isveçlər 
Tyskland  (=Tüskland)  deyir,  biz  isə  onu  Almaniya  adlandırırıq.  Göründüyü  kimi,  burada 
almanların  öz  ölkələrini  özlərinin  necə  adlandırması  yox,  hər  xalqın  öz  dil  özəllikləri  və 
tarixən  yaranmış  gələnəksəl  adlandırması  əsasdır.  Bu  qayda  dünyada  geniş  yayılmış  bir 
qaydadır və biz də yabançı özəl adların işlədilməsində özümüzün tarixən yaranmış gələnəksəl 
adlandırmamız necədirsə, onu olduğu kimi qorumalı və dəyişdirməməliyik  ( örnəyin, Tiflisi 
bir qırağa qoyub Tbilisi yazmamalıyıq). Başqa sözlə, yabançı özəl adların yazılışında mütləq 
tarixi-gələnəksəl ilkədən çıxış etməliyik.  
 
Yaxud İsveç adını götürək. İsveçlər öz ölkələrinə Sverige (=Sverye) deyirlər, ruslar onu 
Швеция (= Şvetsiya), 
ingilislər Sweden (Sueden) adlandırır və farslar da bu ingilis variantına 
uyğun  olaraq  Suet  adı  işlədirlər.  Bizim  dilimizdə  isə  ölkənin  adı  tarixən  Ġsveç  kimi 
biçimlənmişdir və indi ayrı-ayrı adamların ölkəni Şved, yaxud Suet adlandırması, hətta bəzən 
elə  bu  cür  də  yazmaları  tamam  yanlışdır,  yolverilməzdir.  Dilimizdə  tarixən  yaranmış 
gələnəksəl  Ġsveç  adının  belə  yanlış  deyilməsi-yazılması  öz  dilimizə  sayğısızlıqdan  başqa  bir 
nəsnə deyil.            
  
Beləliklə,  Azərbaycan  türkcəsi  ədəbi  dilinin  orfoqrafiya  normaları  düzənlənərkən  
fonetik, morfoloji və tarixi-gələnəksəl ilkələr əsas götürülür, düzgün yazı qaydaları məhz bu 
üç ilkəyə söykənməklə ortaya qoyulur.   
Düzgün yazı qaydalarında bütövləĢmə sorunu  
 
Azərbaycan türkcəsi ədəbi dilinin bütövləşməsi yönündə görüləcək önəmli işlərdən biri 
düzgün  yazı  qaydalarımızın  vahidləşməsi  və  Azərbaycanın  istər  quzeyində,  istərsə  də 
güneyində  eyni  imla  normalarının  əsas  götürülməsidir.  Ancaq  bir  yandan  fars  şovinizminin 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə