Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə35/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   31   32   33   34   35   36   37   38   ...   61

 
73 
 
Tarixi-gələnəksəl  ilkə  hər  dilin  öz  yazı  ənənəsini  sərgiləyir  və  hər  dilin  özü  üçün 
gözəldir, normaldır.  
 
Qaynaq dili yamsılama ilkəsi alıcı dilin öz yazı qaydalarını bir qırağa ataraq qaynaq dil 
(daha doğrusu, aparıcı hakim dil) qaydalarına tabe olmasını, boyun əyməsini göstərir. Qaynaq 
dili yamsılamanın geniş yayılıb sistem oluşduracaq bir düzeyə çatması alıcı dilin varlığı üçün 
ciddi  təhlükə  deməkdir. Siyasi  alanda bir xalqın  əsarətdə  yaşaması, başqasından asılı olması 
nədirsə,  dil  alanında  da  bir  dilin  qaynaq  dili  yamsılaması  odur.  Daha  doğrusu,  qaynaq  dili 
yamsılama ilkəsi kültür imperializminin dil alanındakı bəlirtisidir və ona görə də, siyasi 
bağımsızlığı  olan,  kültür  imperializminin  məngənəsində  çırpınmayan  dillərin  heç  birində 
qaynaq  dili  yamsılama  ilkəsi  sistem  halında  yoxdur  və  ola  da  bilməz.  Yalnız  siyasi  asılılığı 
olan,  aşağılıq  kompleksinə  uğradılan  və  ikinci,  üçüncü...  dərəcəli  bir  dil  kimi  davranılan 
dillərdə qaynaq dili yamsılama ilkəsi körüklənər, geniş yayılıb sistem oluşdurmasına çalışılar. 
Bu işi istər bilərəkdən, istərsə də bilməyərəkdən görənlər əslində kültür imperializminin dil 
viruslarından başqa bir nəsnə deyillər.  
 
Kültür imperializminin dil virusları iki yön üzrə dilimizə zərbə vurmaqda və dilimizin 
aşağılanmasına nədən olmaqdadır:  
 
1.  Adlarımızın  yabançı  dillərdə  yazılışı  bizim  dilimizin  qaydalarına  yox,  bizə  hakim 
olmuş  yad  dillərin  qaydalarına  söykənir.  Sonucda  yer-yurd,  şəxs  vb.  özəl  adlarımız  başqa 
dillərdə indi də bizim dilimizin yox, rus, fars, ərəb dillərinin qaydalarına uyğun yazılır; örn.: 
Azərb. Həsən Həsənov – ingilis. Gasan Gasanov (< rus. Гасан Гасанов. Halbuki ingiliscə 
h hərfi var və adımız ən azı Hasan Hasanov yazıla bilərdi); Azərb. Arif Səidi – isveç. Aref 
Saedi  (<  fars,  ərəb  deyilişi.  Halbuki  isveçcə  həm  i,  həm  də  e,  yaxud  ä  =  e//ə  səsi  var  və 
adımız isveç dilində Arif Seidi, yaxud Arif Säidi olaraq doğru yazıla bilərdi); Azərb. Araz – 
bir sıra Batı dillərində Araks (Halbuki həmin dillərdə z səsi (hərfi) var və Araz adımız eynilə 
qoruna  bilərdi),  Azərb.  Marağa,  Urmu//Urmiya  –  ingilis.  Maragheh,  Orumiyeh  (<  fars 
deyilişi. Halbuki elə bir dəyişiklik olmadan Maragha, Urmu//Urmia yazıla bilərdi) vb.  
 
Təbii  ki,  dilimizə  qarşı  bu  saymazyana  davranışın  ortaya  çıxması  siyasi 
bağımsızlığımızın  yoxluğundan,  milli  dil  bilincinə  hələ  tam  yiyələnməməyimizdən  və 
adlarımızı  öz  dilimizin  qaydaları  özülündə  standartlaşdıraraq  dünyaya  təqdim 
etməməyimizdən  qaynaqlanmaqdadır.  Ona  görə  də,  dünya  üzrə  dilimizə  sayğı  qazandırma 
yönündə  ciddi    çalışmamız  və  araçı  dilə  gərəksinmə  olmadan  dilimizin  dünya  dilləri  ilə 
birbaşa təmasını gücləndirməmiz gərəkir.   
 
2.  Alınma  sözlərin  və  yabançı  adların  öz  dilimizdə  yazılışında  qaynaq  dili  yamsılama 
ilkəsi yayılıb önə çıxır və aparıcı olmağa başlayır. Ancaq  çox yazıqlar ki, savadlı olduğunu, 


 
74 
yabançı  dil  bildiyini  göstərib  öyünməyə,  özünü  şişirtməyə  çalışan  bəzi  insanlarımız  alınma 
söz  və  yabançı  adların  qaynaq  dildəki  yazılışını  ədəbi  dilimizə  gətirməyə  çalışmaqla  kültür 
imperializminə qulluq etdiklərinin fərqinə varmırlar. Belələrinə görə, guya show, cafe, cent... 
yazılanda  daha  üstün  olur  və  daha  gözəl  görünürmüş,  Ģou,  kafe,  sent...  yazılanda  isə  dəyər 
aşağı düşürmüş... Ancaq belələri düşünmürlər ki, əlifbamızda sh (ş), w (u), c (k), c (s) hərfləri 
yoxdur və “savad satıb” yazımızda hərf qarışıqlığı yaratmaqla, o sıradan yazımızla əlifbamız 
arasında uyğunsuzluq törətməklə əslində yazı mədəniyyətimizə ciddi zərbə vururlar.  
 
Unutmayaq  ki,  birisi  Maykl  Cekson  yox,  Michael  Jackson  yazanda,  təbii  ki, 
ingiliscəni  bilməyən  başqa  birisi  də  onu  Mixayıl  və  ya  Mikael  Jakson  oxuya  bilər  və  bu 
yanlışlığın  suçu  oxuyandan  daha  çox  yazandadır.  Çünki  ingiliscəni  bilmək  heç  də  yanlış 
oxuyanın borcu deyil, ancaq yanlış yazanın borcudur ki, Azərbaycan türkcəsində yazanda bu 
dilin qaydalarına əməl etsin.  
 
Çoxlarının bildiyi gerçəklikdir ki, Batı dillərində bizdən (türk dillərindən) alınan sözlər 
və bizim adlarımız olduğu kimi qorunmaz, tərsinə, hər dilin öz qaydalarına uyğun yazılar və 
bir çox durumlarda da ciddi təhriflərə yol verilər. Örnəyin, isveç dilinə keçmiş çaqqal, şaman, 
şal... sözlərimiz isveç yazı qaydalarına uyğun olaraq schakal (=çaqqal); schaman (=Ģaman); 
sjal//schal  (=Ģal)  kimi  yazılır.  Yaxud  ġəki  şəhərimizin  adı  bir  sıra  Batı  dillərində  Sheki
Xalxal şəhərimizin adı KhalkhalNaxçıvan şəhərimizin adı Nakhchivan//Nakhichevan, ulu 
şairimiz M.H.ġəhriyarın adı M.H.ShahriarOğuz adımız Oghuz kimi verilir vb.  
 
Batı dillərindəki bu özəllik tam normal və doğrudur. Çünki bizim Ģ, ç, x, ğ vb. bu kimi 
bəzi  hərflərimizin  səs  dəyərinə  uyğun  hərf  qarşılığı  olaraq  bir  çox  Batı  dillərində  bəlli  hərf 
birləşmələri işlənir. Örnəyin, bizim ç hərfimiz isveçcə ch (charter – çarter; Chile – Çili; check 
– çek); Ģ hərfimiz isveçcə ch (chans – şans; chef – şef; chock – şok... ); sh (sherif – şerif; shia 
–  şiə;  show  –  şou...);  sch  (schablon  –  şablon;  schack  –  şah;  schejk–  şeyx...);  x  hərfimiz 
almanca  ch  (Christ  –  Xrist  (Xristos);  charakter  –  xarakter...),  ingiliscə  kh  (  Nakhchivan  - 
Naxçıvan,  khan  -  xan...);  ğ  hərfimiz  ingiliscə  gh  (Aghdam  –  Ağdam;  Oghuz  –  Oğuz...)  vb. 
hərf  birləşmələrinə  uyğun  gəlməkdədir.  Ona  görə  də,  Batı  dilləri  bizdən  (türk  dillərindən) 
aldıqları sözlərdə və bizim özəl adlarımızda olan Ģ, ç, x, ğ... kimi hərflərimizi doğru olaraq öz 
dillərinə uyğun hərf birləşmələri ilə verirlər.        
 
Ancaq  qəribədir  ki,  bəziləri  bunu  görməməzlikdən  gəlir  və  Batı  dillərindəki  hərf 
birləşmələrini  dilimizdə  səs  dəyərinə  uyğun  milli  hərflərlə  yazmır,  tərsinə,  o  hərf 
birləşmələrini  eynilə  qorumağa  çalışırlar.  Bu  da,  təkrar  edirik,  yazı  mədəniyyətimizə  zərbə 
vurmaqdan başqa bir nəsnə deyil. 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə