Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə34/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   30   31   32   33   34   35   36   37   ...   61

 
71 
uyğundur  və  Türk  Dil  Qurumu  da  Türkiyə  türkcəsi  üçün  məhz  bu  variantı  seçməkdə  tam 
haqlıdır.  Göründüyü  kimi,  latın  əlifbası  imkan  verir  ki,  hər  dil  yazısını  öz  səslərinə  uyğun 
qursun.  Ərəb  əlifbası  isə  bu  baxımdan  çox  tutucudur  (mühafizəkardır)  və  daha  çox  ərəb 
dilinin hakimliyini qorumağa qulluq etməkdədir.  
 
Dünyaya  öz  dilinin  gözü  ilə  yox,  fars,  ərəb  vb.  dillərin  gözlüyü  ilə  baxanda  sözlərin 
təkcə  səs  və  forma  baxımlarından  yox,  anlamca  dəyişdirilməsi  də  imkansız  olur.  Belə  ki, 
hərdən  bəzi  arxadaşlar,  özəlliklə  Azərbaycanın  güneyindən  olan  və  ərəb,  fars  dillərini  bilən 
ayrı-ayrı  dostlar  bizimlə  dartışaraq  etiraz  edirlər  ki,  Azərbaycan  türkcəsi  ədəbi  dilində  filan 
sözlər düzgün işlədilmir. Örnəyin, farscadan alınan xəstə sözü farsca yorğun deməkdir və ona 
başqa anlam yüklənməsi doğru deyil, gümrah (qomrah) sözü sağlam yox, yol  azmıĢ 
anlamındadır, təsərrüf sözü ərəbcə ələ  keçirmək,  zəbt  etmək anlamında olduğundan kənd 
təsərrüfatı termini çox qəribə görünür vb.  
 
Təbii  ki,  bu  dostlar  Azərbaycan  türkcəsindən  yox,  fars  dilindən,  ərəb  dilindən  çıxış 
edirlər və fərqinə varmırlar ki, bu cür anlam dəyişdirməsi Azərbaycan türkcəsinin öz haqqıdır. 
Bu cür anlam dəyişimi təkcə alınma sözlərdə yox, hətta milli sözlərdə də özünü göstərə bilər 
və  onların  hamısı  doğrudur,  düzgündür.  Örnəyin,  heç  kim  deyə  bilməz  ki,  düĢmək  sözünü 
enmək  anlamında  işlətmək  və  “Uçaq  hava  alanına  düşdü”  demək  olmaz,  çünki  düĢmək 
Türkiyə türkcəsində yıxılmaq, qəzaya uğramaq anlamındadır. Doğrusu budur ki, düşməyin 
yıxılmaq,  qəzaya  uğramaq  anlamı  Türkiyə  türkcəsinə,  enmək  anlamı  isə  Azərbaycan 
türkcəsinə aiddir  və hər dil üçün öz qəbul  etdiyi  anlam düzgündür (Azərbaycan  türkcəsi  ilə 
Türkiyə  türkcəsi  arasındakı  yaxınlığa  baxmayaraq,  anlam  fərqinə  malik  bir  sıra  sözlərin 
varlığı da bilinən məsələdir). Bunun kimi, xəstə,  gümrah sözləri fars dilində, təsərrüf sözü 
ərəb  dilində  nə  anlamlarda  işlənir-işlənsin,  o  anlamların  Azərbaycan  türkcəsinə  aidiyyəti 
yoxdur və biz öz dilimizdən, öz dilimizdə var olan anlamlardan çıxış etməliyik. Fars dilində 
sər  “baş”,  bəst  “bağlı”  demək  olduğu  halda,  Azərbaycan  türkcəsində  bu  sözlərin 
birləşməsindən  oluşan  sərbəst  “bağlı  olmayan,  azad,  müstəqil”  sözü  işlənir  və  farsca  əslinə 
tərs düşən həmin sərbəst sözü farscanın yox, Azərbaycan türkcəsinin yaratdığı sözdür   (Təbii 
ki, hər kəs hər sözə istənilən anlamı yükləyə bilməz və biz bundan yox, sözün bir toplumda 
qəbul edilən, yayılıb işlədilən fərqli anlamından danışırıq).  
 
Maraqlıdır ki, Türkiyə türkcəsində hasta sözü (< fars. xəstə) Azərbaycan türkcəsindəki 
anlamla  eyni  olsa  da,  gümrah  sözü  “aşırı  dərəcədə  böyüyən  (bitki);  gur,  qüvvətli;  uzun  və 
qıvrım  (saç)”  anlamlarında  işlədilməkdədir.  Deməli,  hər  dil  sözə  öz  qəbul  etdiyi  anlamı 
yükləyir  və  sözün  hər  dildə  işlənən  anlamı  məhz  o  dilin  özü  üçün  doğrudur  və  ona  yanlış 
anlam deyilə bilməz. 


 
72 
 
Anlamca  dəyişdirilmə  sözün  mənimsənilməsinin  –  milliləşdirilərək  bir  dilə 
uyğunlaşdırılmasının yollarından biridir və indiki anda bizi daha çox başqa bir yol – sözün səs 
tərkibinin dəyişdirilməsi ilgiləndirir. Bəllidir ki, istənilən dil, o sıradan bizim dilimiz bir sıra 
alınma  sözləri  milliləşdirmək  üçün  onları  səs  tərkibi  baxımından  dəyişdirir  və  özünə 
uyğunlaşdırır.  Özəlliklə,  tərkibində  özümlü  səslər  (və  yazıda  bu  səsləri  ifadə  edən  hərflər) 
işlənmiş  sözlərin    öz  dilimizə  uyğun  dəyişdirilməsi  –  o  sözlərin  öz  uyğun  səslərimiz  (və 
yazıda öz uyğun hərflərimiz) ilə verilməsi qaçılmaz bir zərurətdir. Bu zərurətdən irəli gələrək 
artıq çoxdan ərəb dilinin özümlü səslərini (və ərəb əlifbasındakı özümlü hərfləri) öz dilimizin 
səsləri (və uyğun hərfləri) ilə işlətməkdəyik. Təbii ki, bu gələnək davam etdirilməli, dilimizə 
keçən  alınma  sözlər  və  işlətməli  olduğumuz  yabançı  adlar  mütləq  öz  dilimizin  qaydaları 
əsasında deyilməli və yazılmalıdır.  
 
Ancaq çox yazıqlar ki, son dönəmdə bunun tərsi yayılmaqda və yabançı sözlərin, adların 
yazılışında  bəzən  dilimizin  qaydaları  bir  qırağa  atılaraq  həm  danışıq  dilimizə,  həm  də 
özəlliklə yazılı ədəbi dilimizə başqa dillərin (daha doğrusu, hakim dövlət dillərinin) qaydaları 
gətirilməkdədir. Dilimizlə bağlı ciddi dövlət siyasətimiz hələ tam biçimlənib oturuşmadığına 
və  dilimizi  qorumaq  üçün  ona-buna  satılmaz  dil  gömrüyümüz  hələ  yaranmadığına  görə,  bu 
başqa dil qaydaları asanlıqla yazımıza yol tapır, ədəbi dil standartlarımızı pozub ikilik salır və 
dilimizi  korlayırlar.  Örnəyin,  dilimizin  qaydaları  əsasında  doğru  yazılışı  “Speys”, 
“VaĢinqton  Post”,  “Nyu-York  Tayms”,  “Bi-Bi-Si”,  “Fridom  Haus”... kimi olan yabançı 
adların “Space”,    “The  Washington  Post”,  “The  New-York  Times”,  “BBC”,  “Freedom 
House”...  yazılışı  imla  qaydalarımızı  kiçik  düşürməkdən,  ayaqlar  altına  atıb  tapdalamaqdan 
başqa bir nəsnə deyil... 
 
Burada bir-birinə tərs olan iki qayda üz-üzə gəlib qarşılaşmaqdadır: 1. alınma sözlər və 
yabançı  adlar  öz  dilimizin  qaydalarına  uyğun  yazılmalıdır;  2.    alınma  söz  və  yabançı 
adların qaynaq dildəki yazılıĢı eynilə bizdə də qorunmalıdır.  
 
Birinci  qayda  dilimizin  imla  (orfoqrafiya)  normalarını  düzənləyən  fonetik  ilkədən  irəli 
gəlir və dilimizdə geniş yayılmış tam aparıcı bir qaydadır.  
 
İkinci qayda tarixi-gələnəksəl ilkəni andırır və sanki ona uyğunmuş kimi görünür. Ona 
görə  yansıdır  (əks  etdirir)  yox,  andırır  (xatırladır)  deyirik  ki,  gerçək  tarixi-gələnəksəl  ilkə 
qaynaq dildəki yazılışı deyil, öz dilimizdəki yazılışı bildirir və bizim tariximizdə olan, bizim 
keçmişdən indiyə sürüb gələn yazı gələnəyimizi ortaya qoyur. Qaynaq dildəki yazılışı olduğu 
kimi qoruma isə bizim yox, qaynaq dilin tarixi-gələnəksəl ilkəsinə uyğunluqdur. Qaynaq dilin 
tarixi-gələnəksəl  ilkəsinə  uyğunluq  bizim  üçün  yeni  bir  ilkə  deməkdir  və  bu  yeni  ilkəni 
qaynaq dili yamsılama ilkəsi adlandıra bilərik.  


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə