Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə37/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   33   34   35   36   37   38   39   40   ...   61

 
77 
 
Qeyd: Gərəkərsə, Azərbaycan türkcəsindəki ilk yazılışdan sonra ayrac içərisində söz və 
adların özgün biçimi də göstərilə bilər; örn.: Monteskyö (Montesquieu); Şekspir (Shakespeare)  
vb. 
 
49. Latın əlifbalı qaynaq dillərdəki x (eks) hərfi [k] və [s] səslərinin bir araya gəlməsi ilə 
düzəlib Azərbaycan türkcəsində ks kimi deyilir və ks kimi də yazılır; örn.: taksi, boks, faks
Marks vb.  
 
Qeyd:  Texas  (=Teksas)  adının  Azərbaycan  türkcəsində  Texas  yazılışı  adlım 
yanlışlıqlardan  (öncələri  deyildiyi  kimi,  “qələti-məşhur”lardan)  biridir.  Həm  Kiril,  həm  də 
latın kökənli Azərbaycan əlifbalarında [x] səsini (cingiltili ğ səsinin kar qarşılığı) bildirən və 
transkripsiyada  kh  kimi  göstərilən    x  hərfi  işləndiyi  üçün  bu  yanlışlıq  ortaya  çıxmış  (rus 
dilinin  etgisini  də  unutmayaq)  və  Azərbaycan  x  (kh)  hərfi  ingilis    x  (eks)  hərfilə 
eyniləşdirilmişdir.     
 
Bu gün bəziləri taksi əvəzinə taximaksi əvəzinə maxi... yazırsa, təbii ki, yarın da bu 
yazılışı ümumiləşdirib Aleksandr əvəzinə AlexandrKseniya  əvəzinə Xeniya,  maksimum 
əvəzinə maximum, boks əvəzinə box... yazmalı olacaqdır.  
 
Ancaq    dilimiz  üçün  ən  doğrusu  alınma  söz  və  yabançı  adların  tərkibindəki  x  hərfini 
Azərbaycan yazısında yalnız ks hərfləri ilə verməkdir. Bu qayda hərflərin differensiallaşması 
– fərqliləşməsi ilkəsini ortaya qoyar və yabançı x (ks) səsi ilə dilimizin x (kh) səsinin qarışıq 
salınasını önləyər.  
 
50. Almancanın z  (tset) səsi Kiril əlifbalı slavyan dillərindəki özümlü  ц  (tse)  səsi ilə 
uyğun olub Azərbaycan türkcəsində yerinə görə həm s səsini, həm də ts səsini verir; örn.: zitat 
– sitat; zisterna – sisterna; zivil – sivil; zyklon – siklon vb.; Zürich – Sürix; G.W. Leibniz – Q. 
V. Leybnits; W.A.Mozart – V.A.Motsart vb.  
 
Artıraq ki, bəzi özəl adlarda sözortası və sözsonu durumlar üçün z (tset)  və     ц (tse) 
səslərinin qarşılığı olaraq təkcə ts yox, həm də  s  səsi işlənə bilir; örn.: Leipzig – Лейрциг –  
Leypsiq; Main–  Майнц – Mayns vb.   
 
 51.  Latın  əlifbalı  qaynaq  dillərə  aid  özümlü  hərf  birləşmələrilə  işlənən  alınma  söz  və 
yabançı özəl adlar Azərbaycan türkcəsində bu özümlü hərf birləşmələrinin uyğun səs dəyərini 
qarşılayan milli hərflərlə yazılır; örn.: 
 
a) Çeşidli Batı dillərinə aid ch hərf birləşməsi Azərbaycan türkcəsində yerinə görə gah ç 
hərfi ilə (örn.: charter – çarter; Chile – Çili; check – çek vb.); gah Ģ hərfi ilə (örn.: chans – 
şans;  chef  –  şef;  chock  –  şok  vb.);  gah  da  x  hərfi  ilə  (örn.:  Christ  –  Xrist;  charakter  – 
xarakterFriedrich – Fridrix vb.) verilir.  


 
78 
 
Qeyd:  Təbii  ki,  burada  sözün  hansı  dilə  məxsusluğu  və  o  dildə  hərf  birləşmələrinin 
özəllikləri (necə səslənməsi də daxil) aparıcı rol oynayır.  
 
b) sh hərf birləşməsi Azərbaycan türkcəsində Ģ hərfi ilə verilir; örn.: sherif – şerif; shia 
– şiə; show – şou; W. Shakespeare – V. Şekspir vb.   
 
c) sch hərf birləşməsi Azərbaycan türkcəsində Ģ hərfi ilə verilir; örn.: schablon – şablon; 
schimpans – şimpanze;  F. Nietzsche – F. Nitsşe  vb.   
 
ç) ph hərf birləşməsi Azərbaycan türkcəsində hərfi ilə verilir; örn.: phonem – fonem; 
Phoenix – Feniks; paragraph - paraqrafphilolıgie – filologiya vb.  
 
d)  ck  hərf  birləşməsi  Azərbaycan  türkcəsində  k  hərfi  ilə  verilir;  örn.:  Stockholm  – 
Stokholm; M.Jeckson – M. Cekson vb.  
ç) Heroqlif yazı gələnəkli Doğu Asiya özəl adlarının yazılıĢı 
 
 Heroqlif  yazı  gələnəkli  dillərdəki  söz  və  hecaların  səs  tərkibini  dəqiq  vermək  bir  az 
çətindir.  Bu  çətinliyi  nisbətən  azaltmaq  üçün  heroqliflə  yazan  Doğu  Asiya  xalqları  (çin, 
yapon, Koreya vb.) fonetik yazılar da yaratmağa yeltənmiş və sonucda, yaponların katakana, 
xaraqana  vb.  əlifbaları,    Koreyalıların  hanqıl  (ingilis.  hangul)  adlanan  əlifbası  yaranmış, 
həmçinin  çin  heroqliflərinin  latın  əlifbasında  transkripsiyası  üçün  pinyin  əlifbası,  Kiril 
əlifbasında  transkripsiyası  üçün  Palladiya  sistemi  vb.  ortaya  çıxmışdır  (o  biri  faktları 
xatırlatmırıq).  
 
Təəssüf ki, Doğu Asiya özəl adlarınının Azərbaycan türkcəsində yazılışı ilə bağlı elə bir 
araşdırmaya  tuş  gəlmədik.  İndiyədək  bu  adların  Azərbaycan  türkcəsində  yazılış  qaydaları 
daha  çox  iki  qaynaqdan  irəli  gəlməkdə  idi:  1.  Azərbaycanda  (və  türk  dünyasında)  tarixən 
yaranıb oturuşmuş gələnəksəl qaynaq; 2. rus dili.  
 
Son dönəm üçün ikinci qaynaq daha güclü və aparıcı olduğundan gələnəksəl qaynağın 
Kıtay,  Tabğaç,  Maçin,  Xanbalıq  (Pekin),  Caparka  (Yaponiya)  vb.  bu  kimi  tarixi  adları 
unudulmuş,  Doğu  Asiya  özəl  adları  rus  dilindən  alınaraq  rus  dilinin  qaydalarına  uyğun 
yazılmışdır.  
 
Çağımızın  kürəsəlləşən  dünyasında  yaşamın  günlük  gedişləri  özəl  adların,  ən  çox  da 
şəxs  adlarının    işlənmə  tezliyini  qat-qat  artırdığı  üçün  Doğu  Asiya  şəxs  adlarının  yazılış 
qaydaları üzərində ayrıca dayanmamız gərəkir.  
 
Bəlli  olduğu  üzrə,  Doğu  Asiya  mədəniyyəti  Çin  kültürünün  ciddi  etgisi  altında 
biçimlənmişdir  və  buradan  irəli  gələrək,  bütün  Doğu  Asiya  özəl  adları  da  çin  dilinin  güclü 
etgisini ortaya qoymaqdadır. Bu etgidə şəxs adlarına yönəlik üç özəlliyi ayrıca vurğulayaq:  
 
1.  Batı  mədəniyyətində  öncə  ad,  sonra  soyad  yazıldığı  halda,  Doğu  Asiya 
mədəniyyətində  öncə  soyad,  sonra  ad  yazılır  və  geniş  yayılmış  bu  qayda  indiyədək  özünü 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə