Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə25/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   ...   61

 
52 
vardır.  Qalan  səslərimizin  isə  əlifbada  ayrıca  hərflə  göstərilmələrinə  elə  bir  gərəksinmə 
yoxdur.  
 
Anlam  fərqi  yaradan  səslərimizin  əlifbada  işarələnməsi  baxımından,  ərəb  kökənli 
əlifbamız latın kökənli əlifbamızdan çox-çox geri qalmaqdadır. Xatırladaq ki, ərəb əlifbasında 
(ﻩ ﺡ) ha və he, (ﺹ ﺙ ﺱ) sad, se  sin, (ﻁ ﺕ) ta  te, (ﻅ ﺽ ﺫ ﺯza, zad, zal və ze  ayrı-ayrı 
hərflər olub, çeşidli məxrəclərdə deyilən müstəqil səsləri bildirir və ərəb, yaxud fars dillərində 
bu  hərflərdən  hansının  işlədilməsi  anlam  fərqi  yaradır.  Azərbaycan  türkcəsində  isə  ayrı-ayrı 
məxrəclərdə deyilən bu səslər yoxdur və olmayan səslər üçün ayrıca hərflərin işlədilməsi də 
heç bir anlam daşımır. Deyək ki, bu çeşidli hərflərdən hansının işlədilməsi ərəbcədə bir sözü o 
biri sözdən fərqləndirir, həmin sözlərin çeşidli köklərini ayırd etməyə imkan verir. Ancaq bu 
ayırd  etmə  ərəb  dilinə  və  onun  qanun-qaydalarına  aiddir,  bizim  dilimizə  aid  deyil  və  bizim 
dilimiz üçün bir ərəb sözünün o biri ərəb sözündən fərqli filan kökə malik olmasının da elə bir 
önəmi yoxdur. Ona görə də, çeşidli ərəb səslərini bildirən ayrı-ayrı hərflərin qarşılığı olaraq 
Azərbaycan türkcəsində yalnız bircə uyğun hərf göstərilir.  
 
Bir daha vurğulayaq ki, Azərbaycan türkcəsində iki hiki t yox, bir hbir t səsi, üç s 
yox, bir s səsi və dörd z yox, bir  z səsi var və dilimizdəki bu dörd səsin də hər biri özümlü 
hərflə  işarələnir  (başqa  sözlə,  ərəbcənin  on  bir  səsinə  və  on  bir  hərfinə  qarşı  Azərbaycan 
türkcəsinin  yalnız  dörd  səsi  və  dörd  hərfi  durur,  yeddi  hərf    və  səsin  isə  Azərbaycan 
türkcəsinə dəxli yoxdur). Eyni zamanda, xatırladaq ki, dilimizin ünlü səslərini bildirmək üçün 
də  ərəb  əlifbası  qüsurludur  və  bu  qüsuru  nə  qədər  yamamağa  çalışsalar  da,  düzgün  yazıb-
oxuma  sürəcində  sorun  törətməkdədir.  Çünki  ərəb  əlifbasında  sırf  ünlü  səsi  bildirən  yalnız 
bircə işarə var – yerinə görə a, ə və səslərimizi bildirən 
آ
  əlif işarəsi. Vav  

 
hərfi isə həm 
v ünsüzünü, həm də yerinə görə o, u, ö, ü ünlülərimizi, yey – ﻯ də həm y ünsüzünü, həm də 
yerinə görə ı və ünlülərimizi ortaya qoymaqdadır. 
 
Başqa  faktları  sadalamadan  (bu  yöndə  çeşidli  araşdırmalarda  yetərincə  danışılıb) 
vurğulayaq  ki,  ərəb  kökənli  əlifbada  dilimizdəki  doqquz  ünlü  fonemin  heç  də  hamısı  üçün 
hərf işarəsi yoxdur və ərəb əlifbasının bu kəsirini düzəltmək üçün əl atılan yollar heç də özünü 
tam doğrultmur. Örnəyin, eyni hərf işarəsinin –   (vav) hərfinin  bildirdiyi v ünsüzü ilə u və o 
ünlülərini fərqləndirə bilmək üçün bəzən hərf birləşməsindən – ﺍﻭ (əlif + vav), bəzən də hərf 
birləşməsi  və  diakritik  işarədən  –   
اﺅ 
(əlif  +  vav  +  həmzə)  istifadə  olunur  ki,  bu  cür 
birləşmələr  də  dilimizin  bir  səs  –    bir  hərf ilkəsini  pozur,  hərf  birləşmələri  və  fərqləndirici 
(diakritik) işarələrlə  əlifbamızı ağırlaşdırır. Həmçinin dilimizdə nə ayrıca fonem kimi, nə də 
hətta  fonem    variantı  kimi  var  olmayan  yeddi  artıq  hərf  işarəsi  ərəb  əlifbasında  işlədilir  ki, 


 
53 
onlar da bizim dilimizin  hərf – səs  uyğunluğuna və məntiqə tərs düşərək səsin hərfdən yox, 
hərfin  səsdən  çox  olmasını  ortaya  qoymaqdadır.  Buraya  əlifbanın  siyasi-strateji  yönəlişlə 
bağlı  yönünü  də  artırsaq,  açıq-aydın  görünür  ki,  ərəb  əlifbası  bizlik  deyil  və  doğru  yol 
Azərbaycanın güneyində də latın kökənli əlifbanın işlədilməsidir.  
 
Bəllidir ki, düzgün yazı qaydalarını – imla (orfoqrafiya) normalarını əlifba məsələsindən 
tam  ayırmaq  olmaz.  Çünki  əlifba  sistemləri  (örnəyin:  əski  türk  əlifba  sistemi,  ərəb  əlifba 
sistemi, kiril əlifba sistemi, latın əlifba sistemi vb.) bir-birindən fərqli özəlliklər daşıyırlar və 
hər  əlifba  sisteminin  öz  özəlliyinə  uyğun  düzgün  yazı  qaydaları  var.  Doğrudur,  imla 
(orfoqrafiya)  normalarının  biçimlənməsində  aparıcı  yön  dilə  bağlıdır  və  bir  sıra  durumlarda 
dildışı  faktorlar  da  ciddi  rol  oynayır.  Ancaq  burada  əlifbaya  bağlı  yön  də  unudulmamalıdir. 
Deyək ki, ərəb kökənli bir əlifbada yazırıqsa, böyük – kiçik hərfləri fərqləndirə bilməyəcəyik, 
baş  hərfi  böyük  yazılan  sözlər,  özəl  adların  yazılışı  vb.  bu  cür  imla  normalarına  yönəlik 
qaydalar  da  bizə  gərək  olmayacaq.  Yazdığımızın  yanlış  anlaşılmaması  üçün  də  çox  zaman 
özəl adların qarşısında ayrac açıb latın vb. əlifbalardan yararlanmamız gərəkəcəkdir.  
 
Latın kökənli əlifbada isə, tərsinə, hərflərin böyük – kiçik yazılışı var və buradan irəli 
gələrək  özəl  adların  baş  hərfinin,  cümlədə  birinci  sözün  baş  hərfinin,  bir  sıra  durumlarda 
üzərinə  vurğu  salınan  və  fərqləndirilən  ayrı-ayrı  sözlərin  baş  hərfinin  vb.  böyük  yazılması 
önəmli imla normalarından sayılır.  
 
Yeri  gəlmişkən,  xatırladaq  ki,  latın  kökənli  əlifbamızda  hərflərin  çap  və  əlyazma 
biçimləri  bir-birindən  fərqləndirilir.  Ancaq  çağımız  bilgisayar  çağıdır  və  bu  çağın  ortaya 
qoyduğu yeniliklərdən biri də budur ki, hərflərin əlyazma biçimi getdikcə sıradan çıxmaqda 
və  hərflərin  çap  biçimi  daha  da  geniş  yayılmaqdadır.  Hətta  latın  kökənli  bir  sıra  əlifbalarda 
(örnəyin:  isveç  əlifbasında)  hərflərin  əlyazma  biçimi  artıq  o  qədər  də  işlədilmir.  Təbii  ki, 
Azərbaycanda da belə bir addımın atılmasına hələlik elə bir ciddi gərəksinmə duyulmur, sonra 
necə olacağını isə gələcək göstərər.   
 
Beləliklə,  Azərbaycan  türkcəsi  ədəbi  dilinin  bütövləşmə  sorununda  əlifba  ilə  bağlı 
izlənəcək  yol  latın  əlifbasına  keçməkdir.  Latın  əlifbası  ərəb  əlifbası  ilə  tutuşdurmada 
Azərbaycan  türkcəsinə  daha  çox  uyğundur  və  Azərbaycan  türkcəsinin  səs  sistemini  daha 
doğru yansıdır. Artıq tam inamla demək olar ki, latın kökənli əlifba Azərbaycan türkcəsi ədəbi 
dilinin  bütövlük  əlifbasıdır.  Ona  görə  də,  harada  yaşamasından  asılı  olmayaraq,  hər  bir 
Azərbaycan  türkü  latın  kökənli  əlifbamıza  dərindən  yiyələnməli  və  bu  əlifbadan  irəli  gələn 
imla  (orfoqrafiya)  normalarını  tam  öyrənib  işlətməlidir.  Ona  görə  də,  biz  imla  normalarının 
bütövləşməsi  sorununa  məhz  bu  baxımdan  yanaşır  və  yalnız  latın  kökənli  əlifbamızla  bağlı 
düzgün yazı qaydaları üzərində dururuq.  


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə