Arif Rəhimoğlu


hünü ”ağcaqanad” (Urmu); fır



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə10/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   61

 
22 
hünü ”ağcaqanad” (Urmu); fır ”qəzəb, hirs”; xuduru ”nahaq, əbəs”; oyma ”qadın üst paltarı, 
don”  (Naxçıvan);  qıpçınmaq  ”  can  atmaq,  canfəşanlıqla  cəhd  eləmək,  vurnuxmaq”; 
çindiĢmək ”zəhləsi getmək” (Sarab); aylanmaq ”fırlanmaq, dolanmaq”  (Dərbənd) vb.  
 
Söz birləĢmələri ilə bağlı fərqi dilçiliyin frazeologiya bölməsi araşdırır. Frazeologiyada 
hər  cür  söz  birləşmələri  yox,  söz  kimi  ayrıca  lüğəvi  (leksik)  anlam  daşıyan  sabit  söz 
birləşmələri  öyrənilir.  Azərbaycan  türkcəsi  ləhcələri  bu  cür  sabit  söz  birləşmələri  ilə 
zəngindir. Örnəyin: tətinməsini çəkmək ”altını çəkmək, görülən bir işin qarşılığını, ziyanını 
ödəməli  olmaq”;  daĢı  döĢünə  vurmaq  ”tərəf  saxlamaq,  müdafiə  etmək”;  uyuq  qalmaq 
”donub  qalmaq,  təəccüblənmək”;  bara  qoymaq  ”bilinməməsi  gərəkən  bir  nəsnənin 
deyilməsi,  yaxud  edilməməsi  gərəkən  bir  işin  edilməsi  ilə  adamı  pis  duruma  qoymaq” 
(Təbriz);  sapda  durmaz  dəhrə  ”etibarsız,  güvənilməz”;  dəli  dərdinə  düĢmək  ”bərk 
qorxmaq” (Şəki); sinov getmək ”çox istəmək” (Naxçıvan); qıla muncuq düzmək “vasvasılıq 
etmək, bir nəsnəni düzəltməkdə çox əlləşmək” (Urmu) vb.  
 
Azərbaycan  türkcəsi  ləhcələrində  sözlərin  deyiliĢi  heç  də  təktürlü  (yekcins)  deyil  və 
özəlliklə  fonetik  baxımdan  çeşidlilik  geniş  yayılmışdır.  Vurğulayaq  ki,  sözlərin  ayrı-ayrı 
ləhcələrdəki  deyilişi  ilə  yaranan  bu  çeşidlilik  nə  qədər  geniş  yayılsa  da,  sözləri  tam 
başqalaşdırmır  və  anlaşılmaz  bir  biçimə  (formaya)  salmır.  Örnəyin,  ləhcələrimizdə  gəldik 
sözü  gəldux,  gəldük,  gəldüg,  gəldıx,  gəldih  vb.  biçimlərdə,  ev  sözü  əv,  öy,  əw  vb. 
biçimlərdə…işlənir ki, bunları anlamaq çox da çətinlik törətmir.   
 
Azərbaycan türkcəsi ləhcələrinin fərqli morfoloji, sintaktik vb. özəlliklərindən də geniş 
danışmaq  olar.  Örnəyin,  felin  şəxs  kateqoriyasında  I  və  II  şəxsləri  bildirmək  üçün  ayrıca 
şəkilçilər işləndiyi halda, III şəxsdə belə bir şəkilçi yoxdur. Aydınlıq üçün gəl- felini hər üç 
şəxs üzrə indiki zaman təkdə dəyişdirək: I şəxs – mən gəlirəm; II şəxs – sən gəlirsən; III şəxs 
–  o  gəlir.  Azərbaycan  türkcəsinin  Təbriz  ləhcəsində  isə  III  şəxsin  də  ayrıca  şəkilçisi  var:  o 
gəliri; o baxırı; o görürü; o bururu.  
 
Artıraq  ki,  başqa  türk  dillərində  işlənən  mən  gəlirmən,  sən  gəlirsən,  ol  gəlirol 
qaydasının ortaya qoyduğu kimi, III şəxsin -ı,-i,-u,-ü şəkilçisi də kökəncə III şəxs əvəzliyi ilə 
bağlıdır və bu durum dilimizin Təbrizdə qorunmuş ən əski qatlarından soraq verməkdə, eləcə 
də Təbriz ləhcəsinin morfoloji özəlliklərinə yönəlik bir bəlirti sərgiləməkdədir.   
 
Ləhcələri öyrənən dilçilik bölməsi dialektologiya adlanır. Dialektologiyada ləhcələrin ya 
etnik özülə, ya coğrafi özülə, ya da hər hansı bir dil faktına görə qruplaşdırılması daha geniş 
yayılmışdır.  İndiyədək  Azərbaycan  dialektologiyasında    cografi  özül  əsas  götürülmüş  və 
dönəmin  siyasi  şərtlərindən  irəli  gələrək  daha  çox  Azərbaycanın  quzeyi  araşdırılmış,  keçid 
ağızlarını  ayrı  saymaqla  ləhcələrimiz  dörd  coğrafi  yönə  (Doğu,  Batı,  Güney,  Quzey)  və 


 
23 
coğrafi  bölgələrə  (daha  çox  şəhərlərə)  görə  qruplara  ayrılmışdır.  Güney  qrupu  ləhcə  və 
ağızları sırasında Naxçıvan və Ordubad ləhcələri ilə yanaşı, Təbriz ləhcəsinin də verilməsi o 
dönəm üçün irəli bir addım idi, ancaq təbii ki, çağdaş dönəmin şərtləri baxımından bu bölgü 
özünü doğrulda bilməz. Çünki Azərbaycanın istər quzeyində, istərsə də güneyində olsun, fərq 
etməz,  bütün  Azərbaycan  ləhcələri  üçün  eyni  bir  bölgü  gərəkdir.  Bu  bölgü  ya  etnik  özülə 
söykənməli  və  Bütöv  Azərbaycan  üzrə  türk  boy  –  oymaq  özəlliklərini  əsas  götürməklə 
aparılmalıdır,  ya  da  coğrafi  özül  əsas  götürülürsə,  irəli  sürülən  bölgü  Bütöv  Azərbaycan 
coğrafiyasını qapsaya (ehtiva edə) bilməlidir. Bunsuz Azərbaycan ləhcələrinin az-çox doğru-
düzgün qruplaşdırılması imkansızdır. 
4. Sosial ləhcələr qolu 
 
Sosial ləhcələr bir dil daşıyıcıları içərisində var olan çeşidli sosial kəsimlərin və ixtisas, 
peşə-sənət  alanlarındakı  qrupların,  ayrı-ayrı  qapalı  coğaların  (dəstələrin),  yığvaların 
(qrupların)
5
 vb. danışığıdır. Bu danışıq hər nəsnədən (şeydən) öncə, söz dağarcığı baxımından 
fərqlənir. Daha doğrusu, sosial ləhcələrdə fonetik, morfoloji, sintaktik vb. fərqlərdən yox, ilk 
sırada, məhz leksik və frazeoloji fərqlərdən danışmaq olar.   
 
İşlənmə alanına, işlənmə amacına vb. özəlliklərinə görə, sosial ləhcələrin söz dağarcığı 
iki yerə bölünər: 1. peşə-sənət sözləri; 2. arqo və jarqonlar.  
 
PeĢə-sənət  sözləri  bəlli  bir  ixtisas,  peşə  və  sənət  alanı  üzrə  işlədilən  sözlərdir.  Peşə-
sənət  sözlərinin  çoxu  xalq  danışıq  dilində  qəbul  edilib  ümumişlək  sözlərə  çevrilər,  yaxud 
termin  olaraq  ədəbi  dildə  işlədilər,  bir  kəsimi  isə  daha  çox  aid  olduğu  ixtisas,  peşə-sənət 
alanında  özünü  göstərər.  Başqa  sözlə,  sosial-iqtisadi-kültürəl…  yaşamımızın  əkinçilik, 
bağçılıq,  heyvandarlıq,  xalçaçılıq,  pinəçilik,  dabbaqçılıq,  çörəkçilik,  dəmirçilik,  misgərlik, 
gəmiçilik, mədənçilik vb. bu cür çoxsaylı ixtisas, peşə-sənət alanlarından hər birinin özümlü 
sözləri vardır ki, burada onlardan örnək verməyə gərək yoxdur.  
 
Arqo  və  jarqon  sözləri  daha  çox  qapalı  çoğaların  (dəstələrin),  çeşidli  yığvaların  
(qrupların)  və  marağa,  məşğuliyyətə,  yaşdaşlığa,  sosial  duruma  vb.  görə  bir  araya  gəlmiş 
kəsimlərin öz aralarındakı danışıqda işlətdikləri sözlərdir. Bu sözlər ya xalq dilindəki bəlli bir 
sözə yeni anlam verilməklə, ya başqa bir dildən alınmaqla, ya yeni yaradılmaqla vb. yollarla 
biçimlənir. Ancaq bu fərqli sözlər sayca bir neçə yüzdən çox olmaz.  
 
Arqo
6
  anlayışı  daha  çox  özəl  qapalı  coğaların  və  çeşidli  yığvaların  özümlü    danışığını 
bildirir.  Aparıcı  özəllikləri  baxımından  arqo  jarqondan  fərqlənir.  Belə  ki,  arqonun  başlıca 
özəlliyi  onun  nisbətən  gizli,  başqaları  üçün  tam  anlaşılmaz  olması  və  özəl  qapalı  coğaların, 
çeşidli  yığvaların  yalnız  öz  aralarında  ünsiyyət  qurmalarına  qulluq  etməsidir.  Buraya  oğru 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə