Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə11/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   61

 
24 
danışığı,  manıs  danışığı  (musiqiçilər  içərisindəki  danışıq),  alverçi  danışığı  vb.  bu  cür  örtülü 
danışıqlar daxildir.   
 
Azərbaycanda başqaları üçün anlaşılmaz danışığa qarğa  dili də deyilər və Azərbaycan 
türkcəsinə  söykənməklə  ortaya  çıxan  bu  qarğa  dilinin  çeşidli  variantları  var.  Örnəyin,  bir 
varianta görə, sözlər hecalara bölünür (bəzən hecalar da parçalanır) və hər hecadan sonra ba, 
bə, bi kimi hissəciklər artırılmaqla danışılır (örnəyin: mənim sözü belə deyilir: məbənibim). 
Yaxud  başqa  bir  varianta  görə,  bütün  sözlər  tərsə  söylənir  (örnəyin:  sənin  sözü  ninəs  kimi 
deyilir) vb.  
 
Ancaq  arqolar  tam  olaraq  qarğa  dili  sayıla  bilməz.  Çünki  qarğa  dilindən  fərqli  olaraq, 
arqoların ayrıca, özümlü söz və söz birləşmələri var. Örnəyin, manıs danışığından iki cümləyə 
diqqət  yetirək:  Manıs  petindəki  cəhdə  civiyə  bax!  (Təbriz);    Qastanı  manıs  kərvəni 
sünnətlədi (Bakı).  
 
Göründüyü  kimi,  cümlələr  Azərbaycan  türkcəsinin  qrammatik  özəllikləri  əsasında 
qurulmuşdur, ancaq ”bax” felindən başqa cümlədə heç bir söz başqaları üçün tam aydın deyil. 
Çünki musiqiçilər yalnız özlərinə aydın olan bir arqoda danışırlar ki, başqaları nə deyildiyini 
başa  düşməsin.  Bu  cümlədəki  sözlərin  anlamları  belədir:  manıs  ”oğlan”;  pet  ”yan”;  cəhdə 
”gözəl”; civi ”qız”, qastanı ”pis, yalançı”, kərvə (Güneydə: karva) ”pul”, sünnətlədi ”kəsdi, 
azaltdı”.  Deməli,  birinci  cümlə  ”Oğlanın  yanındakı  gözəl  qıza  bax!”  və  ikinci  cümlə  ”Pis 
oğlan pulu kəsdi, azaltdı” anlamındadır (bu sözlərin də ortaya qoyduğu kimi, Güneyli-Quzeyli 
Bütöv Azərbaycan üzrə eyni bir manıs arqosu var.  Ancaq ”gözəl” anlamının Təbrizdə cəhdə, 
Bakıda  isə  sona  sözləri  ilə  verilməsi,  ”pul”  anlamlı  sözün  karva  və  kərvə  variantlarında 
işlədilməsi vb. faktlar vahid Azərbaycan manıs arqosunda  bölgəsəl variantlılığın varlığından 
xəbər verir).  
   
Bir  anlayış  olaraq  jarqon
7
  daha  çox  maraq,  məşğuliyyət,  yaşdaşlıq,  sosial  durum  vb. 
birgəliklər üzrə bir araya gələn çeşidli sosial kəsimlərin, özəlliklə ixtisasdaşların (jurnalistlər, 
sürücülər,  hərbiçilər,  balıqçılar  vb.),  müxtəlif  sosial  yığvaların  (qumarbazlar,  quşbazlar, 
əyyaşlar,  narkomanlar  vb.),  ayrı-ayrı  gənclik  qruplarının  (idmançılar,  şagirdlər,  tələbələr 
vb.)… öz aralarındakı danışığını bildirməkdədir.  
 
Arqolardan  fərqli  olaraq,  jarqon  sözlər  çox  da  gizlilik  özəlliyi  daşımır  və  bir  sıra 
durumlarda  heç  də  başqaları  üçün  tam  anlaşılmaz  olmur.  Örnəyin,  öyrənci    (tələbə) 
jarqonunda işlədilən pəncərə “dərs cədvəlindəki boşluq” (yəni 1-ci və 3-cü saat dərs var, 2-ci 
saat isə ara verilib, deməli, 2-ci saat pəncərədir – boşdur); kəsilmək “imtahandan keçməmək, 
olumlu  qiymət  almamaq”;  bitik  “imtahan  sorularına  yazılan  cavablardan  ibarət  kiçicik 
yaddaşlıq, şparqalka ” vb. bu kimi jarqon sözlər fikri başqalarından gizlətməyə yox, qarşılıqlı 


 
25 
anlaşmaya qulluq etməkdədir (bu sözlərin çoxu ümumxalq dilindən alınır, ancaq onlara ayrı 
anlamlar  da  yüklənir).  Buna  görə  də,  bir  sıra  hallarda  jarqon  kimi  ortaya  çıxan  bəzi  sözlər 
asanlıqla yayılıb xalq danışıq dilinə də keçə bilir. Örnəyin, həftə günləri adlarının xalq danışıq 
dilində  yayılmış  birinci  gün  “bazarertəsi”,  ikinci  gün  “çərşənbə  axşamı”,  üçüncü  gün 
“çərşənbə”, dördüncü gün “çümə axşamı”, beĢinci gün “cümə”, altıncı gün “şənbə” adları 
əslində həftə günlərinin dərs cədvəlində rum rəqəmləri ilə I gün, II gün, III gün, IV gün, V 
gün, VI gün yazılmasından doğan öyrənci jarqonu ilə bağlıdır.  
Ədəbi dil   
 
Hər  hansı  bir  xalq  danışıq  dilinin  yaranması  ilə  ümumxalq  dili  ortaya  çıxır.  Bu 
ümumxalq dilinin və o dili daşıyan xalqın çeşidli yönlərdən gəlişməsinin bəlli bir çağında isə 
ədəbi  dil  yaranır.  Başqa  sözlə,  ədəbi  dil  heç  də  xalq  danışıq  dili  kimi  ilkin  və  doğal  deyil, 
tərsinə, sonradan törəyən və kültürəl özəllik daşıyan bir məsələdir.    
 
Ədəbi dil (= yazı dili, kültür dili, rəsmi dil, standart dil vb.) ümumxalq dilinin yüksək 
aşaması  sayılır.  Əgər  xalq  danışıq  dili  bütün  dil  qatları  və  bütün  dil  birimləri  üzrə 
çoxvariantlılıq özülündə yaranır və məhz çoxvariantlılığa söykənərək öz varlığını sürdürürsə, 
ədəbi  dildə  belə  bir  çoxvariantlılıq  ola  bilməz.  Çünki  ədəbi  dil  məhz  bu  çoxvariantlılıq 
içərisində  hansısa  bir  variantın  seçilərək  (yaxud  seçilmiş  bir  variantın  başqa  bir  variantla 
əvəzlənərək)  standartlaşdırılması  və  normaya  çevrilməsi  yolu  ilə  yaranır.  Ona  görə  də, 
uzmanlar  ədəbi  dili  belə  tanımlayırlar  (tərif  edirlər):  Ədəbi  dil  var  olan  çoxvariantlılıq 
içərisində seçmə və əvəzetmə əməliyyatı aparmaqla standartlaĢdırılıb normaya salınmıĢ 
dildir.     
 
Ədəbi  dilin  bu  tanımlanması  aşağıdakı  özül  anlayışlar  üzərində  qurulmuşdur:
 
1.  Çoxvariantlılıq.  Xalq  danışıq  dilində  bütün  dil  qatları  və  bütün  dil  birimləri  üzrə 
çoxvariantlılıq  geniş  yayılar  və  bir  dil  faktı  neçə  variantda  özünü  göstərər.  Örnəyin, 
Azərbaycan xalq danışıq dilinin leksik qatında yaxlaşıq eyni anlam həm yeyin, həm də sürətli 
sözləri ilə verilir, yaxud morfoloji qatında  ismin yönlük halı II şəxsin təkində mənsubiyyət 
şəkilçisi  qəbul  edərkən  ataŋa  (ŋ  hərfi  burunda  deyilən      dilarxası  sağır  n  səsini  bildirir  )
atava,  atova,  ataya,  atoa,  atā  (ā  hərfi uzun a səsini bildirir),  atana vb. variantlarda ortaya 
çıxır...  
 
Xalq danışıq dilinin çoxvariantlılığına qarşı ədəbi dilin təkvariantlılığı durar. Ancaq xalq 
dilinin  variant  çoxluğu  içərisində  hansı  variant  ədəbi  dil  üçün  əsas  sayılmalı  və 
standartlaşdırılıb normaya çevrilməlidir? Artıq bu soru bizi seçmə anlayışı ilə qarşılaşdırır.  


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə