Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə5/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   61

 
11 
quzeyində ədəbi dilimizin durumu Cəlil Məmmədquluzadənin ”Anamın kitabı” əsərində çox 
yüksək ustalıqla qələmə alınmışdı. Əsərdə bir Azərbaycan ailəsi içərisində özünü göstərən və 
dörd  fərqli  kimliyi  ortaya  qoyan  dörd  cür  danışıq,  hər  danışığa  uyğun  düşüncə  və  bu 
düşüncələri  yansıdan  (əks  etdirən)  hərəkətlər  verilir  (Ailə  üzvlərinin  geyimləri,  özlərini 
adlandırma biçimləri, kimlərlə oturub-durmaları vb. detallar da bu fərqliliyi sərgiləməkdədir). 
Ana,  qız  və  üç  qardaşdan  ibarət  ailədə  ana  və  qızı  Gülbahar  doğma  Azərbaycan  türkcəsini 
ortaya  qoyur,  qardaşlardan  Rüstəm  bəy  rus  dilini,  Mirzə  Məhəmmədəli  fars  dilini,  Səməd 
Vahid  isə  Osmanlı  dilini  yamsılayır  və  bu  yamsılamalar  məhz  ana  dilinə  qarşı  durmaları  ilə 
seçilir.  
 
Vurğulayaq ki, o dönəmdə Azərbaycanın siyasi taleyi ilə bağlı bir-birindən fərqli dörd 
başlıca  düşüncə  vardı:  1.  Azərbaycan  öz  varlığına  özü  yiyə  durmalı  və  müstəqil  dövlət 
olmalıdır  (Ana,  qızı  Gülbahar  və  çobanlar  məhz  bu  düşüncəyə  uyğunluqları  ilə  seçilir);  2. 
Azərbaycan  Rusiyanın  tərkibində  qalmalıdır  (Rüstəm  bəy,  qadını  Zivər  xanım,  dostu  Aslan 
bəy  vb.  bu  düşüncəyə  uyğun  gəlirlər  );  3.  Azərbaycan  farslarla  bir  olmalıdır  (Mirzə 
Məhəmmədəli  və  dostu  Mirzə  Baxşəli  bu  düşüncəni  təmsil  edirlər);    4.  Azərbaycan 
Osmanlıya  birləşməlidir  (Səməd  Vahid  və  dostu  Hüseyn  Şahid  bu  düşüncəyə  uyğunluğu 
sərgiləməkdədirlər).  Bu  dörd  siyasi  düşüncə  ilə  ”Anamın  kitabı”  arasındakı  bağlılıq  açıq-
aydın ortadadır və bu yöndə başqa bir nəsə deməyi gərəkli bilmirik… 
 
Bizcə,  Cəlil  Məmmədquluzadə  cismən  sağ  olsaydı,  görərdi  ki,  rus  dilini  yamsılayan 
Rüstəm  bəy  bu  gün  Bakıda  yaşayır  və  qonşuluğunda  da  yavaş-yavaş  ingilis  dilini 
yamsılamağı öyrənməyə çalışan bir şagird var, fars dilini yamsılayan Mirzə Məhəmmədəli ilə 
Osmanlı dili yerinə indi də Türkiyə türkcəsini yamsılayan
2
 Səməd Vahid Təbrizdədir (Səməd 
Vahid  hərdən  Bakıya  da  baş  çəkir).  Mahiyyətsə  dəyişməyib:  Azərbaycan  türkcəsini 
bəyənməmək və ona qarĢı durmaq!   
 
Ancaq  təbii  ki,  zaman  dəyişib  və  artıq  Azərbaycanın  istər  quzeyində,  istərsə  də 
güneyində neçə-neçə yabançı (yaxud qohum) dil bilsə də, ”Anamın kitabı”nı dərindən öyrənib 
daha  çox  doğma  ana  dilimizə  yiyə  duran  Azərbaycan  aydınları  hər  cür  yamsılayıcı  Rüstəm 
bəylərdən,  Səməd  Vahidlərdən,  Mirzə  Məhəmmədəlilərdən  çox-çox  güclü  və  qat-qat 
üstündür! Aydınlıq üçün bir tutuşdurma aparaq: “Anamın kitabı”ndakı qardaşlar Azərbaycan 
milli varlığına qarşı dursalar da, Azərbaycanı bölüb parçalamış Rusiya imperiyası çox qorxur 
ki, birdən aydınlar Azərbaycanda qurtuluş və bütövləşmə hərəkatı başlaya bilər. Ona görə də, 
əsərdə yanlış bir xəbəri yoxlamağa gələn Rusiya senzoru bu qorxunu dilə gətirərək qardaşlara 
deyir: “…Saniyən,  axır  zamanlarda  Azərbaycanda  əmələ  gələn  Hübbi-vətən  və  Ədəmi-
mərkəziyyət  firqəsinin  amalı  yolunda  çalıĢmaqdasınız  ki,  bir  tərəfdən  Qafqaz 


 
12 
Azərbaycanını,  digər  tərəfdən  Ġran  Azərbaycanını  –  ki,  ibarət  olsun  Təbriz,  Tehran, 
Gilan, Osmanlı və Ġran Kürdüstanı, Urmu və qeyriləri – bu vilayətləri bir-birinə ilhaq 
edib, müstəqil Azərbaycan hökuməti əmələ gətirəsiniz…”.  
 
Bəli,  Rusiya  məhz  bundan  qorxurdu  və  artıq  indi  Rusiyanın  o  qorxusu  çin  olmaqdadır 
(Günümüzdə  də  İran  =  Persiya  bundan  qorxmağa  başlayıb).  Belə  ki,  artıq  günümüzün 
Azərbaycan aydınları nəinki sözü bir yerə qoyaraq xalqı ayağa qaldırdı və Azərbaycanı ayıran 
tikanlı  simləri  –  Rusiya  imperiyasının  “dəmir  pərdə”sini  söküb  dağıtdı,  həm  də  güneyli-
quzeyli  Bütöv  Azərbaycan    təşkilatları  yaradaraq  Azərbaycanın  bütövləşməsi  yönündə 
fəaliyyətləri  günü-gündən  genişləndirməkdədir.  Azərbaycanın  qurtuluşu,  bütövləşməsi  və 
demokratiya  uğrunda  mübarizə  aparan  çağdaş  Azərbaycan  aydınlarını  görən,  onların 
çevrəsində  toparlanan  xalq  Rusiya  senzorunun  “ümənayi-dövlət  yanında  ən  səlamət  və 
zərərsiz  bəndələr”  kimi  tanıdığı  Rüstəm  bəyləri,  Səməd  Vahidləri,  Mirzə  Məhəmmədəliləri 
daha aydın saymır, tərsinə, onlara manqurd kimi  baxır.    
 
Günümüzün  Azərbaycan  aydını  məhz  Azərbaycan  türkcəsini  gəlişdirməyə  və 
yüksəltməyə  çalışır.  Artıq  yayğın  və  hər  kəsə  bəlli  bir  gerçəklikdir  ki,  sadə  xalq  danıĢıq 
dilindən aralı düĢmüĢ bir ədəbi dil nə qədər yüksək amallardan danıĢır-danıĢsın, xalqa 
gərək  deyil  və  xalq  onu  özünə  yaxın  buraxmaz.  Ona  görə  də,  bu  gün  Azərbaycan  aydını 
Azərbaycan  türkcəsi  ədəbi  dilinin  Azərbaycan  türkcəsi  xalq  danışıq  dilinə  uyğunluğu 
məsələsinə önəm verir və məhz bu özüldən yola çıxır. 
 
Təbii  ki,  bu  gerçəkliyin  açıq-aydın  ortada  olmasına  baxmayaraq,  yenə  də  məsələnin 
mahiyyəti araşdırılmalı, ən zəruri və önəmli anlayışlarla bağlı topluma bilgi verilməlidir. Bu 
baxımdan,  ədəbi  dillə  xalq  danışıq  dili  arasındakı  münasibətdə  ən  azı  üç  başlıca  durumdan 
danışıla  bilər:  1.  ədəbi  dilin  xalq  danışıq  dilindən  aralı  düşdüyü  durum;  2.  ədəbi  dilin  xalq 
danışıq dili ilə eyniləşdiyi durum və 3. ədəbi dilin xalq danışıq dilinə yaxın olduğu durum.  
 
Birinci  durumda  ədəbi  dil  ilə  xalq  danışıq  dili  arasında  dərin  bir  qopuqluq 
yarandığından  ədəbi  dili  ayrıca  bir  dil  kimi  öyrənmək  gərəkir  ki,  bu  da  xalq  üçün  yeni  bir 
ağırlıq törətməkdədir. 
 
Ġkinci  durumda ədəbi dillə xalq danışıq dili eyniləşdirildiyindən aradakı sınır ortadan 
qaldırılır  və  ədəbi  dilin  standart  normalar  sistemi  qırağa  atıldığı  üçün  bəlli  bir  qarışıqlıq, 
düzənsizlik yaranır ki, bu da ədəbi dil üçün bir sorun deməkdir. 
 
Üçüncü  durumda isə ədəbi dil nə xalq danışıq dilindən çox aralı düşüb ayrıca bir dil 
kimi  görünür,  nə  də  xalq  danışıq  dili  ilə  eyniləşib  standart  normalar  sistemini  itirir,  tərsinə, 
ədəbi  dil  xalq  danışıq  dilinə  bəlli  bir  yaxın  məsafədə  durur  və  bununla  da,  həm  standart 
normalar sistemini qoruyaraq xalq danışıq dilindən seçilir, həm də öz normalar sistemini xalq 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə