Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə4/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   61

 

verilsin,  yoxsa  o  alınma  sözün  milli  qarşılığımı  tapılıb  işlədilsin?  yanaşmasının  özü  belə 
sonucda  bəlli  bir  siyasəti  ortaya  qoymaqdadır.  Başqa  sözlə,  toplum  yaşamının  bütün 
alanlarında  (sahələrində)  olduğu  kimi,  sonuc  baxımından  yanaşsaq,  dildə  də  siyasətdən 
qıraqda bir nəsnə yoxdur. Bu işdə ”Eh, nə olsun e?.. Əşşi, nə fərqi var ey?” kimi yanaşmalar 
milli  varlığımıza  qarşı  yönəlmiş  düşmən  siyasətlərinə  boyun  əyməkdən,  yağıya  nökərçilik 
edib qulluq göstərməkdən başqa bir nəsnə deyil (Bəzən də bu boyun əyməni “Elmi siyasətə 
qatmayın!”  nağılı  ilə  ört-basdır  eləməyə  çalışırlar.  Guya  ki,  dil  elmi  siyasətdən  qıraqda 
imiş...).  
 
On  illər  boyu  çeşidli  beyin  yıxama  üsulları  ilə  bizə  təlqin  eləməyə  çalışdılar  ki,  guya 
Azərbaycan  türkcəsinə  dəyər  vermək  pantürkistlik  və  millətçi  (nasionalist)  gericillikdir,  rus 
dilində, 
yaxud 
fars 
dilində 
danışıb-yazmaq 
isə 
irəlicil 
beynəlmiləlçilikdir 
(internasionalizmdir) və mədəni olmaq, yüksəlmək üçün adam gərək Azərbaycan türklüyünə 
yox,  rusluğa//farslığa  söykənsin.  Yazıqlar  ki,  bu  manqurdlaşdırma  siyasəti  tələsinə 
düşənlərimiz  az  olmadı  və  hətta  indinin  özündə  belə  hələ  də  rusdilli  olmağı  üstün  bilən 
nadanlara,  yaxud  farsca  danışıb  “Atam  türk,  anam  türk,  özüm  fars”–  deyən  zavallı 
manqurdlara  tuş  gəlinir.  Son  dönəmdə  isə  “Dünya  qloballaşmağa  gedir,  biz  niyə  milli 
məhdudluğa  qapanaq!?”  –  deyən  yeni  manqurdlar  da  tapılır.  Manqurdlaşdıqları  üçün  doğru 
düşüncə yetənəyindən yoxsun olan belələrinin bir qismi Batını gəzib-görsə də, hətta bəziləri 
“qloballaşan” Avropa ölkələrində yaşasa da, görmək istəmirlər ki, heç bir Batı toplumu (hətta 
sayları  bir  ovuc  olsa  belə)  öz  dilini  aşağı  saymır  və  öz  dilini  gərəksiz  bilib  ayrı  dildə 
danışmağa  üstünlük  vermir.  Əksinə,  Batıda  “Hamı  üçün  öz  ana  dili  əzizdir,  dəyərlidir  və 
yüksəldilməlidir” düşüncəsi çox geniş yayılmışdır.       
 
Çağdaş dünyada kürəsəlləşmə (qloballaşma) və yerəlləşmə yanaşı var olan qoşa qanad 
durumundadır  və  qətiyyən  bir-birindən  ayrı  düşünülə  bilməz.  Ancaq  dünyanın 
kürəsəlləşməsindən, yaxud yerəlləşməsindən asılı olmayaraq, bütün bilincli (şüurlu) toplumlar 
öz  dilləri  başda  olmaqla  öz  milli  varlıqlarına  yiyə  dururlar  və    gediləsi  doğru  yol  da  məhz 
budur.  Ona görə də, biz də aparıcı  incəlikləri göz önünə alınmaqla milli dil strategiyamızın 
doğru-düzgün  biçimlənməsinə,  buradan  irəli  gələn  milli  dil  siyasətimizin  gərəkən  özüllər 
üzərində qurulmasına, milli dilimizə yiyə duracaq yüksək dil bilincli (şüurlu) aydınlarımızın 
yetişdirilməsinə,  bu  işin  xalq  içərisində  geniş  yayılaraq  tam  dəstəklənməsinə  vb.  bu  kimi 
önəmli məsələlərə barmaqarası baxmamalı, tərsinə, özəl diqqətlə yanaşmalıyıq.    
 
8 – 9 milyon əhalisi olan Azərbaycan Respublikasında dövlət dilinin ”Türk dili”, yoxsa 
”Azərbaycan  dili”  adlanması  bir-birindən  ayrı  iki  fərqli  dil  siyasəti  ortaya  qoydu  ki,  bu 


 
10 
siyasətlərdən hər birinin öz hədəfi, öz taktiki gedişləri, öz ilkə (prinsip) və üsulları… olması 
açıq-aydın ortadadır. 
 
30 – 35 milyonluq Güney Azərbaycanda isə dilimizin adı sorun törətmir, çünki burada 
hamı dilimizin türk dili olduğunu yaxşı bilir və manqurdları saymasaq, hamı özünü türk, dilini 
də türk dili adlandırır. Ancaq Azərbaycanın güneyində dilimizlə bağlı başlıca sorun ədəbi dil 
məsələsidir.  Fars  şovinizmi  istər  şah  dönəmində,  istərsə  də  molla  dönəmində  dilimizə, 
özəlliklə ədəbi dilimizə yönəlik hər oyuna  əl atıb, gücü yetdiyi bütün pislikləri ortaya qoydu, 
ancaq  istədiyi  uğuru  qazana  bilmədi.  Özəlliklə,  fars  şovinizmi  on  illər  boyu  insanlarımızı 
zorla inandırmağa çalışdı ki, ”Sən türk deyilsən, sən farssan (= farsdilli azərisən), monqollar 
gəlib səni türkləşdirib. Ona görə də, indi sən yenidən farslaşmalı və fars dilində danışmalısan, 
türk dili də ölüb getməlidir”.   
 
İllər  uzunu  Azərbaycan  türklüyü  döyüldü,  söyüldü,  min  bir  əzab  gördü,  zaman-zaman 
gah  ayağa  qalxdı,  gah  da  susub  ağrı-acılara  dözməli  oldu,  ancaq  heç  vaxt  bu  sərsəm 
cəfəngiyyata  inanıb  aldanmadı.  Tərsinə,  anı  çatanda  Azərbaycan  türklüyü  ”Haray,  haray, 
mən türkəm!” – deyə meydanlara çıxıb öz milli kimliyinə yiyə durdu və on illər boyu “Sən 
türk  deyilsən!”  cəfəngiyyatını  təbliğ  edənləri  (Seyid  Əhməd  Kəsrəviləri,  İqrar  Əliyevləri  və 
onların  züy  tutanlarını)  tarixin  zibilliyinə  tullayaraq  öz  türklüyünü  açıq-aydın  ortaya  qoydu. 
Oyanıb  ayağa  qalxan  Azərbaycan  türklüyü  on  illər  boyu  Azərbaycan  türkcəsini  danaraq 
farslaşma  sərsəmliyini  yaymağa  çalışan  fars  şovinizminə  tutarlı  bir  sillə  vurdu  və  uca  səslə 
”Türk dili ölən deyil, fars dilinə dönən deyil!” – deyə hayqırdı. Bu hayqırtı 1924-cü ildən 
indiyə fars şovinizminin dövlət əli ilə yürütdüyü bütün antitürk siyasətlərin iflasa uğramasını 
göstərən məntiqi sonucdur. Fars şovinizmi və onun pullu-pulsuz nökərləri nə qədər dəridən-
qabıqdan çıxıb öz çürük siyasətlərini yeritməyə çalışsalar da, artıq Azərbaycan türklüyü yaxşı 
bilir ki, “Bakı – Təbriz – Ankara, farslar hara – biz hara!?”  
 
 
Artıq  bu  gün  Azərbaycanın  güneyində  dilimizin  yenidən  yüksəlişi  başlamış  və  ədəbi 
dilimizin  yenidən  işlərlik  qazanması  günlük  dartışma  obyektinə  çevrilmişdir.  Bir  yandan, 
ümummilli  hərəkatın  bir  qolu  olaraq  ədəbi  dil  haqqı  uğrunda  siyasi  mübarizə  günü-gündən 
genişlənir,  o  biri  yandan  isə,  ədəbi  dil  normalarına  yönəlik  həm  nəzəri,  həm  də  təcrübi 
yönlərdən çeşidli yanaşmalar ortaya qoyulur.  İstər əlifba sorunu, istərsə də ədəbi dilin hansı 
standart normalar əsasında gəlişməli olması vb. sorunlar addım-addım Azərbaycan aydınının 
günlük qayğısına çevrilməkdədir.  
 
Təbii  ki,  Azərbaycanın  güneyində  ədəbi  dilə  yönəlik  dartışmalar  təkcə  bilimsəl  önəm 
daşımır, həm də daha çox yürüdülən siyasi xətləri sərgiləyir və bu baxımdan, XX yüzilliyin 
başlarında  Azərbaycanın  quzeyində  olmuş  durumu  xatırladır.  O  dönəm  Azərbaycanın 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə