81
55. Çindəki özəl adların çincə və uyğurca variantları bir-birindən fərqlənirsə,
Azərbaycan türkcəsində oturuşmuş variantları çıxmaqla, uyğurca variantın Azərbaycan
deyilişi əsas götürülür və çincə variantın pinyin əlifbası ilə yazılışı ayrac içərisində verilir;
örn.: رھەش ى يچمۈرۉ ئ – Ürümçi Shehri (pinyin. Wūlǔmùqí Shì) –
Ürümçü (rus.Урумчу)
şəhəri; يت ىيلاىۋ ًﺎ تﺎغﺎ ﺑرﺎ ت – Tarbaƣatay Vilayiti (pinyin. Tǎchéng Dìqū) –
Tarbağatay
vilayəti; لا ىۋيت ىي رەق ش ەق – Qeshqer Vilayiti (pinyin. Kāshí Dìqū) –
Qaşqar vilayəti;
رھەش ى لارﺎ ئ – Aral Shehri ( pinyin. Ālā'ěr Shì) –
Aral şəhəri; يت ىيلا ىۋ لۇمۇ ق – Qumul
Vilayiti (pinyin.
Hami diqu) –
Qumul vilayəti vb.
Qeyd: Çindəki özəl adların uyğurca yazılışı və deyilişi Azərbaycan türkcəsi üçün çox
önəmli bir qaynaqdır və bu qaynaq imlamızın bir sıra yanlışlıqlarını düzəldə bilər. Örn.:
ruscadan Sintzyan-Uyğur Muxtar Rayonu adını alıb Doğu Türküstan anlamında işlədirik,
ancaq bu ad uyğur dilində ڭﺎﺠن ىش – Shinjang (pinyin. Xinjiang = çincə. “yeni ərazi”) –
Şincan biçimindədir. O halda uyğurcanın dilimizə uyğun Şincan deyilişi ola-ola tələffüzü
bizim üçün çətin Sintzyan adını niyə işlətməliyik?
Yaxud pinyin əlifbası ilə çincə Ākèsù yazılan ad bizə heç nə demir, ancaq adın uyğurca
ۇس قﺎ ئ – Aqsu yazılışı göstərir ki, Şincanın vilayətlərindən biri olan Aqsu dilimizin Ağsu
adından başqa bir nəsnə deyil və təbii ki, Azərbaycan türkcəsində Akesu yox, Ağsu yazılması
daha doğrudur.
Yaxud da Tanrı dağları (pinyin. Tiānshān) adını götürək. Uyğurcada indiyədək
qorunmuş bu tarixi adımız varkən Tyanşan işlətməyimiz nə dərəcədə doğrudur? Açıq-aydın
görünür ki, Tanrı dağları adının çağrışdırdiğı anlam çalarları Tyanşan adında yoxdur. Yaxşı
olar ki, biz öz tarixi Tanrı dağları adımıza yenidən işlərlik qazandıraq və gərəkərsə, bir sürə
üçün ayrac içərisində adın pinyin əlifbası ilə Tiānshān biçimini də göstərək.
Beləliklə, biz heroqlif yazı gələnəkli Doğu Asiya özəl adlarının yazılışı ilə bağlı bir neçə
qayda verdik. Təbii ki, Doğu Asiya dilləri üzrə uzmanlarımız yetişib bu soruna yönəlik
araşdırmalar apardıqca, durum daha da aydınlaşacaq və imla qaydalarımız daha da
dəqiqləşəcəkdir.
ġəkilçilərin yazılıĢ qaydaları
Dilçilikdə sözün tərkib hissələri kök və şəkilçi olmaqla iki yerə ayrılır. Akademik
çalışmaları bir yana qoysaq, geniş yayılmış düşüncəyə görə,
kök – sözün ayrılıqda işlənə
bilən və leksik anlam daşıyan hissəsidir;
Ģəkilçi isə sözün ayrılıqda işlənə bilməyib yalnız
kökə artırılan və leksik anlam daşımayan hissəsidir. Adətən, yazıda şəkilçidən öncə cızqı
(defis)
işarəsi
28
qoyular və neçə cür yazılması şəkilçinin
üstündə rəqəmlə göstərilər; örn.:
-lar
2
(yəni bu şəkilçi
-lar və
-lər olmaqla iki cür yazılır),
-çı
4
(yəni bu şəkilçi
-çı, -çi, -çu və
-çü
82
olmaqla dörd cür yazılır). Bir cür yazılan şəkilçilərdə isə rəqəm göstərilməz; örn.:
-gil, -varı
vb.
Azərbaycan türkcəsinin bütün şəkilçiləri kökə artırılarkən yazılış tərzindən asılı olaraq
iki yerə bölünür: cızqı ilə (defislə) yazılan və bitişik yazılan şəkilçilər.
a) Cızqı ilə (defislə) yazılan Ģəkilçilər
Azərbaycan türkcəsində cızqı ilə (defislə) yazılan şəkilçilər azdır və əsasən, rəqəmlə
yazılan saylarda özünü göstərir.
56. Rəqəmlə yazılan miqdar saylarına hal və mənsubiyyət şəkilçiləri artırıldıqda
şəkilçidən öncə cızqı qoyulur; örn.:
15-dən, 5-də, 3-ə, 2-si vb.
57. Ərəb rəqəmlərindən sonra sıra sayının şəkilçisi
(-ıncı, -inci, -uncu, -üncü, -ncı, -
nci) ixtisar edilərək ahəngə görə
-cı, -ci, -cu, -cü biçimində yazılır və ondan öncə cızqı
qoyulur; örn.:
6-cı, 1-ci, 9-cu, 3-cü vb.
Qeyd: Rum rəqəmlərindən sonra sıra sayı şəkilçisinin nə özü, nə də ixtisar biçimi
yazılmır; örn
.: I, IV, VII, X vb.
58. İxtisar və qısaltma sözlərə qoşulan şəkilçilər ya sonuncu ünlü səslə, ya da son ünsüz
hərfin adındakı ünlü səslə ahəng qanununa görə uyğunlaşdırılır və şəkilçidən öncə cızqı
qoyulur; örn.:
BDU-nun (= be-du
-nun. Tam olaraq
Bakı Dövlət Universitetinin yazılır),
BMT-də (= be-em-te
-də.
Tam olaraq Birləşmiş Millətlər Təşkilatında yazılır) vb.
b) BitiĢik yazılan Ģəkilçilər
59. Azərbaycan türkcəsində şəkilçilərin çoxunluğu artırıldığı sözə bitişik yazılır və
tərkibindəki ünlünün neçə cür işlənməsindən asılı olaraq üç yerə bölünür: 1. bir cür yazılan
şəkilçilər, 2. iki cür yazılan şəkilçilər və 3. dörd cür yazılan şəkilçilər.
I. Bir cür yazılan Ģəkilçilər.
Azərbaycan türkcəsində bir sıra şəkilçilər var ki, hansı sözə artırılmasından asılı
olmayaraq ancaq bir cür yazılır; örn.:
1.
-daĢ şəkilçisi; örn.:
arxadaş, oyundaş, ülküdaş vb.
2.
-gil şəkilçisi; örn.:
babamgil, dayısıgil, Elçingil vb.
3. -
kən şəkilçisi; örn.:
alarkən, gedərkən, yıxılarkən vb.
4.
-laq şəkilçisi; örn.:
yaylaq, qışlaq, çaylaq vb.
5.
-stan şəkilçisi; örn.:
Qobustan, Gürcüstan, Racastan vb
.
Qeyd: Söz kökü ünsüzlə bitəndə köklə
-stan şəkilçisi arasına bitişdirici
-ı
4
(-ı,-i, -u,-ü)
ünlülərindən biri artırılır; örn.:
Dağıstan, Türkmənistan, Uyğurustan, Türküstan vb.
6.
-i şəkilçisi; örn.:
daxili, tarixi, cənubi vb.