Art – Peşə və ömürboyu təhsil şöbəsinin əməkdaşı Microsoft Office Word 2019 proqramı



Yüklə 2,05 Mb.
səhifə10/22
tarix31.01.2023
ölçüsü2,05 Mb.
#99859
1   ...   6   7   8   9   10   11   12   13   ...   22
Microsoft Word 2019

( Select - Выбирать) Mətni və obyektləri seçməyə imkan verir. Həmçinin mətnin arxasındakı obyektləri də seçmək mümkündür. (Şəkil:34)
Şəkil:34
(Select Objects - Выберите объекты) düyməsi basıldıqda kursor formasını dəyişib oxa çevrilir. Ox vasitəsilə avtofiqurları, mətn qutularını və s. asanlıqla seçmək olar.
Windows sistemi altında işləyən bütün proqramlarda hər hansı bir obyekt üzərində müxtəlif əməliyyatları yerinə yetirməzdən əvvəl həmin obyektləri seçmək lazımdır.
Word də silmə, köçürmə, daşıma, formatlaşdırma kimi əməliyyatları yerinə yetirməzdən əvvəl mətnin lazım olan hissəsini seçmək lazımdır. Bunun üçün müəyyən üsullardan istifadə olunur.

  • Sətirdə istənilən sözü seçmək üçün mausun oxunu onun üzərinə gətirin və sol düyməni iki dəfə sıxın, söz seçiləcək.

  • Bir sətri deyil, bir neçə sətri seçmək lazım olarsa, mausun oxunu seçmək istədiyiniz sözün əvvəlinə gətirin, sol düyməni sıxın və neçə sətr seçiləcəksə, o qədər də oxu aşağı istiqamətdə sürüyün və sol düyməni buraxın. Mətnin müəyyən hissəsi seçiləcək.

  • Bütün mətni seçmək üçün (Home - Главная) menyusundan (Select - Выделить)(Select All – Выделить все) əmrlərindən və ya klaviatura üzərindəki [Ctrl]+[A] düymələri kombinasiyasından istifadə edin.

  • F ormatlaşdırmanın əsas əmrləri (Home - Главная) menyusunun (Font - Шрифт) bölməsində toplanmışdır. (Şəkil:35)

Şəkil:35
Əməliyyat sistemində çoxlu sayda şriftlər verilir. İstifadəçi onlardan istifadə etməklə müxtəlif proqramlarda müxtəlif xarakterli sənədlər hazırlaya bilər.


Simvolları formatlaşdırmaq üçün (Home-Главная) menyusundan (Font - Шрифт) əmri seçilir.Bu zaman ekrana (Font - Шрифт) dialoq pəncərəsi açılır. (Şəkil: 36)
Şrift səhifəsinin sürüşdürmə çubuğundaki ox düymələrindən istifadə edilərək yazı tipinin siyahısı gözdən keçrilir. (Preview - Образец) səhəsində seçilən yazı tipinə uyğun nümunə görsənir.
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə