-Mənim bir neçə saatlıq işim var. Bu Koburq meyda-
nındakı iş ciddidir.
-Niyə?
-Böyük bir cinayət baş vermə mərhələsindədir. Zama-
nında mane ola biləcəyimizə inanıram. Amma bu günün
şənbə günü olması işləri bir az qarışdırır. Bu gecə köməyinə
ehtiyacım olacaq.
-Saat neçədə?
-On yaxşı olardı.
-Saat onda Beyker küçəsində olacağam.
-Çox gözəl. Bir şey də var, Doktor. Bu iş bir az təhlükəli
ola bilər, ona görə lütfən, ordudan qalma silahını da özünlə
götür. - Əl sıxışdıq və dabanları üzərində dönərək, kütlənin
içində gözdən itdi.
Şerlok Holmsla münasibətimdə, onu anlaya bilmədiyim
və özümü axmaq kimi hiss etdiyim zamanlar olur. Bu dəfə
də elə oldu; onun eşitdiklərini mən də eşitmişdim, gör-
düklərini mən də görmüşdüm, amma sözlərindən aydın
olurdu ki, o yalnız olanları deyil, olacaqları da görmüşdü.
Hələ də bu məsələ mənim üçün sirrini və qəribəliyini qoru-
yurdu. Kensinqtondakı evimə gedərkən, yolda hər şeyi lap
əvvəldən, qırmızısaçlı ensiklopediya köçürənin qeyri-adi
hekayəsindən, “Seks-Koburq” meydanına səfərimizdən və
Holmsun son sözlərinə qədər yenidən düşündüm. Gecə gö-
rüşmək nəyə lazım idi; niyə silahımı götürməli idim? Hara
gedəcəkdik; nə edəcəkdik? Holmsun ifadəsindən, bizim par-
laqüzlü girovçunun köməkçisinin qorxulacaq bir adam ol-
duğunu təyin edə bilmişdim - böyük bir saxtakarlıq etməyə
hazırlaşan adama bənzəyirdi. Həll etməyə çalışdım, amma
sonunda ümidsizlik içində imtina edib gecə hər şeyi öyrənə-
nə qədər əhvalatı bir kənara qoymağa qərar verdim. Evdən
107
çıxanda doqquza iyirmi dəqiqə vardı. Parkdan keçərək Oks-
ford küçəsindən Beyker küçəsinə gəldim. Qapıda iki avto-
mobil dayanmışdı. İçəri girəndə, yuxarıdan səslərin gəldiyi-
ni fərq etdim. Otaqda Holmsu iki nəfərlə həyəcanlı söhbət
edən gördüm. Biri rəsmi polis detektivi Piter Cons idi, digər
adam isə çox parıltılı bir şlyapa və həddindən artıq dəbdə-
bəli bir frak geyinmiş uzunboylu, zəif və kədərli üzü olan bir
adam idi.
-Əla! Komanda tamamlandı, - Holms dedi. - İkidüyməli
qısa gəmiçi pencəyini düymələyib, rəfdən ağır ov qırmancını
götürdü.
-Məncə Skotland Yarddan cənab Consu tanıyırsan, Uat-
son. Səni cənab Merriuezerlə tanış edim. O da bu gecəki ma-
cərada bizimlə birlikdə olacaq.
-Gördüyünüz kimi, yenə birlikdə ova çıxırıq, Doktor, -
dedi Cons, hər zaman olduğu kimi quru ifadəylə.
-Bu yoldaşımız, ova başlamaqda çox ustadır. Tək istədi-
yi, yaşlı bir itin ona yol göstərməsidir.
-Ümid edirəm ki, üstü açıq quyuyla qarşılaşmarıq, -
cənab Merriuezer pessimistcəsinə müdaxilə etdi.
-Cənab Holmsa güvənə bilərsiniz cənab, - polis detektivi
qürurla dilləndi. - Hərçənd, bir az çox nəzəri və fantastik
üsulları vardır amma onda detektiv qanı var. Şolto cinayəti
və Aqra xəzinələrində olduğu kimi, rəsmi strukturlardan
daha düzgün təxminləri olub, bir-iki dəfə.
-Yaxşı, dediyiniz kimi olsun, - cənab Cons nəzakətlə dil-
ləndi, - yenə də etiraf etməliyəm ki, kart oyunu üçün darıx-
dım. İyirmi yeddi ildə ilk dəfə bir şənbə gecəsini kart oyna-
madan keçirirəm.
-Elə düşünürəm ki, - Şerlok Holms dedi, - indiyə qədər
oynadığınız ən böyük və ən həyəcanlı mərci bu gecə oynaya-
108
caqsınız. Sizin üçün, cənab Merriuezer, ortadakı pul 30.000
sterlinq olacaq; və Cons, sənin üçün qazanc, tutmaq istədiyin
adamı ələ keçirmək olacaq.
-Con Klay; qatil, oğru və saxtakar. Özü də hələ gəncdir.
Cənab Merriuezer, amma peşəsinin zirvəsindədir. Əmin
olun, Londonun bütün cinayətkarları bir tərəfə, qandallarımı
ən çox onun biləklərində görmək istəyərəm. Bu gənc Con
Klay maraqlı adamdır. Babası krallığın qrafı imiş. Özü də
Eton və Oksfordda oxuyub. Beyni də barmaqları qədər hiy-
ləgərdir; buna görə hara əlimizi atsaq, izlərinə rast gəlmə-
mizə baxmayaraq, onu heç cür tuta bilmirik. Bir həftə Şot-
landiyada görünəndə ertəsi həftə Kornvalda bir yetimxana
açmaq üçün pul yığmaqla məşğul olur. İllərdir izləyirəm
amma indiyə qədər üzünü belə görə bilməmişəm.
-Bu gecə sizi onunla tanış etmək zövqünü dadacağıma
ümid edirəm. Mən də bir neçə dəfə cənab Con Klayla qarşı-
laşmışam və peşəkar olması ilə bağlı sizinlə razılaşıram. Bu
arada, saat onu keçir; başlamaq zamanı gəldi. Siz ikiniz bi-
rinci faytonda oturun. Uatson və mən də digərinə minərik.
Şerlok Holms yol boyu danışmadı. Arxaya söykənib bu
gün dinlədiyi melodiyaları zümzümə etməkdən başqa iş
görmədi. Sonsuz küçələr labirintindən keçdikdən sonra, nə-
hayət Farrinqton küçəsinə çatdıq.
-Artıq yaxınlaşmışıq, - danışmağa başladı dostum. - Bu
cənab Merriuezer, bank müdiridir və bu mövzuyla fərdi ola-
raq maraqlanır. Consu da götürməyimizin yaxşı olacağını
düşündüm. İşində tam axmaq olmasına baxmayaraq, pis
adam deyil. Yeganə yaxşı tərəfi var; o da birinə qandalı ta-
xanda aslan qədər cəsur və keçi qədər inadçı olur. Bax gəl-
dik, bizi gözləyirlər.
109
Səhər gəzdiyimiz izdihamlı yola gəlmişdik. Faytonları
yola saldıqdan sonra, cənab Merriuezerin rəhbərliyi ilə dar
bir keçiddən keçərək bir qapıya çatdıq. Qapını açanda, so-
nunda böyük dəmir qapının olduğu kiçik bir dəhliz çıxdı
qarşımıza. Bu qapı da açıq idi və buradan daş pilləkənlərlə
endik. Bu nəhayət, başqa bir qapıya aparırdı. Cənab Merriu-
ezer fənər yandırmaq üçün dayandı; sonra da bizi, torpaq iyi
verən, qaranlıq bir dəhlizə və sonra isə qutu və sandıqlarla
dolu bir anbara apardı.
-Yuxarıdan ziyan gələ bilməyəcəyi aydındır, - Holms
fənəri qaldırıb ətrafına baxarkən dedi.
-Aşağıdan da, - dedi cənab Merriuezer çəliyiylə, döşə-
məyə döşənilmiş daşlara vuraraq. Birdən çaşaraq yerə əyil-
di:
-Ay səni, çıxan səsdən belə başa düşürəm ki, boşluq var!
-Bir az da sakit olmağınızı istəyirəm, - dedi Holms sərt
bir şəkildə. - İndidən bu araşdırmanın müvəffəqiyyətinə təh-
lükə yaradırsınız. Qutulardan birinin üstünə oturub heç nə-
yə qarışmadan gözləməyinizi xahiş edirəm.
Cənab Merriuezer, üzündə incik bir ifadəylə qutulardan
birinin üstünə oturarkən, Holms, dizləri üstündə yerdə, bir
əlində fənər, digərində böyüdücü daşların arasındakı çat-
laqları araşdırmağa başladı. Bir neçə saniyə sonra ayağa
qalxdı və böyüdücünü cibinə qoydu.
-Önümüzdə ən az bir saat var, - deyə danışmağa başla-
dı, - çünki yazıq girovçu yatağa girmədən başlaya bilməzlər.
Vaxt itirmədən işə girişəcəklər, nə qədər qısa müddətdə bi-
tirsələr, qaçmaq üçün də o qədər çox vaxtları olacaq. Bu an-
da Doktor, - təxmin edə biləcəyin kimi Londonun böyük
banklarından birinin mərkəz şöbəsinin zirzəmisindəyik. Cə-
nab Merriuezer əsas müdirdir və sənə Londonun böyük oğ-
110
Dostları ilə paylaş: |