rularının bu anda bu zirzəmiyə niyə bu qədər maraq göstər-
diklərini açıqlayacaq.
-Fransız qızılına görə, - deyə pıçıldadı müdir. - Bəzi mü-
daxilələr ola biləcəyi ilə bağlı bir neçə dəfə xəbərdar edil-
mişdik onsuz da.
-Fransız qızılı?
-Bəli. Bir neçə ay əvvəl, bazamızı gücləndirmək üçün
Fransa bankından 30.000 Napoleon
8
borc aldıq. İnsanlar,
hələ pulları çıxarmadığımızı və zirzəmidə saxladığımızı
biliblər. Bu an üstündə oturduğum qutunun içində,
qurğuşunlu ka-ğızlar arasında 2000 Napoleon var. Hazırkı
külçə qızıl ehti-yatımız normalda bir şöbədə saxlanmayacaq
qədər çoxdur və buna görə müdirlərin bu mövzuda
narahatlıqları var.
-Və haqlı olduqları ortaya çıxıb, - fikrini ifadə etdi
Holms.
-Artıq kiçik planımızı həyata keçirməyin zamanı gəldi.
Bir saat içində hər şeyin həll olmasına ümid edirəm. Bu vaxt,
cənab Merriuezer, fənərin üstünü örtməyiniz lazımdır.
-Qaranlıqda oturacağıq?
-Təəssüf ki, elədir. Yanımda bir dəstə kart da gətirmi-
şəm. Dörd adam olduğumuza görə kart oynaya bilərik, deyə
düşünmüşdüm, amma düşmənin hazırlıqları o qədər ciddi-
dir ki, işıq yandırmaq riskini edə bilmərik. Hər şeydən əvvəl
mövqelərimizi qərarlaşdırmalıyıq. Bunlar qorxmaz adamlar-
dır və biz hər nə qədər onları hazırlıqsız ələ keçirməli olsaq
da, diqqətli olmadığımız təqdirdə təhlükəli ola bilərlər. Mən
bu qutunun arxasında dayanacağam, siz də buradakının ar-
8
Pul vahidi
111
xasında gizlənin. Mən üstlərinə işıq tutduğum zaman siz sü-
rətlə ortaya atılıb onları qısnayacaqsınız. Uatson, əgər atəş
açsalar, heç düşünmədən vur.
Tapançamı çıxararaq, arxasında gizləndiyim taxta qu-
tunun üstündə nişangah hazırladım. Holms fənərin işığını
azaldaraq bizi zülmət qaranlıqda qalmağa məcbur etdi. Əv-
vəllər heç vaxt belə qaranlıqda olmamışdım. İsti metal qo-
xusu, işığın hələ orada olduğunu və dərhal parlaya biləcəyi-
ni göstərirdi. Birdən-birə qaranlıqda qaldığım üçün gərilmiş
əsəblə gözlədiyim anda məndə zirzəminin soyuq, nəmli ha-
vasında bürkülü və uğursuz bir şey varmış kimi bir hiss ya-
ranmışdı.
-Qaçmağa cəmi bir yolları var, - pıçıldadı Holms. O da
evin arxasından “Seks-Koburq” meydanına. Ümid edirəm
sənə dediyimi yerinə yetirmisən Cons?
-Qabaq qapıda bir müfəttiş və iki polis məmuru daya-
nıb.
-O halda bütün dəlikləri bağlamış olduq. Artıq səssizcə
gözləyək.
Zaman keçmək bilmirdi. Yalnız bir saat on beş dəqiqə
keçmişdi, amma mənə elə gəlirdi ki, gecə bitib və dan yeri
sökülür. Mövqeyimi dəyişdirməkdən çəkindiyimdən qıçla-
rım yorğunluqdan qurumuşdu. Sinirlərim o qədər gərilmişdi
və qulaqlarım o qədər itiləşmişdi ki, yalnız yoldaşlarımın
yüngül nəfəs almalarını eşitməklə qalmır, yekəpər Consun
ağır nəfəsini, bank müdirinin zəif nəfəsindən ayırd edə bi-
lirdim. Olduğum yerdən əraziyə baxarkən, birdən bir işıq
gördüm. Əvvəl, işıq daş döşəmədə parlaq bir ləkə şəklində
idi. Sonra getdikcə uzanaraq, sarı bir xətt halına gəldi. Daşlar
yarıldı və aralarından ağ, qadına xas bir əl çıxdı. Qıvrılan
barmaqlarıyla əl bir neçə dəqiqə daşların arasında qaldı və
112
sonra ortaya çıxdığı kimi sürətlə gözdən itdi. Daşların ara-
sından görünən parlaq ləkəni nəzərə almasaq, yenə qaranlı-
ğa qərq olmuşduq.
Lakin çox keçmədən sanki qoparılaraq çıxarılan böyük,
ağ daşlardan birinin altından bir fənər işığı sızmağa başladı.
Aradakı boşluqdan, təraşlı, sadəlövh bir üz çıxdı və ətrafına
diqqətlə baxdıqdan sonra özünü yuxarı dartdı. Dərhal dəli-
yin dibinə boylanaraq, arıq üzlü və parlaq qırmızısaçlı, özü
kimi elastik və qısa boylu yoldaşını yuxarı çəkdi.
-Hər şey yolundadır, - deyə pıçıldadı. - Kürəklə torbaları
gətirdinmi? Cəld ol Arçi, yoxsa sonumuz dar ağacı olar.
Şerlok Holms olduğu yerdən sürətlə sıçrayaraq onun ya-
xasından tutdu. Digəri dəliyə atılıb qaçmağa çalışarkən
Cons, onun pencəyindən tutdu, amma parça cırılaraq Con-
sun əlində qaldı. Bir anda tapança işıqda parıldadı; Holmsun
ov qırmancı adamın biləyində şaqqıldadı və tapança yerə
düşdü.
-Artıq çox gecdir, Con Klay, - Holms qəhrəmancasına
dilləndi. Heç şansınız yoxdur.
-Demək belə, - adam sakitcə cavab verdi. - Amma anla-
dığım qədər yoldaşım çox yaxşıdır. Qaçarkən pencəyini sizə
xatirə qoyub.
-Onu qapıda üç adam gözləyir, - dedi Holms.
-Hə, doğrudan? Hər şeyi çox yaxşı düzüb-qoşmaq baca-
rığınızın olduğu açıq-aydın görünür. Sizi təbrik etməliyəm.
-Mən də sizi, - cavab verdi Holms. - Qırmızısaç fikriniz
qeyri-adi və təsirli idi.
-Yoldaşınızı yaxında görərsiniz, - dedi Cons. - Dəliklərə
girmək mövzusunda məndən daha sürətlidir.
-Çirkli əllərinizi mənə sürtməməyinizi xahiş edəcəyəm, -
dedi adam, qandallar biləklərinə bağlanarkən. - Siz fərqində
113
olmaya bilərsiniz amma damarlarımda bir zadəgan qanı
axır. Eyni zamanda, mənimlə danışarkən “cənab” və “lüt-
fən” deməyi gözardı etməməyinizi xahiş edəcəyəm.
Cons istehzayla baxaraq:
-Çox yaxşı, - dedi. - Cənab mənimlə yuxarı çıxıb çöldə
gözləyən faytona minərək polis bölməsinə qədər getmək nə-
zakətini göstərə bilərmi görəsən?
-Belə daha yaxşıdır, - Cons ciddi bir şəkildə cavab verdi.
– Üçümüzün qarşısında ehtiramla baş əydi və detektivin nə-
zarəti altında səssizcə çıxıb getdi.
-Cənab Holms, - dedi cənab Merriuezer, üçümüz onların
arxasınca çıxarkən, - bankımız adından sizə necə təşəkkür
edə bilərəm və ya mükafatlandıra bilərəm, bilmirəm. İndiyə
qədər gördüyüm ən böyük bank soyğunu cəhdini mükəm-
məl bir şəkildə təsbit edərək qarşısını aldınız.
-Cənab Con Klayla həll etməli olduğum bir-iki haqq-he-
sab var, - dedi Holms. - Bankın ödəməli olduğunu gözlədi-
yim kiçik xərclərim oldu. Lakin “Qırmızı Saçlılar Klubu”nun
qəribə əhvalatının üstünü açaraq, zövq aldığım üçün müka-
fatlandırılmış oldum.
Beyker küçəsində viski və sodamızı içərkən Holms dil-
ləndi:
-Görürsən də, Uatson. İlk andan etibarən, bu fantastik
klub elanının və ensiklopediya üzü köçürmə məsələsinin, bu
axmaq girovçunu gündə bir neçə saat ayaq altından uzaqlaş-
dırmaq üçün uydurulmuş olduğu aydın idi. Həqiqətən qəri-
bə yoldur, amma hər halda daha yaxşı bir bəhanə tapmaq çə-
tin idi. Bu fikir, dahi Klayın ağlına cinayət ortağının saç rən-
gindən gələ bilər. Həftədə 4 sterlinq, minlərlə gəliri olan bu
adamlar üçün əhəmiyyətsiz bir yem idi. Birlikdə elanı ver-
dikdən sonra, biri müvəqqəti köməkçilik rolunu, digəri də
114
Dostları ilə paylaş: |