kimi görünə bilər. Bir qadının yoxa çıxması səbəb deyil, çün-
ki bu evdə bəzi şəxslərin günlərlə, hətta həftələrlə yoxa çıx-
ması mümkündür. Bəlkə də bu anda həyatı təhlükədədir. Bu
gün üçün edə biləcəyim yeganə şey evi müşahidə etməkdir.
Bu gərginlik belə davam edə bilməz əlbəttə. Qanunun əlin-
dən bir şey gəlmirsə, hər cür təhlükəni gözə alaraq bu işə biz
burnumuzu soxaq.
– Nə etməyi planlaşdırırsan?
Otağının harada olduğunu bilirəm. Yandakı evin da-
mından oraya keçə bilərik. Mənim planım budur: Sənlə mən
bu gecə bu sirri həll edəcəyik.
Etiraf etməliyəm ki bu, mənim ağılıma heç batmadı.
Cinayət havasına bürünmüş bir ev, qəribə və təhlükəli in-
sanlar… Üstəlik etmək istədiyimiz şey qanuna ziddir. Bütün
bunlar içimdəki macəra həyəcanını söndürmüşdü. Amma
dostumun düşüncələrini tək-tək açıqlamağındakı soyuq-
qanlılıq, məndən istədiyi köməyi geri çevirməyimə imkan
vermirdi. İstər-istəməz mən də bu macəraya qoşulacaqdım.
Həll edə bilməyimiz üçün başqa çarə görünmürdü. Səs çı-
xarmadan əlini sıxdım, ox yaydan çıxmışdı artıq.
Araşdırmalarımızın nə nəticə verəcəyi, heç olmasa nə
qədər təhlükəli olub olmayacağı məlum deyildi. Saat beşə ol-
muşdu, mart axşamının ilk qaranlığı ətrafda kölgələr mey-
dana gətirirdi ki, bir adam həyəcan içində otağımıza girdi.
– Getdilər cənab Holms, son qatara mindilər. Qadın əl-
lərindən xilas oldu, onu bura gətirdim. Aşağıda, faytonda
gözləyir.
– Əla Varner! – deyə qışqırdı Holms və tələm-tələsik
ayağa qalxdı. – Uatson, zəncirin əskik halqaları yavaş-yavaş
tamamlanır.
89
Faytondakı qadın əsəbiliyindən elə halsızlaşmışdı ki,
az qala özündən getmişdi. Sərt üz xəttlərinin dərin izlər bur-
axdığı zəifləmiş üzündən, təzə bir tragediyanın əlamətləri
oxunurdu. Başını sanki sinəsindən qopacaqmışcasına yana
əymişdi. Başını güc-bəla qaldıraraq baxışlarını bizə çevirdi;
boz rəngdəki gözləri bulanıq idi, göz bəbəkləri böyümüşdü.
Hiss olunurdu ki, tiryəklə yatırdılıb.
İşindən qovulan bağban sözə başladı:
– Əmr etdiyiniz kimi qapıda keşik çəkirdim, cənab.
Əvvəl arabayla getdilər, mən də stansiyaya qədər dərhal ar-
xalarınca düşdüm… Qadın lunatik kimi idi. Digərləri onu
vaqona soxmaq istəyərkən birdən oyandı. Əlləri və ayaqla-
rını tərpədib çırpındı. Özünü qatardan perona atdı. Mən də
onu faytonuma qoyub düz bura gətirdim. İndi də buradayıq.
Gedərkən, qatarın pəncərəsində gördüyüm o adamın üzünü
də unuda bilməyəcəyəm. Əsmər-sarı bənizli qorxunc bir
adam idi; məni əlinə keçirmiş olsa yəqin ki, boynumu qırar.
Xanım Burneti pilləkənlə yuxarıya qaldırıb, divana uz-
atdıq. Bir neçə fincan acı qəhvə, zehinini narkotikin təsirin-
dən qurtarıb aydınlaşdırdı. Holms, Baynesi çağırtdırdı və ol-
an bitənləri tez izah etdi. Müfəttiş, dostumun əllərini səmi-
miyyətlə sıxdı.
– Tam ehtiyacım olan şahidi siz mənə gətirirsiniz, cə-
nab Holms! – dedi. – Əvvəldən mən də bu iz üzərindəydim.
– Yaxşı görək? Siz də Hendersonun izinə düşmüşdü-
nüz?
– Əlbəttə, cənab Holms. “Böyük Geybl”dəki süpürgə
otlarının arasında bir ağacın altına çöməlib oturmuşdum ki,
sizi gördüm. Baxaq hansımız daha tez iz tapacağıq!
– Mələzi niyə həbs etdiniz?
90
Baynes güldü:
– Bu Henderson deyilən tülkü, ondan şübhələnildiyi-
nin fərqinə vardı. Onun üçün, təhlükə keçənə qədər evdən
çıxmayacağına əmin idim. Buna görə səhv adamı həbs etdim
ki, ondan şübhələnmədiyimizi düşünsün. Bu vəziyyətdə qısa
zamanda qaçıb, xanım Burnetlə əlaqə yaratmaq üçün bizə
bir fürsət yaranacağına ümid edirdim.
Holms əlini müfəttişin çiyininə qoyub heyranlıqla:
– Peşənizdə şöhrət qazanacaqsınız, – dedi. – İnstinkt-
ləriniz qədər hissetmə qabiliyyətiniz də gözəldir.
Baynes tərifdən xoşhal olmuşdu.
Məmurlardan birini adi geyimdə stansiyaya növbətçi
qoydum. “Böyük Geybl”dən kim gəlirsə gəlsin, arxasınca
düşəcək, gözdən qoymayacaqdı. Lakin xanım Burnet özünü
perona atınca, çaşıb qaldı. Yaxşı ki, sizin adamınız onu fay-
tona götürdü və hər şey yoluna düşdü. Onun ifadəsi olma-
dan heç kimi həbs edə bilmərik; bu dəqiqdir. Onu tezliklə
dinləsək yaxşı olar.
Holms diqqətlə gözlərini gənc qadına çevirdi.
– Yavaş-yavaş özünə gəlir, – dedi. – Baynes, deyə bi-
lərsinizmi bu Henderson deyilən adam kimdir?
– Don Murillo, vaxtilə San Pedro Pələngi deyə tanı-
nardı.
Müfəttişin cavabından çaşdım. Bütün ölkələrin dikta-
torlarından ən bəlalısı, ən xunxarı və ən mərhəmətsizi haq-
qında danışılanlar bir anlıq üçün yadıma düşdü. Qüdrəti,
cəsarəti və enerjisi sayəsində boyunduruğu altına aldığı öl-
kəsinin xalqına, iyrənc istəklərini zorla qəbul etdirməsini
məhşur idi. Bu vəziyyət on və ya on iki il davam etmiş, bu
zaman kəsiyində adı bütün Orta Amerikanı titrətmişdi; xalq
91
günün birində üsyan qaldırmışdı. Lakin Don Murillo zalım-
lığından əlavə, şeytana papağını tərs geydirən bir adam idi.
İlk üsyanda kimsəyə bildirmədən bütün sərvətini bir gəmiyə
yüklətdirib; gəmi heyətini ozünə çox sadiq kəslərdən topla-
dı. Bir gün sonra üsyançılar saraya hücum etdilər, amma
diktatoru tapa bilmədilər. Diktatorun özü, iki uşağı, katibi və
bütün xəzinəsi ortadan yoxa çıxmışdı. O gündən sonra Don
Murillo gözdən itdi. Nə qədər axtarıldısa da tapılmadı. Hətta
həyatda olub-olmadığı, Avropa mətbuatının ən çox diqqət
ayırdığı, üstünə düşdüyü mövzulardan biri oldu.
– Bəli cənab Holms, San Pedro Pələngi, – deyə təkrar-
ladı Baynes. İstəsəniz kitablara baxın, San Pedronun bayrağı
yaşıl-ağdır; məktubda da bu rənglərdən istifadə edilmişdir.
“Pələng” Henderson saxta adıyla həyatını davam etdirdi.
Ancaq mən Roma və Paris üzərindən Madridə, hətta 1896-cı
ildə gəmisinin lövbər atdığı Barcelonaya qədər getdim, onu
izlədim. Düşmənləri onu hər yerdə axtarırdı, sonunda hara-
da gizləndiyini tapdılar.
Oturduğu yerdə qalxa bilməmiş, söhbətlərimizi həyə-
canla dinləyən xanım Burnet sözə qarışd:
– Bir il əvvəl ilk dəfə onun harada olduğunu tapdılar.
Bir dəfə sui-qəsd edildi, amma şansı gətirdiyi üçün xilas ol-
du. Bu dəfə, bu iş üçün, həqiqətən zadəgan bir adam olan
Qarsiya həyatını itirdi; o biri namussuz sağ qaldı. Amma bu-
nun arxası gələcək; bu gün biri, sabah bir başqası gələcək, ta
ki ədalət yerini tapana qədər. Bu, gün kimi aşkardır.
Zəif əlləri bir-birinə birləşərkən sısqa üzü, hiss etdiyi
nifrət səbəbiylə sapsarı olmuşdu.
92
Dostları ilə paylaş: |