Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   22   23   24   25   26   27   28   29   ...   86

88 
 
olmayanda,  Ocağa  təzə-təzə  gələndə  fikirləşmirdim  ki,  Ocaqçı 
olaram.  Fikirləşirdim  ki,  sevərəm  Ocağı,  təqdir  edərəm,  ancaq  o 
ləyaqət məndə olardı, olmazdı. Ancaq gündən-günə sevgi artırdı, bu 
sevgi məni Ocağa bağlamalıydı. Yoxsa ola bilməzdi ki, elə sevəsən, 
sevəsən, bunun da sonucu olmaya. Ona görə Ocağa Evlad olmağım 
şəxsən  mənim  üçün  şərəfdir.  Birinci,  mənim  öz  üzərimə  özümün 
nəzarətimi  qoyub.  Mənim  öz  üzərimə  məsuliyyət  qoyub  və  məni 
fərqli  edib.  Nə  dərəcədə  dəyişmişəm,  onu  özüm  də  yaxşı  bilirəm. 
Ətrafımdakılar  daha  yaxşı  hiss  edirlər,  görürlər.  Evdə  də  artıq 
danışdıqlarımla barışırlar. Evdə bu yaxınlarda bir məqam oldu. Bəlkə 
də evdə mənə hücum hazırlamışdılar, ancaq alınmadı. Soylu bəydən 
bəhrələnərək  elədiyim  söhbətlərlə  elə  gözəl  razılaşdılar  ki. 
Mənim  dünənimlə  bu  günümdə,  təbii  ki,  fərq  var.  Bu  günümlə 
sabahımda da fərq olacaq. 
Mən Ocağa Evlad qəbul olunanda Soylu bəy mənə dedi ki, Ataya 
Evlad  olmaq  küçümsənmək  deyil,  bəşəriyyətə  öyrətmən  olmaqdır. 
Yəni həqiqətən də Ataya Evlad olmaq o dedyim yöndə insanı fərqli 
edir,  insanın  çiyninə  şərəfli  və  ruhani  məsuliyyət  yükü  qoyur.  Bu, 
gözəl hissdir. Yaşamayan bunu bilməz. 
Bu yaxınlarda Qazax mahalına səfərimiz oldu. O qədər mənə xoş 
təsir  bağışladı  ki.  Bu  səfərimizdə  yemək  və  qalmaq  sorunu  ilə 
üzləşmədik. Ancaq Ocaqçı xanımları başa düşdüm, zəhmətlərini dərk 
elədim. Soylu bəy dəfələrlə söhbət edib. Sizlər səfərlərə getmisiniz, 
çətinliklər  yaşayıb  ləyaqət  qoymusunuz  ortaya.  Ləyaqətlə  hər  şeyə 
sinə gərmisiniz. Bu səfər şəxsən mənim düşüncələrimdə çox böyük 
rol oynadı. 
Səfərlərimi artırmalıyam ki, ruhumun böyüməsinə yön versin. Bir 
daha  hamınızı  qutlayıram.  Soylu  bəyin  haqqında  isə  olanından  az 
deyirik. Hamınızı çox istəyirəm. Bağrıma basıram. 
Ulusəs  Atalı: Sözüm,  ola  bilsin,  qısa  olsun.  “Evlad  Günü”nə 
sözüm  çox  olmalıydı.  Evladlıq  böyük  hadisədir.  Evlad  yoxdursa, 
Ocaq  da  yoxdur.  Ancaq  Evladlığın  sabahını  Ocağın  gələcəyi 
kontekstində  görürəm.  Şəxsən  mənim  Evlad  kimi  yaşamağıma 
ətrafımdakı  Evladların  halı  müsbət  təsir  edir.  Evladlıq  hadisəsi  baş 
tutmasaydı,  halımda  daha  çox  əyintilər  olardı.  Ocağın  varlığı  məni 


89 
 
ayaqda  saxlayır.  Özümü  yaxşı  hiss  edirəm,  baxmayaraq  ki 
gərginliyim  çoxdur.  Mən  sabaha  nikbin  baxmasaydım,  vəziyyətim 
daha çox gərginləşərdi. Hamını bu günlə bağlı təbrik edirəm. Gələn 
ildə Evladlıq halı, hadisəsi daha uca halına çatacaq. 
Soylu Atalı: Bir var Ocaq ideyaları, bir də var Ocağın prinsipləri. 
Ocağımızın  prinsipləri  onun  qaydalarıdır,  onun  qurallarıdır.  Əgər 
Ocağın  özünün  quralları  olmasaydı,  ideyalar  havadan  asılı  qalardı. 
Ocağın  prinsipləri  hər  bir  fərdin  ona  yanaşmasında  və  onu  yaşat-
masında inkişaf  tapır.  Ocağı  ifadə eləmək  hərtərəfli Evlad  boyunun 
daim  hər  gün  artmasına  dayanır.  Asif  Ata  Ruhani  Evlad  hadisəsi 
yaratdı, çox qeyri-adi bir hadisədir. Tarixdə belə bir hadisə yoxdur. 
Biçimcə oxşar hadisələr var, ancaq məhz Atalıq-Evladlıq deyilən bir 
şey  tarixdə  olmayıb.  Başqa  adlar  olub,  başqa  cür  olub.  Evladın 
böyüməsi üçün, Ocağa sahib durması üçün ona qurulma yönü verdi, 
yolu  göstərdi.  Onu  “Ailə  Günü”  mərasimlərimizdə  ifadə  edirik.  O 
tələblər  –  Amallaşma,  Kamilləşmə,  Xalqlaşma.  Hər  bir  Ocaqçı  bu 
günkü  “Evlad  Günü”ndən  sonra  növbəti  “Evlad  Günü”nə  qədər  öz 
qarşısına  məqdsəd  qoymalıdır  –  Asif  Atanın  13  Bitiyini  oxuyub 
qurtarmalıdır.  Hər  bir  Evlad  gələn  il  “Evlad  Günü”  mərasimində 
onun  hesabatını  verməlidir.  Bu,  Asif  Atanın  Amallaşma  tələbidir. 
Mərhələ-mərhələ  bunları  oxumaq.  Ocaqçı  Ocağı  tam  oxumayıbsa, 
onun  cəsarəti  olma-yacaq  başqalarına  deməyə  ki,  Atanı  oxumaq 
lazımdır. Öyrənmək ayrı məsələdir, bu, ömrünün axırına qədər gedir. 
Kamilləşmə  mərhələsində,  Asif  Atanın  “Sədaqət”  adında  kitabı 
var, orda “ictimai şər, daxili şər” adlı müəyyənlik ortaya qoyur. Hər 
bir  Evlad  daxili  şərləri  içində  axtarmalıdır.  Onlardan  hansı  onun 
ömründə  ifadə  olunursa,  onu  aşkarlamalı,  ömründən  silmək  üçün 
ciddi  addımlar  atmalıdır.  Bu  proses  də  növbəti  “Evlad  Günü”nə 
qədər  davam  eləməlidir.  Bunlar  həm  də  “gündəlik”  tutulub  yazılsa 
yaxşı  olar.  Həmin  dəftəri  gələn  il  mənə  təqdim  eləmək  yaxşı  olar. 
Mən  Atamızın  adından  Ocaqçı  ömrünü  qiymətləndirəcəm. 
Üçüncü  iş  Xalqlaşma  işi.  Hər  bir  Evlad  12  ay  müddətinə  qarşısına 
məqsəd  qoymalıdır.  Ən  azı  12  dəfə  bir  neçə  nəfər  təşkil  etməklə 
kütləvi  görüş  keçirməlidir.  Məqsədyönlü  şəkildə  Atanın  ömrünü, 
ideyalarını, işini, Ocağın iç qurallarını deməlidir. Hər dəfə nəyi necə 


90 
 
deyibsə,  onu  qeyd  eləməlidir.  Bu  üç  şey  növbəti  “Evlad  Günü” 
mərasiminin hesabatı olsun. 
Asif Atanın Evlad qarşısına qoyduğu bu cəhətlər hər il müəyyən 
bir nizamla ödənməlidir. Ödənməlidir ki, hər bir Evlad əlini ürəyinin 
üstünə  qoyub  desin  ki,  mən  bütün  dolğunluğu  ilə  Asif  Ata  meyarı 
əsasında  yaşayan  bir  insanam.  Siz  az  yol  keçməmisiniz.  Ancaq 
özünüzə  yanaşmanızda  nizam  olmadığı  üçün  bunu  sizdən  Atamızın 
adından  istəyəcəm.  Evlad  ömrünün  yaranması,  dönməz  xarakter 
alması,  basılmaz,  yenilməz  bir  siqlətə  malik  olması  Ocaq  üçün, 
Ocağın  qurulması  üçün  olduqca  vacibdir.  Ocağın  qurulmasında  hər 
birinizin  hərtərəfli  quruculuğunuzu  gözləyirəm.  Aktiv  quruculuq 
təkcə  əməli  fəaliyyət  deyil,  idraki  cəhətdən  yetkinləşərək  insanları 
yönəltməkdir.  Ayrı-ayrı  fərdləri  yetirməkdir.  Bu  səviyyədə  yeni  bir 
mərhələ  başlamalıdır.  Yeni  Evladlıq  mərhələsi  –  Evladlaşma 
mərhələsi... Atamız Var olsun! 
Mərasimdə ruhani hədiyyələr  – Ocaq tədbirlərinin diskləri ayrı-
ayrı Ocaqçıların arxivləri üçün təqdim olundu. 
Ocaq  Yükümlüsü  Yol  sözü  ilə  Evladlıq  Nişanələrini  Evladlara 
verdi. 
“Ata  Ruhunu  Ürəyimizdə  aparırıq”,  “Atamız  Var  olsun” 
səcdəsilə Mərasim sona yetdi. 
 
 
 
Şölə Ayı, 36-cı il. Atakənd. 
(iyun, 2014. Bakı) 
 
 
 
 
  
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə