Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   25   26   27   28   29   30   31   32   ...   86

97 
 
Görün buna bərabər tarixdə şəxsiyyət tapa biləcəksinizmi? Biz tapa 
bilmədik.  Bizim  çağımızda,  gözümüzün  qabağında  şəxsiyyətimiz 
yaranıb,  görmürük,  gözüyumulu  gəzirik.  Mən  bunu  bir  vətən  oğlu 
kimi,  millətin  övladı  kimi  ərk  eləyib  öz  ulusuma  səslənirəm.  Buna 
mənim  haqqım  var.  24  il  Asif  Atanın  varlığına  sahib  çıxan,  onun 
harayını çəkən bir insan kimi ərk eləyirəm. 
Asif Ataya mən səcdə qılıram, onun dalınca düşmüşəm, ona görə 
yox ki, hansısa müəssisənin direktoru olacam, hansısa nazirlikdə bir 
vəzifə  alacam,  deputat  seçiləcəm.  Heç  birinə  görə  deyil.  Böyük 
əzabdan başqa mən heç bir şey əldə etməmişəm və bunun da fərəhini 
yaşamaqdayam. Ulusuma da minnət sərgiləmirəm. 
Biz  az  sayda  insanlarla  gəlirik,  səcdə  eləyirik,  ziyarət  eləyirik. 
Söz deyirik, mərasim keçiririk, qiblə yaradırıq, hal yaradırıq. Zaman-
zaman,  biz  qəti  əminik  ki,  mən  deyə  bilmərəm  neçə  ildən  sonra, 
Azərbaycanın bütün bölgələrindən gələcəklər buranı ziyarət eləməyə. 
Bu  da  buzim  üçün  yeni  bir  mərhələ  deməkdir,  yeni  bir  mərhələnin 
başlaması deməkdir. Bilirsiniz, mən yenə vurğu eləyirəm, əgər millət 
olmaq  istəyiriksə,  öz  şəxsiyyətlərimizi  yaratmalıyıq.  Öz  dəyərlə-
rimizi  yaratmalıyıq,  ona  sahib  çıxmalıyıq.  Asif  Atanın  ideyasına 
dayanıb böyük şəxsiyyətlər yetirmək lazımdır. Gəncliyin içərisindən 
vətənə,  millətə  gərək  olan  böyük  şəxsiyyətlər  yetirmək  lazımdır. 
Millətə,  vətənə  sahib  çıxmaq  üçün  ruh  yaranmalıdır.  İnsanın  ruhu, 
mənliyi  yaranmalıdır.  Şüarlarla  iş  aşmır.  Gərək  doğrudan  da,  içdən 
yaşayasan, yaradasan, yaşadasan. Yaradıcılıq vaxtıdır. 
Mən ziyarət sözümü bitirirəm. Hər kəsin sözünü dinləyəcəyik. 
Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 
Atamız var olsun! 
Atamıza səcdə qılıram, bayrağımızı öpürəm. 
Günev  Atalı: Mütləqim,  Müqəddəsim,  Ulu  Peyğəmbərim  Asif 
Ataya – İnam Ataya Ali Səcdəylə sözümə başlayıram. 
Bir qom adamın bu gün bura gəlişi uca haldır. Bax, millət, vətən 
belə  qurulur.  Bu  azlıqdan  narahat  olmağa  dəyməz.  Bu  gün 
Azərbaycanda  az  bir  adam  gəlib  ziyarət  eləyir,  öz  müqəddəsinə 
tapınır. Öz böyük şəxsiyyətinə, öz böyük ideyalarına, ümumiyyətlə, 
Azərbaycançılığa. 


98 
 
Biz  Elana  ilə  dünəndən  çıxmışıq  evdən.  Müəyyən  kəndlərdə 
olduq.  Şəmkirin  kəndlərində  olduq.  Biz  ürək  ağrıdan  əhvallarla 
rastlaşdıq. Deyəndə ki, hara gedirik, nəyə gedirik, nə deməkdir bu? 
Bu,  Kərbəlaya  getmək  deyil,  həccə  getmək  deyil.  Azərbaycanda 
müqəddəsliyin ünvanını yaratmaqdır. Necə ki, yaranıbdır. Onu təsdiq 
eləmək, onu göstərmək deməkdir. Ay millət, aç gözünü. Özünə yaxşı 
bax, tarixində özünü axtar. Tarixin ayrı-ayrı dönəmlərində sən hansı 
bir qüdrətə sahib olmusan? Onda niyə o qüdrətdə idin sən? Çünki öz 
kökündə  idin,  öz  bünövrən  üzərində  idin.  Bəs  bu  gün  niyə  belə 
zəifləmisən?  Çünki  ayaqların  yerdən  üzülüb,  özündən  ayrılıbsan. 
Atanın  bu  gün  yerinə  düşən  bir  sözünü  demək  istəyirəm.  Ata  deyir 
ki, vətən üçün yaşamaq vətən üçün ölməkdən həm qat-qat şərəflidir, 
həm  gərəklidir,  həm  də  çətindir.  Vaxt  vardı  bu  sözə  də  ağız 
büzülürdü.  Elə  indi  də  elələrini  tapa  bilərsən,  necə  yəni,  ölüm  axı 
şəhidlik  zirvəsidir.  Heç  kimin  əməyini  gözardı  eləmək,  azaltmaq 
istəmirik.  Azərbaycanda  bu  son  müharibədə,  bu  son  savaşda  neçə 
min  oğullar  həlak  oldu.  Vətən  üçün  öldülər.  Göstər  nəticəni.  Bu 
qədər  insanın  heç  olmasa  yüzdən  biri  Azərbaycan  üçün  yaşasaydı, 
ömür həsr eləsəydi, bax bugünkü kimi, nə olardı? Azərbaycan başqa 
Azərbaycan olardı. Bu baxımdan həmin bu az adamların bura gəlişi 
bu gün Azərbaycana üz tutmaqdır. Azərbaycanı müqəddəsləşdirmək 
və  onu  təsdiq  eləməkdir.  Bu  addımı  atmaq  üçün  insandan  birinci 
növbədə azadlıq tələb olunur. Nədən azadlıq? Cəmiyyət təpkisindən, 
basqısından  azad  olmaq.  Məişət  basqısından,  təpkisindən  azad 
olmaq. Öz daxili antiinsani duyğularının təsirindən, basqısından azad 
olmaq.  Azad  olmadıqca  var  ola  bilmirsən.  Var  olmursansa,  azad 
yaşaya bilmirsən. Sən azad ol, o dediyim hallardan heç olmazsa azad 
ol,  gör  kim  olarsan.  Sənin  atdığın  addımın  fərəhi,  onun  qüruru,  o 
duyğunun  şahə  qalxması  səni  hara  qaldıra  bilər.  Sən  öz  gözündən 
düşmürsən  onda.  Ata  deyir,  “Dünyanın  gözündən  düşüb  yaşamaq 
olar,  öz  gözündən  düşüb  yaşamaq  olmaz”.  Yəni  dünya,  cəmiyyət, 
təhsil,  ev,  ailə,  müəyyən  məişət  qayğıları,  müəyyən  o  antiinsani 
duyğular  sənə  təpkilər  göstərəcək,  onların  gözündən  düşəcəksən 
demək  istəyirəm.  Ancaq  öz  gözündə,  həmin  o  mənanın  gözündə 


99 
 
ucalacaqsan. Bax, onda bu kimi addımların sənə elə bir qürur, elə bir 
fərəh gətirəcək ki, getməsən, dəhşət olar. 
 
 
Kənddən  də  gəlmək  istəyənlər  vardı.  Bax,  mən  o  əhvaldan 
danışıram ki, dünəndən Elana mənə deyir ki, deyəsən, səndə zəiflik 
baş  qaldırır.  Yaxşı  təsir  eləmişdi  o  vədlər  mənə.  Axı  dünənə  qədər 
biz  danışmışıq  ki,  gəlirik  bir  yerdə.  Giley  eləmirəm,  Soylu  hərdən 
məni qınayır ki, gileyçilik əhvalı var, elə bil. Sadəcə olaraq, o kəsin 
özünə mənim ürəyim ağrıyır, göynəyirəm ki, niyə sən var olmaqdan 
qaçırsan. Nədən qaçırsan, niyə qaçırsan? Ona görə ki, cəmiyyətçilik 
istəklərindən  çıxa  bilmirsən,  azad  deyilsən.  Məngənədəsən,  həbsdə-
sən,  dustaqsan  sən.  Qəfəsdən  çıx.  Nəsimi  demişkən,  tazə  gülüstan 
tələbi eylə! 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə