Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   27   28   29   30   31   32   33   34   ...   86

103 
 
Göylü  Atalı: Atam  –  Mütləqim!  Hüzuruna  gəlmişəm,  bütün 
sevgimlə ideallarına qulluq edirəm. Qarşında and içirəm ki, gələn il 
daha  dolğun,  daha  dolu,  daha  kamil  səviyyədə  hüzuruna  gələcəm. 
Sözünü sözümə çevirirəm, ruhunu ruhuma köçürürəm. 
Bu  gün  də  özümə  bu  tələblə  yanaşıram.  Çünki  bu  Yolda 
xoşbəxtəm. Xoşbəxtliyimi dərk eləyirəm. Atamız Var olsun! 
Üstün  Atalı: Atam  –  Mütləqim!  Ziyarətinə  gəldim  və  ruhani 
bəxtiyarlığa  qovuşdum.  Minlərin  getdiyi  yerə  getmədim.  Ürəyimin, 
ağlımın, ruhumun duyduğu yerə gəldim. Bu gəlişimdə niyə gəldiyi-
min, nə üçün gəldiyimin fərqini bilirəm, deyirəm insanlara. Fərqinə 
vardığım  üçün  haqqım  yoxdur  ki,  yetdiyim  inama  başqalarını 
yetirməyim. Hər ilim, hər gəlişim ömrümdə bir iz qoydu və məsuliy-
yətimi artırdı. Qarşında deyirəm – Xoşbəxtəm. Atamız Var olsun! 
İnamlı  Atalı: Soylu  bəy  çıxış  eləyəndə  o  tərəfdə  sonev  çuxuru 
qazılırdı.  Ağlıma  belə  bir  fikir  gəldi  ki,  görəsən  o  insan  içində 
aşkarlamadığı  hansı  duyğuları  apardı?  Hansı  müqəddəs  əməlləri 
aşkarlamadı?  İnsan  həyata  gəlir,  nəslini  artırmaqdan  ibarət  bilir 
həyatını.  Hər  insan  öləndə  məndə  fikir  yaranır  ki,  görəsən  o  insan 
hansı dahi işləri görə bilərdi, görmədi. İnsan dünyaya gəlib özündən 
xəbərsiz yaşayır. Məncə, onu bədbəxt eləyən dindir... İndi o, basdırı-
lacaq.  Sonra  gəlib  onun  üstündə  molla  yad  dildə  nələrsə  oxuyacaq, 
əslində  milliliyimizi  təhqir  eləyəcək.  Bir  dəfə  yaşayanda  cahil 
yaşayır, din imkan vermir aşkarlansın, bir dəfə də öləndə yad mədə-
niyyətin təsirində söz deyib insanı təhqir edirlər. 
Mən ata-anamın ziyarətinə bir kərə getmişəm. Orda məni qəribə 
kədər  hissi  basır.  Normalda  insanların  əzizlərinin  üstünə  gedəndə 
hansı  hisslər  keçirirlərsə  onu  keçirirəm.  Ancaq  mən  bura  – 
Azərbaycanın ən böyük ziyarətinə gələndə kədərin içində yaşadığım 
bir  sevinci  də  hiss  edirəm.  Həmişə  deyirdim  ki,  niyə  bizimkilər 
Azərbaycan  üçün  yaranmalı  olan  müqəddəslik  adına  münasibətləri 
daşıyırlar  Nəcəfə,  Şama,  Quma,  Məkkəyə,  Mədinəyə,  Qüdsə  və  s. 
Bunların  heç  biri  İnsanlığa  xidmət  eləmir  axı.  Hamısı  insanın 
balacalığına  xidmət  eləyir.  Hamısı  insanı  kölə  gözündə  görür.  Asif 
Ata  isə  deyir  ki,  İnsan  səcdəyə  layiqdir.  İnsan  böyüklüyə  səcdə 
eləyir, söz yox. İnsan özündəki böyüklüyü tanımalıdır ki, böyüklüyə 


104 
 
səcdə  eləsin.  Nəsimidən  sonra  Azərbaycan  elə  bir  ruhani  dəyər 
verməmişdi.  İndi  Azərbaycan  deyil,  bütövlükdə  Türk  dünyası 
peyğəmbərini  verdi  bəşəriyyətə.  Öz  şəxsiyyətini  –  peyğəmbərini 
verib, ancaq hələ də gözü qırağa təşnədir. Ancaq biz bura gəlirik,  – 
gəlirik  insan  olmaq  üçün.  Dünən  elədiyimiz  səhvləri  bu  gün 
təkrarlamamaq  üçün.  Atanın  hüzuru  elə  bir  təsirdir  ki,  burda  insan 
dəyişir, böyüyür. 
 
Keçən  həftə  radioya  qulaq  asırdım.  Bir  şairə  xanım  deyir  ki, 
yaxınlarda  qəzaya  düşdüm,  təsadüf  nəticəsində  sağ  çıxdım.  Ondan 
sonra  dedim  ki,  insan  boş  şeydir.  Ümidi,  gücü,  idrakı  bağlamaq 
lazımdır o gözəgörünməzə. Bu şairənin də bu müsahibəsinə mənim 
kimi  minlərlə  insan  qulaq  asır.  Minlərlə  cahil,  idrakı,  ağlı  sönük 
qulaq  asır.  Onları  ziyalı  sayırıq,  onların  dediyi  hökm  olub  bizim 
üçün.  Bu  deyirsə,  deməli,  insan  heç  nədir.  İnsanı  bu  qədər 
alçaltmaq... Çox doğru deyirlər ki, çağdaş şairlər hərdəmxəyal olur. 
Şairin  işlətdiyi  fikrə  baxın.  Deyir,  mən  ondan  sonra  ayıldım  ki, 
insana bel bağlamaq lazım deyilmiş, Allaha bel bağlamaq lazımmış. 
Çünki  bizi  Allah  qurtardı. Asif  Ata  bu  cür  cəfəng  yanaşmalara  son 
qoyur,  deyir,  Xeyir  sənin  mahiy¬yətindədir.  Sən  ona  yetməlisən. 
Mən  Atanın  yeni  Evladıyam.  Böyük  hesabatım  yoxdur.  Bir  şey 
vurğulamaq  istəyirəm  ki,  bu  gün  Nurtəkin  Atalı  burda  yoxdur... 


105 
 
Soylu  bəy  dedi  ki,  17  ildir  biz  bura  gəlib  gedirik.  Mən  tarix  üçün 
deyirəm,  Atanın  Ocağı  bütün  tarixi  qüsurları  ötəcək,  Atanın  işi 
tarixdə,  ədəbiyyat  səhifə-sində  qalmayacaq.  Ocağa  yiyəlik  duyğusu 
yarandı və böyük örnəyə çevrildi. Ocaq Asif Atadan sonra üç nəfərin 
çiynində  gəlib  bu  günə  çatıb.  Soylu  bəyin  öndərliyiylə  Nurtəkin 
xanımın  və  Göylü  xanımın  çiynində  gəlib  çıxıb.  Sözsüz  ki,  Günev 
qardaşımın Atagündə çəkdiyi haraylar, o qonşu rayonlara səs-sədası 
böyük  işdir,  o  xalqlaşma  işini  mən  Günev  bəy  qədər  bacarmıram. 
Ancaq adını çəkdiyim bu üç nəfərin çiynində gəlib. Bu gün biz bura 
gəliriksə, onlara minnətdarıq. Onlar olmasaydı, Ata öz ata-anası kimi 
orda  basdırılmışdı,  ot  üstünü  almışdı.  Əgər  Azərbaycan  sabah 
xoşbəxt  olacaqsa,  Məkkədən,  Mədinədən,  Nəcəfdən,  ordan-burdan 
gözünü çəkəcəksə, buna görə birinci Atanın, ikinci də bu üç nəfərin 
qədrini  bilməlidir.  Bu  vaxta  qədər  bu  insanlar  qədər  fədakar 
davamçılar olmayıb. 
Atamız Var olsun! 
Elana Atalı: Müqəddəsim, Ulu Peyğəmbərim Asif Atanın – İnam 
Atanın  sonevini  ziyarətə  gəldim.  Ata  ruhuna  yüksəldim.  Ocağımız 
bəşəriyyəti  xilas  Yoludur.  Xilas  olunmuş  bəşəriyyət  ona  verilən 
ruhani  azadlığı  üçün  Ata  Ruhuna  səcdəyə  gələcək.  Ata  ruhunu 
səcdəyə  gələn  azad  olmuş  insanlardanam.  Çox  xoşbəxtəm. 
Atamız Var olsun! 
Soylu  Atalı: Mən  təqdimat  üçün  deyim  ki,  Elana  bacımız 
Günevin həyat yoldaşıdır. Asif Atanı Beyləqanda basdıranda bunla-
rın  qohum-əqrəbası  onlara  qarşı  çıxırdı.  Onda  Günev  bəy  haray 
çəkdi.  Evini  göstərdi,  dedi  döşəməni  söküb  Asif  Atanı  orda 
basdıracam. Heç kim mənim evimin içinə yasaq eləyə bilməz. Onda 
o  bölgədən  onun  arxasında  duran  yeganə  şəxs  Elana  bacımız  idi. 
Onda  hələ  Ocaqçı  deyildi,  iki  ildir  Ocağa  qəbul  eləmişik.  Onda 
sadəcə  olaraq  çiyindaş  idi.  Bəzən  adam  sevgisini  ifadə  eləyəndə 
qlobal  uzaqlığa  baxır.  Bəzən  çağdaş  insanlara  deyərsən,  deyər, 
bunlar, deyəsən, sadəlövhdür. İnamının dalınca gedir ki, insanı xilas 
edəcək-filan.  Əslində  o  yaşadığın  ömrün  diktəsidir  bunlar.  İllərlə 
yaşadığın  ömrün.  Sən  o  ağrıların  içindən  keçib  gəlmisən.  O 
əzabların,  o  çətinliklərin  içərisindən  və  sənin  içində  insana  inam 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə