131
gəncliyin içərisində beş nəfərin qulağı eşitsin, gələcəkdə özündən
əvvəlki nəsillərin qəddarlığını təkrar eləməsin. Düşünsün,
yeni qüvvə
yaransın. Yeni milli qüvvə yaranmaldır. Beş günün söhbəti deyil bu.
İllərlə idrak işi, mənəviyyat işi getməlidir.
İsfəndiyar bəy: Güneydə, təəssüf ki, elə bir təşkilat yoxdur ki,
xalqı öz hürriyyətiylə tanış eləsin. Xaricdə çoxları var,
ancaq xalqdan
uzaqdırlar. Millətin düşüncəsində müəyyənlik yoxdur. Urmu şəhə-
rində 1 milyon cəmiyyətdən iki min nəfər ancaq çıxır küçəyə. Heç
bir faizi də deyil. 99%-i tamaşaçıdır. Xalqın düşüncəsi yüksək deyil
ki, öz xeyri üçün, öz varlıqları üçün iş görsün. Ancaq sizin dediyiniz
kimi, xalqın içində işləmək lazımdır. Təəsüflər ki, orda da işləyən
tək-tük insanlar var. Orda bu eşitdiyimiz təbliğata böyük ehtiyac var.
Soylu Atalı: Quş üçün qanad nədirsə, ideya insan üçün odur. Nə
qədər xalqın içində emosiya güclü olur olsun, ideya yoxdursa, addım
atmağa müəyyənlik yoxdur. Güney Azərbaycanda çox böyük işlər
getməlidir. Quzeylə Güneyi ayırmaq istəmirəm, bir taleni yaşayan
xalqdır. Ancaq 200 il ərzində bunların yaşadıqları aqibət arasında
fərqlər əmələ gəlib. Mədəniyyətlər arasında fərqlər əmələ gəlib,
baxış fərqi əmələ gəlib. Azadlığa baxışda fərqlər əmələ gəlib. Müəy-
yən dövr iş getməli, yön yaranmalı, formalaşmalıdır ki, istəyimiz
doğrulsun. Güneylə Quzeyin bu gün birləşməsinə zəmin yoxdur
deyirlər. Elə deyil, xalqı içəridən böyüdərsən, birdən ayağa dura
bilər. Onlar niyə bu təbliğatı aparırlar. Bəlkə də bu, fars rejiminin
bizim içimizdə apardığı təbliğatdır. Deyirlər ki, bizim daşıdığıımız
mədəniyyətlər fərqlidir, biz bir-birimizi qıracağıq, qəbul eləməyə-
cəyik. Onu bizim şüurumuza sırıyırlar. Mədəniyyət fərqi var, ancaq
bir-birimizi qırmayacağıq. Elə bu tayda da o qədər fərqli əqidə,
mədəniyyət daşıyıcıları var ki...
Bizim dediyimizdən qıraqda da Türkçülük şüarı var. Yad qüvvə-
lər toplumun içərisinə, xüsusilə gəncliyə öz türkçülüklərini yeri-
diblər. Fərqli bir şey. Gənclərin əksəriyyətində aqressiya var: Böyük
Turan – imperiya havası, Avropanı dağıtmaq həvəsi və s. Nəylə
dağıdırsan və niyə dağıdırsan? Məqsəd Avropanı dağıtmaq deyil,
məqsəd özünü qurmaqdır. Böyüyüb bərabər səviyyəli əməkdaşlıq
elə, əlaqə qur. Dünyanın nizamına təsir elə. Dünyanın siyasi