Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   34   35   36   37   38   39   40   41   ...   86

126 
 
olur.  Olmalıdır.  İnamlı  bəy  vurğu  edir  ki,  xalq   aşağı  səviyyədə 
özünü göstərir, həm də deyir ki, xalq öz gələcəyini qurmalıdır. Belə 
baxanda  onun  çıxışından  bədbinlik  halı  görünə  bilər  ki,  xalq  məhv 
olub, qurtarıb daha. Yox, elə deyil. Xalqın sonu deyil, sadəcə xalqın 
durumu  doğrudan  acınacaqlıdır,  ancaq  son  demək  deyil.  Bu, 
acınacaqlı durumu dərk edib addım atmaq, qarşıya böyük məqsədlər 
qoymaq  tələb  olunur.  Asif  Ata  həm  kədərlərimizdən,  həm  də 
dəyərlərimizdən  danışırdı.  Bayaq   İnamlı  dərddən  danışırdı,  ancaq 
üzdə  olan  faktlardan  danışmır,  təhsil  ölüb,  səhiyyə-filan  demir. 
Bilirsiz,  məsələnin  kökündə,  təməlində  başqa  problemlər  var  ki,  o 
problemlərdən  qaynaqlanır  üzdə  olanlar  .  Asif  Ata  vurğu  edirdi  ki, 
biz Midiya dövründə ilk dəfə dövlətsizlik bəlasına uğradıq. Astiaqa 
qarşı  Kirin  üsyanı  və  biz  dövlətçiliyimizdə  zərbə  götürdük.  Ondan 
sonrakı mərhələdə Babəkin qətlini misal çəkir. Xürrəmdinlikdə fərəh 
faktını  qeyd  edirdi,  Babəkin  sözünü  ki,  insan  gərək  yaşayanda  da 
fərəhlə  yaşasın,  döyüşəndə  də  fərəhlə  döyüşsün,  öləndə  də  fərəhlə 
ölsün.  Ancaq  böyük  kədər  kimi  deyirdi  ki,  Babəkin  qətli  ilə  bizim 
Azadlığımız qətl olundu. Samirədə Babəki sümük-sümük doğradılar, 
azadlığımıza qılınc çəkdilər. Ondan sonra çox şey itirdik. Çaldıranda 
böyük fəlakət baş verdi, Türkmənçayda faciə baş verdi. 20 yanvar da 
həmin  hadisələrin  məntiqi  davamı  idi.  Yəni  xəlqi  məzmuna  bağlı 
fərəhimiz  nədir,  kədərimiz  nədir,  bunları  anlamalı,  dərk  etməliyik. 
Bundan  biz  addım  götürməliyik.  Tutalım  fərəhlərimizi  dedik,  biz 
böyük xalqıq. Bizim Babəkimiz, Dədə Qorqudumuz var. Var var da. 
Bu  gün  nəyin  var?  Bu  gün  heç  nəyimiz  yoxdur.  Axı  mən  fərəhlə-
rimizi sadalamaqla başımızın altına yastıq qoymalı deyiləm ki. Başqa 
xalqların da nələrisə var axı. Söhbət bu dəyərləri tanıyıb dərk eləmək 
və buna dayanıb addım  götürməkdən gedir. Sən özünə balaca, cılız 
baxma. Sənin böyük yaradıcılıq imkanın var. Sən belə bir xalqsan. O 
həqiqəti insan dərk eləməlidir. Çünki hər bir dəyər özü stimul verir. 
Örnəkdir.  Sənin  örnəklərin  var,  ona  görə  də  sən  xalq  olaraq  özünə 
balaca baxma. 
Eyni  zamanda  sənin  böyük  dəyərlərin  olub  və  bu  gün  heç  nəyin 
yoxdur.  Ona  görə  sən  arxayınlaşmalı  deyilsən.  Ata  deyir  ki, 
xalqımızın  bu  boyda  dəyər  verməyinə  baxmayaraq,  dəyərinə  sahib 


127 
 
çıxmır.  Dəyər  yaradır,  ancaq  sahib  çıxmır,  özünün  qədrini  bilmir, 
sevmir.  İndi  də  o  həddə  gəlmişik  ki,  bu  milləti  yalnız  bugünkü 
durumundan  qiymətləndiririk  və  ümidsizlik  yaranır.  Söhbət  bundan 
gedir.  Millətin  bugünkü  durumunu  qiymətləndirməli,  dərk  eləməli-
yik, ancaq millətə bugünkü durumuna görə baxmalı deyilik. Bugün-
kü  durumdan  baxdın,  bu  millət  batdı.  Bu  gün  nəyi  var  ki?  Xalqı 
bugünkü durumuna görə sevmək mümkün deyil. Xalqın mahiyyətini 
tanıyıb onu sevmək lazımdır, aşağı səviyyəsini isə döymək lazımdır, 
söymək yox. Xalq elə durumdadır ki,  içində olan qorxaqları söyür, 
cəsarətlilərə  isə  dəli  deyir.  Belə  yanaşma  var  təəssüf  ki.  Bu  ondan 
irəli gəlir ki, xalq öz kimlyini düzgün qiymətləndirmir. 
 
 
Aşıq Fazil Sazda “Dübeyti” havası çalır. 
 
Soylu  Atalı: İnamlı  qardaşımız  ziyalı  sözünü  çox  işlədir.  Ziyalı-
nın diplomu olmaya da bilər. O,  xalqa içdən sevgisiylə bağlana bilər
onun  dərdinə  yana  bilər,  mübarizə  apara  bilər.  Diplom  almaq  ayrı 
şeydir, ziyalı olmaq ayrı şey. İndi İnqilab (İsmayıl) bəyi dinləyək. 


128 
 
 
  
İnqilab  İsmayıl: Tələbəlik  dövründən,  60-70-ci  illərdən  milli 
ruhda  tərbiyə  almışam.  Dədə  Qorqud  filmində  var  –  Qazan  xan 
ətrafındakı  adamlar  haqqında  danışır.  Deyir  ki,  bu  bəy  mənim 
dayımdır,  işlər  görüb.  Sonra  başqası  haqqında  da  yaxşı  söz  deyir. 
Görürsən  ki,  onun  ətrafında  özü  kimi  qoçaq  adamlardır.  İndi  onu 
demək  istəyirəm  ki,  biz  bura  gəlmişik,  burda  olanlar  da  ideyalı, 
əqidəli  adamlardır.  Uzun-uzadı  millətçilikdən  danışmağımın  anlamı 
yoxdur. Hamımızın əqidəsi bəlli, əllərimiz ürəyimizin üstündədir. 
Ancaq  nədənsə  60-70-ci  illərdən  bəri  eyni  söz  deyilir,  amma 
nəyəsə  nail  ola  bilmirik.  Bunun  müəyyən  səbəbi  xalqın  özünə 
bağlıdır  ki,  biz  onu  tapa  bilmirik.  Başqa  xalqlar  onu  bilir.  Türk 
xalqlarını boyunduruğa salmaq üçün onu istər gizli, istər açıq şəkildə 
məhv eləməyə çalşırlar.  Biz də o istiqamətə gedə bilirik. 
 Bu  xalqın  bir  xarakteri  var  ki,  nəyə  sadiq  olursa,  ömrü  boyu 
sadiq  olur,  onun  tərəfində  dayanır,  ona  qulluq  edir.  Elə  bil 
yad  qüvvələr bunu öyrənib, bilirlər. 
Xalqın indiki durumundan çıxış etsək, çox acınacaqlıdır. Bunların 
səbəbini axtarmaq, böyük məktəb yaratmaq lazımdır.  Özümüzə çox 
yadlaşmışıq. 


129 
 
Əvvəl düşünürsən ki,  necə oldu tək qaldım. Sonra düşünürsən ki, 
bu  nə  vaxt  düzələcək?  İnsanları  doğruya  necə  yönəltmək  olar?  Biz 
burda bu məsələləri zaman- zaman çözə bilərik. 
Soylu  Atalı: Məktəb  yaranmalıdr,  əlbəttə.  Xalqın  öz  dərdini 
bilməsi, tanıması və s. Balaca xalqların adını çəkdiniz. Balaca xalq-
lar, təəssüf ki, böyük güclərin vasitəsinə çevrilir. Böyük güclər onları 
vəhdətdə  saxlayır.  Onlar  ona  görə  bir  olurlar.  Bir  də  toplum 
təhlükəylə  üz-üzə  qalanda  daha  çox  bir  yerdə  olmağa  meyil  edir. 
Mən  bunu  belə  yazmışam:  Bir  var  qəddar  əsarət,  bir  də  var  “şirin” 
əsarət.  Məsələn,  Güney  Azərbaycan  qəddar  əsarət  altındadır.  Ona 
görə orda azadlığa dartınma daha çoxdur. Ancaq o meyillər bir nəticə 
vermir.  Qəddar  əsarətin  altında  azadlığa  dartınmalar  var,  ancaq  yol 
yoxdur,  ideologiya  yoxdur.  Nədən  yapışaq,  necə  eləyək,  məqsə-
dimizi necə həyata keçirək? Təbii ki, əsarət nə qədər sərt olsa, dirəniş 
də  bir  o  qədər  güclənir.  Quzey  Azərbaycan  olaraq  “şirin”  əsarət 
altında  olmuşuq.  Sovetlər  birliyində  bizim  başımızın  altna  yastıq 
qoyublar.  Hiss  eləməmişik  ki,  biz  əsarətdəyik.  Hiss  eləməmişik  ki, 
bizim  milli  varlığımız  zədə  götürür.  Sosial  problemlər  həllini 
tapmışdı, sakit çağda yaşayırdıq. Ancaq o alt qatda gedən məsələləri 
də görmürdük. Biz milli kimlikdə  zədə götürə-götürə gedirik, etnik 
mahiyyətimiz də dərk olunmur və s. Sovetlər dağılan ərəfədə bizim 
emosiyalarımız,  hisslərimiz  bir  araya  gəldi.  Toplum  axdı  meydan-
lara, içəridə yatıb qalmış arzular ayağa durdu. Başqa əhvallar gəldi, 
bizə  milli  deyil,  başqa  ideologiyalar  verdilər.  Bu  ideologiyaların 
əsasında  da  biz  hesab  elədik  ki,  başqa  qüvvələr  bizim  azad 
olmağımızı  istəyirlər.  Avropa,  Amerika  bizim  azadlığımızı  istəyir. 
Arxayınlaşma  başladı,  yenə  də  alt  qatlar  görünmədi.  Bizim  başı-
mızda  hakim  olan  qüvvələrin  necə  oturuşması,  yerləşməsi  bizim 
xalqa bəlli olmadı. Bunların hamısından çıxmaq üçün milli məktəb, 
maarifçilik yaranmaldır. Asif Ata yaradıb bunu. Bu məktəb ciddidir, 
əsaslıdır.  Başqa  millətlərin  yaratdığına  qarşı  deyil.  Demir  ki,  rədd 
olsun  hər  şey,  qalsın  yalnz  bizimki.  O  deyir  ki,  bizi  biz  eləyən  –
  bizim  öz  içimizdən  yaranan  ola  bilər.  Gözümüz  ayda-çayda 
qalmaqla biz qabağa gedə bilmərik. Ona görə deyir ki, sən öz içindən 
yapış,  öz  içindən  yarat.  Xalqı  bir  araya  nə  gətirə  bilər?  Bax  o 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə