Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   32   33   34   35   36   37   38   39   ...   86

120 
 
Bizim  millət  olaraq  formalaşmağımızı  istəməyənlər  millətçiliyi 
gözdən  salırlar.  Millətsiz  bəşər  yoxdur.  İnsansız  xalq  varmı  –  yox. 
Xalq  insanların  birliyi  deməkdir.  Necə  olur  ki,  həm  bəşəriyyət  var, 
həm də millətçilik gərək deyil? Hər bir insan özündə xalqın ayrı-ayrı 
keyfiyyətlərini  yaradır,  yaşadır,  təsdiq  edir.  Ən  böyük  humanizm 
odur. Səndə yaranan ali keyfiyyətlər bütün xalqlara lazımdır. Bütün 
xalqlarda da o keyfiyyətlər aşkarlanır. Xalq insandan başladığı kimi, 
bəşər  də  millətdən  başlayır.  Millətsiz  bəşər  yoxdur.  Ona  görə  də 
millətə  xidmət  elədiyin  dərəcədə  bəşəriyyətə  xidmət  eləyirsən. 
Millətə xidmət eləmirsənsə, sənin bəşəri istəklərin mücərrəddir, heç 
bir mənası da yoxdur. Bəli, görürsünüzmü, Asif Ata məsələni fərqli 
qoyur,  fərqli  düşünür,  fərqli  də  yaşadır.  Onun  Ocağı  fərqli  yaşayır. 
Biz  də  həmin  məzmunu  özümüzə  deyirik,  insanlarımıza  deyirik, 
həmin  məzmunla  yaşayırıq.  Həmin  məzmunu  yaşadığımız, 
yaşatdığımız  üçün  də  o  məzmunu  bayram  edirik.  Bu  gün  bu 
məzmunu az sayda insanlar qeyd edir, ancaq gələcəkdə xalq, özündə 
qeyd  elədiyi  bütün  mənasız  bayramları  qırağa  qoyacaq.  Ancaq  və 
ancaq  insanı,  xalqı,  bəşəriliyi  ifadə  eləyən  bayramları  həyata 
keçirəcək. 
 Aşıq Fazil Sazda “Ruhani” havası çalır. 
  
Nurtəkin  Atalı Ataya  Səcdə  ilə  sözünə  başladı:  “Xəlqilik” 
Bayramımız qutlu olsun! Bir insan öz ömründə insaniliyi yaşadırsa, 
milliliyi  də  yaşadır,  bəşəriliyi  də.  İnsanilik  Mütləqiliyə  yetmək 
deməkdir  –  Mütləq  İnama,  Mütləq  İdraka,  Mütləq  Mənəviyyata, 
Mütləq  İradəyə.  Həyatda  heç  kəs  özüylə  döyüşüb  kamilləşməyi 
qarşısına məqsəd qoymayıb. Həyat – ev-eşik, övlad, valideyn, məişət 
qayğıları  ilə  yükləyib  adamı.  Bu  qayğılar  təbiidir,  lakin  məqsəd 
deyil.  Niyə  yaşadığının,  niyə  övlad  sahibi  olduğunun,  niyə  bu 
qayğıları çəkməli olduğunun anlamı haqqında da düşünmək lazımdır. 
Doğrudur,  nəsil  artmasa,  davam  etməsə,  xalqın  fiziki  mövcudluğu 
tükənər.  Bəs  xalqın  mənəvi  varlığı?  Bəs  xalqın  dəyərlərinin  qorun-
ması,  dili,  mədəniyyəti,  sabahı?  Bu  barədə  düşünmək  ağıllara  belə 
gəlmir.  Hər  kəs  oğul  sahibi  olmaq  istəyir  –  nəslinə,  mülkünə  yiyə 
olsun.  Millətinə  yarasın,  millətinin  yiyəsi  olsun  deyə  yox.  Xalq 


121 
 
mənəvi tənəzzülə uğrayarsa, onun fiziki mövcudluğu nə demək olar? 
Heç  nə.  Mənəvi  aşınma  prosesi  isə  sürətlə  gedir.  Dəyərlərimizə 
yadlıq,  mədəniyyətimizə,  dilimizə,  musiqimizə  yadlıq  gündən-günə 
artır. Başqa xalqlar öz balaca qəhrəmanlarını, böyüklərini elə təqdim 
edirlər  ki...  Bizdə  isə  böyüklərimiz,  dahilərimiz  haqqında  elə 
yazırlar, araşdırırlar ki, gözdən düşsün. Axı dəyər gözdən düşəndən 
sonra  özünü  hansı  xalqın  nümayəndəsi  kimi  təqdim  edə  bilərsən? 
Keçmişi  olmayan,  kökü  olmayan  bir  xalqın  sabahı  necə  yaranacaq, 
necə qorunacaq? 
 
 
Ata  deyir  ki,  insanlaşdığın  qədər  müstəqilsən.  Özüylə  döyüşən, 
qüsurlarından arınan, yetkinləşən insan xalqın təməlidir. Xalq fərdlə-
rin birliyi  deməkdir.  Fərd cəmi  xalq  yaratmır, fərdlər  arasında  ülvi, 
müqəddəs,  insani  münasibətlər  xəlqiliyi  yaşadır.  Mənəvi  tələblər 
maddi  tələbləri  üstələyəndə,  fərdin  ömrü  xalqla  birləşəndə,  xalqa 
qovuşanda,  xalq  üçün  çalışanda  əbədiləşir.  Xalq  fərdin  ölümsüz-
lüyünü yaşadır. 
Kədərdə  ağlaya-ağlaya,  ağlana-ağlana  kədəri  bayatılarda, 
mahnılarda  əbədiləşdiriblər  babalarımız,  əcdadlarımız  –  yüzillər 
əvvəlki  göz  yaşını,  kədəri,  həm  də  vüqarı,  müdrikliyi.   Kədəri 


122 
 
ağlamaq  müdrikliyini duyursan, hiss edirsən, doğmalaşırsan kədərə, 
doğmalaşırsan əcdadlarına. 
Hünəri,  qəhrəmanlığı,  fədakarlığı,  özündənkeçməni  öyə-öyə, 
sevə-sevə  alqışlarda,  öygülərdə,  dastanlarda əbədiləşdiriblər  babala-
rımız.  Yüzillərdən  əvvəlki  hünərə,  qəhrəmanlığa,  ərdəmliyə  heyrət 
edirsən,  sən  də  öyünürsən,  sən  də  alqış  edirsən.  Doğmalaşırsan  o 
hisslərə, doğmalaşırsan əcdadlarına. 
Eyni  köklü,  təməlli,  torpaqlı,  yurdlu,  göylü  olduğunu  görürsən, 
duyursan, əbədiliyə, xəlqiliyə inam yaranır. 
Dədə Qorqud zamanında hünər öyülürdü. Hünər öyüldükcə hünər 
əməli  artırdı,  hünərlilər  artırdı.  Hünərə  yetmək  mənəvi  ehtiyaca 
çevrilir,  nəsildən  nəslə  keçirdi.  Nəsildən  nəslə  keçən  dəyərləşir, 
əbədiləşir. 
Ata öz ömrünü yaratdı, Ocaq qaladı, nicatı İnsanlaşmaqda gördü. 
Evladlıq hadisəsi yaratdı ki, Azərbaycanın sabahı qurulsun. Onun öz 
ömründə yaratdığı Amalı bizim ömrümüzdə davam elədi, ömür fiziki 
qırıldısa  da  yol  qırılmadı.  Ağrısını,  kədərini,  fərəhini,  inamını, 
nikbinliyini ömrümüzə köçürdü, ömrümüzü diriltdi əslində. Mən də 
öz  ömrümdə  yaşatdığım  Amalı  ömürlərə  köçürə  bilsəm,  ruhani 
varisliyi təsdiq etsəm, sonrakı nəsil də bunu təkrar edərsə, o  zaman 
xalqın  sabahı  haqqında  necə  nikbin  düşüncələr  yaranır.  Bir  insan 
ömründən başlanan Amal ömürlərdə, nəsillərdə davam edir, yaşayır, 
dəyərləşir. 
Bu  gün  “Xəlqilik”  Bayramıdır  və  bu  bayramı  qeyd  eləməyə, 
bayram  eləməyə  haqqımız  var.  Çünki  ömrümüzü  Amal  üstə 
yaşayırıq.  Mən  millətin  bir  parçasıyam,  ömrümü  yaratmaqla 
millətimə  xidmət  edirəm.  Biz  xalqla  görüşlər  keçiririk,  Soylu 
Atalının  fikri  ilə  desəm,  gəncliyin  ağlında  Azərbaycan  obazı 
yaradırıq ki, üzünü Azərbaycana tutsun. 
 Asif  Atanın  “Ruhani  Hökmlər”  kitabından  bir  yazı  oxumaq 
istəyirəm. 
  
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə