Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   31   32   33   34   35   36   37   38   ...   86

117 
 
məşğul  olmalıdır.  Kimi  dindirirsən,  hamısı  təsərrüfatının  yoxsullu-
ğundan  ağlayır.  Sənin  yoxsulluğunun,  dilənçiliyinin  səbəbləri  var. 
Səbəb  odur  ki,  sən  xalq  deyilsən.  Səni  qamarlayırlar,  çünki  sənin 
xalq  olaraq  vəhdətin  yoxdur,  özünü  tanımağın  yoxdur.  Ona  görə 
bunlar baş verir. 
Gedişat  yazımızda  mövzu  qoyulub  –  “Xəlqi  intibah  insandan 
başlayır”.  Xəlqi  intibah  nə  deməkdir?!  –  Bir  var  inkişaf,  bir  var 
intibah.  Bunlar  fərqlidir.  İnkişaf  çeşid-çeşiddir.  İnkişafın  zərəri  də 
ola bilər. Bütün hallarda inkişaf xeyiri təmsil eləmir. Ancaq İntibahın 
ikinci anlamı yoxdur. İntibah yaranma, qurulma anlamı daşıyır. O da 
insandan başlayır. Ayrı-ayrı qurulan, yaranan insanların xalqın dəyə-
rini anlayan, mahiyyətini dərk eləyən, dəyər nədir, dəyərsizlik nədir, 
bunu  doğru-dürüst  bilən  insandan  başlayır.  Öyrədən  və  yaşadan 
insandan  başlayır.  Sadəcə  olaraq,  biliyə  yiyələnən  insandan  yox. 
Bilik azdır. Bilik yaxşı şeydir, ancaq təkcə bilik azdır. Gərək biliyin 
məntiqi əsaslarını yaşayasan, yaradasan. Əgər yaşatmasan onda heç 
nə. 
Asif Ata Azərbaycanımız-Azərbaycanlığımız dəyər sistemi yara-
dıb.  Orada  Azərbaycanın  mahiyyətini  açıb  göstərir.  Deyir  ki, 
bəşəriyyətə  ilk  peyğəmbəri  Azərbaycan  verib  –  Zərdüştü.  Dədə 
Qorqud kimi böyük faktı Azərbaycan verib. Mən yazılarımın birində 
yazmışam  ki,  Dədə  Qorqud  bir  həyat  sistemidir.  Tarixdə  Dədə 
Qorqud çağı olub, dövrü olub, orada hər şey yerində olub. Doğrudan 
da  ağsaqqal  olub,  ağsaqqal  sözü  keçib.  Onu  eşidiblər,  müdriklik  iş 
görüb, nizam yaradıb. 
Koroğlu  faktını  16-cı  yüzilə  aid  edirlər.  Mən  də  yazıram  ki, 
Koroğlu  mücərrəd  bir  şey  deyil.  O  da  Dədə  Qorquddan  gələn  bir 
dalğadır. 7777 dəli bir xalq deməkdir. Bu toplumun böyüyü Koroğlu-
dur.  Dədə  Qorqud  kimi  nizamlayır,  yol  göstərir,  hamını  sevir.  O 
dəlilərin içərisində nizam var. Orda bir nəfər müxənnət yoxdur, hamı 
halaldır,  safdır,  təmizdir.  Hamı  igiddir,  mərddir,  arxadan  vuran 
yoxdur.  Bu,  millətin,  ulusun  öz  ağlında,  idealında  olan  həqiqətdir. 
Orda ərəb, islam detalı yoxdur, 16-cı yüzil olsa da. Bu xalqın Dədə 
Qorquddan başlayan və bu günə qədər davam eləyən eyni arzusudur, 
düşündüyü cəmiyyətdir. Necə istəyir cəmiyyəti – bax, belə istəyir. O 


118 
 
cəmiyyəti  qurmaq  üçün  sənin  ideya  zəminin  olmalıdır,  İdeologiya 
yönün olmalıdır. Milli şüurun inkişaf eləməlidir. 
Mən yazılarımda yazmışam: Babəkə hücumlar olur. Babəki talış 
öz  adına  çıxır,  kürd  öz  adna  çıxır,  sən  öz  adına  çıxmırsan.  Mən 
talışın,  kürdün  əleyhinə  deyiləm.  Söhbət  ulusal  özünəməxsusluğu 
tanımaqdan gedir. Ulusal özünüməxsusluğu qurmaqdan, qorumaqdan 
gedir.  Başqası  Babəkə  niyə  sahib  çıxır?  Şah  İsmayıla,  Novruz-
Ergenekon bayramına niyə sahib çıxır?! – Dövlət olmaq istəyir. Bir 
xalq dövlətinin olmasını istəyirsə, bəşəriyyətə Söz deməlidir. Böyük 
dəyəri,  mədəniyyəti  olmalıdır  ki,  əsaslandıra  bilsin  dövlət  istəyini, 
haqq  elədiyini.  Dövləti  o  millət  yaradır  ki,  o  millətin  böyük 
mədəniyyəti olsun. Bir dövlətdə yaşayan bütün toplum bir millətdən 
ibarət  deyil  ki.  Orda  müxtəlif  millətin  nümayəndələri  var.  Onların 
hamısını  yaşadan,  qoruyan,  nizamlayan,  dövlətin  mənsub  olduğu 
mədəniyyətdir.  Bu  mədəniyyəti  bir  xalq  yaradır.  Hansı  xalqın 
mədəniyyəti  əsas  gücə  malikdirsə,  həmin  xalq  yaradır  o  dövləti.  O 
mədəniyyətə dayanır, idarəetmə onun əlində olur. Ona görə də dövlət 
yaratmaq, idarəetməyə sahib çıxmaq üçün bizim dəyərləri mənimsə-
yirlər.  Özləri  dəyər  yaratmayıblar.  Erməni  dəyər  yarada  bilmir, 
musiqimizi oğurlayır, məişətimizi oğurlayır. Məişət mədəniyyətimizi 
mənimsəyir.  Erməninin  özü  yarada  bilmir  axı,  yoxudur.  Səninkini 
mənimsəyir. Sən halal özününkünə niyə sahib çıxmırsan? Sən də əli-
ayağı  yalın  qaçırsan  başqa  yerlərə.  Gedirsən  dünyanın  o  başında 
özünə  dəyər  axtarırsan.  Özününkü  qalır  bir  yanda,  gedirsən  ondan-
bundan  götürürsən.  Öz  doğduğuna  analıq  eləmirsən,  gedib  başqa 
yerdən uşaq tutursan ki, mən buna analıq edəcəm. Ona görə də xalq 
olmaq çətinləşir, problemə çevrilir. Xəlqi intibah insandan başlayır – 
mənası odur. 
Asif Ata Azərbaycanımız-Azərbaycanlığımız dəyərlər sistemində 
Füzuliliyin  adını  çəkir.  Nəsimiliyin,  Hürufiliyin,  Muğamlığın, 
Sazlığın. 7 dəyər xalqın ruhani, mənəvi mənasını daşıyanlardır. İdeo-
loji  mənanı  daşıyanları  salmayıb  ora,  məsələn,  Şah  İsmayılın  adını 
ora salmayıb. Şah  İsmayılın dövlətçilikdə böyük rolu var, bu siyasi 
faktdır.  Zərdüşt  isə  ilk  Peyğəmbərlik  yaradıb,  Dədə  Qorqud, 
Xürrəmdinlik,  Babək,  sonra  Füzulilik.  Füzuli  poeziya  vasitəsilə 


119 
 
insana  verilən  ən  yüksək  qiymət  idi.  İnsanı  vəcdli  sevgi  ilə  dərk 
eləmək  idi  Füzulilik.  Nəsimilik  İnsana  ən  yüksək  qiymətdir.  Ata 
deyir  bütün  bəşər  xalqları  içərisində  Hürufilər  qədər  İnsana  ali 
qiymət  verən  olmayıb.  Deyir  ki,  İnsan  allahdır.  İnsan  daxilində  o 
məzmunu  daşıyır.  Yaranmalıdır,  ona  yetməlidir.  İnsan  göylərin 
sakinidir,  yer  məsələsi  deyil.  Onu  bədənə  bərabər  götürmə!  Onu 
deyir.  Din  də  deyir  ki,  sən  nəkarəsən,  heç  nəsən,  zibilsən.  O,  ərəb 
baxışından  gələn,  bu,  türk  baxışından  gələn.  Mən  türk-ərəb 
məsələsini  qarşıdurma  kimi  qoymuram.  Fakt  kimi  qoyuram, 
bəşəriyyətə  gərəkliyi  baxımından  qoyuram.  Gör  bəşəriyyətə  hansı 
daha çox gərəklidir? 
 Yaxud  muğam,  yaxud  saz.  Təxminən  iki  həftə  əvvəl  biz  Qazax 
mahalında olduq. Orda Saz-söz şöləni keçirirdilər. Əvvəl bizi aparıb 
gəzdirdilər. Təbiətin o cür gözəl guşəsində gəzinti mənə ancaq ürək 
ağrısı  verdi.  Bizi  gəzdirən  aşıq  dostumuz  mənə  strateji  nöqtələri 
göstərdi.  Ermənilər  yüksək  nöqtələrdə  postlar  qurublar,  bizimkilər 
balaca  təpələrdə.  Bu  baxımdan  yanaşıram  –erməninin  gülləsinin 
altında Saz-söz şöləni keçirmək bir qeyrətdir. Onu mənasına bərabər 
yaşatmaq  cəhdi  qeyrətdir.  Çünki  xalq  nəylə  dirçəlir  ayağa  durur  – 
dəyərlə.  Xalq  şüarla  ayağa  durmur.  Fakt  verirsən  –  bu,  sənin 
yaratdığın  dəyərdir.  Sənin duyğularından,  Ruhundan yaranıb.  Sənin 
içini ayağa qaldırır, sənə sabahı göstərir, həqiqəti göstərir. 
Başqa qonumuz “Xalqsız bəşəriyyətin sabahı yoxdur”. Çoxluğun 
ağlında xalq məsələsi, millət məsələsi köhnəlib, arxaikləşib. Asif Ata 
yeni  dünyabaxış  yaradıb.  Bu  dünyabaxış  bəşəri  olsa  da,  Asif  Ata 
millətçidir.  Ancaq  Asif  Atanın  millətçiliyi  heç  bir  xalqa  qarşı 
yönəlməyib.  Çünki  bəşər  ailəsi,  bəşər  dünyası  var.  Bəşər  ayrı-ayrı 
xalqların vəhdətidir. Ayrı-ayrı xalqların ülvi keyfiyyətlərinin, dəyər-
lərinin  vəhdətidir.  Azğınlığının,  dağıdıcılığının  yox.  Bəşər  dünya-
sında  biz  də  bir  millətik.  Biz  millət  olaraq  öz  dəyərlərimiz,  milli 
mahiyyətimiz əsasında özümüzü yaradıb qurmalıyıq, özümüzü təsdiq 
eləməliyik.  Dünyaya  deyəcəyimiz  öz  sözümüz  olmalıdır.  Bizim 
birliyimiz, yaşadığımız birgə aqibətimiz var. Bunlara sahib çıxmaq-
dır  millətçilik.  Bunları  yaratmaq,  inkişaf  elətdirməkdir  millətçilik. 
Millətçilik  başqa  millətləri  məhv  eləmək  istəyinə  bərabər  deyil. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə