Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   37   38   39   40   41   42   43   44   ...   86

137 
 
 
• Evladlıq Nişanələri Ocaq Yükümlüsü tərəfindən Yol sözü ilə 
Ocaqçılara verilir. 
 
“Ata Ruhunu ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsi ilə 
Mərasim başa çatır. 
 
 
Carlar: 
 
1) Atalıq hadisəsi – İnsanın qutsallaşması, həqiqətin qələbəsidir! 
2) İnamı olan xalqın sabahı bəşəri xilaskarlıqdır! 
 
Gedişatı yazdı: İnamlı Atalı 
20 Od Ayı, 36-il. Atakənd. 
 
 
Qəbul olunur. 
                       
 Soylu Atalı 
             Mütləqə İnam Ocağının Yükümlüsü 
                                        
 21 Od Ayı, 36-il. Saray-Soylu 
 
 


138 
 
“Qutsal Ziyarətgah Mərasimi"ndə 
deyilmiş fikirlər 
 
Ocaq  Günsırası ilə 1  Qürub  Ayı  36-cı  ildə  Asif  Atanın  Mütləqə 
İnam Ocağı Qutsal Ziyarətgah Mərasimini həyata keçirdi. Mərasimin 
açılış  quralları  icra  olunduqdan  sonra Ocaq  Yükümlüsü  Soylu 
Atalı Ataya  Səcdə  ilə  sözünə  başladı:  “Müqəddəs  Ziyarətgah 
Mərasimi”mizi keçiririk. 
Ocağımızın yaşaması bir neçə əmələ və çalara bağlıdır. Bunlardan 
biri Evladın özüylə döyüşü, özünü böyütməsi, Atanı öyrənərək ideya 
və  prinsipləri  öyrənməsi,  Asif  Atanı  bir  ruhaniyyat  hadisəsi  olaraq 
xalqa verməsidir. Bu, Ocağın yaşaması üçün başlıca tələb və əməldir. 
Əgər bu olmasa, onda yerdə qalan əməllər gerçəkləşə bilmir. İkinci 
hadisə  –  bunun  davamı  olaraq  Ocağın  arxivləşməsi  (müqəddəsatla-
şması), Ataya bağlı əməllərin arxivləşərək nəticə etibari ilə sabahlaş-
masıdır. Biz yalnız onu tarixə vermirik, özümüzdən ötürmürük. Biz 
onu sabahlaşdırırıq. Başqa bir əməl, Evladlar arasındakı münasibətin 
qorunub  saxlanılması.  Bunun  da  başqa  bir  cəhəti,  hər  bir  Evladın 
içində  ideya,  təşəbbüslər  mərhələsinin  başlaması.  Əgər  bu  olmasa 
onda  o  fərd  quruculuq  işində  özünü  axıra  qədər  fərəhli  hiss  eləyə 
bilməz.  Bu  dediyim  keyfiyyətlərlə  dolmayan  fərd  xalqın  içində 
cəsarətlə iş apara bilməz. Biz buna çox mənada nail olmuşuq, amma 
Asif Atanın ölçüsü baxımından yanaşsaq ki, mütləqmi nail olmuşuq, 
bunu  demək  bir  az  çətindir.  Özümüzü  də  aldatmağa  ehtiyac  hiss 
etmirik.  Mütləq  nail  olmağa  mane  olan  məsələlər  yenə  də  fərdin 
özüylə bağlıdır. Bizim heç birimizin həyata bağlılığı, ilişkiliyi qalma-
malıdır.  Bizim  canımız  həyatla  bağlıdır.  Ancaq  həyata  bağlı  o 
deməkdir ki, ən çox fiziki varlığımıza xidmət eləsək, bu bizi həyatın 
bütün  çalarlarına  bağlayar.  Bu  bizim  üçün  hansısa  bir  ilişkinin 
qalması  demək  olar.  Ocaqçı  bu  məsələni  özü  üçün  doğru  aydın-
laşdırıb  təhlil  eləməlidir.  Bəzən  fikirləri  doğru  ifadə  eləməmək 
halları  görünür.  Bu  çaşğınlıq  yaradar.  Məsələn,  mən  “Ailə  Günü” 
tədbirinə  qulaq  asıram  (tədbirə  adamlar  gəlir),  orada  deyirsiniz  ki, 
cəmiyyətə  xidmət  eləmək  qəbahətinə  endim.  Adam  deyər  ki,  burda 
nə var ki, məgər məqsədiniz cəmiyyətə xidmət eləmək deyilmi?! Ona 


139 
 
görə  izah  etmək  gərəkdir.  Biz  toplumun  yaşatdığı,  onu  xalqdan 
ayıran  cəmiyyətçiliyə  enmirik,  ona  ilişmirik.  Ona  ilişsək,  biz  elə 
toplumun  içində  qalacağıq.  Toplumun  da  biri  oldunsa,  topluma 
xidmət eləməyin mümkünsüzdür. Odur ki, xalqın içində bu cəhətdən 
biz  hər  bir  işimizi  doğru  dəyərləndirməli,  fikrimizi  düzgün  ifadə 
etməliyik... 
İndi  istəyirəm  Atamızın  adından  Ocaq  işlərini  təqdir  eləyək. 
Ocağın  xalqda  yayılması  çox  böyük  önəm  daşıyır.  Bunun  qarşılığı 
yoxdur. 
Keçən “Ailə  Günü”  tədbirində  Üstünün  xoşuma  gələn  bir  etirafı 
oldu: “təəssüf edirəm ki, məndə Amallaşma, Xalqlaşma, Kamilləşmə 
əvəzlənir.  Eyni  vaxtda  hər  üçünü  mən  həyata  keçirə  bilmirəm.  Biri 
aktivləşəndə o biri zəifləyir”. Əlbəttə, belə olmamalıdır. Bunlar bir-
birinə  bağlı  şəkildə  həyata  keçir.  Amallaşman  olmalıdır,  sən  xalqın 
içində söz deyəcəksən. Xalqın içində söz demək üçün hökm deyil ki, 
əlli  nəfəri  yığıb  görüş  təşkil  edəsən.  İki  nəfərə  söz  deyərsən,  bir 
nəfərə söz deyərsən. Əsas odur ki, daim içdə ruhani tərpəniş olsun. 
 
 
Ocağın  xalqda  yayılması  olduqca  önəmlidir.  Bu  işdə  Ocağın 
əməyi  kafi  qiymətləndirilə  bilər.  Son  bir  ayda  Üstün  Atalı  xalqın 


140 
 
içində ayrı-ayrı fərdlərlə, bir dəfə də kütləvi görüş keçirərək Atanın 
ideyalarını, işini xalqa çatdırmaq ləyaqəti göstərdi. Onun bu əməlini 
qeyd  edirəm.  Ocaq  baxımından  bu  cür  işlərə  Asif  Atanın  hələ  öz 
çağında necə qiymət verdiyini çox gözəl bilirəm. Atanın adını, işini 
Ocaqçılar  bacardıqları  qədər  xalqa  harda  çatdıra  bilirdilərsə,  Ata 
buna  hədsiz  dərəcədə  sevinirdi.  Bu  günkü  işlər  də  Atanı  məmnun 
eləməkdir ki, sənin işin xalqda yayılır. Ata qarşısında üzü ağ olmaq 
bu  hadisələrə  bağlıdır.  Üstün,  səni  təqdir  edirik.  Arxayınlaşma  və 
inadını davamlı şəkildə həyata keçir. 
İkinci,  Ata  işinin  yayılmasında  Günev  qardaşımızın  bölgədə 
böyük işlərini mən bəyan eləmək istəyirəm. Atanın işi bölgədə uğur-
la yayılır. İnsanlar hara gedirlərsə, özləri ilə Ocaqdan soraq aparırlar. 
Son dövrlərdə ideya baxımından yeni bir təsirli hadisə kimi Ocağın 
xalqın  içində  yayılmasında  Günev  qardaşımızın  əməyini  yüksək 
qiymətləndirirəm.  Bu  boyda  cəsarət,  bu  boyda  sevgi,  təpər.  Özü  də 
Günevin  xalqlaşma  işi  məzmunca  ən  doğru  olan  səviyyədə  həyata 
keçir. Usanmadan, yorulmadan, insanların təpkisindən çaşmadan əsil 
ruhaniyyatçı  quruculuğudur.  Mən  qardaşımızın  hünərini  təqdir 
edirəm. 
Ocağın  yazılmasında,  davamlı  şəkildə  nizamlanmasında  Göylü-
nün, Nurtəkinin işi danılmazdır, yeganə arzum odur ki, onların işində 
xalqlaşma  mərhələsi  də  unudulmasın.  Onların  işi  Ocağın  ruhani 
sütunudur, ona görə də onların hər ikisinin – Nurtəkinin və Göylünün 
işini təqdir edirəm. 
Eyni zamanda İnamlının, Güntayın apardıqları söhbətləri, Ocağın 
işlərinin  qabağa  getməsində  maddı  köməklərini  vurğu  edirəm  –  bu 
özü  ayrıca  ruhani  əməldir.  Bunların  hamısı  Ocağın  yaşaması  üçün 
çox böyük ümid verir. Hər bir fərd özü-özlüyündə, Ocağa, onun işinə 
bağlıdır. Heç kim demir ki, mən bu işi gördüm, sən niyə görmədin. 
Ruhaniyyatın özəlliyi budur. Hər kəsin ağlına çatıb ki, onun gördüyü 
iş onun ləyaqəti, onun fərəhidir. 
Ulunurun da qatqısı var, Ocağın tədbirlərini kitablaşdırır, mənim 
redaktəmdən sonra onu bilgisayarda düzəldir. 
Elananın,  Ulusəsin  ruhani  həyanlığını,  qiymətləndiririk.  Türkeli 
gözləyirik... 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə