Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   45   46   47   48   49   50   51   52   ...   86

163 
 
gələcəyə  yolu  bağlansın.  Çünki  yalnız  böyük,  ali,  uca  münasibət 
keçmişdən  gələcəyə  yol  salır.  O  yolu  pozmaq,  körpüləri  uçurtmaq 
amaclıdır ləkə yaxmalar. 
Nə  qədər  bu  ülvi  münasibətləri  desək  azdır.  Çünki  münasibətlə 
öyünmək azdır, o münasibəti davam etmək lazımdır. Hər şeyi dəyər-
ləndirə bilməməyimizdəndir ki, elə bu günün özündə də heç Atadan 
bir kəlmə oxumamış, Evladın ömrünü, yolunu bilməmiş “Şəxsiyyətə 
pərəstiş”  adı  qoyurlar  Ata-Evlad  münasibətinə.  Çünki  özümüzdə 
olana xor baxmaq öyrədilib. Özünü dəyərləndirib sevmək, qorumaq 
öyrədilmir. 
Şərqin  özü  də  özünə  yağıdır,  dünya  da.  Dünyanın  yağılığından 
Şərq dağılmaz, özünün özünə yağılığından məhv olar. 
İndi Şərq deyəndə geri qalmış mədəniyyət, geri qalmış iqtisadiy-
yat, siyasət başa düşülür. İnkişaf səviyyəsi Qərblə ölçülür. İndi dünya 
Qərbdən ibarətdir. Qərbin dünyaya sırıdığı kriteriyalardan, mədəniy-
yətdən,  siyasətdən.  Qərbçilikdən  başqa  yol  bilinmir,  tanınmır, 
gedilmir. Ya Qərb mədəniyyətinə uyğunlaşmalısan, ya da dünyadan 
geridəsən.  Ya  Qərb  siyasətiylə  hərəkət  etməlisən,  ya  da  sabahın 
“təhlükədədir”.  Ya  Qərb  iqtisadiyyatıyla  inkişaf  eləməlisən,  yoxsa 
aclıq  qapıdadır.  İqtisadiyyat  nədir  –  az  vaxtda,  az  məsrəflə  çox 
qazanc əldə etmək. Burada mənəvi çöküş qulağa girmir. 
Bunun  nəticəsidir  ki,  xəstəliklər  artır,  bəşərin  gələcəyi  təhlükə 
altına  düşür. Təbiətin  durumu  göz  qabağındadır.  Adam  təbiətə  yağı 
kəsilib.  Təbiət  də  ekoloji  problemlərlə  cavabını  verir  Adamlığın. 
Qərb  siyasəti  güclü  dövlətlərin  rəiyyət  ölkələr  üzərində  həyata 
keçirdikləri  zorun,  gücün  tətbiqidir,  onları  öz  istədiyi  kimi  idarə 
etməkdir.  Qərb  istədiyi  vaxt  inqilablar  edir,  istədiyini  mənimsəyir. 
Elə  Qərbin  siyasətinin  sonucudur  ki,  Şərq  ölkələrində  dinin,  dini 
təriqətlərin  insanlar  üzərində  amansızlıqları  xof  yaradır.  Dünyada 
sanki  yarış  gedir.  Hər  kəs  öz  adıyla  qorxutmaq  istəyir.  İnsan  haqqı 
deyə-deyə, insan haqqını “müdafiə” edə-edə insansızlaşıb dünya. 
Ocaq  öz  ideyaları  ilə  elə  Şərq  ruhunu  ifadə  edir.  Ocaqçılıq  elə 
Şərqçilikdir  deyir  Ata.  Ocaq  ideyaları  ilə  bəşərin  sabahını  – 
İnsaniliyin var olduğu sabahı yaratmaq olar. Adam özüylə döyüşmə-
lidir ki, İnsan olsun. Adam özüylə döyüşməlidir ki, İnsanlıq fərəhinə 


164 
 
çatsın.  İçindəki  azğınlıqdan,  quldurluqdan,  həsəddən,  şəhvətdən, 
ağalıqdan,  köləlikdən  arınmayınca  dünya  düzəlməyəcək.  İnsandan 
başlanır  hər  şey.  Ata  deyir  yeni  cəmiyyət  yaranmalıdır.  Ağalıq 
Atalıqla  əvəz  olunmalıdır.  Dövlətin  başına  gələn  xalqın  sabahını 
düşünən  insan  olmalıdır.  Nə  kapitalizmi,  nə  sosializmi  qəbul  edir 
Ata.  Zəhmətkeş  mülkiyyətə  sahib   olmalıdır.  Dövlət  xalqı  qoru-
malıdır.  İnsani,  milli  və  bəşəri  ideyalarla  yüklənməlidir  siyasət  də, 
iqtisadiyyat  da,  mədəniyyət  də.  Müstəqil  iqtisadiyyat,  müstəqil 
siyasət, müstəqil mədəniyyət. Bu ideyalarla Özümlü Şərq yaranacaq. 
Şərq özümlüyünü qorumalı, məhz Şərq ruhunu ifadə edən dəyərlərini 
yaşatmalıdır.  Şərq  özümlüyünü  qoruyarsa,  yaşadarsa,  bu  Qərbin  də 
xeyrinədir.  Ata  deyir  ki,  “biz  Qərbin  əleyhinə  deyilik,  Qərbçiliyin 
əleyhinəyik.  Qərbçilik  –  Şərqin  özgələşməsidir.  Qərbçilik  –  Qərbin 
özünün də özgələşməsidir”. Ona görə də İnsanilik, özümlük, millilik, 
bəşərilik ideyası – Ocağın ideyaları dünyanın xilas yoludur. 
 Soylu  Atalı: Qərbçilik  sənayeyə  münasibətdir,  Şərqçilik  insana 
münasibətdir. Baxın, bu gün o görünməyə bilər. Ancaq doğrudan da 
Şərqçiliyin  insana  münasibətini  –  dünyada  iki  tərəf  yaranıb  da,  o 
tərəflərin  böyüklüyü  və  ya  kiçikliyi  məsələsi  ortadan  qalxarsa,  o 
təbəqə aradan qalxarsa və o böyük güc zəif tərəfə müdaxilə etməzsə, 
onu sıxışdırmazsa, mən sizi əmin edirəm ki, Şərqdə insana ali müna-
sibət  bərpa  olunar.  O  imkan  var,  o  hal  var.  Zəif adamı  döyürsən, o 
nəyləsə  cavab  vermək  istəyir.  Şərq  o  zəif  tərəfin  yerindədir.  O, 
çaxnaşmalarıyla, nəyiyləsə ortaya çıxmağa çalışır. O zəiflərin ortaya 
çıxmasından  da  başqa  cür  istifadə  edirlər.  Zəiflərin  çabalarıdır  ki, 
İŞİD  deyilən  bir  şeyi  Qərb  özü  yaradıb  ortaya  çıxarır.  Həmin 
məsələlərdir  hər  biri.  Bir  tərəfdən  Şərq  dövlətlərinin  başında  duran 
adamlar xalqın imkanlarını mənimsəyir, bir tərəfdən də xalqın ümid 
bəslədiyi  sərvəti  daşıyırlar  qırağa.  Bunu  da  həmişə  müqayisə 
aparırlar.  Mən  həmişə  deyirəm,  bizi  Avropanın  inkişaf  etmiş  ölkə-
ləriylə müqayisə aparırlar. Orda əhalinin yaşam tərzi əladır deyirlər. 
Əslində  əhalinin  yaşam  tərzi  heç  də  deyildiyi  kimi  deyil.  Üstünlük 
var.  Onu  yaradan  nədir?  Bizim  ölkəmizdə  başda  duranlar  xalqın 
payını,  haqqını   mənimsəyirlər.  Ordakılar  isə  xalqın  imkanlarını 
mənimsəsələr  də,  bizdən  daşıdıqları  ilə  xalq  üçün  müəyyən  balans 


165 
 
yaradırlar.  Üstünlük  odur  əslində.  Sənin  nemətin,  sərvətin  o 
qüvvələrin  üzünə  bağlı  olsun,  görün  Avropada  inqilablar  tüğyan 
eləyir, eləmir. Deyirlər Avropada qanun işləyir. Qanun nə deməkdir? 
Kim qanun yazır, – kapitalist, pulçu. Qanun nə vaxt sadə insanların 
mənafeyinə qulluq göstərir? Sadə insanlarla hakim təbəqənin qanun 
qarşısında  məsuliyyəti  nə  vaxt  bərabər  olub?  Pullu  ilə  pulsuz, 
hakimlə  məhkum,  vəzifəli  ilə  vəzifəsiz  –  nə  vaxt  bunlar  qanun 
qarşısında  bərabər  olublar?  Tarixdə  belə  şeyə  rast  gəlinməyib.  Ona 
görə Asif Ata israrla vurğu edir “İnsanlaşın – İnsanlaşdırın. Bəşərin 
nicatı  insanlaşmaqdadır!”.  Bu  ideya  yürüməlidir.  Başqa  ideyalar 
yürüməli deyil. 
 
 
Asif  Ozan:  Hesab  edirəm  ki,  burda  əyləşənlər  hamısı  mənim 
könül və mənəviyyat dostlarımdır. Çoxdan qənaətə gəldiyim bir fikri 
deyim: kim Asif Atanın qoyduğu yolu sevirsə, deməli, məni də sevir. 
Kim Asif Atanınn qoyduğu yolun və təlimin davamçısıdırsa, demək, 
mən də onları sevirəm. Bu ideyanın daşıyıcısı həm də mənim könül 
dostumdur,  könül  sirdaşımdır. Mən  Asif  Atanın  yolunu  araşdıranda 
və  bu  yolun  dəyərini  verəndə  burda  oturanların  heç  biriylə  tanış 
deyildim.  Bu  gün  Azərbaycanda,  ideyasızlığın  hökm  sürdüyü  bir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə