Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   48   49   50   51   52   53   54   55   ...   86

172 
 
bu cür əhatə eləməmişdi. Ancaq Şərqin mayasından çıxıb o. Ona biz 
üz  tutsaq,  ona  tapınsaq,  dünya  ayrı  cür  olar.  Demirəm  ki,  məmə 
deyəndən  pəpə  yeyənə  hamı  elə  “qurdla  quzu  yanaşı  otlayacaq” 
prinsipi  ilə  yaşayacaq,  yox.  Ancaq  hər  halda,  dünya  indiki  olma-
yacaq. Asif Ata o dəyərləri qiymətləndirir. Deyir ki, filan dəyərlərin 
hər  biri  özü  bir  cəhətdir.  Asif  Ata  bu  cəhətləri  birləşdirir  və 
bütövləşdirir. Deyir ki, hər şeydə olan nisbi prinsiplər məhz Mütləqə 
İnamda aradan qalxır. Həyatımıza nisbilərlə gəlmir, mayasında nəyi 
varsa  onunla  gəlir.  Yenidən  gəlir,  yenidən  bərpa  olunur.  Şərqilik 
məsələsinə  bu  cür  qolobal  yanaşma,  geniş  yanaşma  əzmindəyik. 
Həm bu cür böyük prinsiplər, böyük şəxsiyyətlər, çağırışlar, həm də 
bu  tərəfdən  böyük  fəlakətlər.  Bu  gün  hər  kəsə  bəllidir,  mövzuları 
sadalamaq  istəmirəm.  İŞİD  deyilən  bir  qara  qüvvə  adam  öldürməni 
çox asan həyata keçirir. Niyə bunu asan eləyə bilir, axı bu insandır. 
O  nəyi  itirib?  Bir  var  insanın  əvvəlcədən  müəyyən  bir  tərbiyəsi 
olsun, müəyyən yaşa gələndən sonra dəyərlər onun gözündən düşsün
onun  üçün  müsbət  bir  dəyər  qalmasın,  onda  beləsindən  tərbiyəsiz 
adam  həyatda  olmayacaq.  Çünki  onun  üçün  dəyər  yoxdur  artıq.  O, 
hətta  qatil  ola  bilir.  Şərq  xalqlarını  qatilliyə  sürümə  var.  Ərəbin 
ruhsuzluğuna haqq vermirəm, ancaq ruhsuzu ruhlu edərlər, qatil yox. 
Bizim  problemlərimiz  çoxdur.  Ona  görə  də  çıxış  edəndə  ən  çox 
millətçilik zəminində söhbət gedir. Qıraqdan dinləyənlər bəzən mənə 
sual  verirlər  ki,  deyəsən  Asif  Atanın  Ocağında  millətçilik  əsasdır. 
Mən deyirəm ki, Asif Ata təkcə millətçi deyil, o,  milli olduğu qədər 
bəşərçidir. 
İndi də Şərqilikdən söhbət gedəndə yenə millilikdən söhbət gedir. 
O  da  yenə  türk  ruhunun  ciddi  zədə  götürməsinə  görə  insanlarımızı 
düşündürən məsələdir. 
Şərq  ruhu  türk  ruhunda  necə  görünür,  Asif  Ata  bunu  “Ocaq 
məramı” yazısında verib. Onu sonda oxuyacam...”. 
Müslüm bəy tədbirə dəvət üçün təşəkkür etdi. Vurğuladı ki, Asif 
Atanı  böyük  təfəkkür  sahibi  kimi,  fiolosof  kimi  qəbul  edir  və 
kitablarını oxuyur, özü üşün analiz etməyə çalışır. 
 


173 
 
 
 
Kamil  bəy tədbirə  dəvət  üşün  təşəkkür  etdi,  fərqli  baxışlardan 
doğan  suallarının  yarandığını  dedi.  Ocaq  Yükümlüsü  bayramın 
mərasim  hissəsindən  sonra  onun  suallarını  cavablandıracağını 
söylədi. 
Qonaqlar Taleh  bəyNizami  bəy tədbirin  gedişatından  məmnun 
qaldıqlarını söylədilər. 
Ocaq Yükümlüsü Asif Atanın “Ocaq məramı” yazısını oxudu. 
 Bayram hədiyyəsi olaraq yeni çapdan çıxmış “Türkdən başlayan 
Yeni  Bəşər  İnamı”  kitabı  və  Asif  Atanın  “İçdən  Yaranma”  kitabı 
iştirakçılara təqdim edildi. 
Bayram  qurallarının  sonda  icrası  ilə  bayramın  mərasim  hissəsi 
başa çatdı. Bundan sonra çay süfrəsi ətrafında doğmalaşma söhbəti 
getdi. 
Atamız Var olsun! 
Ata Ayı, 36-cı il. Atakənd. 
(sentyabr, 2014. Bakı.) 
  


174 
 
Asif Atanın – İnam Atanın 
Mütləqə İnam Ocağı 
 
Ata – Ocaq ilsırasının 36-ili 
Qutsal “Ata Günü” Mərasiminin Gedişatı 
 
Yer: İnam Evi;  
Gün: 25 Ata Ayı, Mərhəm Günü;  
Başlanır: saat 14:00 
 
Tədbir keçiriləcək oda Ocaq Ruhuna uyğun hazırlanır. Təşkilatca 
sorumlu Üstün və Göylüdür. 
Mərasimin başlanmasına 5 dəqiqə qalmış “Ata Harayları” 
səsləndirilir.Hamı: “Atam – Mütləqim! İçimə işıq kimi doldun – 
Dünyanı tanıdım!” – deyir. 
 

 
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Günev, 

 
“Ataya Günorta Ricası”nı – Göylü, 

 
“Ruh üstə” içsəsini – Üstün deyir. 
 
 Ocaq Yükümlüsü Soylu Atalının Mərasimə sözü dinlənilir. 
 
Mərasim qonuları: 1. Atanın ömrü – şəxsiyyəti, milliliyi
bəşəriliyi  haqqında söz deyilir. 2. Ata – Evlad vəhdəti xalq yaratma 
yoludur. 
 

 
Mərasimə Ruhani hədiyyələr təqdim olunur. 

 
Evladlıq Nişanələri Yol sözü ilə Ocaq Yükümlüsü tərəfindən 
Ocaqçılara verilir. 
 
 “Ata Ruhunu ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə 
mərasim başa çatır. 
 
 


175 
 
Carlar: 
 
1.
 
Atam – Mütləqim! İçimə İşıq kimi doldun – Dünyanı 
tanıdım! 
2.
 
Mütləqə İnam – ömrümüzə düşən gələcəkli səadət  işığı! 
  
 
Gedişatı yazdı: Göylü Atalı  
19 Ata Ayı, 36- il. Atakənd. 
  
 
 
Qəbul olunur. 
 
Soylu Atalı  
Mütləqə İnam Ocağının Yükümlüsü   
 
20 Ata Ayı, 36-cı il. Saray-Soylu. 
 
 


176 
 
Müqəddəs “Ata Günü” Mərasimində 
deyilmiş fikirlər 
 
 Ocaq  Günsırası  ilə  25  Ata  Ayı,  36-cı  ildə  Asif  Atanın  Mütləqə 
İnam Ocağı Müqəddəs “Ata Günü” Mərasimini həyata keçirdi. Öncə 
Ata “Haraylar”ı səsləndirildi. Hamı: “Atam – Mütləqim! İçimə İşıq 
kimi  doldun,  Dünyanı  tanıdım!”dedi.  Mərasim  qurallarını  yerinə 
yetirdikdən  sonra  Ocaq Yükümlüsü  Ataya  səcdə  ilə sözünə başladı: 
Müqəddəs Günümüzə başlayırıq. Bu gün 36-cı ilin Ata Ayı, 36-cı 
olmasa  da,  bizim  üçün  36-cıdır.  Baxmayaraq  ki,  “Ata  Günü” 
mərasimi  birinci  ildən  başlamır.  Elə  Ocaq  başlayandan  bu  bizim 
üçün 36-cı “Ata Günü” mərasimidir. 
Ocağımızın  36-cı  ilin  Ata  Ayına  qədər  olan  son  əməllərini  Ata 
hüzuruna, yəni mərasimimizə təqdim eləyirəm: 
Nurtəkinin Ocaq qarşısında əsaslı qulluğu var. Mən, açığı, düşün-
mürdüm  ki,  Nurtəkin  körpə  uşaqla  Ocağa  bu  səviyyədə  qulluq 
göstərə  biləcək.  Göylünün  bilgisayarının  sıradan  çıxmasıyla  bağlı 
ona olan tapşırıqları da Nurtəkin yerinə yetirib. Ləyaqətlə hər bir işin 
öhdəsindən  gəlib.  Bunların  hər  biri  Ocaq  tarixində,  Ocaq  həyatında 
olduqca ciddi  məna daşıyan  və  önəm  daşıyan  əməllərdir,  hadisələr-
dir. Ocağın ideya-məzmununu əks elətdirən yazıların, Ata kitabları-
nın  çap  məsələsi  və  s.  “Ata  Günü”ndə  mən  Nurtəkinin  hünərini 
Atanın hüzuruna təqdim edirəm. Ataya üz tutub deyirəm ki, Evladın 
Nurtəkinin  qarşında  üzü  ağdır.  Təqdir  eləyirik  onun  əməlini  və 
hünərini! 
İkinci,  baxmayaraq  ki,  bu,  sonuncu  deyil,  Göylünün fədakarlığı, 
bunu da sizə deyim ki, mən hədsiz dərəcədə narahat idim. Göylü bu 
məsələnin,  yükün  altına  ilk  dəfə  girəndə  özü  təklif  eləmişdi,  Ocaq 
Evi alaq, filan yerdə, filan ünvanda. O təklif eləyəndə düzü narahat 
idim. Çünki az xərc deyil. Baxmayaraq ki, biz bunun ilkin ödənişini 
həll eləmişdik. Ancaq artıq neçə aydır, Ocaq Evini ələ gətirmək üçün 
fədakarlıq edir: Söz yox ki, mən Göylünün bu işlə məhdudlaşmasını 
arzulamazdım. Ancaq həm də anlayıram. Göylünün Ocağa verəcəyi 
başqa  keyfiyyətləri  də  var.  Bununla  belə,  hələ  Sovetlər  vaxtı  ciddi 
cəhdlə  Atanın  istədiyi,  arzuladığı  “Amal  Evi  olmalıdır,  Ocaq  Evi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə