Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   50   51   52   53   54   55   56   57   ...   86

180 
 
Günevin  Ocaqda  varlığı  hər  birimiz  üçün  söz  dedi.  Atanın  diqqəti 
üçün  söz  dedi,  Onun  sağlığında.  Biz  indi  Ata  haqqında  sözə 
başlamalıyıq.  Ancaq  mən  təqdir  hissəsində  qardaşımızın  əməyini, 
xalqlaşma işini, Məbəd hünərini təqdim edirəm, Ata qarşısında onun 
üzünün ağ olduğunu elan edirəm. Onun işini təqdir edirəm. 
O  cümlədən  ona  həyan  olan,  qolundan  qaldıran  gözəl  bacımız 
Elananın Ocaqçılığını Atanın hüzuruna təqdim edib, təqdir edirik. 
Mənim  hər  birinizin  işindən  aldığım  fərəh  özüm  üçün  bir  ömür 
yoludur. Ümumən, bizim hər birimizin həm bir-birimizə olan müna-
sibətimiz,  sevgimiz,  doğmalığımız,  həm  də  bir-birimizə  olan  müna-
sibətdən  ilhamlanaraq  ciddi,  sanballı,   ağlasığmayan  qədər  işlər 
görməyimiz,  ruhani  dalğalar  əmələ  gətirməyimiz  ruhani  vəhdətimiz 
sayəsində  oluşur.  Baxın  görün  nə  qədər  adamıq.  Biz  çoxuq.  Niyə 
çoxuq?  Mən  gözümü  yumub  sizə  baxıram.  Gözü  açıq  sizə  baxıb 
barmağımla sizi saymaq istəmirəm. Gözümü yumub sizə baxıram və 
sizin  hər  birinizi  yüz  görürəm.  Mən,  Ata  haqqı,  bunu  obraz  üçün 
demirəm, bu qənaətə gəlmişəm. Yazmışam da. Mən Amaldaşlarımın 
haqqında  düşünəndə  onların  hər  birini  yüz  görürəm.  Bunu  biz  heç 
kimə  sübut  eləməkdən  ötrü  dəridən-qabıqdan  çıxmırıq.  Bunu  biz 
ömrümüzlə, böyük əməllərimizlə sübut edirik. 
Dünən  mən  “Ailə  Günü”ndə  dedim  ki,  Atanın  məqsədi  insan 
haqqında fikri,  mövqeni  dəyişməkdir.  İnsan  haqqında  yanlış  mövqe 
var.  Kim  insan  haqqında  fikri  dəyişməklə  məşğuldur?  Heç  kim. 
Hamı  insanın  haqqında  ziddiyyətli  düşünür.  Hər  kəsi  dindirərsən 
insan  haqqında  dili  dolaşacaq.  Nəsimini  görüb  deyəcək   –  insan 
böyükdür. Küçədəki səfili görüb deyəcək – insan heç nədir. Çaşacaq. 
İnsan haqqında o qədər qarışıq mülahizələr yürüdəcək ki. Amma biz 
insan haqqında zorlanmadan, gücə düşmədən ortya mövqe qoyuruq. 
Atadan gələn ölçü. İki cümlə. İnsanın tərifi: “İnsan daxilində Mütləq 
gəzdirən,  Gerçəklikdən,  Şəraitdən,  Mühitdən  yüksək  olan,  Mütləqi-
liyə  meyil  eləyən  və  Mütləqləşməyə  qadir  olan  Ruhani  Varlıqdır.” 
İnsana verilən bu qiymət bizim içimizdə əkilib. Biz insana o açıdan 
yanaşırıq və insan haqqında çaşmırıq. Ona görə heç bir iş, əməl Asif 
Atanın qiymətiylə ölçüyə gəlmir. 


181 
 
İndi balaca bir yazını – qəlbimin sevgisini müəyyən mənada ifadə 
edən Ataya xitabımı təqdim edirəm: 
Ataya  minnətdaram.  (Ancaq  minnətdarlıq  Ata  üçün  çox  azdır. 
Çünki Ataya səcdəliyəm və  heyrətliyəm.) 
 İçimdəki imkanları özümlə qəbrə aparmadım. 
 İçimdə  imkanda  olan  ülvi cəhətlər  mənimlə  birlikdə  ölməyəcək. 
Ülvi cəhətlərimi mənliyimə düşən Ata işığında tanıdım. 
Əbədiliyə  qulluq  göstərən  vüqarımın,  şəxsiyyətimin  əsilliyi 
ölümdən xilas elədi mənliyimi. Ölməzlik gətirdi ömrümə. 
 Mən dünyanın gedişatına işıq salan ayrı-ayrı dühaları da, onların 
böyük yaradıcılığını da Ata işığnda tapdım, tanıdım. 
Ata məni aşkarladı, ürəyimə güc verdi. 
Gözəllikləri sevə bildim, öyə bildim. 
 İdrakıma  işıq  saldı.  Yurdçu  oldum,  Millətçi  oldum,  İnsançı 
oldum. 
 Bir ömür ruhaniyyatla doldum. Dolğunlaşdım. 
 Dərdi tanıdım. Dərdin mənasını sevdim. Dərdlə məşğul oldum. 
Fərəhi  tanıdım,  sevindim.  İçim  saflaşdı.  Sağlamlaşdım.  Xurafat-
dan  ayrıldım.  Cəhalətdən  ayrıldım.  Xəbislikdən,  xudpəsəndlikdən, 
cılız şöhrətə tamahlanmaqdan arındım. 
Özüylə  döyüşüm  varlığımı  bəslədi.  Mənəviyyatıma  kölgə  salan 
qüsurları dışladım. 
Ataya səcdə qılıram. Ömrümdə yaratdıqlarımı ona təqdim edirəm. 
Ruhani  ləyaqət  hesabatı  verirəm.  Hər  zaman  vermişəm.  Yenə 
verirəm. 
Hesabatımı verib varlığına alqış deyirəm: 
Doğum Günün qutlu olsun! 
Mərasimin qutlu olsun! 
Müqəddəs Ocağın qutlu olsun! 
Amalın üçün sənin yaratdığın Soylu ömrüm qutlu olsun! 
“Ata Günü” qutlu olsun! 
Ata Günü ömrümdə böyük bir səhifədir. İki gün öncə gecə saat 1-
2  radələrində  düşündüm.  Bir  an  Atayla  olduğum  zamanlara  dönüb 
baxdım.  Fikirləşdim  ki,  kaş  Ata  bir  az  da  yaşayaydı,  mən  Atanın 
əlindən tutaydım. Mən fiziki mənada Atanın əlindən çox tutmuşam. 


182 
 
Atayla  üz-üzə  dayanaydım,  Atanın  gözünün  içinə  baxaydım.  Ataya 
deyəydim ki, sənin zəhmətin, inamın boşuna getmədi. Sənin Ocağın 
yaşayacaq... 
 Kaş  ki,  o  imkanım  olaydı.  Bax,  2-3  gün  əvvəl  belə  bir  əhval 
içimə doldu. İnanın ki, elə bildim bütün Yer-Göy mənimdir. O qədər 
gözəl əhvallarla dolmuşdum ki. Bayıra çıxdım. Ulduz axtardım, işin 
tərsliyinə bax, ulduz tapmadım. Göylərdə ulduz görünmürdü. Amma 
o  ulduzlar  ki,  adamı  böyük  xatirələrə  bağlayır,  onu  mən  içimdə 
tapdım.  Bir  an  Atayla  ruhani  ünsiyyət  mənim  içimdə  alovlanmağa 
başladı,  hər  şeyi  o  alovun  işığında  görməyə  başladım.  Elə  gözəl 
əhvaldaydım ki. Bu vaxta qədər mən o əhvalı o cür yaşamamışdım. 
Bu  vaxta  qədər  o  cür  aydınlaşamamışdım  özüm  üçün.  Ona  görə 
Atanın Gününə çox böyük bir şövqlə gəldim. 
Ata Günümüz qutlu olsun! 
Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 
Qaranlıqlar yarılsın! 
Atamızın bayrağını öpürəm. 
Atamız var olsun! 
  
 


183 
 
Nurtəkin Atalı: Mütləqim, Müqəddəsim, Ulu peyğəmbərim Asif 
Ataya – İnam Ataya ali səcdəylə! Bayrağımızı öpürəm. 
“Ata  Günü”  mərasimi  xüsusidir.  Bir  “Ata  Günü”ndə  söz  demək 
mənim  üçün  çətindir,  bir  də  “Evlad  Günü”  mərasimində.  “Evlad 
Günü”ndə  mən  özümə  bir  Evlad  kimi  hara  gəlib  çıxdığımı  hesabat 
verməliyəm.  “Ata  Günü”ndə  də  nə  dərəcədə  Atanın  mənasına 
yetmişəm,  onu  hesabat  verməliyəm.  Bu  haqda  düşünəndə  görürəm 
ki,  sığmır  sözə,  ifadəyə.  İfadə  eləyə  bilmirəm.  Gücüm  çatmır. 
Duyduğum, yaşadığım, keçirdiyim hisslər daha güclüdür. İfadə eləyə 
bilmirəm. Çox çətinlik çəkirəm... 
Bəzi dahilər yazıb yaradıblar, lakin bəşəri olduqları bəlkə də onla-
rın ağıllarına gəlməyib. Sadəcə heyrətini, ideala həsrətini, aşiqliyini, 
duyduğunu,  dərk  etdiyini  qələmə  alıb.  Həm  də  düşüncələrini, 
yaşamlarını  qələmə  aldıqları  dərəcədə  milliləşib,  bəşəriləşiblər.  Ata 
isə  məqsədyönlü  şəkildə  dünyanın  yükünü  daşıyıb.  Xilas  yolu 
axtarıb.  Ömrünü  ideyasına  həsr  edib.  Dərddən  danışan  Ata  olmur, 
dərdi  daşıyan  Ata  olur.  Arzulardan  danışan  Ata  olmur.  Arzuları 
gerçəkləşdirən  Ata  olur.  Millətdən  danışan  Ata  olmur,  millətinə 
özünü fəda edən, onun keçmişini, bugününü, gələcəyini düşünən Ata 
olur.  Atalı  olmaq  xoşbəxtliyi  düşüb  Azərbaycanın  bəxtinə.  Özünü 
ideyaya  həsr  etmək,  bir  fərd  olaraq  həyat  nemətlərindən  imtina 
etmək,  özündənkeçmənin, qayğıkeşliyin zirvəsinə qalxmaq aqibətini 
yaratmaq hər kəsə nəsib deyil. 
 Ata  –  Azərbaycanın  dərdini  çəkən  və  Azərbaycana  sığmayan, 
dünyanın dərdini çəkən və dünyaya sığmayan, həyatın dərdini çəkən 
və həyata sığmayan! 
“Ata səsi”ni oxuyanda orda bir məqama rast gəldim. Beyləqanda 
12-ci  ildə  keçirilib  o  görüş.  Sual  verilib  ki,  hansı  hiss  sizi  Ata 
təxəllüsünü götürməyə vadar edib? 
Ata  da  cavab  verib  ki,  “qayğılar,  əzablar,  dərdlər  hamısı  yığılıb 
bir  yerə.  ”Ata  kimdir?  Ata  hökmdar  deyil.  Ata  heç  kəsi  zorakılıqla 
özünə  tabe  etmir.  Ata  qayğıkeşdir.  Ata  yükdaşıyandır.  Ata  dərdçə-
kəndir. Ona görə Ata təxəllüsü götürdüm. Yazılarım da bu adla çıxır. 
Bu  mənim  çiynimə  çox  ağır  yük  qoyub.  Mən  başa  düşürəm  bu  nə 
deyən şeydir. Mənə deyəndə ki, sənə “Ata” deyirlər, deyirəm ki, sən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə