177
olmalıdır” ideyasını Atanın sağlığında heç kim gücünü ortaya qoyub
həyata keçirə bilməmişdi. Nəhayət ki, Bakıda bir Ocaq Evi, Amal
Evi əmələ gələcək. Yəni tamam müstəqil bir ünvan. Buna görə də
Göylünün hünərini və fədakarlığını Atanın hüzuruna təqdim edirəm.
Yenə mən eyni sözü onun haqqında
da vurğu edirəm ki, Ata qarşısın-
da üzü ağ Evladdır. Təqdir eləyirik Göylünün hünərini.
Mən Üstünün fədakarlığını və zəhmətini Atanın hüzuruna təqdim
eləmək istəyirəm. Mənə fərəh gətirən fəallığa başlayıb Üstün. Mən
onu arxayınlaşdıran əhval sərgiləmirəm, amma içimdə daim fərəh-
lənirəm. Baxın, həm Ocaq tədbirlərinin səsdən sözə çevrilməsində
fəaldır, həm Ocaq tədbirlərinin Azərbaycan elektron mətbuatında
yayılmasını intizamlı şəkildə həyata keçirir. İntizamlı əlaqələr saxla-
yır. Ayrı-ayrı insanlarla Ocaq yönündən vaxtaşırı bağlantılar qurur,
Ocaq sorağı verir. Onlardan bir çoxlarını fərdi qaydada mənimlə
görüşdürüb. Sonra özünün xalqlaşma səfərləri sizə bəllidir. İki ildə
Azərbaycanın 20-yə qədər rayonuna səfər edib. Bu çox böyük
göstəricidir, çox böyük ləyaqətdir və fədakarlıqdır. Eyni zamanda
Ocağın maddi borclarının ödənməsində də şərəflə iştirak edir,
fədakarcasına, əlini qısmadan. Üstünün həyatında bu inkişafı Asif
Atanın qarşısında üzüağ bir Evlad olaraq təqdim eləməyə haqq verir.
Təqdir eləyirik Üstünün işini.
Əlbəttə, Göylünün başladığı işin təməlini maddi cəhətcə İnamlı
qoyub. Bunu siz bilirsiniz. Ocağın Evinin
az qala üçdən birini ərsəyə
gətirib. Onun əsasında biz Ocaq Evini ələ gətirmək üçün düşünüb
başlaya bildik. Əks təqdirdə bu çətin olardı, biz onu başlaya
bilməzdik. Buna görə də 36-cı il “Ata Günü”nə mən İnamlının həm
belə bir ərdəmliyini, həm də Ocağa gəldiyi müddətdə bir sıra
cəsarətli görüşlər təşkil eləməsini vurğu edirəm. Bu, xalqa Asif Atanı
təqdim eləmək baxımından ciddi önəm daşıdı. Bu cür əməllər üst-
üstə yığılıb xalqın içində sorağımızı genişləndirə bildi. Görüşlər
keçirdiyimiz gənclər hamısı evlərinə Ocaq ədəbiyyatları aparıb. Kim
saxladı, kim atdı dəxli yoxdur, amma bu evlərə ədəbiyyatlar getdi.
Bu da Atanın Gününə bir ruhani hədiyyədir. Buna görə də İnamlının
işini təqdir edirəm.